polkovnik
polkovnik-leytenantlıq 2021
OBASTAN VİKİ
Polkovnik-leytenant
Polkovnik-leytenant — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci dərəcəli kapitan rütbəsidir.
Anar Əliyev (polkovnik-leytenant)
Anar Vaqif oğlu Əliyev (28 avqust 1980, Boyaqlı, Kəlbəcər rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunmuşdur. Anar Əliyev bu əməliyyatda yaxından iştirak etmiş və fərqlənmişdir. Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə həlak olmuşdur. Anar Əliyevin də rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırmışdır. == Həyatı == Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Atası Vaqif Əliyev və anası Səkinə Bayramova Xarici Dillər İnstitutunu bitirmişdirlər, müəllimdirlər. Anar Əliyevin nəsli Kəlbəcərin ilk sakinlərindən olan "Kalvavəllər" Kərbəlayi Vəlinin nəslinə qədər gedib çıxır. O, Kərbəlayi Vəlinin tayfasından olan Kərbəlayi Əlinin yadıcası, Məşədi İsmayılın kötücəsi, Əlinin nəticəsi, Vaqif Əliyevin isə ikinci oğludur.
Dinar Həmidov (polkovnik-leytenant)
Dinar Zəkəriyyə oğlu Həmidov (rus. Динар Захарьевич Хамитов, tatar. Динар Зәкәрия улы Хәмитов; 8 oktyabr 1980 – 23 mart 2022, Ukrayna) — Rusiya hərbçisi, Rusiya Federasiyası Silahlı Qüvvələrinin polkovnik-leytenantı. "Cəsarət" ordeninə layiq görülmüşdür. Əslən Volqa tatarlarındandır. == Həyatı == Dinar Zəkəriyyə oğlu Həmidov 8 oktyabr 1980-ci ildə RSFSR-yə bağlı Tatarıstanda, Pitrəç rayonunda anadan olmuşdur. Atası Lenin-Kokuşkin adına Peşə Texnikumunun işçisi Zəkəriyyə Həmidov, anası isə Nəsilə Həmidovadır. Güləş və atletika ilə məşğul olmuşdur. O, məktəbi bitirdikdən sonra Kazan Ali Artilleriya Komandanlıq Məktəbinə daxil olmuşdur. 2002-ci ildə məktəbi bitirdikdən sonra taqım komandiri kimi Peçenqaya göndərilmişdir.
Elxan Qarayev (polkovnik-leytenant)
Elşad Quliyev (polkovnik-leytenant)
Elşad Vəli oğlu Quliyev (19 dekabr 1972; Zəngilan şəhəri, Azərbaycan SSR — 6 aprel 2012; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı, "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçusu, I Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Elşad Quliyev 1972-ci il dekabrın 19-da Zəngilan şəhərində həkim ailəsində anadan olub. Atası Vəli Quliyev həkim-cərrah, anası Kəsirə Quliyeva isə həkim-ginekoloqdur. 1979—1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil alan Elşad Quliyev, 1990—1995-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra, yəni 1995-ci ildən etibarən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətə qəbul edilir. 1998—2010-cu illərdə baş zabit, bölmə rəisi və şöbə rəisi kimi vəzifələrdə xidmət edib. 2012-ci il aprelin 6-da Gəncə şəhərində "Mahrasa bağı" adlanan ərazidə yerləşən mənzildə terrorçularla baş verən atışma zamanı şəhid olmuşdur. == Ailəsi == Sevinc adlı xanımla ailəli idi. Əmmar və Nəim adlı 2 oğlu yadigar qaldı. == Mükafatları == (16.03.2005) — "İgidliyə görə" medalı (26.06.2005) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı (28.03.2009) — "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı (28.03.2009) — "Vətən uğrunda" medalı (09.04.2012) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) == İstinadlar == == Mənbə == Təranə Şükürova.
Faiq Qasımov(polkovnik-leytenant)
Faiq Qaçay oğlu Qasımov (10 fevral 1974; Qubadlı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Faiq Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Faiq Qasımovun ailədə bir bacısı və beş qardaşı olmuşdur. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş mövü ilə məşğul olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Qasımovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və burada yaşamağa başlayırlar. === Təhsili === Faiq Qasımov 1981-ci ildə Qubadlı rayonunun Qayalı Kənd tam orta mətəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır. 80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Faiq Qasımov 1991-ci ildə Birinci Qarabağ müharibəsində savaşmaq üçün müraciət eləsə də, ancaq 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Milli Ordusunun sıralarına çağırılmışdır və Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Əliyar Əliyevin rəhbəri olduğu taborda topçu olaraq savaşmışdır. 1992-ci ildə Yuxarı Cibikli isiqamətində gedən döyüşlər zamanı Faiq Qasımovun qardaşı — "Qorxmazçılar" Batalyonunun Komandiri Həsənqulu Qasımov (Həsən Qorxmaz) 23 yaşında həlak olmuşdur. O gündən sonra Faiq Qasımov qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara almışdır.
Faiq Qasımov (polkovnik-leytenant)
Faiq Qaçay oğlu Qasımov (10 fevral 1974; Qubadlı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Faiq Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Faiq Qasımovun ailədə bir bacısı və beş qardaşı olmuşdur. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş mövü ilə məşğul olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Qasımovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və burada yaşamağa başlayırlar. === Təhsili === Faiq Qasımov 1981-ci ildə Qubadlı rayonunun Qayalı Kənd tam orta mətəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır. 80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Faiq Qasımov 1991-ci ildə Birinci Qarabağ müharibəsində savaşmaq üçün müraciət eləsə də, ancaq 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Milli Ordusunun sıralarına çağırılmışdır və Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Əliyar Əliyevin rəhbəri olduğu taborda topçu olaraq savaşmışdır. 1992-ci ildə Yuxarı Cibikli isiqamətində gedən döyüşlər zamanı Faiq Qasımovun qardaşı — "Qorxmazçılar" Batalyonunun Komandiri Həsənqulu Qasımov (Həsən Qorxmaz) 23 yaşında həlak olmuşdur. O gündən sonra Faiq Qasımov qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara almışdır.
Ramiz Cəfərov (polkovnik-leytenant)
Ramiz Sübhan oğlu Cəfərov (10 dekabr 1974, Makeevka, Donetsk vilayəti – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Noyabrın 6-da Şuşa istiqamətində həlak olmuşdur. Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Donesk vilayətinin Makeyevka şəhərində anadan olub. 1981–1985-ci illərdə Sumqayıt şəhərində 17 nömrəli tam orta məktəbdə, 1985–1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəbdə, 1989–1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1992–1996-cı illərdə V. F. Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb. Alman, ingilis və rus dillərini bilirdi. Ramiz Cəfərov ailəli idi, Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qaldı. Ramiz Cəfərov 2004-cü ildə martın 1-dən martın 20-nə qədər Birləşmiş Ştatlarda baş tutan NATO-nun "Əməliyyat heyəti zabitləri" Kursunda olmuşdur.
Ramiz Qasımov (polkovnik-leytenant)
Ramiz Vaqif oğlu Qasımov (17 fevral 1975, Jdanov – 22 oktyabr 2020, Bakı) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin birinci saatlarında "SPAYK" uzun mənzilli raketlərilə silanlanan "Mi-17" hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv edən birinci pilotlardan idi. Hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu geri dönən zaman Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vurulmuşdur. Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini vermişdir. Özü isə "Mi-17" hücum vertolyotunun yaşayış evlərinə düşməməsi üçün boş sahəyə tərəf istiqamətləndirməyə başlamışdır. Nəticədə Ramiz Qasımov vertolyotla yaşayış məntəqəsindən uzağa, boş sahəyə istiqamətlənməyi bacarmışdır. Özü son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə almışdır. Koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də həlak olmuşdur. Ramiz Qasımov 1975-ci il fevralın 17-də Beyləqan şəhərində anadan olub. Ramiz Qasımov 1981-ci ildə Beyləqan şəhərində 4 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ildə oradan məzun olmuşdur.
Rasim Abdullayev (polkovnik-leytenant)
Rəşad Nadirov (polkovnik-leytenant)
Rəşad Soltanağa oğlu Nadirov (13 iyun 1982, Bakı) — pilot, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Rəşad Nadirov 13 iyun 1982-ci ildə Bakı şəhərində doğulub. Əslən Masallı rayonunun Əhmədli kəndindəndir. Atası mühəndis, anası evdar qadın olub. Ailədə 4 qardaş 1 bacı olmaqla Rəşad ailənin kiçik övladıdır. Ailəlidir, iki qızı var. Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə təhsil alıb. Heydər Əliyev adına Ali Hərbi təyyarəçilik məktəbinə qəbul olub. Həmin məktəbin raket və kosmonavtika texnikasının uçuş istismarı fakültəsinin məzunu olub.
Rəşad Quliyev (polkovnik-leytenant)
Rəşad Sadıqov (polkovnik-leytenant)
Sadiq Məmmədov (polkovnik-leytenant)
Soltan Məmmədov (polkovnik-leytenant)
Vidadi Xəlilov (polkovnik-leytenant)
Zaur Cəfərov (polkovnik-leytenant)
Zaur Hüseyn oğlu Cəfərov (4 mart 1980, Başlıbel, Kəlbəcər rayonu – 10 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı bir ailədə anadan olmuşdur. İbtidai təhsilinə 1986-cı il indiki şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlamışdır. 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi olaraq ailəsi ilə birlikdə əvvəlcə Qax rayonuna, sonra isə Bakıya köçmüşdür. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində indi şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurmuşdur. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil almışdır. Zaur Cəfərov ailəli idi. 2 qız, bir oğul övladı var. 2001-ci ildə ali hərbi məktəbi bitirərək həmin il Müdafiə Nazirliyinin əmrinə əsasən leytenant rütbəsi ilə bitirib.
Çingiz Əliyev (polkovnik-leytenant)
Sənan Axundov (polkovnik-leytenant)
Elvin Səfərov (polkovnik-leytenant)
Elvin Sərraf oğlu Səfərov (24 oktyabr 1992, Kərimbəyli, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Döyüş əməliyyatları zamanı və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2017-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərova "Hərbi xidmətlərə görə" medalı verildi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Elvin Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2023-cü il tarixli Sərəncamı ilə Elvin Səfərov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Anar Məmmədov (polkovnik-leytenant)
Anar İbrahim oğlu Məmmədov (25 aprel 1991, Yarımca, Naxçıvan Muxtar Respublikası) — Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Anar Məmmədov 1991-ci il aprelin 25-də Naxçıvan MR Babək rayonun Yarımca kəndində anadan olub. 1997–2008-ci illərdə Babək rayon Yaqub Seyidov adına Yarımca kənd orta məktəbində təhsil alıb. Ailəlidir, 1 oğlu var. == Hərbi xidməti == Anar Məmmədov orta məktəbi bitirdikdən sonra 2008-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olub. 2012-ci ildə akademiyanı bitirdikdən sonra ilkin zabit "leytenant" hərbi rütbəsi almış və DSX-nin artilleriya bölmələrində xidmətə başlayıb. 2013-cü ildə təhsilini artırmaq məqsədilə Türkiyə Respublikasında Çoxlüləli Reaktiv Artilleriya sisteminin kurslarında iştirak edib. 2015–2018-ci illərdə DSX-nin Çevik Hərəkət Qüvvələrində Bölük komandiri vəzifəsində xidmət edib. 2018-ci ildə xüsusi təyinatlı kursu keçərək DSX-nin "N" saylı Çevik Hərəkət Dəstəsində müxtəlif vəzifələrdə xidmətini davam etdirib. 2020-ci ildə 44 günlük vətən müharibəsində, 2022-ci ildə sentyabr əməliyyatlarında və 2023-cü ildə Laçın körpü əməliyyatında iştirak edib.
Azər Qasımov (polkovnik-leytenant)
Azər Əlövsət oğlu Qasımov — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi veteranı. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı olan Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun və Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Qasımov "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Polkovnik
Polkovnik — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci dərəcəli kapitan rütbəsidir.
Ehsan xan Naxçıvanski (polkovnik-leytenant)
Ehsan xan Naxçıvanski (1855 — 1894) — polkovnik-leytenant. Görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanski(II)nin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı. == Fəaliyyəti == II Kalbalı xanın böyük oğlu II Ehsan xan 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. II Ehsan xan ilk təhsilini çarın paj korpusunda almışdı. Ona ulan alayının leyb-qvardiyasında fəal iştirakına və yüksək nizamintizama görə 1876-cı ildə poruçik rütbəsi verilmişdir. 1879-cu ildə Baş qərargahın nəzdində fəaliyyət göstərən Nikolay Akademiyasına qəbul olmuş II Ehsan xan təhsilini yarımçıq qoyaraq 1880-1881-ci illərdə Mərkəzi Asiyada gedən hərbi əməliyyatlara qatılmış və ağır kontuziya almışdır. II Ehsan xan döyüşlərdə göstərdiyi xidmətlərə görə III dərəcəli “Müqəddəs Stanislav”, IV dərəcəli “Müqəddəs Anna”, qeyri-xristianlar üçün “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüş, 1879-cu ildə mayor rütbəsi almış və Rumın iyonu “Dəmir İyon xaçı” ordeninə layiq görülmüş, 1884-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldilmişdir.
Leytenant
Leytenant (fr. lieutenant) — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrində də eyni cür adlanır — leytenant. 1909–1911-ci illərdə Rusiya imperiyasında IX sinif hərbi dərəcəsi, 1912-ci ildən — VIII sinif. Yalnız donanmada mövcuddur. Piyada, kapitan, süvarilərdə kapitan, kazak qoşunlarında kapitan və dövlət qulluğunda kollegial qiymətləndirici rütbələrinə uyğundur. Hal hazırda — leytenantdan və aşağı leytenant-komandirdən (Hərbi Dəniz Qüvvələrində) və ya kapitandan (digər hərbi hissələrdə) kiçik bir zabit rütbəsi. Oktyabr Sosialist İnqilabından sonra ləğv edildi. 1935-ci ilin noyabrında Qırmızı Orduda yenidən meydana gəldi. 1943-cü ilin yanvar ayına qədər, yaxası nişanlarında üç "kub" tərəfindən təyin edildi.

Digər lüğətlərdə