Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Caz
Caz — XX əsrdə ABŞ-də xüsusən zəncilər tərəfindən yaradılmış musiqi sənəti. Məşhur cazmenlərdən Lui Armstronqu göstərmək olar. == Caz musiqisinin tarixi haqqında == XIX əsrin sonunda ABŞ-nin Missuri ştatının barlarında yeni üslubda yaradılmış musiqi səslənməyə başlanır. Avropa musiqisinin ənənələrini — Frederik Şopen və List yaradıcılığını, marş, polka kimi məişət janrlarını zənci musiqisinin formaları ilə qovuşduran bu yeni üslub reqtaym adlanır və az bir vaxtda o, geniş yayılır. Faktik olaraq cazın ilkin mərhələsini də məhz reqtaym təşkil edir. Lakin caz, sözün həqiqi mənasında XX əsrin əvvəlində Nyu-Orlean şəhərində yaranmışdır. Çoxmillətli liman şəhəri olan Nyu-Orleanda hər cür musiqi — həm reqtaym, həm ispan və fransız musiqisi, həm blüz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr) və həm də kantri-musiqisi (Amerikanın ağ əhalisinin ənənəvi musiqisi) səslənərdi. Məhz bu müxtəlif mənşəli musiqi formalarının sintezi nəticəsində Nyu-Orlean cazı və yaxud ənənəvi caz yaranır. Bu musiqini adətən qara musiqiçilərdən ibarət ansambllar ifa edərdi. Lakin tezliklə caz musiqisi ağ əhalinin diqqətini də özünə cəlb edir.
GAZ
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. == Tarixi == 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. == İstehsal == Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.
Naz
Naz və ya cilvə — şirin görünmək üçün davranılan rəftar və davranışlar.
Paz
Paz (çay) — Rusiyada çay. Paz (peyk) — İspaniyanın hərbi peyki. PAZ (avtobus) — avtobus.
QAZ
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Raz
Raz- İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Raz və Cərgəlan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,735 nəfər və 1,282 ailədən ibarət idi.
Saz
Saz — təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır. Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır. Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı. Şah İsmayıl Xətainin könül oxşayan qoşmalarının birində saz belə tərənnüm edilir: Bu gün ələ almaz oldum mən sazım Ərşə dirək-dirək çıxar mənim avazım. Dörd iş vardır hər qarındaşa lazım: Bir elm, bir kəlam, bir nəfəs, bir saz. Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı (akustikası) baxımından danılmaz üstünlükləri ilə seçilir.
Yaz
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
ZAZ
İzabel Jeffrua (fr. Isabelle Geffroy, 1 may 1980) — Fransa müğənnisi. İzabel Jeffrua 1 may 1980-ci ildə Fransanın Tur şəhərində doğulub. 2001-ci ildə tanınmağa başlayıb. Məşhur fransız müğənni Zaz Türkiyənin 52-ci Beynəlxalq Bursa Festivalında qonaq olub. «Je veux» (2010) «Le long de la route» (2010) «La fée» (2011) «Éblouie par la nuit» (2011) «On ira» (2013) Официальный сайт Arxivləşdirilib 2012-12-24 at the Wayback Machine Немецкий официальный сайт (alm.) Страница ZAZ на Myspace Страница ZAZ на Facebook Интервью с певицей Arxivləşdirilib 2011-01-29 at the Wayback Machine Дмитрий Гусев. "Певица ZAZ – музыкальное откровение". russian.rfi.fr. 18.03.2011. 2012-05-10 tarixində arxivləşdirilib.
Laz
Lazlar (meqrel ლაზეფი lazepi, gürc. ლაზები lazebi) — ana dili Laz dili olan, Kartvel dil ailəsinə daxil olan xalq. == Sayları == SSRİ və Rusiya FR linqvisti, qafqazşünası Georgi Andreyeviç Klimovun 1986-cı ildə Moskvada nəşr etdirdiyi "Qafqaz dilçiliyinə giriş" adlı kitabında verdiyi məlumata əsasən Türkiyə Lazistanında həmçinin bu ölkənin digər hissələrində anklavlar şəkilndə və Gürcüstanla sərhəddə yayılmış laz dilində təxminən 45 min nəfər danışırdı. Müəllifi Deyvid Levinson olan və 1998-ci ildə ABŞ-nin Arizona ştatının Finiks şəhərində nəşr edilmiş "Bütün dünyada etnik qruplar: hazır istinadlar kitabı"ına görə Gürcüstanda 1.500 nəfər, Türkiyədə isə 200.000 nəfər laz yaşayırdı. === Türkiyədə === Türkiyədə lazların sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir. 1965-ci ildə aparılmış siyahıyaalmada laz dilini ana dili kimi 26.007 nəfər (ana dilini laz dili olaraq qeyd edənlərin 3.943 nəfəri laz dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi isə 55.158 nəfər göstərmişdir, yəni Türkiyənin qeyd edilən iki göstəriciyə əsasən laz dilini bilən əhalisi 81.165 nəfər olmuşdur. Beləliklə, 1965-ci ildə 31.391.421 nəfər olan Türkiyə əhalisinin ən yüksək ehtimalla 0,26%-ni lazlar təşkil edirdi. Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76.667.864 nəfərdir . Əgər 1965-ci ildəki nisbət payı (0.26%) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 198.2 min nəfər laz yaşamalıdır. Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araşdırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən 73.975 milyon nəfər qəbul edilən Türkiyə əhalisinin 220 min nəfərinin (0.297%) etnik laz olması təxmin edilmişdir.
KrAZ
KrAZ (uk: Кременчуцький автомобільний завод; Rom: Kremençutski avtomobilni zavod; Az: "Kremençuk Avtomobil Zavodu") (АвтоКрАЗ AvtoKrAZ) Ukraynada yerləşən yük maşını istehsalçısıdır. Müəssisə 31 avqust 1945-ci ildə SSRİ dövründə yaradılmış və xüsusilə ağır yükdaşıyan yolsuzluq avtomobilləri və xüsusi avtomobillər istehsalı sahəsində ixtisaslaşmışdır.
Ato, Kaz və Nik
Ato, Kaz və Nik və ya Sferiklər – 2002-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutmuş futbol üzrə dünya çempionatının rəsmi talismanları. == Tarix == Ato, Kaz və Nik kompüter animasiyası ilə yaradılmış ilk talismanlar idi və onların dünya çempionatına futuristik hava qatmaları gözlənilirdi. Əvvəlki dünya çempionatlarının sevimli talismanlarından fərqli olaraq onlar daha "qorxunc" görkəmə malik idilər. Hətta FİFA balaca uşaqların onlardan qorxa biləcəyini etiraf etmişdir. Talismanlar 1999-cu ilin dekabrında tanıdılsalar da, adları 2001-ci ilin aprelində Seulda açıqlanmışdır. Adlar üçün Yaponiya və Cənubi Koreyadakı internet istifadəçiləri, eləcə də, McDonald's müştəriləri arasında sorğu keçirilmiş və sorğuda 980 mindən çox səs qeydə alınmışdır. == Təsvir == Ato, Kaz və Nik, müvafiq olaraq, narıncı, bənövşəyi və göy rəngdə olan personajlardır. Onlar Sferiklər adlı xəyali ailənin tikanbaşlı üzvləridir. Göyün yuxarı qatında yerləşən Atmozona adlı yerdə yaşayırlar və atmobol adlı futbol növünü oynayırlar. Ato məşqçidir, Kaz və Nik isə onun oyunçularıdır.
Eysid caz
Klub cazı olaraq da bilinən Eysid caz, caz, soul, fank və disko elementlərini özündə cəmləşdirən bir musiqi janrıdır. Eysid cazı 1980-ci illərdə Londonda klublarda nadir yiv hərəkəti ilə yarandı və ABŞ, Yaponiya, Şərqi Avropa və Braziliyaya yayıldı. Tanınmışlar arasında Böyük Britaniyadan Brand New Heavies, Incognito, Us3 və Jamiroquai və ABŞ-dən Buckshot LeFonque və Digable Planets yer almışdı. 1990-cı illərin ortalarından sonlarına qədər elektron klub musiqisinin yüksəlməsi maraqların azalmasına səbəb oldu və iyirmi birinci əsrdə hərəkat bir növ olaraq qeyri-müəyyən oldu. == Xarakteristika == Eysid caz iki əlaqəli hərəkətdən ibarət idi. Birincisi, diskli jokeylərin və 1960-70-ci illərin caz traktlarına zərb və elektron rəqs ritmləri əlavə edən musiqi istehsalçılarının qeydlərinə əsaslandı. İkinci hərəkət, bu qeydlərdən təsirlənən və bir yiv vurğulayan qrupları əhatə etdi. Eysid caz caz, funk və hip-hopdan bəhrələndi. Əsasən zərb və canlı ifaya söykəndiyindən, bəzən cazla əlaqələndirilir, lakin yivə vurğu onu daha çox funk, hip hop və rəqs musiqisinə uyğunlaşdırır. == Tarixi == Eysid cazın mənşəyi 1960-cı illərdə, psixodel üslubların digər musiqi janrlarına daxil edildiyi dövrdən başlayır.
KAT:ŞE
Kae Nişina
Kae Nişina (d. 7 dekabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 2 qol vurub.
Kam (Xoy)
Kam (fars. كم‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (4 ailə).
Kau səhrası
Kau səhrası (ing. Kaʻū Desert) — Havay adasının cənub-şərqində, Kilauza vulkanının ətrafında yerləçən səjhra. Eynio adlı rayonun ərazisinə daxildir. Vulkanik çöküntülərlə örtülən səhrada tez-tez turşu yağışı yağır. == iqlimi == Kau tioik vulkanik səhradır. Tipik səhralardan (hansı ki, yağıntının miqdarı 200 mm keçmir və buxarlanma iillik yağıntını üstələyir) aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir: burad illik yağıntının miqdarı 1000 mm keçir. Kilauea vulkanından çıxan vulkanik qazlar turşu yağışı əmələ gətirir ki, buda bitki öretyüyünün əmələ gəlməsinə maneə olur. su tez şəkildə lavada buxarlanır. lava və vulkanik suxurların arasınadakı çatlar yağış suyunu asanlıqla keçirir == Milli park == Kau səhrasından Havay Vulkanik Milli parka yol gedir. Səhradan № 11 şose keçir.
Kay Donner
Kay Donner(isv. Kai (Karl) Reinhold Donner; 1 aprel 1888, Helsinki – 12 fevral 1935, Helsinki) — Fin etnoqrafı, dilçisi və siyasətçisi. == Həyatı == 1888-ci ildə anadan olmuşdur. Onun maraq dairəsi Ural dillərinin araşdırılmasıdır. "Beiträge zur Frage nach dem Urspnıng der Jenissei-Ostjaken", "Über das Alter der ostjakischen und vogulischen Renntierzucht" kimi bir sıra yazıların müəllifidir. Ural dillərilə yanaşı əski və yeni türk dilləri ilə də olduqca dərindən məşğul olmuşdur. Dilçi-alimin "Zu den ältesten Berührungen zwischen Samojeden und Türken" başlıqlı yazısı olduqca dəyərli bir əsərdir. Bu yazıda Donner samoyedlər və türklər arasında olmuş qədim əlaqələri işıqlandırmış və çuvaş xüsusiyyətləri daşıyan dilin ortaq türk dilindən ayrılmasından öncəki dövrləri haqqında maraqlı fikirlər söyləmişdir. Donner nəinki əski türk yazıları ilə, həmçinin türk dialektlərinin öyrənilməsi ilə də məşğul olmuşdur. Onun 1956-cı ildə nəşr edilmiş "Kaça" sözlüyü alimlər tərəfindən bəyənilmişdir.
Kay Havertz
Kay Sakakibara
Kay Sakakibara (29 iyul 1996, Qold Kost[d]) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Kay Sakakibara Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Həyatı == 29 iyul 1996-cı ildə doğulub. == Karyerası == Kay Sakakibara 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.328 saniyəlik nəticəsi ilə 31-ci yeri tutdu.
Kazu Naoki
Kazu Naoki (d. 23 mart 1918) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kaç Rannı
Kaç Rannı (qüc. કચ્છનું મોટું રણ) — Hisdistanın qərbində, az bir hissəsi isə Pakistanın şərqində yerləşən şoranlıq. Öz növbəsində iki yerlə bölünür: Böyük Kaç Rannı (şimal hissə) və Kiçik Kaç Rannı (cənub-şərq hissə). Rann şözü sanskritcədən tərcümədə «səhralıq məkan» anlamını verir. Kaç Qucarat ştatının bir dairəsinin adıdır. Sahəsi 20 min. km²-dir. Orta hündürlüyü 200 m, bəzi ərazilərdə isə 465 m çatır. Mussonlar mövsümündə dəniz suyu və Banas, Luni və d. çaylatrın suyu ilə dolur.
Kaç körfəzi
Kaç körfəzi (ing. Gulf of Kutch, hind. कच्छ की खाड़ी, Kaççk) — Ərəbistan dənizinə daxil olan körfəz. Hindistanın daxilinə 180 km məsafədə uzanır. Kathiyavar yarımadasını şimaldan Kaç yarımadasını isə cənubdan əhatələyir. Maksimal dərinliyi 122 metrdir. Sahilində yerləşən Camnaqar şəhərində dünyanın ən böyük neftayırma zavodlarından biri yerləşir. Kandlada isə iri neft terminalı vardır.