Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Butik
Butik (fr. Boutique) — şık geyim, zərgərlik və ya digər adətən lüks əşyaları satan kiçik mağaza.
Lutsk
Lutsk (ukr. Луцьк, pol. Łuck, alm. Luzk‎) — Ukraynanın şimal-qərbində, Volın ərazi vahidinin mərkəzi şəhəri. Ukraynanın ən qədim şəhərlərindən hesab edilir. Lutsk haqqında ilk yazılara 1085-ci ilin sənədlərində rast gəlinir.
Luik
Luik — Estoniya soyadı. Leyla Luik — Estoniya idmançısı. Liina Luik — Estoniya idmançısı. Lili Luik — Estoniya idmançısı.
Utik
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Butik otel
Butik otel (kiçik mehmanxana) - otaq sayısı 10 ilə 100 arasında olan kiçik mehmanxanalar üçün Şimali Amerika və Birləşmiş Krallıqda işlədilən termindir. Xüsusilə, son illərdə, olduqca məşhur olan, bir çox insan tərəfindən seçilən və hər keçən gün sayları artan, butik otellər, həm 5 ulduzlu otellərdən, həm istirahət yerlerindən, pansion və həm də motellərdən, fərqli bir anlayışa malikdir. Butik otellərdə, otaq sayısı azdır, 5 ulduzlu otellərdə, ya da istirahət yerlərindəki kimi, yüzlərlə otağı olmur. Belə otellər kiçik olmalarına baxmayaraq hər bir şəraitə malik olurlar və keyfiyyətli xidmət göstərirlər. Bu otellər, qonaqlarına lüks və bənzərsiz, unikal bir yaşayış mühiti təqdim etməyi hədəfləyən, müəssisələrdir. Butik otelləri, digər böyük otellərdən fərqli edən, ünsürlər: lüks və fərdi yaşayış, xidmət və xüsusi fəaliyyət imkanı təmin etmələridir. Buna görə, butik otellər: struktur xüsusiyyəti, memarlıq layihələndirilməsi, mebel, dekorasiya, bəzək və istifadə materialları ilə xarakterizə olunan, orijinallığı ərz edən, müəssisə və xidmət cəhətdən üstün standart və yüksək keyfiyyətdə, təcrübəli, mövzusunda təhsilli işçi heyəti və ya təlim keçmiş kadr ilə, şəxsə xüsusi xidmət verilən müəssisələrdir. == Tarixi == Butik qonaqlama sektorunun, ortaya çıxışı, yaranması və sürətlə artmasının səbəbləri, bir-birini dəstəkləyən xüsusiyyətdə, iki fərqli fikirlə, açıqlanmaqdadır. Bunlardan ilki, zəncir otellərin yayılması, yerləşmənin sistematik olaraq, standartlaşdırılması, müştərilərin daha xüsusi, orijinal və yaradıcı xarakterə sahib olmasını, yerləşmə xidmətlərinə yönəlməsini təmin etmişdir. Digər fikir isə, cəmiyyətlərin sosial, ictimai və mədəni inkişafına, əsaslanır.
Leyla Luik
Leyla Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Liina və Lili Luikdir. Leyla bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Liina Luik
Liina Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Leyla və Lili Luikdir. Liina bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Lili Luik
Lili Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Liina və Leyla Luikdir. Lili bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Volın Lutsk FK
Volın Lutsk FK (ukr. ФК "Волинь" Луцьк) — Ukrayna Premyer Liqasında mübarizə aparan peşəkar Ukrayna futbol klubudur. == Tarixi == Klub 1960-cı ildə Avanqard adı altında Lutsk şəhərində yaradılmışdır. Sovet Avanqard İdman Klubu dağılandan sonra klub yarışlara və turnirlərə Volın adı ilə qatılmağa başladı. Hüquqi yarandığı gündən klub Sovet Peşəkar Liqasının üçüncü diviziyasında mübarizə aparmağa başladı. 1968-ci ildə klub Lutsk Maşınqayırma Zavodunun (indi LuAZ) sponsorluğu ilə adını Torpedo olaraq dəyişdi. Lakin 1971-ci ildə klub müflisləşdi. Şəhər Lutska köçən Prikarpatye Hərbi dairəsinin SKA Lvov klubunu təmsil etməyə başladı. 1977-ci ildə klub yenidən Torpedo adı ilə fəaliyyətə başladı və Sovet Liqasının üçüncü diviziyasında mübarizə apardı. Burada iştirakını Sovet rejimi süqut edənəcən davam etdirdi.
Böyük sinaqoq (Lutsk)
Böyük sinaqoq (ukr. Велика синагога) – Ukraynanın Lutsk şəhərində mövcud olmuş intibah üslubunda sinaqoq. Şəhərin yəhudi kvartalında yerləşmiş bu sinaqoq Polşanın İkinci Dünya müharibəsində almanlar tərəfindən işğalına qədər Lutsk yəhudilərinin din, təhsil və icma mərkəzi olmuşdur. 1626-cı ildə tikilmiş Böyük sinaqoq istehkam formasında tikilmişdir. 1942-ci ildə qismən dağıdılmış, 1970-ci illərdə bərpa olunmuşdur. Hazırda idman klubu kimi istifadə olunur. == Tarixi == Lutskdə ilk sinaqoqun XVI əsrin ikinci yarısında tikildiyi və 1617-ci ildə tatarlar tərəfindən məhv edildiyi güman olunur. Yeni sinaqoq əvvəlkisinin qalıqlarının yerində tikilmişdir. Polşa kralı III Sigizmund 5 may 1626-cı ildə yeni sinaqoq və məktəbin tikintisi üçün icazə vermişdir. Sinaqoqun tikintisi zamanı yaxınlıqdakı Dominikan kilsəsi etiraz edərək sinaqoqun hündürlüyünün müəyyən edilmiş həddi keçməməli olduğunu bildirmişdirlər.
Antik
Antik və ya əntiq (lat. antikvitas - "qədimlik", "köhnəlik") — ümumi mənada müasir "qədimlik" anlayışına bərabər söz. Lakin elə həmin mənada Qədim Yunanıstan, Qədim Roma və ellin dövlətlərini də bildirir. Antik dedikdi tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. X əsrə qədərki dövrü nəzərdə tutulur. Bu dövr XXXI əsrin əvvəllərində fransız dilində qəbul edilmiş və xüsusi bir sənət növünü nəzərdə tutur. İncəsənət tarixində bir çox tədqiqatların ortaya çıxması konsepsiyanın yunan-roma qədimliyinə zəmin yaratmasına gətirib çıxardı . == Ümumi dövrləşmə == Erkən qədimlik ( e.ə. VIII əsr — e.ə.
Butin
Butin (C4H6) — Alkinlər sinfindən doymmamış karbohidrogen.
Güzik
Güzik (Şepiran)
Kətik
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Latış
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) == Mənbə == Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Lerik
Lerik — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati mərkəzi. == Tarixi == Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. == Coğrafiyası və iqlimi == === Relyefi === Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir.
Lirik
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Lulia
Lulia (lat. Lulia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Lübek
Lübek (alm. Lübeck‎ [ˈlyːbɛk]) — Almaniyanın şimalında (Şlezviq-Holşteyn federal torpağının cənub-şərqi) şəhər. Şəhər Şimali Almaniya ovalığında, Baltik dənizi sahilində Travemünde rayonunda axan Trave çayının mənsəbinin yaxınlığında yerləşir. Tarixə Hanza ittifaqının ən böyük mərkəzi kimi düşmüşdür. Əsas abidələri Almaniyada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına salınıblar. Lübek şəhəri 10 rayona bölünür. == Əhali == 2015-ci il hesablamalarına görə, şəhərdə 216,253 nəfər əhali yaşayır.
Lünak
Lünak (fr. və oks. Lunac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12135. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 39 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 450 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 217 nəfər arasında (15-64 yaş arasında) 164 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə 71.6%).
Lətif
Lətif — kişi adı.
Qotik
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. == Qotik memarlığı == Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Çuzik
Çuzik — Rusiya Federasiyasındə Tomsk vilayətində çay. == Haqqında == Parabel çayını (Ob hövzəsi) yaradan sol qol. Uzunluğu 382 km, hövzəsinin sahəsi 9 min km². Vasyuqan düzənliyi ilə axır. Qarışıq mənbədən,əsasən,qar suları ilə qidalanır. Ortaillik su sırfi mənsəbindən 73 km³ məsafədə 30,5 m³/sanmetrdir. Oktaybr-noyabrdan aprelin axırı-mayın əvvəlinədən donmuş olur. Ağac axıdılır.Mənsəbindən 210 km məsafədə gəmiçiliyi yararlıdır.
Ərtik
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. == Toponimikası == ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir.
Lupin
Arsen Lupen (fr. Arsène Lupin) — Moris Leblanc tərəfindən yaradılmış fransız fantastik personajıdır. Personaj centlmencəsinə oğurluq cinayətlərini törətmək və cinayət tapmacalarını həll etmək üçün maskalardan istifadə etmək, müxtəlif şəxsiyyətlər yaratmaq və ələ keçirmək istedadı ilə tanınır. Qəhrəman ilk dəfə 1905-ci ilin iyulunda Je sais tout jurnalında nəşr olunan "Arsen Lupenin həbsi" adlı qısa hekayədə ortaya çıxır. Onun yaradıcısı Maurice Leblanc bu qısa hekayəni həmin il nəşr olunan "Arsen Lupen, centlmen-oğru" kolleksiyasında tutur. Personajın oxucular arasında artan uğuru ilə üzləşən onun sərgüzəştləri 1905-ci ildən yazıçının ölümünə qədər yəni, 1941-ci ilə kimi 18 (on səkkiz) roman, 39 (otuz doqquz) hekayə və 5 (beş) pyesdə əks olunub. Onun bir çox sərgüzəştləri Belle Epoque Fransası və Arsen Lupenin öz müəllifinin düşüncəsi yolu ilə getdiyi dövrlərdə cərəyan edir: Lupenin ilk romanlarındakı anarxist rəğbətləri Böyük Müharibə zamanı yazılan əsərlərdə vətənpərvər Lupen olur. Hər şeydən əvvəl, o, detektiv olmaq üçün yavaş-yavaş oğru olmaqdan çıxır. İdmançı və təcrübəli döyüşçü olmaqla yanaşı, o, həmçinin maskalanmaq və hər hansı bir müəmmanın öhdəsindən gəlmək üçün istifadə etdiyi fərasət və bacarıqlarını nümayiş etdirmək qabiliyyətinə malikdir. Üstəlik, onun uşaq və cazibədar tərəfi, həvəslə istehza edən, işgəncəli və sirli bir xarakterlə birləşərək, onu centlmen-oğru simasını təcəssüm etdirən məşhur bir personaj etdi.