Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kani
Məhəmməd Kabuli və ya təxəllüsü ilə Kani (1898, Mərivan, Kürdüstan ostanı – 1965) — kürd şairi. Qacar dövlətində, Mərivan ətrafındakı Rişen kəndində anadan olmuşdur. O, doğulduqdan az sonra valideynlərini itirmişdir. Poeziyasının böyük hissəsini məzlum insanlara həsr etmişdir. Onun poeziyasının əsas mövzuları azadlıq, kürd mübarizəsi, qadın hüquqları, təbiət və sevgidir.
Avtomobil kranı
Avtomobil kranı — relssiz və ya relslə hərəkət edən avtomobillərə quraşdırılmış kranlardır. Tikinti işlərində tırtıllı gediş mexanizminə malik olan avtomobillərdə quraşdırılmış kranlardan və kiçik məsafədə yerdəyişmə imkanına malik səyyar kranlardan da istifadə olunur. Hal hazırda avtomobil kranlarının layihələndirilməsində ferma strukturlu və ya teleskop tipli kranlara üstünlük verilir (şəkil 1). Bu kranların yükqaldırma qabiliyyəti maks. 1000t-a çatır. Automobil kranlarında hərəkətli hissə üçün adi avtomobil və ya onlarla oxşar olan quruluşlar tətbiq tapır. Bu kranların üstünlükləri onların qısa zamanda yığıla bilməsidir. Buna görə də, avtomobil kranları dəyişən tapşırıqlar üçün qısa zamanda uyğunlaşdırıla bilir.
Cizzəx klanı
Cizzəx klanı Özbəkistanın Cizzəx vilayəti ilə bağlı olan qruplaşmadır. Səmərqənd klanı ilə müttəfiqdir. Klanın başçısı Özbəkistan prezidenti İslam Kərimovun müşaviri və keçmiş xarici işlər naziri Əbdüləziz Kamilov sayılır.
Daşkənd klanı
Daşkənd klanı Özbəkistanın Daşkənd şəhəri ilə bağlı olan, ölkənin Milli Təhlükəsizlik Xidmətini (Milliy Xavfsizlik Xizmati), 2005-ci ilin sonlarından etibarən isə Daxili İşlər Nazirliyini təsir altında saxlayan güclü siyasi qruplaşmadır. Onun Özbəkistan hökumətinə nəzarətdə ən böyük rəqibi isə Səmərqənd klanıdır.Daxili İşlər naziri, Səmərqənd klanının üzvü Zakir Almatov 2005-ci ilin sonlarında səhhəti ilə əlaqədar xidmətini davam etdirə bilməyəcəyini bildirərək istefa verdi. Onun yerinə Prezident İslam Kərimov Daşkənd klanından olan, Milli Təhlükəsizlik Xidmətinin direktor müavinini təyin etdi. Bəzi analitiklərin ehtimalına görə, 1999-cu il Daşkənd terror aktlarını məhz Almatovun rəhbərliyi altında Daxili İşlər Nazirliyi həyata keçirmişdi. Digərlərinin fikrincə isə bombalı hücumların həmin vaxt Daşkənd klanının başçısı Rüstəm İnoyatovun rəhbərliyi altında Milli Təhlükəsizlik Xidməti tərəfindən təşkil edilmişdi. Analitiklər hesab edir ki, 2004-cü ildə Daşkənd və Buxarada baş vermiş bombalı hücumlar da Daxili İşlər Nazirliyi əleyhinə Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş ola bilər.
Ksani qalası
Ksani qalası (gürc. ქსნის ციხე), yaxud başqa adı ilə Mtkvari qalası (gürc. მტკვრის ციხე, mt'k'vris tsikhe ) — Şərqi Gürcüstanın Msxeta-Mtianeti bölgəsində yerləşən qaladır. Strateji olaraq Ksani və Mtkvari (Kür) çaylarının kəsişməsinə baxan təpənin üzərində yerləşir. 1512-ci ildə Muxrani knyazı I Baqrat tərəfindən inşa edilmiş və 1746-cı ildə yenidən tikilmişdir. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələri siyahısına əlavə edilmişdir. == Yeri və planı == Ksani qalası Msxeta-Mtianeti bölgəsindəki Msxeta bələdiyyəsinə tabe olan Tsihisdziri kəndində yerləşir. Qala Ksani çayının sol sahilində, 600 metr hündürlüyündəki Sarkineti dağının zirvəsində yerləşir. Abidə strateji cəhətdən Ksani və Kür çaylarının kəsişmə nöqtələrində inşa edilmişdir. Qalaya yalnız cənub-qərbdən daxil olmaq mümkündür.
Ksani çayı
Ksani çayı (gürc. ქსანი, oset. Чысандон) — Cənubi Osetiya və Gürcüstanın çayı. Kür çayının sol qolu. == Coğrafi mövqeyi == Cənubi Osetiyanın Leninqorsk rayonundan axır. Yuxarı və orta axarları Gürcüstan ərazisindən keçir. Bu çay öz başlanğıcını Kelsk platosunun Kelistba gölündən götürür. Çayın axın sürəti yüksəkdir. Bu çayın hövzəsi boyu Leninqors rayonunu Cənubi Osetiya ilə birləşdirən magistral yol keçir ki, o da Gürcüstanın əsas magistral yollarından hesab edilir. Ksani çayının yuxarı axarlarında yüksək rekseasiya potensiala malik Dzimır (Jamuri) əyaləti yerləşir.
Səmərqənd klanı
Səmərqənd klanı — İsmoil Jurabekovun başçılıq etdiyi özbək klanıdır. Bu, Özbəkistanda mövcud iki əsas qruplaşmadan biri olub, əsas rəqibi Daşkənd klanıdır. O cümlədən, əsas rəqiblər sırasında yer almayan Fərqanə klanı da rəqib hesab edilir. Keçmiş Özbəkistan Prezidenti İslam Kərimov da Səmərqənd klanına aid hesab olunurdu. == Məlumat == Müasir Özbəkistanda tayfalar artıq mövcud deyildir. Hazırkı klanlar ya ailə səviyyəsində, ya da milli səviyyədə fəaliyyət göstərirlər. Bugünkü "klan" termini Özbəkistanda əsasən dostluq və ya nikah əsaslı himayədarlıq şəbəkəsi mənasını daşıyır. Bəziləri bu qruplaşmalara "fraksiya" deməyə üstünlük verirlər.Sovet İttifaqının süqutundan etibarən Özbəkistan hökuməti qəbilə siyasətinin varlığını inkar etməyə çalışır. == Tarixi == 1983-cü ildə Fərqanə klanını əvəzləyən Səmərqənd klanı Özbəkistanda hakimiyyətə gəldi.Səmərqənd klanının rəhbəri İsmoil Jurabekov İslam Kərimovun hakimiyyətə gətirilməsində oynadığı rola görə "boz kardinal" kimi tanınır. Lakin 1993-cü ildən etibarən, Kərimov bu qruplaşmanın gücünü məhdudlaşdırmağa başladı.
Kani (dəqiqləşdirmə)
Kani — şair. Kani Bərdə (Nəqədə) — İranda kənd. Kani Mam Seyid (Nəqədə) — İranda kənd. Kani sur — Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. Kani dinar — İranın Kürdüstan ostanının Mərivan şəhristanının Mərkəzi bəxşində şəhər.
Kani Sur
Kani sur- İranın Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,131 nəfər və 239 ailədən ibarət idi.
Kani dinar
Kani dinar- İranın Kürdüstan ostanının Mərivan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,127 nəfər və 1,232 ailədən ibarət idi.
Kani Bərdə (Nəqədə)
Kani Bərdə (fars. كاني برده‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (7 ailə).
Kani Diraz (Bükan)
Kani Diraz (fars. كاني دراز‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (28 ailə).
Kani Gürgə (Bükan)
Kani Gürgə (fars. كاني گرگه‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (20 ailə).
Kani Qala (Bükan)
Kani Qala (fars. ‎كاني قلعه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (23 ailə).
Kani Qanci (Qürvə)
Kani Qanci (fars. كاني گنجي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 584 nəfər yaşayır (143 ailə). Əhalisini kürdlər təşkil edir.
Kani Rəş (Bükan)
Kani Rəş (fars. كاني رش‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 488 nəfər yaşayır (70 ailə).
Kani Siran (Bükan)
Kani Siran (fars. كاني سيران‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (34 ailə).
Kani Səbzə (Bükan)
Kani Səbzə (fars. ‎‎كاني سبزه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (24 ailə).
Kani Tumar (Bükan)
Kani Tumar (fars. كاني طومار‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (56 ailə).
Kani Xarə (Bükan)
Kani Xarə (fars. كاني خواره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Kani Şəqaqan (Bükan)
Kani Şəqaqan (fars. ‎‎كاني شقاقان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (19 ailə).
Kürə Kani (Bükan)
Kürə Kani (fars. كوره كاني‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (24 ailə).
Kani Allah Seyidə (Bükan)
Kani Allah Seyidə (fars. ‎‎كاني اله سيده‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (19 ailə).
Kani Mam Seyid (Nəqədə)
Kani Mam Seyid (fars. ‎‎كاني مام سيد‎‎) və ya Kəpəkli - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 236 nəfər yaşayır (42 ailə).
Kani Məhəmməd Əli (Bükan)
Kani Məhəmməd Əli (fars. كاني محمدعلي‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Isani
İsani Tiflis şəhərinin şimalında yer adı. Kür çayının sol sahilində yerləşir.
Kamani
Kamani (gürc. კამანი) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 160 m hündürlüktə, Suxumidən 14 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 4, თბ., 2018. — გვ. 504.
Kanci
Kanci (yap.: 漢字; ci — hərflər, Kan — Xan; hərfi mənası: "xan hərfləri") — müasir yapon yazısında hiraqana, katakana, ərəb rəqəmləri və romaci (latın əlifbası) ilə birgə işlənən çin heroqrifləri.
Kandi
Kandi (sinh. මහනුවර) və ya Senkadaqalapura (Senkadagalapura) — Şri-Lankada şəhər. Bu şəhər qədim krallar dövrünün son paytaxtı olub. Burada çoxlu park, abidə, şəhər mərkəzində isə göl var. Eyni zamanda Buddanın müqəddəs evlərindən biri burada yerləşir. Mərkəzi Əyalətin paytaxtı, Kandi Bölgəsinin inzibati mərkəzi. Əhalisi — 161 min nəfər (2001). XIV əsrdə adanın qədim paytaxtlarından biri olan dəniz səviyyəsindən 500 m yüksəklikdə qurulmuşdur. 1988-ci ildə tarixi mərkəz YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi. == Görməli yerləri == Kandi, Asiyanın ən böyük botanika bağlarından birinə — Peradeniyada yerləşən Kral Botanika Bağlarına ev sahibliyi edir.
Kasnı
Kasnı (lat. Cichorium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Kasnının tərkibində kalsium, maqnesium, fosfor, dəmir, A1, B1, B2, C, E vitaminləri vardır. == Növləri == Cichorium alatum Hochst. & Steud. Cichorium bottae Deflers Cichorium callosum Pomel Cichorium calvum Sch.Bip. ex Asch. Cichorium dubium E.H.L.Krause Cichorium endivia L. Cichorium hybridum Halácsy Cichorium intybus L. Cichorium pumilum Jacq.
Khami
Khami (həmçinin Kham, Kam və ya Kami) — Zimbabvenin Bulavayo şəhərindən 22 kilometr qərbdə yerləşən şəhər dağıntıları. Bir zamanlar Torva sülaləsinin idarə etdiyi Butua Krallığının paytaxtı idi. Ərazi indi milli bir abidədir və 1986-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Kontekst == Bu gün görünən yaşayış məskəni, eramızın 13-cü əsrində Böyük Zimbabvedə meydana gələn memarlıq formasının inkişafı və yerli Kopye mədəniyyətidir. Khami qurulduğu mühiti tanıdan bir yeniliyi qeyd edir. Çay sahilində yerləşənə Khami ətrafındakı ərazilər isti və malyariya problemi ilə üzləşmişdir. Khamidə tapılan daş (laminar qranit) Zimbabvenin digər ərazilərindəki daşdan (biotit) fərqli idi. Dolerit qarışığı olan bu daşı sındırmaq çətindi və bundan formasız bina daşı istehsal edilirdi. Bu karxanalarda istehsal olunan daşın 60%-dən çoxunun bina keyfiyyəti olmayacağını təxmin etmək olar. Beləliklə, tikinti blokları forma almağa ehtiyac duydu, lakin bundan sonra da daşlar sərbəst dayanan quru daş divarları tikmək üçün uyğun deyildi.
Kianit
Kianit (disten) Al2 [O | SiO4] — Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Xromkianit (2%-ə qədər Cr2O3), manqankianit. == Xassələri == Rəng – adətən göy və mavi, bəzən sarı, yaşıl, çəhrayımtıl, rəngsiz, nadir hallarda qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından ayrılma müstəvilə-rində sədəfiyədək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,6–3,7; Sərtlik – 4,5–7; mineral üçün sərtliyin anizotropiyası səciyyəvidir: kristalın uzununa istiqamətdə sərtlik 4,5–5, eninə istiqamətdə 6,5–7 arasında dəyişir; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {010} üzrə aydın; Bölünmə – {001} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: sütunvari, lövhəşəkilli, çox zaman əyilmiş, burulmuş; İkiləşmə: çox vaxt {100} üzrə sadə və {001} üzrə polisintetik; Mineral aqreqatları: dərz şəkilli, radial — şüalı, iynəvari. == Mənşəyi və yayılması == Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b.
Kianq
Kianq (lat. Equus kiang) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli yarımnövü. Onlara əsasən, Tibet və onun ətraf ərazilərində müşahidə edilir. Kianq Qulanların bir yarımnövü hesab edilir. Ancaq onlar digər yarımnövlərdən iri olur və daha çox ata bənzəyir. == Xarici görünüş == Kianqların uzunluğu 210 sm, hündürlüyü 142 sm, çəkisi isə 250–400 kq ola bilir. Yayda rəngləri parlaq qırmızı rəng alır. Qışda tükləri uzanır. Rəngi qonurlaşır. Belinin tən ortasından qara xətt keçir.