Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leytenant
Leytenant (fr. lieutenant) — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrində də eyni cür adlanır — leytenant. 1909–1911-ci illərdə Rusiya imperiyasında IX sinif hərbi dərəcəsi, 1912-ci ildən — VIII sinif. Yalnız donanmada mövcuddur. Piyada, kapitan, süvarilərdə kapitan, kazak qoşunlarında kapitan və dövlət qulluğunda kollegial qiymətləndirici rütbələrinə uyğundur. Hal hazırda — leytenantdan və aşağı leytenant-komandirdən (Hərbi Dəniz Qüvvələrində) və ya kapitandan (digər hərbi hissələrdə) kiçik bir zabit rütbəsi. Oktyabr Sosialist İnqilabından sonra ləğv edildi. 1935-ci ilin noyabrında Qırmızı Orduda yenidən meydana gəldi. 1943-cü ilin yanvar ayına qədər, yaxası nişanlarında üç "kub" tərəfindən təyin edildi.
Baş leytenant
Baş leytenant (fr. lieu tenant — müavin, lieu — yer və tenant — mövqe tutan) — Bir çox dövlətlərin silahlı qüvvələrinin kiçik zabit heyətində hərbi rütbə.
Cənab Leytenant
Cənab leytenant — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir.
General-leytenant
General-leytenant — hərbi rütbə. Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.
Kapitan-leytenant
Kapitan-leytenant — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə kapitan rütbəsidir.
Kiçik leytenant
Kiçik leytenant (fr. lieu tenant — müavin, lieu — yer və tenant — mövqe tutan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik zabit heyətində ilkin hərbi rütbə və bir çox dövlətlərin digər güc strukturlarında (bir qayda olaraq əlavələrlə, məsələn: kiçik milis leytenantı, kiçik polis leytenantı və s.) xüsusi rütbə.
Leytenant (HDQ)
Leytenant — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə leytenant rütbəsidir. 1909–1911-ci illərdə Rusiya imperiyasında IX sinif hərbi dərəcəsi, 1912-ci ildən — VIII sinif. Yalnız donanmada mövcuddur. Piyada, kapitan, süvarilərdə kapitan, kazak qoşunlarında kapitan və dövlət qulluğunda kollegial qiymətləndirici rütbələrinə uyğundur. Hal hazırda — leytenantdan və aşağı leytenant-komandirdən (Hərbi Dəniz Qüvvələrində) və ya kapitandan (digər hərbi hissələrdə) kiçik bir zabit rütbəsi. Oktyabr Sosialist İnqilabından sonra ləğv edildi. 1935-ci ilin noyabrında Qırmızı Orduda yenidən meydana gəldi. 1943-cü ilin yanvar ayına qədər, yaxası nişanlarında üç "kub" tərəfindən təyin edildi. 1943-cü ilin yanvarından bu yana üç ulduz bir boşluq ilə üçbucağa düzülmüşdü.
Polkovnik-leytenant
Polkovnik-leytenant — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci dərəcəli kapitan rütbəsidir.
Bayram Məmmədov (Leytenant)
Baş leytenant (HDQ)
Baş leytenant — Azərbaycan Silahlı Qüvvələrində (Quru Qoşunlar, Azərbaycan Hərbi Dəniz Qüvvələri və Azərbaycan Hərbi Hava Qüvvələri) zabit rütbəsi.
Bəxtiyar İslamov (leytenant)
Bəxtiyar Saleh oğlu İslamov (11 iyun 1997, Əli-Bayramlı – 12 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Bəxtiyar İslamov 1997-ci il iyunun 11-də Şirvan şəhərində anadan olub. Bəxtiyar İslamov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Bəxtiyar İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar İslamov oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı Hadrut istiqamətində şəhid olub. Şirvan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cənab leytenant (mahnı)
Cənab leytenant — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir.
Eldar Həsənli (leytenant)
Elnur Vəliyev (leytenant)
Elnur Əli oğlu Vəliyev (14 aprel 1997, Ucar – 27 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur Vəliyev 1997-ci il aprelin 14-də Ucar şəhərində anadan olub. Elnur Vəliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elnur Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Vəliyev oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur VəliyevAsiman Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elsevər Əliyev (leytenant)
Elvin Məmmədov (leytenant)
Elvin Məmmədov (1 oktyabr 1997, Nəzərabad, Naxçıvan Muxtar Respublikası – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Məmmədov 1 oktyabr 1997-ci ildə Babək rayonunun Nəzərabad kəndində anadan olub. Subay idi. Elvin Məmmədov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elvin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Məmmədov oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Babək rayonunun Nəzərabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elçin Əsgərov (leytenant)
Elçin Yalçın oğlu Əsgərov (3 fevral 1997, Qıvraq, Naxçıvan Muxtar Respublikası – 25 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Əsgərov 1997-ci il fevralın 3-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Elçin Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əsgərov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Kəngərli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşən Məmmədov (leytenant)
Elşən Məmmədov (21 aprel 1999, Danyeri, Şərur rayonu, Azərbaycan – 21 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elşən Məmmədov 21 aprel 1999-cu ildə Şərur rayonunun Danyeri kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun leytenantı olan Elşən Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 21 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavəndin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Emil Qurbanov (leytenant)
Emil Vaqif oğlu Qurbanov (25 avqust 1980, Lənkəran – 29 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Emil Qurbanov 1980-ci il avqustun 25-də Lənkəranda anadan olmuşdur. 1986–1997-ci illərdə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı fakültəsinə daxil olmuşdur. 2002–2003-cü illərdə həqiqi hərbi xidmətdə olan Emil Qurbanov leytenant rütbəsi alaraq bitirmişdir. 2003-cü ilin oktyabrında Tərtər rayonunun "N" saylı hərbi hissəsində taqım komandiri kimi xidmətə başlamışdır. 2005-ci ildə "Zirvə" idman kompleksində məşqçi-müəllim işləməyə başlamış, idman müəllimi kimi müxtəlif yarışlarda iştirak etmişdir. Daha sonra o, Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsinə təyin olunmuşdur. 2012-ci ildə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı müəllimi vəzifəsində işləməyə başlamışdır. 2001-ci il 27 oktyabrda ailə həyatı qurub.
Emin Əliyev (leytenant)
Emin Elmar oğlu Əliyev (1 yanvar 1988, Kirovabad – 2 noyabr 2011, Xocavənd rayonu) - Azərbaycanlı şəhid. O, general-mayor Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına qərargah xidməti kafedrasının rəisi Lənkəran Əliyevin qardaşı oğludur. Babası, atası və əmisi kimi hərbçi olmaq istəyən və 8 il hərbi təhsil alan Emin Əliyev cəbhə xəttində yerləşən hissəyə təyinat alır. Cəbhənin Xocavənd rayonunun Kuropatkino istiqamətində Ermənistan silahlı qüvvələrinin snayperinin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan ordusunun zabiti, 23 yaşlı leytenant Emin Elmar oğlu Əliyev Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.
Fərid Məmmədov (leytenant)
Fərid Məmmədov (tam adı: Fərid Vəlhəd oğlu Məmmədov; 29 aprel 1990; Bakı, Azərbaycan — 25 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Fərid Məmmədov 29 aprel 1990-cı il tarixində Abşeron rayounu Xırdalan şəhərində anadan olmuşdur. 1997–2008-ci illərdə Abşeron rayonu Xırdalan şəhərinin 2 saylı orta məktəbin rus bölməsində təhsil alıb. 2014–2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının - Vətəni müdafiə ixtisası üzrə bakalavr təhsili almışdır. Ailəli idi, bir oğlu var. Fərid Məmmədov 2008–2010-cu illərdə AR Müdafiə Nazirliyinin Hava Hücumdan Müdafiə və Hərbi Hava Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2010–2016-cı illərdə AR DİN Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. 2017-ci ildə Müdafiə Nazirliyin 3 aylıq gizir hazırlığı kursunu bitirdikdən sonra Təlim Tədris Mərkəzinə təyin olunmuş, 2019-cu il dekabr ayında Təlim Tədris Mərkəzinin Ehtiyat Zabitlər kursunu bitirərək ilk hərbi zabit rütbəsi olan "leytenant" rütbəsini almış və Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə "taqım komandiri" vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Ordusunun leytenantı olan Fərid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan İkinci Qarabağ müharibəsi zamanı oktyabr ayının 6-da cəbhənin Füzuli-Cəbrayıl istiqamətinə ezam olunmuş və oktyabr ayının 25-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 26 Oktyabr tarixində Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Hafis Qasımov (leytenant)
Hafis Cavanşir oğlu Qasımov (18 iyul 1998, Culfa rayonu, Naxçıvan Muxtar Respublikası – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Hafis Qasımov 1998-ci il iyulun 18-də Culfa rayonunun Camaldın kəndində anadan olub. 2004–2012-ci illərdə Camaldın kənd tam orta məktəbində, 2012–2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015–2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Hafis Qasımov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Hafis Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hafis Qasımov oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. 18 oktyabr 2020-ci ildə Culfa rayon Camaldın kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafis Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafis Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Həsən Quliyev (leytenant)
Həsən İbrahim oğlu Quliyev (30 sentyabr 1996; Şərur rayonu, Azərbaycan — 12 Oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Həsən Quliyev 1996-cı il sentyabrın 30-da Şərur rayonunun Qarahəsənli kəndində anadan olub. 2003-cü ildə Kərim Kərimov adına Qarahsənli kənd orta məkdəbinə daxil olub. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2020-ci ildən leytenant rütbəsi ilə Goranboyda yerləşən hərbi hissədə xidmətə başlamışdır. Azərbaycan Ordusunun leytenantı olan Həsən Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Quliyev oktyabrın 12-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Həsən Quliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Kiçik leytenant (HDQ)
Kiçik leytenant — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrinə daxil olmayan rütbədir. Yalnız rütbə vurularkən və ya Baş gizir rütbəsindən qalxan şəxslərə verilir.
Kənan Məmmədov (leytenant)
Kənan Niftalı oğlu Məmmədov (22 oktyabr 1993; Ucar rayonu, Azərbaycan — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Kənan Məmmədov 1993-cü il oktyabrın 22-də Ucar rayonunun Alpout kəndində anadan olub. 2013-2017-ci illərdə Bakı Dövlət Universitetində (BDU) "Fiologiya" üzrə ali təhsil alıb. Ailəli idi. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan Kənan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Kənan Məmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ucar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.