Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kumeyt bin Zeyd
Kumeyt bin Zeyd (679-743) — Ərəb şairi. == Həyatı == Bəni Əsəd qəbiləsindəndir. 679-cu ildə Kufədə dünyaya göz açmış və bu şəhərdə qəbiləsi arasında böyümüşdür. Kumeyt təhsilinə Quranı əzbərləməklə başlamış və eyni zamanda Hədis elmini də öyrənmişdir. O, ərəb dili, şeir, əyyamu-l-arab və xüsusilə nəsəb sahələrində alim idi. O, həmçinin öz nənələrindən Cahiliyyə dövrü haqqında ətraflı məlumat almışdır və bununla bağlı bir çətinliyi olanda onlardan öyrəndiyi söylənilir. Həmçinin sistemli bir təhsil alan Kumeyt Kufə məscidində dərs də demişdir. Onun məşhur şair Fərəzdəqlə uşaq yaşlarında görüşdüyü haqda rəvayətlər vardır. Əgər Fərəzdəqin qohumu olması ilə bağlı olan rəvayət doğrudursa onda onların tez-tez görüşdüyünü söyləmək olar. Əməvi dövrünün başlıca elm mərkəzlərindən biri olan Kufə məscidində müəllimlik etmiş olan Kumeyt, dövrünün tanınmış şəxsiyyətləri ilə əlaqəsi olmuşdur.