Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bahriyə Uçok
Bahriyə Üçox (1919, Trabzon – 6 oktyabr 1990, Ankara) Türk tarixçi və siyasətşünası, ehtiyat kadrdan senator, Ordu millət vəkili və Sosial-demokrat Xalqçı Partiya Məclis üzvü. == Həyatı == Hamit Ataçın qızıdır. Ankara Universiteti Hüquq fakültəsinin müəllimi Coşqun Üçox ilə evlənmiş və Qumru adlı bir qızı olmuşdur. İlk və orta məktəbi Orduda oxuyan Üçox, İstanbul Kandilli qız liseyini bitirdi. Ali təhsilini Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsi orta əsr türk-islam tarixi ixtisası üzrən alıb. O, eyni zamanda Ankara Dövlət Konservatoriyasının Opera bölümündə də təhsil almışdır. Samsun və Ankarada on bir il müəllimlik etdikdən sonra, 1953-cü ildə Ankara Universiteti İlahiyat fakültəsində müəllim kimi çalışdı. O, bu fakültənin ilk qadın müəllimidir. 1957-ci ildə doktor, 1964-cü ildə "İslam Dövlətlərində Qadın Hökmdarlar" adlı dissertasiyası ilə də dosent olmuştur. Farsca və ərəbcəni yaxşı dərəcədə bilirdi.
Good Luck
Good Luck — İsveç repçisi Bladee və Almaniya prodüseri Mechatok tərəfindən hazırlanmış kollaborativ studiya albomu. 10 dekabr 2020-ci ildə YEAR0001 vasitəsilə buraxılıb.
Cücük
Cücük — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 503 nəfərdir (2009). Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, toponim cuy (arx) və -cik (kiçiltmə bildirən Şəkilçi) komponentlərindən düzəlib, "kiçik arx" mənasındadır. Cücük sözü elə bütövlükdə də dilimizdə "kiçik, balaca, bala" mənalarında işlənir. Oykonim "kiçik kənd, balaca yaşayış məntəqəsi" deməkdir.
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Lugoa
Luton
Luton (ing. Luton [ˈluːtən]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Lutsk
Lutsk (ukr. Луцьк, pol. Łuck, alm. Luzk‎) — Ukraynanın şimal-qərbində, Volın ərazi vahidinin mərkəzi şəhəri. Ukraynanın ən qədim şəhərlərindən hesab edilir. Lutsk haqqında ilk yazılara 1085-ci ilin sənədlərində rast gəlinir.
Luzon
Luson adası (taqal Luzon, isp. Luzón) — Filippin adaları arasında ərazisinə görə ən böyük ada. Adaların dünyada sahəsinə görə sıralamasında 15-ci yerdə gedir. Adanın sahəsi 109 964,9 km² təşkil edir. Burada 52 990 000 nəfər (2015) yaşayır. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri yerlışir: Manila və Keson. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir. Qədim xəritələrdə adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşıyanlara hər zaman Lusonlular deyilirdi.
Lübek
Lübek (alm. Lübeck‎ [ˈlyːbɛk]) — Almaniyanın şimalında (Şlezviq-Holşteyn federal torpağının cənub-şərqi) şəhər. Şəhər Şimali Almaniya ovalığında, Baltik dənizi sahilində Travemünde rayonunda axan Trave çayının mənsəbinin yaxınlığında yerləşir. Tarixə Hanza ittifaqının ən böyük mərkəzi kimi düşmüşdür. Əsas abidələri Almaniyada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına salınıblar. Lübek şəhəri 10 rayona bölünür. == Əhali == 2015-ci il hesablamalarına görə, şəhərdə 216,253 nəfər əhali yaşayır.
Lünak
Lünak (fr. və oks. Lunac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12135. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 39 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 450 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 217 nəfər arasında (15-64 yaş arasında) 164 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə 71.6%).
Ləçək
Ləçək - Çiçək tacında şəklini dəyişmiş yarpaq. Tozlayıcı həşaratları cəlb etmək üçün şəklini dəyişmiş və parlaq rənglərdə olurlar. Dişicik və erkəkciyi qoruyan hissədir. Tozlaşmaya yardım edir. Botanika sahəsində daha geniş olaraq öyrənilir.
Sucuk
Sucuq — Türkiyədə və Balkanlar coğrafiyasında, orta Asiyaya qədər geniş şəkildə yayılmış kolbasa növüdür. Qurudulmuş bağırsağın içinə ədviyyatlı ət qıyması doldurularaq əldə edilən bir növ ət məhsuludur.
Guco
Guco (郡上市, Gujō-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 41.927 nəfərdir, hər km² ərazidə 41 nəfər yaşayır. Şəhərin sahəsi 1.030,79 km²-dir. == Tarix == Müasir Guco şəhəri 1 mart 2004-cü ildə Haçiman, Şirotori və Yamato şəhərlərinin, Meyo, Minami, Takasu və Vara kəndlərinin (hamısı keçmiş Guco rayonun tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaranmışdır. == Su yolları == Guco şəhəri öz təmiz su yolları ilə məşhurdur. Şəhərdəki ilk su yolları XVII əsrdə qurulmuşdur. Kanallar, fəvvarələr və su yolları hələ də düyünün, tərəvəzlərin, paltarların yuyulmasında istifadə olunur. Şəhər əhalisi su yollarını təmiz, suyu saf saxlamağa çalışır. Çəkilən bu zəhmətə görə Guco suyundan içmək yerli iftixar hesab olunur. Guco şəhəri 3 çayın qovuşduğu vadidə yerləşir: Yoşida, Naqara və Kodara çayları.
Leço
Leço (mac. lecsó) — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salat. Avropada çox populyardır, mənşəyi klassik macar mətbəxinə aiddir. Leçonun müxtəlif reseptləri mövcuddur. Bu reseptlər hazırlayanın zövqünə görə qurula bilər. Tərkibində dəyişməz olan 3 növ tərəvəzdən: bolqar bibərindən, pomidordan və soğandan istifadə olunur.
Liçk
Liçk — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Lugo
Luqo (qalis. Lugo) — İspaniyanın tarixi Qalisiya muxtar regionunda yerləşən şəhər. Lugo vilayətinin mərkəzidir.
Luik
Luik — Estoniya soyadı. Leyla Luik — Estoniya idmançısı. Liina Luik — Estoniya idmançısı. Lili Luik — Estoniya idmançısı.
Luqo
Luqo (qalis. Lugo) — İspaniyanın tarixi Qalisiya muxtar regionunda yerləşən şəhər. Lugo vilayətinin mərkəzidir.
Feliks Aubök
Feliks Aubök (19 dekabr 1996) — Avstriyalı üzgüçü. Feliks Aubök Avstriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Feliks Aubök birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:36.24 saniyəlik nəticəsi ilə 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Hubert Lukot
Hubert Lukot (1935 - 18 Yanvar 2017) — Fransalı şair və metaalətlər yazarı. Lukot 60-dan çox kitabın müəllifidir. == Həyatı == Hubert Lukot 1935-ci ildə Parisdə anadan olmuşdur. == Karyerası == Lukot ədəbi yaradıcılığına şeirlə başlamışdır. 1960-cı illərdə düz yazı və meta fantastikanı ehtiva edən kitablar yazmağa başlamışdır. Ömrü ərzində Lukot 60-dan çox kitab nəşr etdirmişdir. == Ölümü == Lukot 18 yanvar 2017-ci ildə vəfat etmişdir.
Kopi Luvak
Kopi Luvak (ind. Kopi luwak) — İndoneziyanın Sumatra adasında istehsal edilən qəhvə çeşidi. Kopi Luvak hazırlanma texnologiyası və az məhdud sayda istehsal edilməsi səbəbindən dünyanın ən bahalı qəhvəsi hesab olunur.
Küçük (Uçalı)
Küçük (başq. Көсөк, rus. Кучуково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 92 km, kənd sovetliyindən (İlçəqol): 7 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 11 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Lopi Luvak
Kopi Luvak (ind. Kopi luwak) — İndoneziyanın Sumatra adasında istehsal edilən qəhvə çeşidi. Kopi Luvak hazırlanma texnologiyası və az məhdud sayda istehsal edilməsi səbəbindən dünyanın ən bahalı qəhvəsi hesab olunur.
Luzon adaları
Luzon adaları (taqal Luzon) — Filippin arxipelaqına daxil olan üç əsas qrupdan biri olaraq, arxipelaqın şimalında yerləşir. Luzon adalarına, Luzon adası, onun şimalında Batan və Babuyan adalar qrupları, şərqdə Polilo adaları, cənubda Katanduanes, Marinduke və Mindoro adaları daxildir. Həmçinin, Masbate, Palavan və Romblon adaları da Luzon adalarında daxildir, baxmayaraq ki, bu üç ada bəzən digər arxipelaq olan Visayla qruplaşdırılır. == Coğrafiyası == Adalar qrupuna daxil olan əsas adalar: Luzon — 109 965 km², Palavan — 12 189 km², Mindoro — 10 572 km², Babuyan arxipelaqı — 620 km². Palavan adası bu qrupa daxil olması bir çox alimlər tərəfindən inkar edilir, onu həm Luzon həm də Viday adalar qrupuna daxil edilir. == Əhalisi == 2010-ci il sıyahıya alınmasına görə adalarda 52 363 492 nəfər insan yaşayır.
Luzon boğazı
Luzon boğazı - Sakit okeanına daxil olan Cənubi Çin dəniziilə Filippin dənizini birləşdirir. Tayvan adasını Filippin adalarından daxil olan Luzon adasından ayırır. Boğazın eni 250 km təşkil edir. Burada iki qrup adalar vardır: Betan və Bobuyan. Betan adaları Batanes vilayətinə, Bobuyan adası isə Katayan vilayətinə aiddir. Boğazda bir neçə xırda keçidlər vardır: Babuyan keçidi (Luzon adasını Babuyan adasından), onu da Betan adasından ayıran Balitanq, Betan adalarını Tayvan adasından başı keçidi ayırır. Amerikadan gələn və Şərqi Asiya istiqamətində əsas gəmi yolu məhz bu boğazdan keçir. Boğazdan adalara materikdən gələn çoxlu sayda telekommunikasiya xətləri keçir. Buradan Çin, Honqkonq, Yaponiya və Cənubi Koreya istiqamətində olan telefon xətləri keçir.