Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kızıl
Kızıl — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasına daxildir.
Kızıl Çulpan (Şaran)
Kızıl Çulpan (başq. Ҡыҙыл Сулпан, rus. Кызыл-Чулпан) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Nürəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 27 km, kənd sovetliyindən (Nürəy): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (66%), tatarlar (29%) üstünlük təşkil edir.
Tuluş Keçil-ool
Tuluş Keçil-ool (tıva Кечил-оол, Түлүш Балдаң оглу 23 iyun 1914, Belotsarsk – 10 iyun 1945) — II Dünya Müharibəsi iştirakçısı, Tuva Respublikasının 4-cü dərəcəli könüllü süvari alayı, 1-ci Ukrayna Cəbhəsinin 13-cü ordusunun 6-cı qvardiya süvari diviiziyasının, 8-ci qvardiya süvari alayının 31-ci qvardiya süvari eskadronunun komandiri, Sovet İttifaqı Qəhrəmanı, qvardiyası mayoru. == Bioqrafiyası == 1914-cü ildə Belotsarskda (indiki Qızıl şəhəri) kəndli ailəsində anadan olub. Əslən tıvalıdır. Orta təhsilli olmuşdur. 1944-cü ildən Qırmızı Orduda xidmət keçmişdir. 1944-cü ilin yanvar ayından orduya cəlb olunmuşdur. Fevral ayında Tıva Respublikası 4-cü dərəcəli Könüllü süvari alayı, 31-ci qvardiya kavalerləri taborunun (8-ci Mühafizə Süvari Dairəsi, 6-cı Mühafizə Süvari Korpusu, 13-cü Ordu, 1-ci Ukrayna Cəbhəsi) komandiriolmuşdur. 1944-cü ildə Ukraynanın Rivne bölgəsindəki Dubno şəhəri uğrunda gedən döyüşlərdə, üstün düşmən qüvvələri tərəfindən şiddətli əks hücumları dəf edərək, ona həvalə edilən eskadronu irəli atmış və atdı və 8-ci qvardiya süvari diviziyasının cəbhəsini örtdü. gözətçi süvari alayıildə, Ukraynanın Rivne bölgəsindəki Dubno şəhəri uğrunda gedən döyüşlərdə, üstün düşmən qüvvələri tərəfindən şiddətli əks hücumları dəf edərək, ona həvalə edilən eskadronu irəli atmış, düşməni geri otuzdurmuş və 8-ci qvardiya süvari diviziyasının irəliləyişini təmin etmişdir. 2 fevral 1944-cü ildə eskadronun başında olanlardan biri kimi kapitan Tuluş Keçil-ool Rivne şəhərinə girərək düşmənin çox sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
Eker-ool Keçil-ool
Eker-ool Keçil-ool (tuvaca: Экер-оол Түлүшевич Кечил-оол , d. 1 dekabr 1934 – 9 mart 2000) – tuvalı şair, yazıçı və tərcüməçi. == Həyatı == Keçil-ool 1934-cü ilin 1 dekabr tarixində Tuvanın Uluq-Hem bölgəsinin Ak-Hemə bağlı Ak-Kojagar kəndində anadan olmuşdur. Çaa-Höldə 7 illik orta təhsil müəssisəsini, sonra da Kızıl şəhərindəki Müəllim Məktəbini, ardıyca da, Kızıl şəhərindəki Müəllimlik İnistitutunu bitirmişdir. Süt-Höl bölgəsinin məktəblərində müəllimlik etmişdir. Tuva gəncləri mənasına gələn "Tuvanın anıyaktarı" qəzetində müxbirlik etmiş, həqiqət mənasına gələn "Şın" qəzetində ədəbi yazıları ilə məşhurlaşmışdır. İlk kitabı çiçəklərim mənasına gələn "Çeçekterim" adı ilə şerlər antologiyası 1967-ci ildə əşr edilmişdir. Bu əsər 1993-cü ildə təkrar nəşr edilmişdir. Sonrakı illərdə "Deerde pakusta" (1970), "Çarış adın munqanım" (1973), "Höglüg çay" (1975), rusca nəşr edilən "Ujar tıvızık" (1977), "Meen olçam" (1981), "Ekii, hünüm!" (1983), "Devideen ada" (1998) adlı kitabları nəşr edilmişdir. Bir çox rus müəllifin əsərlərini Tuva dilinə tərcümə etmişdir.
Beril
Beril — mineral, Al2Be3[Si6O18]. == Haqqında == Beril adətən 5-7% qədər Na, Li, K, bəzən Rb, Cs, (OH) daşıyır. Heksaqonal təbaşirləri prizmatik, tək-tək, bəzi hallarda druzlar şəklində rast gəlir. Ayrılma {0001} üzrə qeyri-mükəmməl. Aqreqat: kip, dənəvər. Rəngi adətən ağ, yaşılımtıl, sarımtıl. Parıltı: şüşəli. Sərtlik 7,5-8. Xüsusi çəkisi 2,8. Qranit və qranit peqmatitlərin boşluqlarında, kvars-muskovitli damarlarda, pla­gioklazit və qreyzenlərdə tapılır.
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslərCəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil XəlilovCəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) == Həmçinin bax == Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Cəmil
Cəmil — Azərbaycanlı kişi adı. Cəmil Ağayev — Cəmil Debbouz — Cəmil bəy Haqverdiyev — Cəmil bəy Musayev — Cəmil bəy Vəzirov — Cəmil bəy Köçərlinski — Cəmil bəy Rəfibəyli — Cəmil Cahid bəy Toydəmir — Cəmil bəy Xazalanski — Cəmil Lənbəranski — Cəmil Mirzəyev — Cəmil Sadıqbəyov — Cəmil Kavukçu — Cəmil Çiçək — Cəmil Əlibəyov — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974-1984) Cəmil Quliyev — Azərbaycan kinorejissoru, İctimai Televiziyanın baş direktoru (2013-cü ildən).
Dəbil
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Fazil
Fazil — Kişi adı. Fazil İrəvani — Fazil Mustafa — Fazil Mehdiyev — Fazil MəmmədovFazil Məmmədov (neftçi alim) Fazil Məmmədov (nazir)Fazil İbrahimov — Fazil Cabbarov —DigərFazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Fazıl
Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Fazil kəndi Fazıl kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim 1917-ci ildə Fazilli, 1933-cu ildə isə Fazılkənd variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsasını Fazil adlı şəxs qoyduğuna görə kənd onun adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şəkinin Fazıl kəndində "Əbədi sükut dünyası" labirinti yerləşir və ətrafındakı həyətyanı sahələrindən vaxtaşırı olaraq müəyyən tapıntılar üzə çıxır. Arxeloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meyilliyin yüksək olmasını göstərir. Belə ki,aşkarlanan qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür. Təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu labirintdə tapılan ana və ata bütləri sübut edir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 403 nəfər təşkil edir ki, onun da 194 nəfəri kişi, 209 nəfəri isə qadındır.
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Fəzli
Fəzli (1543 – 1605) — azərbaycanlı şair. == Həyatı == XVI əsr Azərbaycan şairi olan Fəzli Məhəmməd Füzulinin oğludur. == Yaradıcılığı == Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında dahi şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb. Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər. Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.
Kabil
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kamil
Kamil — Azərbaycanlı kişi adı. Kamil Cəlilov — mahir qaboy ustası, "Şöhrət" ordenli Azərbaycanın xalq artisti. Kamil Jordan — Fransız riyaziyyatçı; Kamil Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kamil Katibli — Azərbaycan Respublikası Nazirlər Kabineti Məxfi şöbənin müdiri Kamil Balakişiyev — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim Kamil Qurbanov — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamil Qubuşov — Aktyor. Film səsləndirənlər. Filmlərdə iştirak edən. Kamil Vəli Nərimanoğlu — filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. Kamil Nəcəfzadə — Azərbaycan quruluşçu kino rəssamı. Kamil Zöhrabov — Aktyor. İkinci rejissor.
Kazım
Kazım — Kişi adı.
Keçəl
Keçəl – başında tük olmayan və ya saçı tökülmüş adam. Keçmişde keçəllik çox yayılmış xəstəlik olmuşdur. Bu antisanitariya vəziyyətindi olan ailələrdə başın tez-tez yuyulmaması, qırxılmaması, bit-sirkə düşməsi üzündən törəyirdi. Kirli, uzun dırnaqlarla başı qaşımaq, başda çirkdən qatmaq bağlamaq halları başın dərisində iltihablı yaralar əmələ gətirirdi. Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün müxtəlif bitkilərin çiçəklərindən, meyvə qabıqlarından istifadə edilir. Məsələn, gəndəlaşın yetişmiş meyvələrini əzib yaraların üstünə qoymaq olar. İt soğanı, zanbaq şəklində başında bənövşəyi çiçəkləri olan bitkilər bu xəstəliyin dərmanı hesab olunurdu. Onun köklərini əzib yumurta ağına qatıqdan sonra başdakı yaralara yaxırlar. Pəlpətöun bitkisinin bitkisinin şirəsini çıxara və ya sirkəyə qatmaqla alınan məhlulla yaralıların qanını və irini təmizləyərmişlər. Yaralar sağaldıqdan sonra yara düşən dəriyə bir də tük gəlmədiyindən başda keçəllik qalarmış.
Kəbin
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Qızıl
Qızıl və ya Altun (Au) — təbiətdə saf şəkildə rast gəlinən metal. Kimyəvi elementlərdən biridir. Kimyəvi elementlərin dövri cədvəlində 79-cu elementdir. Təmiz halda qızılın rəngi samanı-sarıdır və metallik parıltıya malikdir, qarışıqlıqların tərkibindən asılı olaraq müxtəlif rəng alır. Qızılda gümüşün yüksək miqdarı olduqda onun rəngi açıq-sarı, mis olduqda yaşımtıl sarı olur. Palladiumun qarışığı qızılı ağ rəngə boyayır. Məhz buna görə də qızılın tərkibində palladiumun miqdarı 25% olduqda ona "ağ qızıl" deyilir. Qızıl parlaq sarı rəngi və parıldaması ilə diqqəti cəlb edən çox ağır metaldır. Üstəlik, asanlıqla reaksiya verməyən çox stabil bir element olduğu üçün hava və sudan təsirlənmir. Buna görə də heç vaxt paslanmır, ləkələnmir və matlaşmır.
Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Qəzli
Qəzli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qəzli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd.
Qəzəl
Qəzəl – klassik Şərq şeiri növüdür.Qəzəl ərəb ədəbiyyatında yaranıb. Yazılı ədəbiyyatda klassik janrlardan biridir. Lirik növdədir. Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasının ən çox işlənən formasıdır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılır. Qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə, son beyti məqtə adlanır. (iki misra "beyt" adlanır) Qəzəlin ən yaddaqalan beyti şah beyt və ya beytül qəzəl adlanır. Mətlənin hər iki misrası həmqafiyə olur. Qalan beytlərin isə sonu mətlə ilə qafiyələnir.
Əzgil
Əzgil (lat. Mespilus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Almayabənzər meyvələri olan əzgil (muşmula) ağacı Zaqafqaziyada (Azərbaycanın dağ-meşə rayonlarında), eləcə də Krımda geniş yayılmışdır. Yabanı halda yayılan əzgilin meyvələri sarı-qonur rəngdə olur, çox xırdadır, lət hissəsi kobud, dadı turşməzədir. Lakin becərilən əzgilin meyvələri sarı rəngli olub, iridir və dadı şirindir. Meyvəsində müxtəlif növ şəkərlər, üzvi turşular, aşı və pektin maddələri, eləcə də C vitamini, az miqdarda isə karotin vardır. == Təbabətdə == Xalq təbabətində tam yetişməyən əzgil meyvəsindən bişirmə və dəmləmə formasında şəkərlə qarışdırıb, uşaqlarda baş verən ishala və dezinteriyaya qarşı istifadə edirlər. Əzgilin meyvələrindən, həmçinin böyrək xəstəliklərində, şirəsindən isə xroniki mədə-bağırsaq xəstəliklərində, mədənin həzmolma prosesini yaxşılaşdıran və köpü azaldan dərman kimi işlədilir. Bundan başqa, əzgil qənnadı sənayesində hazırlanan məmulatların tərkibinə də qatılır. Əzgilin meyvəsinin illik ehtiyatı olduqca çoxdur.
Qızıl Aypara,Qızıl üçbucaq
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. == Haqqında == Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
Arg (Kabil)
Arg (puşt. ارگ — kiçik şəhər) — Kabildəki Prezident Sarayı. == Tarixi == Arg'ın təməli taxta çıxdıqdan sonra 1880-ci ildə Əmir Əbdürrəhman Xan tərəfindən qoyuldu. Ətrafında su dolu bir xəndək olan bir qala kimi dizayn edilmişdir. Əbdürrəhman xan onu Arg-e-Shahi (Kralın Citadel) adlandırdı və digər tikililər arasında ailəsi, ordu kazarmaları və milli xəzinə üçün bir yaşayış binasına daxil edildi. Əvvəllər Bala Hissarı İkinci Anglo-Əfqan müharibəsi (1878–80) əsnasında İngilis Hind qoşunları tərəfindən məhv edilməyincə əmirliklərin qalası və ya qərargahı olaraq vəzifə yerinə yetirirdi. Arg, Əfqanıstanın bütün padşahları və prezidentləri üçün kral və prezident sarayı olaraq xidmət etmişdir. Ancaq Hafizullah Amin də Tacbeg Sarayından ailəsi üçün iqamətgah olaraq istifadə etdi. Fərqli hökmdarların nəzdində dəyişikliklərə və canlanmaya məruz qalmışdır. 1978-ci il Saur inqilabı zamanı Məhəmməd Daud Xan və ailəsi Arg içərisində Əfqanıstan Xalq Demokratik Partiyasının (PDPA) üzvləri tərəfindən öldürüldü.
Ağ qızıl
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Ağvirani-kəbir
== Toponim == Ağvirani-kəbir - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. «Böyük Ağ viranə» mənasındadır. == Həmçinin bax == Qırxbulaq nahiyəsi İrəvan əyaləti == Ədəbiyyat == Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995. Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994.