Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lenovo
Lenovo LTD (çin. 联想集团有限公司, ing. Lenovo Group Limited) — Pekində təsis edilmiş müasir kompüter texnologiyaları istehsal edən şirkət. Şirkət kompüter, notbuk, smartfon, planşet və s. müasir texnoloji avadanlıqlar istehsalı ilə məşğuldur. Lenovo 2018-ci ildə dünyanın ən böyük kompüter istehsalçısı oldu. Şirkət, 60-dan çox ölkəd fəaliyyət göstərir və məhsullarını 160-dan çox ölkədə satır. Lenovo 1984-cü ildə Legend adı altında Pekində qurulmuş, 1988-ci ildə isə Honq-Konqa köçmüşdür. == Tianxi modeli == Tianxi kompüteri, təcrübəsiz Çin istehlakçılarının kompüterdən istifadə etməsini və internetə çıxmasını asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Ən vacib xüsusiyyətlərindən biri, istifadəçiləri İnternetə anında bağlaya bilməsi və veb brauzer ilə işləyə bilirdi.
Lesoto
Lesoto (soto. Lesotho; ing. Lesotho) və ya rəsmi adı ilə Lesoto Krallığı (soto. 'Muso oa Lesotho; ing. Kingdom of Lesotho) — Afrikanın cənubunda anklav dövlət. Lesoto dörd tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Maseru şəhəri, ümumi sahəsi 30,355 kvadrat kilometrdir. Lesoto həm də Vatikan və San-Marino ilə yanaşı, ərazisi tamamilə başqa bir ölkənin ərazisi ilə əhatə olunmuş üç müstəqil dövlətdən biridir. == Etimologiya == Soto (suta) milləti etnonimindən yaranıb, soto dilində danışan insanların ölkəsi mənasını verir. Müstəqilliyin qazanıldığı 1966-ci ilə qədər istifadə edilən Basutoland isə Basotoluların yaşadığı ölkə mənasını verirdi == Tarixi == 1868-1966-cı illərdə Böyük Britaniyanın protektoratı olmuşdur.
Lesoto bayrağı
Lesoto bayrağı, 4 oktyabr 2006-cı ildə Lesoto Krallığı tərəfindən rəsmi olaraq qəbul edilmiş olan bayraqdır. Bayrağın mavi, ağ və yaşıl rəngdə olan üç ədəd zolaqlarıdır var və bayrağın mərkəzi hissəsində (ağ zolağın mərkəzində) Basotho papağı yerləşdirilmişdir. Bu bayraq Lesoto krallığının müstəqilliyinin 40-cı ili münasibəti ilə qəbul edilmişdir. Bu yeni bayraq ölkə sülhünün və sülh oriyentasiyasının simvolu hesab edilir. == Tarixi == Lesotonun ilk bayrağı 4 oktyabr 1966-cı ildə, ölkənin müstəqilliyini əldə etdiyi gün qəbul edilmişdir. Bayraqdakı ən gözəgəlimli fiqur isə ağ Basotho papağıdır. Bu papaqda istifadə edilən ağ rəng sülhün simvoludir. Bayrağın hakim rəngi olan mavi rəng səmanı və yağışı, yaşıl rəng torpağı, qırmızı rəng isə imanı simvolizə edir. 20 yanvar 1987-ci ildə Lesotoda yeni bayraq qəbul edilmişdir. Bu bayraq 20 ildir hakimiyyətdə olan Basotho Milli Partiyasının hərbi çevriliş yolu ilə devrilməsindən sonra qəbul edilmişdir.
Lesoto gerbi
Lesoto gerbi Afrika ölkəsi olan Lesoto tərəfindən rəsmi olaraq istifadə edilən gerbdir. Gerbin mərkəzi hissəsində qəhvəyi rəngdə olan basoto qalxanının üstündə mavi rəngli timsah təsvir edilmişdir. Qalxanın arxa tərəfində isə diaqonal olaraq yerləşdirilmiş olan nizə və yerli döyüş dəyənəkləri vardır və onların rəngi də yenə qəhvəyidir. Qalxan hər iki tərəfindən isə şaxə qalxmış olan qəhvəyi rəngli poni atları ilə tutulmuş və atlar mavi zolaqları olan yaşıl sahədədirlər. Yaşıl yerin üstündə isə səpələnmiş olan çınqıllar vardır. Gerbin aşağı hissəsində, yaşıl fonun aşağı uc hissəsində qəhvəyi rəngli şüar zolağında sesoto dilində KHOTSO PULA NALA (Azərbaycan dilində: Sülh, Yağış, Rifah) sözləri yazılmışdır. Gerbdəki simvolların çoxu ölkədə hakim olan sülaləni və onun ən mühüm qəbiləsini, yaşıl fon isə ölkənin milli dağı hesab edilən Thaba Bosiu yaxınlığında yerləşən Qiloane qayalığını simvollaşdırır. 1966-cı ildən istifadə edilən gerbdə 2006-cı ildə edilmiş olan dəyişikliklərə əsasən sarı rəngdə olan qalxan, şüar lenti, çınqıllar, nizə və döyüş dəyənəyi qəhvəyi rəngə, qəhvəyi rəngdə olan timsah ilə bərabər sarı rəngdə olan atların üstündə dayandığı zolaq isə mavi rəngə çevrilmişdir.