Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lizinq
Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq - sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Hal-hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas maliyyə mənbəyidir. Lizinqin bir sıra üstün cəhətləri vardır, onlara aşağıdakıları nümunə göstərə bilərik: Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir. Belə ki, Azərbaycan banklarında 18 aydan artıq olan müddət üçün kredit verilmir, lakin lizinq üzrə kreditlərin verilməsində ən azı üç illik müddət nəzərdə tutulur; Maliyyə lizinqi, sürətli amortizasiya hesabına, kredit alana onun öz vergi borcları yükünü yüngülləşdirməyə imkan verir; Vergiyə cəlb edilmə məqsədilə lizinq üzrə ödəmələr lizinqə vəsaiti hesabına əldə olunmuş əmlakın dəyərinin ödəniş kimi qəbul edilir və vergiyə cəlb olunan mənfəətin məbləğindən çıxılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq, lizinqə alınmış əmlakın dəyərinin ölçülməsi üçün ammortizasiya xərcləri sürətli hesablana bilər. Lizinq üzrə öhdəliklər maliyyə-kredit təşkilatlarından yeni kreditlərin alınmasının qarşısını almır və s.Artıq 80-ci illərin əvvəllərindən lizinq fenomeni sadə uzunmüddətli icarə kimi deyil, özündə icarə münasibətləri, təminatlı kredit maliyyələşdirilməsi elementlərini, borc öhdəlikləri üzrə hesablaşmaları və d. maliyyə mexanizmlərini birləşdirən əlavə perspektivli maliyyələşdirmə sistemi kimi qəbul olunur.
Living Things
Living Things — Amerikalı rok qrupu Linkin Parkın 5-ci studiya albomudur. Albom 2011-ci ilin mart ayından 2012-ci ilin yanvarınadək lentə yazılmışdır. Albomun ilk sinqlı Burn It Down 16 aprel 2012 tarixində çıxmışdır. İkinci sinql Lost in the Echo 6 avqust 2012 tarixində çıxacaqdır. Linkin Park, Minutes to Midnight və A Thousand Suns-da olduğu kimi bu albomda da Rik Rubin və Mayk Şinodanın rəhbərliyi altında işləmişdir. = Albomun hazırlanması və yayımlanması = A Thousand Suns-ın uğursuzluğundan sonra qrup yeni albom hazırlamaq qərarına gəldi. Qrupun prodüseri Rik Rubin qrupa keçmiş tərzə qayıtmağı məsləhət verdi. Ancaq qrup üzvləri A Thousand Suns-dakı melodik səs effektlərini istifadə etməkdə davam etmək qərarına gəldilər yalnız əvvəlki tərz olan alternativ rok ilə səs effektlərinin qarışığı bir albom hazırlamağı düşünürdülər. Sonralar Mayk Şinoda verdiyi müsahibədə bu albomun nu-metal tərzdə olmayacağını söylədi. 2011-ci ilin martından başlayan mahnı yazma prosesi 2012-ci ilədək davam etdi və qrup fevral ayında yeni albomun çıxacağını açıqladı ancaq tarix verilmədi.
Otto Libinq
Otto Libinq (alm. Otto Liebing‎; d. 31 mart 1891, Berlin - ö. 7 noyabr 1967) — 1912 Yay Olimpiya Oyunlarında Almaniya İmperiyasını təmsil etmiş alman avarçəkən. Avarçəkən kimi kişilərin səkkizlik avarçəkmə idmanı üzrə Almaniya İmperiyasına bürünc medal qazandırmışdır.
Discovery Travel & Living
Discovery Travel & Living Discovery Communications-ın bir kanalıdır.Kanal Bu adı Avropa, Latın Amerika və Asiyada istifadə edir. Dünyanın digər yerlərində isə kanal Travel Channel olaraq adlanır. Kanalda Discovery Science-dakı kimi sənədli filmlər yerinə daha çox gəzinti,tətil proqramları nəşr olunar.
Sky Living Loves
«Sky Living Loves» — «British Sky Broadcasting» şirkətinin sahibləndiyi Böyük Britaniya telekanalı. Telekanal yayımına 5 iyul 2010-cu ildə başlamış, 21 fevral 2012-ci ildə isə yayımını dayandırmışdır. Telekanal «Sky Living» və «Sky Livingit» telekanalları ilə əməkdaşlıq etmişdir. == Tarixi == 1 iyul 2010-cu ildə «Living +2» kanalının əvəzinə «Sky Living Loves» kanalının yaradılması barədə «Sky» və «Virgin Media» arasında razılıq əldə olunmuşdur. 5 iyul 2010-cu ildə saat 15:00-da telekanal yayımına start vermişdir. Telekanal «Sky Living»-də yaxın zamanlarda yayımlanan komediya və dram verilişlərini yenidən nümayiş etdirirdi. Tamaşaçılar yenidən seriallara baxmaq imkanını əldə edirdilər.25 oktyabr 2010-cu ildə telekanal 2011-ci ilin əvvəlinə kimi «Sky Living» telekanalı ilə rebrendinq edəcəyini açıqlamışdır. Telekanal Sky-da EPG mövqeyini «Sky1»-dən sonra və «Sky Atlantic»-dən əvvəl olmaqla, 112-dən 107-ə kimi dəyişməyi bacarmışdır. Bunun nəticəsi kimi «Living Loves» adını «Sky Living Loves» olaraq rebrendinq etmişdir.5 sentyabr 2011-ci ildə «Sky Living Loves» telekanalı 24 saatlıq efir rejiminə keçmişdir. Əvvəllər isə telekanal 15:00-dan 02:00-a kimi yayımlanırdı.
Cirinq
Fişinq
Fişinq (ing. Fishing, rus. Фишинг) – ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) İnternetdə "tələ" quraraq, bu tələyə düşən İnternet istifadəçilərini aldatmaqla məşğuldur. Fişer müxtəlif üsullarla İnternet istifadəçilərindən bank hesablarını, kredit kartlarını və İnternetə çıxış üçün lazım olan informasiyaları öyrənir. Fişinq kiberdələduzluğun xüsusi növüdür, istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir. Dələduz bank saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi, məsələn, eBay) saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, bu saytda onlar login, parol və ya PIN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadları spamın köməyi ilə yayırlar.
Klirinq
Klirinq qiymətli kağızlar və törəmə maliyyə vasitələrinin qarşılıqlı hesablamalar sistemidir. Bir qayda olaraq ticarət meydançasında, birjanın hesablama palatası tərəfindən yaxud ixtisaslaşmiş klirinq təşkilatı tərəfindən yerinə yetirilir. Klirinq sistemi bağlanmış sazişlər üzrə netto-mövqeni hesablamaq imkanı verir. Fərz edək ki, broker günün birinci yarısında beş səhm alıb və dərhal ikisini satıb. Günün ikinci yarısında daha beşini alıb və üçünü satıb. Ticarət sessiyasının sonunda onun yekun mövqeyi beş səhmə bərabər olur. Klirinq nəticəsində razılaşmaların bir qismi bağlanır və brokerin yekun mövqeyi beş səhm alması ilə nəticələnir. O onların haqqını öz kontragenti olan ticarət palatasına ödəməlidir. Bununla belə, beş səhmi kimin isə alması üçün bu qiymətli kağızları ona kimin isə satması lazımdır. Və bu əks tərəf ticarət palatasına həmin beş səhmi verməlidir.
Lijiang
Litszyan - Çinin qədim şəhəri. == Tarixi == thumb|Qədim Dayanın damı Deyilənə görə, dağlar və çaylarla əhatə olunmuş Litszyan qəzasını qədimdə çox vaxt "Dayançjen" adlandırırdılar, bu da ona görədir ki, o, formaca iri cəmdəyi xatırladır. Onun keçmişini tədqiq edərkən alimlər müəyyən etmişdilər ki, bu unudulmuş "qədim hökmdarlıqdır". Nasi xalqının əcdadları tsyanlar olmuşlar, onlar cənuba hələ çox qədim zamanlardan köçmüşdülər. Nasilər minillik ağır zəhmətlə öz gözəl doğma yurdlarını salmışlar. Hələ qədimdən buradan əsas nəqliyyat yolları keçirdi. Tacirlər və səyyahlar burada uzun müddətə dayanır, çoxları ailə qurur, bunula da şəhərin genişlənməsinə səbəb olurdular. Şəhər tezliklə məşhur bazara və mühüm mədəniyyət mərkəzinə çevrilmişdi. Belə hesab edilir ki, Litszyanın əsası Sun sülaləsinin sonu və Yuan sülaləsinin əvvəlində qoyulmuşdur. 1253-cü ildə monqol şahzadəsi Qubilay qaan (sonralar o, Yuan sülaləsinin birinci imperatoru olmuşdur) cənubda Dalinin fəth etdikdə qoşunlar Litszyanda döyüş əməliyyatlarına hazırlıqlı vəziyyətdə durmuşdu.
Lisini
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263, Moziya – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. == Həyatı == Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur.
Lüzine
Lüzine (fr. Luzinay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38215. Kommunanın 1999-cu il üçün əhalisi 2157 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Mitinq
Mitinq - müəyyən kütlənin hər hansı siyasi, mədəni və s. tələblərini bəyan etmək üçün müəyyən məkanda toplaşmasıdır.
Pilinq
Pilinq və ya aşındırma (ingiliscə peel — "təmizləmək", "qabığı çıxarmaq") – kosmetologiyada dərinin keratinləşdirilmiş yuxarı təbəqəsinin çıxarılması, aşındırılması. == Tarixi == Pilinq dərinin təmizlənməsi üsullarından biri kimi qədim Misirdə ortaya çıxdı. Orta əsrlərdə şərab kimyəvi qabıq kimi, tartar turşusu isə aktiv maddə kimi istifadə olunurdu. Asiyada peeling orta əsrlərdə də tətbiq olunmağa başladı və burada bu prosedurun yerli təcrübəsi yüz ildən çoxdur. == Növlər == Dəriyə təsir üsuluna və dərinliyinə görə pilinqlər təsnif edilir. Təsir yolu ilə: kimyəvi (üzvi turşular ən çox istifadə olunur) fiziki (lazer, radio dalğası, ultrasəs) bioloji (enzimatik)Təsir dərinliyi: səthi — epidermisin dənəvər və stratum corneum daxilində median — epidermisə təsir edir və dermisin papilyar (papilyar) təbəqəsinə çatır. dərin — dermisin retikulyar (mesh) təbəqəsinə təsir göstərirİstənilən növ pilinq buynuz təbəqəni incələşdirir, kiçik komedonları çıxarır, dərinin daha dərin təbəqələrinə daxil olmağı asanlaşdırır, məsamələri genişləndirir və dərini yumşaldır, bu da tez-tez pilinqi sonrakı prosedurlar üçün hazırlıq prosesi edir. Pilinq həm də bazal təbəqədə hüceyrə bölünməsini gücləndirir və dəri hamar və parlaq olur, daha gənc və sağlam görünüş əldə edir. === Mexanik soyma === Mexanik aşındırma üçün əzilmiş badam qabıqları, şəkər və ya duz kristalları, pemza və aşındırıcı materiallar (lif qabı) olan skrablardan istifadə olunur. Bu cür skrablar ümumiyyətlə mövcuddur, pərakəndə satışda satılır və evdə istifadə edilə bilər.
Riding
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Ridinq
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Vişinq
Vişinq (ing. Vishing) — IP protokolu üzərindən səs (VoIP) vasitəsilə məlumatlara icazəsiz giriş.
Ising
Ernest Horas Ayzinq (ing. Ernest Horace Ising; 1884[…] – 1973[…], Adelaida) — Avstraliya botaniki. == Əsərləri == Ising E. H. The species of Bassia All. (Chenopodiaceae) in Australia // Transactions of the Royal Society of South Australia. — 1964. — Vol. 88. — P. 63—110. Ising E. H. Six new species of Bassia All. (Chenopodiaceae) // Transactions of the Royal Society of South Australia.
Qızıq
Qızıq/Kızık/Qırıq boyu — Oğuz xan dastanına əsasən adını Oğuz xanın nəvəsi Ulduz xanın oğlu Qızıqdan almış, Oğuz türklərinin 24 boyundan biri. === Türkiyədə === Kızık (Gümüşhacıköy) — Türkiyənin Amasya ili, Gümüşhacıköy ilçəsində kənd. Kızık (Sandıklı) — Türkiyənin Afyonkarahisar ili, Sandıklı ilçəsində kənd. Kızık (Kızılcahamam) — Türkiyənin Ankara ili, Kızılcahamam ilçəsində kənd. Kızık (Manyas) — Türkiyənin Balıkəsir ili, Manyas ilçəsində kənd. Kızık (Develi) — Türkiyənin Kayseri ili, Develi ilçəsində kənd. Kızık (Andırın) — Türkiyənin Qəhrəmanmaraş ili, Andırın ilçəsində kənd. Kızık (Karaman) — Türkiyənin Karaman ili, Mərkəz ilçəsində kənd. Kızık (Ovacık) — Türkiyənin Tunceli ili, Ovacık ilçəsində kənd. Kızık (Zara) — Türkiyənin Sivas ili, Zara ilçəsində kənd.
Data mining
Data mining — kompüter elmlərinin bir sahəsi. Böyük həcmli verilənlərin içərisindən faydalı və yeni informasiyanın tapılmasından bəhs edir. Data Miningdə istifadə olunan bir çox metodlar süni intellekt, machine learning və statistikada istifadə olunan metodlarla üst-üstə düşür. Data Miningin cəlb olunduğu işlər: Anomaliyanın aşkarlanması: Fərqli verilənin tapılması. Digər verilənlərdən fərqlidirsə, bu ya səhv ola bilər, ya da bu verilənin araşdırılmasına ehtiyac var. assosiasiya qaydaların öyrənilməsi (association rule learning): Verilənlər arasında əlaqənin tapılması.
Klirinq evi
Kross-listinq
Likino-Dulyovo
Likino-Dulyovo — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Marian İllinq
Marian İllinq (d. 12 fevral 1974) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Marian İllinq, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Nadejda Qlızina
Nadejda Qlızina (20 may 1988) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu. Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Ridinq (Pensilvaniya)
Ridinq — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Berks əyalətində şəhər. 87.575 əhalisi olan bu şəhər Pensilvaniyada beşinci böyük şəhərdir. Ştatın cənub-şərq hissəsində yerləşir və Böyük Ridinq ərazisinin əsas şəhəridir. 2010-cu ilin siyahıyaalmasına görə, ölkə ərazisində yoxsul vətəndaşların ən yüksək payı Ridinq şəhərindədir.Son illərdə Ridinq velosipedlərin dayanaçağına çevrilmişdir. Şəhər Beynəlxalq Dağ Velosiped Assosiasiyasının Hərəkət Mərkəzidir və 2017-ci il sentyabr ayının 8-9-da Ridinq Redsport Festivalına ev sahibliyi etmişdir. == Tarixi == Delavarlar hindliləri kimi tanınan Delavarlar Ridinq ərazisində məskunlaşan ilk xalq hesab olunurlar. Pensilvaniya koloniyası 1680-ci ildə yaradılmışdır və torpaq sahəsi İngiltərə kralı II Çarlesdən Uilyam Pennə hədiyyə edilmişdir. 120000 km2 -dən çox torpağa sahib olan bu hədiyyə onun atası Ser Uilyam Pennin şərəfinə adlandırılmışdır. == Coğrafiyası == Ridinq Filadelfiyadan 105 km şimaı-qərbdə Pensilvaniya ştatında yerləşir. ABŞ siyahıyaalma bürosunun məluamtlarına əsasən,şəhərin ümumi sahəsi 26 km²-dir.