Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cincavat
Cincavat — İrəvan quberniyasının Sürməli qəzasında kənd adı == Tarixi == Mənbədə Çinçavad kimidir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Vedi nahiyəsində Çinçavat kimi qeyd olunmuşdur "Gelevan kəndinin yaxınlığında yerləşmişdir". Eramızın III əsrində şimaldan Gürcüstana gəlib məskunlaşmış Cinli tayfasının adını əks etdirir. Çin Bakurun başçılığı ilə gəlmiş bu tayfaya yaşamaq üçün Orbet (gürcücə "Qartal yurdu" deməkdir) verilmişdir. Cinlilərin başçıları da orta əsrlərdə həmin qalanın adı ilə Orbelianlar adlanmışdır. Cinlilər Orbet qalasını "Üç ox" adlandırmışlar ki, İndi gürcülər ona Şamşvilde (gürcücə "Üç ox" deməkdir) deyirlər. 1117-ci ildə Lori qalasına çəkilmiş Orbelianların çoxunu gürcülər qırmış, bir hissəsi Zəngəzura (o vaxt Sisakana) gəlmiş və xristianlığı qəbul etmişlər Cinlilər həm də İndiki Çildır, Axalkalak və Axisxa bölgələrini əhatə edən Cavax əyalətində (gürcücə Cavaxeti) yaşadıqlarına görə Cin-Cavat (yə’ni "Cavaxetidə yaşayan cinlilər") adlanırdılar. Əgər Orbet qalası sonraki Şamşvildirsə və əgər Şamşvilde "Üç ox" mə’nasındadırsa, onda belə nəticə alınır ki, Çin Türküstanından gəldiklərinə görə Cinli adlanmış bu elin etnik adı Üç ox idi ki, bu da "Kitabi Dədə Qorqud"da oğuzlarının bir hissəsinin "Üç ox" adlanması ilə təsdiqlənir. Cinlilərin digər hissəsi erkən orta əsrlərdə Kür çayı sahillərində yaşayırdılar. XI əsrə aid mənbədə yazılır ki, Dvində oturan ərəb valisi Mərvan ibn Məhəmməd (685–705) 696-cı ildə xəzərlərə qarşı səfərə çıxaraq "Çenlərin ölkəsinə" Kür sahilinə gəlmiş, çayın sol sahilində yaşayan hökmdar Çin=Bakura elçi göndərərək, 90 min nəfər xidmətçi qadın tələb etmişdi.
İncəvar
İncəvar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. Xalac çayının sol sahilində yerləşirdi. Toponim türk mənşəli qıpçaq tayfasından olan incə etnonimindən və "möhkəmləndirilmiş kənd, bənd, qala" mənasında işlənən var sözündən əmələ gəlmişdir və "incə tayfasına mənsub qala, kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873-cü ildə 66 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 129 nəfər, 1904-cü ildə 140 nəfər, 1914-cü ildə 89 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya olunmuşdur. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1922-ci ildə geri qayıtmış əhali qonşu Xələc kəndində yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin keçmiş sakinləri öz evlərinə dönə bilmişdir.