Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Larus
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həmdə göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Tamus
Dioskoreya (lat. Dioscorea) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Lamu
Lamu — Keniyadakı Lamu arxipelaqının bir hissəsi olan Lamu adasında kiçik bir şəhər. Şəhər UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin sahilində Lamu qalası yerləşir. Lamuda o cümlədən 1900-cü ildə tikilmiş Riyadha məscidi də daxil olmaqla 23 məscid var. == Tarix == === Erkən tarix === Şəhərin əsl adı Amudur və ərəblər tərəfindən Əl-Amu (آامو)\, Portuqalca isə "Lamon" adlandırılır. Portuqaliyalılar Amu ərazidəki baş yaşayış məntəqəsi olduğu üçün bütün adaya bu adla müraciət edirdilər. Lamu adasındakı Lamu şəhəri Keniyanın daimi yaşanılan ən qədim şəhəridir və Şərqi Afrika sahilləri boyunca orijinal suahili yaşayış məntəqələrindən biri olmuşdur. Şəhərin 1370-ci ildə qurulduğu güman edilir. Bu gün Lamu əhalisinin əksəriyyəti Müsəlmandır. Şəhər ilk dəfə 1441-ci ildə Məkkəni ziyarət edən Lamulu bir hakimlə görüşən ərəb səyyahı Əbu-əl-Mahasini tərəfindən yazılı şəkildə qeyd edilmişdir.
A.Camus
Eme Antuanetta Kamus (fr. Aimée Antoinette Camus; 1 may 1879, Paris – 17 aprel 1965, Paris) — Fransa botaniki. == Əsərləri == == İstinadlar == == Ədəbiyyat == Première partie: Atlas de la monographie des saules de France / Deuxième partie: Principaux insectes nuisibles aux saules/ (suivi de:) Atlas A.Camus. J. Mersch, París (1904). Classification de saules d´Europe et monographie des saules de France A.Camus & E.G.Camus, París (1905). Monographie des Orchidées de l´Europe, de l´Afrique septentrionale... E.G.Camus & A.Camus & P. Bergon, París (1908). Florule de Saint-Tropez et de ses environs immédiats A.Camus. Paul Lechevalier. París.
Aleksandr Labuş
Aktyor == Həyatı == Aleksandr Sergeyeviç Labuş 11 avqust 1957-ci ildə Minskdə anadan olub. Belorus Dövlət Bədii Teatr İnstitutunda oxuyub (B. İ. Luçenkonun sinfi, 1975–1980). Belorus aktyorudur.
Atriplex limus
Erigeron latus
Erigeron latus (lat. Erigeron latus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Gamus (Maku)
Gamus (fars. گاموس‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (10 ailə).
Kamus (Sulduz)
Kamus (fars. كاموس‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (18 ailə). Kənd əhalisini kürdlər təşkil edir.
Karlos Lamas
Karlos Saavedra Lamas (1 noyabr 1878[…], Buenos-Ayres – 5 may 1959[…], Buenos-Ayres) — Argentinanın sabiq xarici işlər naziri; Nobel Sülh Mükafatı laureatı (1936) 1936-cı ildə Boliviya ilə Paraqvay arasındakı müharibəni bitirmək üçün mübarizə apardığına görə ona Nobel Sülh Mükafatı verilmişdir. Lamas vəfat edəndən sonra mükafat bir neçə nəfərin əlinə keçir. 1990-cı illərin əvvəllərində isə onu bir amerikalı kolleksiyaçı Cənubi Amerika ölkələrinin birindəki zərgərlik dükanından almışdı. 2014-cü ilin martında isə ABŞ-nin Merilend ştatındakı "Stack's Bowers" auksion evi həmin mükafatını rekord qiymətə - 1,1 milyon dollara satmışdır.
Lapuş çayı
Lapuş çayı— Rumıniyada Someş çayının sağ qoludur. Çay İzvorul Alb və İzvorul Negru sularının birləşdiyi yerdə formalaşır. Lapuş çayı Baia Marenin qərbində Buşagda Someş çayına tökülür. Çay Bauut, Lapuş, Targu Lapuş, Vima Mika, Şomkuta Mare, Remetea Çioarului, Koaş, Sacalaşeni, Groşi, Koltau, Recea və Tautii-Magherauş icmalarından keçir.
Larus cachinnans
Xəzər qağayısı (lat. Larus cachinnans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. Xəzər və Qara dəniz gövzəsi ərazilərdə, həmçinin Qazaxıstan, Macarıstan, Belarus və Polşa ərazilərində müşahidə edilirlər. Yaxın keçmişə qədər Gümüşü qağayının bir yarımnövü olaraq hesab edilirdi. == Təsviri == İri parlaq rəngli quşun elədə böyük olmayan başı vardır. Nisbətən uzun və ensiz dimdiyə və uzun ayaqlara sahibdir. Ümumi ölçüləri baxımından Gümüşü və Aralıqdənizi qağayısından fərqlənmirlər. Ancaq yüngül və şux bədənləri, armudvari başı və və uzun boyunları ilə digər növlərdən seçilirlər. 54–66 csm uzunluğa malik olurlar. Qanadları arasında məsafə 130–158 sm, çəkisi 700–1200 q-dır.
Larus dominicanus
Dominikan qağayısı (lat. Larus dominicanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. == Görünüşü == Bədəninin uzunluğu 58 sm, qanadları arasında məsafə 125 sm. Başının ətrafları, boynu, aşağı hissəsi, həm də quyruğu ağ, qanadlarınln üzəri və bel hissəsi qara olur. Ayaqları sarıdan zeytuni-yaşıl rəngə qədər dəyişir. == Yayılması == Cənubi Amerikanın cənub sahillərindən tutmuş, Cənubi Afrika sahillərinə, Yeni Zelandiya və Subantarktik qurşada yerləşən adalarda yayılmışdır. Bu yeganə qağayı növüdüe ki, Antarktik yarımadasında yuva qoyur. Yuvanı əsasən balıqqulağı, sümük və otlardan hazırlanmış yuvalarda yumurta qoyurlar. 4 ay qırt yatırlar. 2–3 olmaqla yumurta qoyurlar.
Larus melanocephalus
Ichthyaetus melanocephalus (lat. Ichthyaetus melanocephalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin ichthyaetus cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (EN). Təhlükə altındadır. == Genefond əhəmiyyəti == Azərbaycanda cinsin 8 növün-dən biridir. == Qısa təsviri == Başı və boynunun yuxarı hissəsi parlaq qara, qanadlarının ucu ağdır. Dimdiyi iri və qırmızıdır, amma qara zolağı var. == Yayılması == Avropa və Asiyada yayılıb, qışlamaq üçün Aralıq dənizinə qədər miqrasiya edir. Azərbaycanda Bakı arxipelaqında nəsil verir.
Mario Kamus
Mario Kamus (isp. Mario Camus; 20 aprel 1935, Santander – 18 sentyabr 2021, Santander) — İspaniya kinorejissoru, ssenarist və aktyor. == Həyatı == İspan kinorejissoru Mario Kamus 1935-ci ildə anadan olmuşdur. Hüquq kollecini bitirdikdən sonra 1956-cı ildə Escuela Oficial de Cinematografía-ya daxil olmuşdur. Oranı bitirərkən diplom işi kimi qısametrajlı "İçki düşkünü" filmini çəkir. Onun ilk tammetrajlı filmlərindən biri "Gənc Sançes" (1963) olur. Mario Kamus Buenos Ayres kinofestivalında "Ən yaxşı film" nominasiyasında mükafata layiq görülmüşdür. Onun ən məşhur filmlərindən biri 1968-ci ildə çəkdiyi "Qoy danışsınlar" musiqili filmi olmuşdur. M. Kamus 80-ci illərdə də ona şöhrət qazandıran və tamaşaçılar tərəfindən böyük uğurla qarşılanan bir neçə filmin rejissoru olmuşdur. == Filmoqrafiya == Qoy danışsınlar!
Meyerius latus
Meyerius latus (lat. Meyerius latus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin meyerius cinsinə aid heyvan növü.
Namus Zöhrabov
Namus Zöhrabov — Əməkdar artist. == Həyat və fəaliyyəti == Namus Zöhrabov 1959-cu ildə Bakıda dünyaya gəlib. 1972-ci ilədək 167 nömrəli məktəbdə oxuyub. 5-ci sinfi bitirdikdən sonra indiki Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. 1975-ci ilədək oranın xalq rəqsləri şöbəsində təhsil alıb. Rəqsə Bakı Pionerlər Evində Böyükağa Məmmədovun rəhbərliyi altında "Cücələrim" ansamblında başlayıb. Sonradan müxtəlif mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəklərinin üzvü olub. 1974-1975-ci illərdə Qorxmaz Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışıb. 1975-ci ildə Tanxo İzrayilovun Dağıstanda rəhbərlik etdiyi "Ləzqinka" Dövlət Rəqs Ansamblına dəvət alıb. 1977-ci ilədək bu heyətdə çıxışlar edib.
Namus qətli
Adət və namus cinayətləri — xüsusilə aldatmaq, zina etmək, evlənməyi rədd etmək, boşanmaya çalışmaq, təcavüzə uğramış olmaq kimi səbəblərlə, başda qadınlar olmaq üzrə ailə fərdlərinə yönəldilən şiddət. Qərbli qaynaqlarda ümumiyyətlə qürur günahları şəklində adlandırılar. İnsan Haqqları İzləmə Təşkilatı adət və namus günahlarını bu şəkildə tərifləyir: "Qürur cinayətləri; ailənin qürurunu zədələdikləri səbəbiylə, kişi fərdlər tərəfindən qadın fərdlərə yönəldilən, ümumiyyətlə cinayət şəklində reallaşan şiddətdir. Hər hansı bir qadın, ailəsinin seçdiyi bir adamla evlənməyi rədd etmək, təcavüzə uğramaq, -əri tərəfindən sui-istifadəyə uğrasada- boşanmaya çalışmaq ya da zina (günahlandırması) kimi səbəblərin də tapıldığı çox müxtəlif səbəblərlə hədəf göstərilə bilər.
Neoseiulus hamus
Neoseiulus hamus (lat. Neoseiulus hamus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Senecio laxus
Senecio laxus (lat. Senecio laxus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tamus communis
Adi dioskoreya (lat. Dioscorea communis) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinin dioskoreya cinsinə aid bitki növü.
Tamus edulis
Adi dioskoreya (lat. Dioscorea communis) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinin dioskoreya cinsinə aid bitki növü.
Larus armenicus
Ermənistan qağayısı (lat. Larus armenicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. Əvvəllər Avropa gümüşü qağayısının (Larus argentatus) yarımnövü kimi təsnif edilsə də artıq ayrı növ kimi təsnif olunur. == Xüsusiyyətləri == Görünüşcə yaxın növ olan Sarıayaq qağayıya (Larus michahellis) bənzəyir, ancaq daha kiçikdir və gözləri tünd rəngdədir. == Yuva == Yuvaları bir ada və gölün sahillərində yerə tikilmiş bitkilərin yığınından ibarətdir. Əsasən 3 yumurtası aprel ayına qədər qalır. Yetkinliyə digər iri qağayılar kimi 4 il ərzində çatır, gənc fərdlər qonur-qəhvəyi xalları ilə fərqlənirlər. == Yayılış == Daha çox Kiçik Asiya, Qafqaz və Şimal-qərbi İranın dağ göllərində rast gəlinir. Qışı isə daha cənubda (şimali İsrail və Sinay yarımadasında) keçirir. Nadir hallarda ərəb ölkələrində də rast gəlmək olur.
Larus glaucoides
Qütb qağayısı (lat. Larus glaucoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. == Görünüşü == Qağayılar arasında ən iri növlərdən biridir. Bədəninin uzunluğu 64–65 sm olur. Çəkiləri 1,5–2 kq çata bilir. Solğun rəngə sahibdir. Başı ağ, qanadlar və beli mavi-boz, qanadlarının uçu ağ, dimdikləri sarı, ayaqları sarı-bənövşəyi olur. == Yayılması == Qütb qağayıları Asiya, Şimali Amerika və Avropanın qütb ətrafı ərazilərində yayılmışdır. Əsasən materiklərin və adaların sahil tundra zonasında müşahidə edilirlər. == Qidalanması == Qütb qağayısı digər qağayı növləri kimi hər şey yerirlər.
Ame Antuanetta Kamus
Eme Antuanetta Kamus (fr. Aimée Antoinette Camus; 1 may 1879, Paris – 17 aprel 1965, Paris) — Fransa botaniki. == Əsərləri == == İstinadlar == == Ədəbiyyat == Première partie: Atlas de la monographie des saules de France / Deuxième partie: Principaux insectes nuisibles aux saules/ (suivi de:) Atlas A.Camus. J. Mersch, París (1904). Classification de saules d´Europe et monographie des saules de France A.Camus & E.G.Camus, París (1905). Monographie des Orchidées de l´Europe, de l´Afrique septentrionale... E.G.Camus & A.Camus & P. Bergon, París (1908). Florule de Saint-Tropez et de ses environs immédiats A.Camus. Paul Lechevalier. París.
Alavus
Alavus — Finlandiyanın Cənub Ostrobotniya bölgəsində yerləşən şəhər. Bölgənin cənub-şərqində yerləşir. Sahəsi 1 151 46 km²-dir və əhalisi 31 avqust 2017-ci il tarixində siyahıyalınmasına əsasən 11 746 nəfər təşkil edir. Alavusda kənd təsərrüfatı və meşəçilik təsərrüfatı əhalinin əhəmiyyətli bir hissəsinin fəaliyyət sahədisir və şəhərdəki sənayenin əksəriyyəti tikinti ilə bağlıdır. Alavusda ümumilikdə 324 km ərazisi olan 60 göl var.