Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Artur Leist
Artur Leist (alm. Arthur Leist‎; 8 iyul 1852, Vrotslav, Sileziya[d] – 22 mart 1927, Tiflis) — alman yazıçısı. Erməni və gürcü dillərindən bir çox əsəri alman dilinə tərcümə etmişdir. == Həyatı == Artur Leist 1852-ci ilin 8 iyul tarixində Almaniyanın Breslau şəhərində anadan olmuşdur. Liest bu şəhərdə təhsil almış və bir müddət yaşamışdır. 1877-ci ildə Rus-türk müharibəsinin başlanmasından sonra Artur Leist Qafqaz bölgəsində baş verən hadisələrlə maraqlanmağa başlamışdır. 1884–1892-ci illərdə Artut Leist 3 dəfə Gürcüstana səfər etmişdir. Bu səfərlərdən sonra Leist Tiflis şəhərində yaşamağa qərar verir. Leist Tiflis şəhərində erməni və gürcü dillərini öyrənməyə başlayır. Bir müddətdən sonra isə Liest erməni və gürcü dillərində olan bədii əsərləri alman dilinə tərcümə etməyə başlayır.