Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəlvəz
Kəlvəz — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Kəlvəz kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 271 nəfərdir. Lerik rayonun tərkibində olmasına baxmayaraq Kəlvəz kəndinin əhalisi əsasən türk Avşar türklərdir. Tarixən deportasiyaya uğrayan yerli xalq 1953-cü ildən sonra təkrar Muğandan (Biləsuvar) doğma torpağa qayıtmışdır. Bura Cənubi Azərbaycandan və Qarabağdan köçmələr də var. Burada 6 tayfa yaşayır. Burada Kazımxanlı, Nadirli (Nədirli), Yegənli, Şıxməmmədli, Bayramlı və Nəcəfalılı kimi tayfalardan yaşayır. Danışıq ləhcəsi Ərdəbil ləhcəsi ilə eynidir. == Toponimiyası == Kəndin adı XVI əsrə aid "Şeyx Səfi təzkirəsi"ndə Kəlvəz kimi qeydə alınmışdır.
Skakvey
Skakvey (ing. Skagway) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Kekeş
Kekeş (mac. Kékes) — Macarıstanda dəniz səviyyəsindən 1015 metr yüksəklikdə yerləşən ən yüksək dağ. == Haqqında == Heves əyalətinin Matra dağ silsiləsində Dyöndyöş şəhərinin şimal-şərqinin 12 km-liyində yerləşir. Balaton gölü və Dunay çayından sonra Macarıstanın üçüncü ən çox turist ziyarət edən bölgəsidir. Kekeş adı dağı əksər hallarda mavi rəngə çalmasından götürülmüşdür. Macar dilində kek sözü mavi, kekeş sözü isə mavitəhər mənasını verir.
Kəkrə
Kəkrə (lat. Acroptilon) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz)Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü.Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Ay Veyvey
Ay Veyvey (çin. 艾未未; ing. Ai Weiwei; d. 28 avqust, 1957, Pekin, Çin) — Çinli müasir incəsənət rəssamı və fəal. == Həyatı == Ay Veyvey 1957-ci il avqustun 28-də Pekin şəhərində anadan olub. Rəssamın atası görkəmli Çin şairi Ay Qing, 1950-ci illərin sonuna kimi sürgündə olmuş və 1978-ci ildə reabilitasiyasına kimi çap edilməmişdir.
Canq Veyvey
Canq Veyvey (d. 7 sentyabr 1990) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Veyvey, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Cenvey Van
Cenvey Van (20 oktyabr 1995) — Çin aktyorudur. Karateçi uşaq (film, 2010) filmindəki Çenq rolu ilə tanınıb. == Bioqrafiya == Cenveyin ailəsi əslində Handandandır, lakin yaxşı təhsil onları Pekinə gəlməyə vadar edir. Onun 4 yaşı olanda "Pekin Şiçahai Həvəskar İdman Məktəbi"nə gedir. O məktəbə gedəndə zəif və xəstə idi. O, burada Kunq Funu öyrənməyə başlayır. Burada çox çətinliyə dözür, heç bir çətinlikdən şikayətlənmirdi. Onun yaşı az olmağına baxmayaraq, milli yarışlarda çox mükafat aldı. Üç il sonra onun atası onu Haidan Gimnaziyasına göndərdi və o, milli uşunu öyrənməyə başladı. İki il sonra onun 10 yaşı olanda, milli uşu komandası yeni üzvlər axtaranda o, 57 rəqibi üstələyir və B-Mannskaft milli uşu komandasına müvəffəqiyyətlə daxil olur.
En Hetvey
Enn Hetevey (ing. Anne Hathaway; 12 noyabr 1982[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı aktrisa. == Həyatı == Enn Hetevey 12 noyabr 1982-ci ildə Nyu-Yorkun Bruklin bölgəsində anadan olub. == Karyerası == En teleekranlarda ilk dəfə 1999-cu ildə Reallığı Gör adlı serialda görünmüşdü. Disneyin istehsalı olan Şəhzadənin gündəliyi filmində və onun növbəti seriasında oynadığı Mia Sermopolis rolu ona böyük şöhrət qazandırdı. O vaxtdan sonra Havoc və Qozbel Dağ kimi dram filmlərdə oynamağa başladı. Eyni zamanda o, Şeytan Prada Geyinir və Eşq Kitabı filmlərində baş rolu oynadı. 2004-cü ildə ekranlara çıxan Tilsimlənmiş Ella filmidə ona uğur gətirənlərdən oldu. 2011-ci ildə Rio adlı cizgi filmində obrazı səsləndirən En, daha sonra Bir Gün filmində baş rolu ifa etdi. 2008-ci ildə Reyçl ərə gedir filmindəki performansına görə bir neçə mükafat alan En, Ən yaxşı aktrisa mükafatınada namızəd görüldü.
Heytəm Kenuey
Heytəm E. Kenuey (ing. Haytham E. Kenway) — "Assassin's Creed" videooyun seriyasında persona, seriyanın Amerika inqilabı dövrünü əhatə edən buraxılışlarında əsas personajlardan biri olan britaniyalı tampliyer. Heytəm "Assassin's Creed III" videooyununun ilk öncə protaqonisti, daha sonra isə antaqonisti olaraq təqdim edilir və "Assassin's Creed Rogue" videooyununda köməkçi personajdır. Onun keçmişinə daha sonra "Assassin's Creed: Forsaken" romanında toxunulur. Usta assasin Edvard Kenueyin oğlu olan Heytəm atasının öldürülməsindən sonra "Tampliyer Ordeni"nə qoşulur, nəticədə Şimali Amerika kolonial mərasiminin böyük ustadı olur və qitədə tampilyerlərin dominantlığının əsasını qoyur. O, özünün də xəbəri olmadan Radunhageydu, digər adı ilə Konnorun atası olur. Konnor "Assasinlər Qardaşlığı"na qoşulur və öz atasını döyüşdə öldürür. Heytəm "Assassin's Creed III" videooyununun satışa çıxarılmasından əvvəl oyunçuları təəccübləndirmək üçün oyunçu personaj kimi reklam edilməmişdi. Həmçinin, oyunun dörddə birində onun bir assasin olduğuna inanılır. Tənqidçilər tərəfindən mübahisəli qarşılanan oğlu Konnordan fərqli olaraq, Heytəm cazibədarlığı və mürəkkəbliyinə görə təriflənir və franşizanın ən yaxşı antaqonistlərindən biri kimi qiymətləndirilir.
Mark Kerney
Mark Kerney — Kanada Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən yüksək qiymət olan, "A" qiymətini vermişdir.
Səkrəy (Baymak)
Səkrəy (başq. Сәкрәй, rus. Саксай) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. 2007-ci ilin 10 sentyabr tarixinə qədər Saksay Meşə sahəsi adlanırdı. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 63 km, kənd sovetliyindən (Teməs): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 122 km.
Timoti Makvey
Timoti Ceyms MakVeiq (23 aprel 1968, Lokport[d], Nyu-York ştatı – 11 iyun 2001, Terre Haute həbsxanası[d]) — 1995-ci ildə 19-u uşaq olmaqla 168 nəfərin öldüyü, 680-dən çox insanın yaralandığı və Alfred Marreh Federal Binasının üçdə birinin məhv edildiyi Oklahoma şəhərinin bombalanmasına görə məsuliyyət daşıyan bir Amerikalı idi. Partlayış 11 sentyabr hücumlarından əvvəl ABŞ-də törədilən ən ölümcül terror aktı idi. Bu, ABŞ tarixində ən ölümcül daxili terror aktlarından biri olaraq qalır. Körfəz Müharibəsi veteranı olan Makvey 1993-cü ildə çoxu uşaq olan 86 nəfərin ölümü ilə nəticələnən Vako mühasirəsi, həmçinin 1992-ci ildə Ruby Ridge hadisəsi və Amerikanın xarici siyasətinə görə federal hökumətdən qisas almağa çalışırdı. O, federal hökumətə qarşı inqilabı ruhlandırmağa ümid edirdi və zalım bir hökumət olaraq gördüklərinə qarşı qanuni bir taktika kimi bombardmanı müdafiə etdi. O, partlayışdan qısa müddət sonra həbs edilib və kütləvi qırğın silahından istifadə də daxil olmaqla 160 əyalət cinayət maddəsi və 11 federal cinayət maddəsi ilə ittiham olunub. O, 1997-ci ildə bütün maddələr üzrə təqsirli bilinib və ölüm cəzasına məhkum edilib. MakVeyq 11 iyun 2001-ci ildə İndiana ştatının Terre Haute şəhərindəki Federal İslah Kompleksində öldürücü inyeksiya ilə edam edilib. Onun cinayətdən cəmi altı ildən sonra həyata keçirilən edamı ölüm cəzasını gözləyən əksər məhbuslardan xeyli qısa müddətdə həyata keçirilib.
Bertalan Sekey
Bertalan Sekey (hərdən səhvən Şekeli; əsl adı Bartolomey Sekey, mac. Székely Bertalan, 8 may 1835[…], Kluj-Napoka – 21 avqust 1910[…], Çinkota[d], Macarıstan krallığı və ya Lvov, Sisleytaniya) — macar rəssam-romantizm. == Həyat və yaradıcılığı == Bertalan Transilvaniyada anadan olmuşdur. Atası məhkəmə katibi idi. Ailəsi onu mühəndis olmasını istəyirdi, ancaq 1851-1855-ci illərdə Cohann Nepomuk Qeiqer və Karl Rahl rəhbərliyi altında Vyana İncəsənətlər Akademiyasında rəsm çəkməyə başlamışdır. 1855-ci ildə Sekey Transilvaniyaya qayıdıb, önümüzdəki üç il ərzində mağazalar üçün əlamətlərin yazılması və rəsm çəkməyi öyrətdi. 1858-ci ildə o, Ayhelburq qraflarının yanında işləmiş, eyni ildə evlənmişdir. 1859-cu ilin qışında rəssam Karl von Piloti ilə təhsilini davam etdirən Münhenə yola düşdü. Bu vaxtdan Sekey, Macarıstan tarixinin hadisələrində kətan üzərində görünməyə daha çox diqqət ayırır. 1862-ci ildə Bertalan Peşt şəhərinə köçdü.
Eva Sekey
Eva Sekey (mac. Székely Éva; 3 aprel 1927, Budapeşt – 29 fevral 2020, Budapeşt) — Macarıstan üzgüçüsü. O, Helsinkidə keçirilən 1952 Yay Olimpiya Oyunlarında qızıl medal və 1956 Yay Olimpiya Oyunlarında gümüş medal qazandı, altı dünya rekordu vurdu və 44 milli titul qazandı. 1953-cü ildə 400 m fərdi kompleks yarışında ilk dünya rekordunu vurdu. == Həyatı == Sekey Macarıstanın Budapeşt şəhərində anadan olub. 1941-ci ildə Sekey yəhudi olduğu üçün başlamasına çətinliklə icazə verilsə də, sürət üzrə milli rekordu qırdı. Uşaq ikən yerli üzgüçülük komandasında yarışırdı. 1941-ci ildə, 14 yaşında, yəhudi olduğu üçün komandadan qovuldu. Növbəti dörd il ərzində yarışlardan kənarlaşdırıldı və məşhur üzgüçü olduğu üçün Holokostdan qismən xilas oldu. II Dünya Müharibəsinin sonlarına doğru, Budapeştdə isveçrəli şəxsin həddindən artıq doldurulmuş iki otaqlı “təhlükəsizlik evində” 41 nəfərlə birlikdə yaşadı və formada qalmaq üçün hər gün pilləkənləri 100 dəfə yuxarı-aşağı qaçırdı.II Dünya Müharibəsinin sonunda, daha sonra boşandığı və özündən əvvəl 2013-cü ildə vəfat edən həyat yoldaşı Dejö Dyarmati ilə tanış oldu.
Kerey Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Kəvər (bitki)
Kəvər (lat. Capparis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Kəvər (şəhər)
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Kəvər rayonu
Kəvər rayonu, Yeni Bəyazid rayonu, Kamo rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) (İrəvan xanlığınınGöyçə mahalının indi Ermənistanın Kamo rayonu ərazisində rayon. Mərkəzi Kəvər şəhəridir. == Tarixi == 1930-cu il, sentyabrın 9-da yaradılıb. 1959-cu il aprelin 13-nə qədər Yeni Bəyazid rayonu, həmin tarixdən etibarən isə Kamo rayonu adlandırılıb. Rayon mərkəzi respublika tabeli Kəvər (dəyişdirilmiş adı Kamo) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 98 km-dir. Göyçə yaylasının böyük bir hissəsi Kəvər rayonu ərazisinə düşür. Kəvər rayonunun kəndləri – Ağzıbir, Əyrivəng, Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Dəliqardaş, Kərimkənd, Hacı Muxan, Kosa Məmməd, Noradüz Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == Toponimi == Erməni tədqiqatçıları bu toponimin ermənicə qavar — "mahal", "dairə", "nahiyə" sözündən ibarət olduğunu yazmaqda səhv edirlər. Ona görə ki əvvəla, inzibati ərazi bölgüsü vahidini bildirən söz ("ölkə", "əyalət", "mahal", o cümlədən ermənicə "qavar") heç vaxt ayrılıqda yaşayış məntəqə adına çevrilə bilməz; ikincisi, bu məntəqənin XX əsrə qədər əhalisi erkən orta əsrlərdə burada məskunlaşmış xəzərlərin Kəbər tayfasının adının fonetik formasıdır. == Əhalisi == 1948–1951-i illərdə rayonun azərbaycanlı əhalisinin əksəriyyəti Azərbaycana köçürülmüşdür.
Kəvər soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Kəvər şəhəri
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Sürünən kəkrə
Sürünən kəkrə (lat. Acroptilon repens) - kəkrə cinsinə aid bitki növü. == Sinonimləri == Acroptilon angustifolium Cass. Acroptilon australe Iljin Acroptilon obtusifolium Cass. Acroptilon picris (Pall. ex Willd.) C.A. Mey. Acroptilon serratum Cass. Acroptilon subdentatum Cass. Centaurea picris Pall. ex Willd.
Tikanlı kəvər
Tikanlı kəvər (lat. Capparis spinosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinin kəvər cinsinə aid bitki növü. Yarımkol bitki olub, 2 m-ə qədər uzunluqda budaqları var. Yarpağı girdə-yumurtavarı, yaxud ellipsvarı olub, saplaqlıdır. Çiçəkləri iri, rəngli ağ olub, tək-tək halda yarpaqların qultuğunda yerləşir. Meyvəsi giləmeyvəyə bənzəyən qutucuqdan ibarətdir. Toxumları kürəvarıdır, tünd-qonur rənglidir, təqribən qaraya çalır. Bitki may-iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Azərbaycanda kəvər Samur-Dəvəçi ovalıqlarında, Abşeronda, Kür-Araz çayları ovalıqlarında, Lənkəran və Naxçıvanın dağ ətəyi sahələrində yayılmışdır. Xüsusən, qeyd edilən rayonların ovalıqlarında, aşağı dağ qurşağında, yarımsəhralıq yerlərdə ehtiyatı daha çoxdur.
Əyrivəng (Kəvər)
Əyrivəng - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeydə alınmışdır. == Tarixi == Toponim qədim türk dilində «ayrılmış» mənasında işlənən «ayrı» sözündən və qala mənasında işlənən vəng sözünün birləşməsindən əmələ gəlmiş relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Ayrivan, Ayrivank formasında işlədilir. Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hayravan qoyulmuşdur. == Mədəniyyəti == Kənddə IX-X əsrlərə məxsus alban abidəsi qala vardır və kəndin adı həmin qala adından götürülmüşdür. == Əhalisi == Kənddə 1831-ci ildə 65 nəfər, 1873 - cü ildə 326 nəfər, 1886-cı ildə 451 nəfər, 1897-ci ildə 545 nəfər, 1904 - cü ildə 708 nəfər, 1914 - cü ildə 896 nəfər, 1916-cı ildə 735 nəfər, 1918-ci ilin yanvarında 706 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar vəhşicəsinə kənddə qırğınlarla qovulmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.
Con Horton Konvey
Con Horton Konvey (ing. John Horton Conway; 26 dekabr 1937, Liverpul, Lankaşir – 11 aprel 2020[…], Nyu-Bransuik[d], Nyu Cersi, ABŞ) — Britaniyalı riyaziyyatçı. == Həyatı == 26 dekabr 1937-ci ildə doğulub. Horton "Həyat" oyununun yaradıcısı kimi məşhur idi. O, həmmüəlliflərlə birlikdə oyunların kombinatorial nəzəriyyəsinin əsasını qoyub və sürreal ədədləri kəşf edib. Horton 1986-cı ildən bu günə kimi ABŞ-də çalışıb. 11 aprel 2020-ci ildə 82 yaşında Nyu-Cersidə koronavirusdan vəfat edib.