Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuprey
Kuprey (lat. Bos sauveli) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Kupreyin hündürlüyü 190 santimetrə, çəkisi 900 kiloqrama qədər olur. Təbii şəraitdə ilk dəfə Kupreyləri 1969-cu ildə şəkili çəkilmişdir.
Kuprit
Kuprit – Cu2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Xassələri == Rəng – müxtəlif çalarlı qırmızıdan göyümtül-qurğuşunu - bozadək; Mineralın cizgisinin rəngi – qəhvəyi-qırmızı, qırmızı; Parıltı – almaz, yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – nazik qırıntıları yarımşəffafdır, şəffaf kristalları nadir tapılır; Sıxlıq – 5,85-6,15; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {111} üzrə aydın; Sınıqlar – qeyri-düzgün, qabıqlı; Morfologiya – kristallar: oktaedrik, rombododekaedrik, heksaedrik; Mineral aqreqatları: sıx, dənəvər, torpaqvari, tükşəkilli (xalkotrixit) əmələgəlmələr, püruzlar, bəzən druzalar. == Mənşəyi və yayılması == Ekzogen mənşəlidir. Mis sulfidlərinin aşınma məhsulu kimi filiz yataqlarının oksidləşmə zonası və xüsusilə sementləşmə zonası üçün səciyyəvidir. Mineralın tapıntıları bəzi çökmə süxurlarda – əhəngdaşlarında, dolomitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: sərbəst mis, malaxit, azurit, xalkozin, xalkantit, broşantit və b. Mineralın tapıldığı yerlər: Şessi (Fransa); Qumeşev, Turyin, Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Sumeb (Namibiya); Çukikamata (Çili); Bisbi (ABŞ). Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Gədəbəy, Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsi obyektlərində, Balaca - və Böyük Qoşqaçay hövzələrində və b. qeyd edilir.
Küpçal
Küpçal — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Küpçal oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Qudyal çayının sahilindədir. Kəndin adı türk dillərindəki qapçal (keçilməz yer, sıldırım dik qaya) sözündən yaranmış, yaşayış məntəqəsinin yerləşdiyi coğrafi mövqeyi təyin edir. Kənd Qudyal çayının əmələ gətirdiyi uçurumun, sıldırımın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 499 nəfər əhali yaşayır. == Yol == 2014-cü ildə yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon (beş milyon üç yüz min) manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılmışdır.
Küpçal bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aleksandr Kuprin
Aleksandr İvanoviç Kuprin (26 avqust (7 sentyabr) 1870[…], Narovçat[d], Penza quberniyası[d] – 25 avqust 1938[…], Leninqrad) — rus yazıçısı, şairi və tərcüməçisi.
Kupid (peyk)
Kupid (ing. Cupid) - Uranın daxili peykidir. O, 2003-cü ildə Habbl teleskopundan istifadə edən Mark Şovalter və Cek Lissauer tərəfindən ləşf edilib. Kupid adı Uilyam Şekspirin Afinanın Timonu tamaşasındakı bir obrazdan götürülüb. Kupid Uranın peykləriUranın daxili peykləri içərisində ən kiçiyidir. Diametrinin təxminən sadəcə 18 km olduğu təxmin edilir. Bu və onun qaranlıq səthi Voyacer 2-nin 1986-cı ildə Uranın yaxınlığından etdiyi uçuş zamanı onun görüntülərini əldə etməyi xeyli çətinləşdirmişdi. Kupidin orbiti ondan daha böyük olan Belindanın orbitindən sadəcə 863 km fərqlənir. Mab və Perditadan fərqli olaraq Uranın peykləri həmçinin 2003-cü ildə kəşf olunmuşdu, o bu cəhətdən də çox narahat görünmür. Kəşf olunduqdan sonra Kupidə müvəqqəti olaraq S/2003 U 2 adı verilmişdi.
Kuşıy (Əbyəlil)
Kuşıy kəndi (başq. Ҡушый) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kuşıy kəndinin milli tərkibi: başqırdlar 98%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 9 km., kənd sovetliyindən (Dövlət): 3 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 38 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Lupçi adaları
Lupçi adaları (rus. Острова Лупчи) — Ağ dəniz, Kandalakşski körfəzi, Lupça buxrtasında yerləşən adalar qrupu. Lupçi arxipelaqına daxil olan adalar: Elovı Bolşoy Malıy Srednıy Kandalakşa şəhəri yaxınlığında, Bolşaya Polovinnisa adasından 2–3 km şimaldadır. Adaların maksimal hündürlüyü 28,5 metrə çatır. Əraziləri nadir meşə və daşlıqlardan ibarətdir.
Kuprin, Aleksandr İvanoviç
Aleksandr İvanoviç Kuprin (26 avqust (7 sentyabr) 1870[…], Narovçat[d], Penza quberniyası[d] – 25 avqust 1938[…], Leninqrad) — rus yazıçısı, şairi və tərcüməçisi.
Kupid (Uranın peyki)
Kupid (ing. Cupid) - Uranın daxili peykidir. O, 2003-cü ildə Habbl teleskopundan istifadə edən Mark Şovalter və Cek Lissauer tərəfindən ləşf edilib. Kupid adı Uilyam Şekspirin Afinanın Timonu tamaşasındakı bir obrazdan götürülüb. Kupid Uranın peykləriUranın daxili peykləri içərisində ən kiçiyidir. Diametrinin təxminən sadəcə 18 km olduğu təxmin edilir. Bu və onun qaranlıq səthi Voyacer 2-nin 1986-cı ildə Uranın yaxınlığından etdiyi uçuş zamanı onun görüntülərini əldə etməyi xeyli çətinləşdirmişdi. Kupidin orbiti ondan daha böyük olan Belindanın orbitindən sadəcə 863 km fərqlənir. Mab və Perditadan fərqli olaraq Uranın peykləri həmçinin 2003-cü ildə kəşf olunmuşdu, o bu cəhətdən də çox narahat görünmür. Kəşf olunduqdan sonra Kupidə müvəqqəti olaraq S/2003 U 2 adı verilmişdi.
Kuci Kəhrəba Muzeyi
Kuci Kəhrəba Muzeyi (久慈琥珀博物館, Kuci Kohaku Hakubutsukan) – Yaponiyanın İvate prefekturasının Kuci şəhərində yerləşən və kəhrəbaya həsr olunmuş muzey. Muzey ekspozisiyasına kəhrəbalar, nadir əşyalar, kəhrəba içərisində qalmış fosillər, arxeoloji və tarixi materiallar daxildir. Yaponiyanın yeganə kəhrəba muzeyidir. == Tarixi == Kuci regionu Yaponiyada ən böyük kəhrəba istehsalçısı kimi tanınır. Kuci kəhrəbası Gec Təbaşir dövrünə aid edilir və qədim dövrlərdən etibarən Yaponiyada hasil edilir. Regionda hasil edilmiş kəhrəbalarda fosillər və yeni növlər aşkarlanır. Muzey 1984-cü ildə "Kuji Amber" şirkəti tərəfindən açılmışdır. 2024-cü ildə muzeyin 40 illiyi münasibətilə "Böyük kəhrəba sərgisi" adlı xüsusi sərgi keçirilmiş, içərisində cücü fosili olan 40 kəhrəba nümayiş etdirilmişdir. == Ekspozisiya == Muzey qədim zamanlardan etibarən kəhrəba hasilatı ilə məşğul olan Kuci şəhərində, Osavada çayının sahilində yerləşir və Yaponiyada kəhrəbaya həsr olunmuş yeganə muzeydir. Muzey əsas və yeni bina olmaqla iki ayrı binadan ibarətdir.
Venera, Kupid, Folli və Zaman
Venera, Kupid, Folli və Zaman (həmçinin Venera və Kupidin rəmzi, Veneranın Triumfu) (ing. Venus, Cupid, Folly and Time, it. Allegoria del trionfo di Venere) — 1540 - 1545-ci illərdə florensiyalı Anyolo Branzinonun çəkdiyi alleqorik rəsm əsəri. Əsər hazırda Londonda, Milli Qalereyada sərgilənir. 1546-cı il ərəfəsində Bronzinoya Venera, Kupid, Folli və Zaman mövzusunda bir əsər yaratmaq tapşırığı verilir. O, bu işdə qərarlılıq göstərə bilmirdi. Çünki mövzu çox çətin, erotik, qaranlıq keyfiyyətlərə malik obrazların yer aldığı və ən əsası onun ustadı Pontoromonun və elə rəssamın öz yaradıcılığnın da aid olduğu Manyerist məktəblə bağlı idi. Əsərin Toskaniyanın böyük hersoqu I Kozimo və ya Fransisko Salviati tərəfindən Fransa kralı I Fransiskə hədiyyə vermək üçün sifariş edildiyi güman edilir. Corcio Vazari əsərin I Fransiskə hədiyyə edildiyini yazır, lakin kim tərəfindən hədiyyə edildiyini göstərmir. O zaman erotik səhnələrlə zəngin əsərlərə həm məşhur Mediçilər sülaləsi nümayəndələrinin, həm də Fransa aristokratiyasının böyük marağı var idi.
Un-no Kuçi döyüşü
Un-no Kuçi döyüşü -- 1536-cı ildə (yp 海ノ口城, un-no kuçi jou, sözün əsl mənasında Un-no Kuçi qalası kimi adlandırılır) o zaman on beş yaşlı Takeda Harunobunun ilk böyük qələbəsi idi. Daha sonra Takeda Şingen adını alacaq və Yaponiyanın ən məşhur sərkərdələrindən birinə çevriləcək. Harunobunun atası Takeda Nobutora, Un no Kuçidəki qalasında Hiraqa Genşinə hücum etdi, lakin geri çəkilməyə məcbur oldu. Harunobu, geri çəkilən qüvvələrin arxasında, qaladan təmizlənənə qədər gözlədi və sonra geri çevrildi və Takedanın qaçdığını görərək, hazırlıqsız tutulan bir qala qarnizonunu məğlub etmək üçün adamlarını apardı. Şingen 1541-ci ildə Takeda lideri olaraq atasını qəsb etdi və Şinano'yu fəth edərək Nobutora'dan üstün olmağa qərar verdi. 1542-ci ildə əyaləti işğal etdi və nəticədə orada iyirmi ildən çox döyüşdü.
Venera, Kupid, Folli və Zaman (Bronzino)