Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maroni
Maroni (fr. Maroni, nid. Marowijne) — Cənubi Amerika çayı. Çay Surinam və Fransa Qvianası ərazisindən axır, çox hissəsi sərhəd bölgəsindən keçir, bundan sonra estuari yaradaraq Atlantik okeanına tökülür. Çayın uzunluğu 520 km (digər mənbələrə görə 680 km və ya 725 km), su götürmə sahəsi 65830 km²-dir. Çayın sahilləri əsasən tropik cəngəlliklərlə örtülüdür, mənbəyi Braziliya sərhədi yaxınlığındakı Tumuk Umak dağlarında yerləşir. Əsas qolları Tapanahoni və Lavadır. Çay ətrafında Sen-Loran-dü-Maroni (Fransız Qvianası) və Albina (Surinam) limanları yerləşir. Kiçik gəmilər çay estuarisindən 100 km məsafədə üzə bilərlər, daha sonraki yerlərdə çoxsaylı astanalar və şəlalələr var. Çayın orta axınında qızıl mədəni yerləşir.
Sen-Loran-dü-Maroni (rayon)
Sen-Loran-dü-Maroni (fr. Arrondissement de Saint-Laurent-du-Maroni) — Fransanın Fransa Qvianası regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Fransa Qvianası. Suprefektura — Sen-Loran-dü-Maroni. Rayon əhalisi 2011-ci ildə 78 849 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1,9 nəf / km². Rayon sahəsi — 40 945 km².
Mardoni
Mardoni Qobri oğlu (q.yun. Μαρδόνιος; e. ə. VI əsr – e.ə. 479, Plateya, Fessaliya və Mərkəzi Yunanıstan) — Yunan-İran müharibələri dövründə fars sərkərdəsi. Plateya döyüşündə həlak olmuşdur.
Martuni
Martuni rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Martuni — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə mahalı ərazisində rayon mərkəzi, şəhər. Martuni (Qaraqoyunlu) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Qaraqoyunlu mahalı ərazisində kənd. Martuni — Xocavənd şəhərinin əvvəlki adı. Martuni — Şəmkir rayonunda Günəşli kəndinin əvvəlki adı.
Moroni
Moroni (fr. Moroni, ərəb. موروني‎) — Komor adalarının paytaxtı, Nqazica muxtar adasının inzibati mərkəzi, ölkənin ən iri şəhəri. == Adın etimologiyası == Hesab edilir ki, şəhərin adı malaqasi dilidə olan moron — «sahil» sözündən yaranıb ya da Kartala vulkanına işarə olaraq «odun ürəyi» deməkdir. Digər versiyaya görə ad Oundroni sözündən yaranıb «rifah» deməkdir. == İqtisadiyyatı == Şəhərdə dəniz portu və şahzadə Səid İbrahim adına beynəlxalq aeroport vardır. Moronidə kənd təsərrüfatı və emal müəssisələri vardır. == Tarixi == 1886 - 25 iyul 1912-ci ildə Moroni Bambao sultanlığının paytaxtı olub. 1962 - 6 iyul 1975-ci ildə Fransa nın dəniz ərazisi Komor adalarının paytaxtı olub. 6 iyul 1975-ci ildən Moroni müstəqil Komor adalarının paytaxtıdır.
Amblyseius martini
Amblyseius martini (lat. Amblyseius martini) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius martini Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Marjori Estiano
Marjorie Dias de Oliveira (Marjorie Estiano, 8 mart 1982, Curitiba) — Braziliya latın pop sənətçisi və aktrisası. == Filmoqrafiyası == 2003: Malhação ... Fabiana 2004 - 2005: Malhação ... Natasha Ferreira (rəqib) 2006: Páginas da Vida ... Marina Andrade Rangel 2006: Sob Nova Direção ... Nely Li 2007: Duas Caras ... Maria Paula Fonseca do Nascimento (günleri) 2009: Caminho das Índias ... Tônia (Antônia Cavinato) 2010: S.O.S. Emergência ... Flávia Menezes 2011: Amor em Quatro Atos ... Letícia 2011: Cine Conhecimento ...
Martini-Henri
Martin təklüləli tüfəng növüdür. Orijinal adı Martini-Henri idi və 1871-ci ildən İngilis ordusunda istifadə edilmişdir. Silah, özünü təkmilləşdirən Fridrix von Martini və Aleksandr Henrinin adını daşıyır. Osmanlı ordusu tərəfindən 93 müharibəsində ruslara qarşı istifadə edilmişdir. Martini-Henri Martin və Hekimoğlu da daxil olmaqla, bir çox xalq mahnısının mövzusu olmuşdur.
Martuni (Ermənistan)
Martuni, Aşağı Qaranlıq — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi. == Tarixi == Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1963-cü ildən şəhər tipli qəsəbədir.Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir. Toponimdəki «aşağı» sözü fərqləndirici əlamət bildirir.Orotoponimdir.
Martuni (Qaraqoyunlu)
Gödəklər - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə yerləşir. 1937-ci ilə kimi Dilican rayonunun inzibati ərazi bölgüsünə daxil idi. 1937-ci il dekabrın 31də Çəmbərək (Krasnoselo) rayonu təşkil edildikdən sonra Dilican rayonunun tərkibindən çıxarılıb, Çəmbərək (Krasnoselo) rayonunun tərkibinə daxil edilimşdir. Toponim gödəklər türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənilər buraya köçürüldükdən sonra 1924-cü ildə kəndin adı dəyişdirilib Martuni qoyulmuşdur. == Əhalisi == 1918-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Lakin mənbələrdə azərbaycanlıların say tərkibi göstərilmir.
Martuni rayonu
Martuni rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur.
Qulyelmo Markoni
Guqlielmo Markoni (it. Guglielmo Marconi 25 aprel 1874 - 20 iyul 1937) — italiyalı ixtiraçı və Elektrik mühəndisi. Uzun məsafəli radio əlaqəsi qurmuş, radionu ixtira etmişdir. Kabelsiz teleqraf sistemi üzərindəki işlərinə görə 1909-cu ildə Karl Ferdinand ilə birlikdə Fizika üzrə Nobel mükafatı almışdır. Markoni 1897-ci ildə İngiltərədə "The Wireless Telegraph&SignalCompany" şirkətini qurmuşdur. Bunun nəticəsində də radio dünya səviyyəsində satış müvəffəqiyyəti qazanmışdır. == Həyatı == === Uşaqlıq və Gənclik illəri === Markoni 25 aprel 1874-cü ildə İtalayının Bolonya şəhərində aristokrat ailənin ikinci oğlu kimi dünyaya göz açmışdır. Atası italyan Guiseppe Markoni torpaq sahibi, anası irland-isveç əsilli Ani Cemsondur. Anasının atası Andrev Cemson Daphne qalasının sahibi, babası viski istehsal edən "Jameson&Sons" şirkətinin sahibi Con Cemsondur. Markoni iki və altı yaş arasında böyük qardaşı Alfonso ilə birlikdə anasının tərbiyəsi ilə İngiltərənin Bedford qəsəbəsində yaşamışdır.
Lennard Maloni
Lennard Maloni (8 oktyabr 1999-cu ildə anadan olub) — 2.Bundesliqa təmsilçilərindən olan Yunion Berlin klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Yunion Berlin === Maloni Yunion Berlin akademiyası vasitəsilə inkişaf etmişdir. Maloni öz peşəkar karyerasında debütünü 1 aprel 2018-ci ildə Qroyter Fürth klubuna qarşı oyunda etmişdir. O, 77-ci dəqiqədə Marsel Hartel ilə əvəz olunmuşdur. 2.Bundesliqa görüşündə Yunion Berlin rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Maloni yoxlama oyunlarında Almaniya gənclər yığmasının U-18 və U-19 komandalarına dəvət almışdır. 7 iyul 2018-ci ildə Maloni Amerika Birləşmiş Ştatlarında oynamaq istədiyini bildirmiş və Amerika U-20 millisinə dəvət almışdır. O, milli ilə Şimali Karolina və Tobakko Roud klublarına qarşı yoldaşlıq oyunlarında iştira etmişdir. == Şəxsi həyatı == Maloni Almaniyada anadan olmuşdur. Onun atası Amerika, anası isə Almaniya vətəndaşıdır.
Marani (Nəmin)
Marani (fars. مرني‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 929 nəfər yaşayır (273 ailə).
Maroon 5
Maroon 5 (Marun fayv) — Los-Ancelesdə yaradılan, amerikan pop-rok qrupu. 1994–2001-ci illərdə "Kara's Flowers" adı altında fəaliyyət göstərmişdir. == Diskoqrafiya == "Kara's Flowers" adı ilə: The Fourth World (1997)"Maroon 5" adı ilə: Songs About Jane (2002) 1.22.03.Acoustic (2004) Live — Friday the 13th (2005) It Won't Be Soon Before Long (2007) The B-Side Collection (2007) Live from SoHo (2008) Live from Le Cabaret (2008) Call and Response: The Remix Album (2008) Hands All Over (2010) == Klipləri == 2003 — Harder To Breathe 2004 — This Love 2004 — Sunday Morning 2004 — She Will Be Loved 2007 — Won't Go Home Without You 2007 — Wake Up Call 2007 — Makes Me Wonder 2008 — If I Never See Your Face Again (feat. Rihanna) 2008 — Goodnight Goodnight 2010 — Misery 2010 — Give A Little More 2010 — Hands All Over (mahnı) 2011 — Never Gonna Leave This Bed 2011 — Runaway 2011 — Moves Like Jagger (feat. Kristina Aqilera) 2012 — Payphone (feat.
Maruni Kilsəsi
Maruni Kilsəsi (ərəb. الكنيسة المارونيّة‎; lat. Ecclesia Maronitarum), və ya rəsmi adı ilə Əntakiyə Süryani Maruni Kilsəsi (ərəb. الكنيسة الأنطاكية السريانية المارونية‎; süry. ܥܕܬܐ ܣܘܪܝܝܬܐ ܡܪܘܢܝܬܐ ܕܐܢܛܝܘܟܝܐ) qədim xristian kilsəsidir, patriarxlıq statusuna sahib olan altı Şərqi Katolik kilsəsindən biridir. Tarixi kilsə icmalarının əksəriyyəti Suriyada və Kiprdə olduğu kimi Livanda da yerləşir. Marunilərin Livandan davamlı mühacirəti son illərdə Argentina, Braziliya, Amerika Birləşmiş Ştatları, Meksika, Avstraliya və digər əyalətlər və ölkələrin diasporalarında icmaların yaranmasına səbəb oldu. == Tarix == Livan Marunilərinin tarixi IV əsrin sonlarında, bir qrup şagirdin Müqəddəs Marun ətrafında toplandığı vaxtdan başlayır. Daha sonra Hələbdən Əntakiyəyə qədər bir yolda bir monastır inşa etdilər. V-VI əsrlərdə Mübarək Kirskinin Teodoretinin teoloji məktəbini qurduğu monastır, Xalkidon Kilsə Məclisinin xristologiya təlimini dəstəkləyərək Monofizitlərə və Miafizitlərə qətiyyətlə qarşı çıxdı.
Yojef Maroti
Yojef Maroti (mac. József Maróthy, 15 oktyabr 1887, Seqed — 20 oktyabr 1955) — Macarıstan Yunan-Roma güləşçisi, Avropa çempionatların mükafatçısı. == Həyatı == Seqed şəhərində anadan olmuşdur. 1908-ci ildə London Olimpiya Oyunlarında iştirak etsə də, medal qazana bilmədi. 1911-ci ildə güləş üzrə rəsmi Avropa Çempionatında gümüş medalı qazandı. 1913-cü ildə güləş üzrə qeyri-rəsmi Avropa Çempionatında bürünc medalına yiyələndi.
Phaethornis baroni
Phaethornis baroni (lat. Phaethornis baroni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Martuni rayonu (DQMV)
Xocavənd (Martuni) rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə Xocavənd rayonu adlandırılmış və ləğv edilmiş Hadrut rayonunun ərazisi rayonunun tərkibinə qatılmışdır.
Martuni rayonu (Ermənistan)
Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində yerləşirdi. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir. Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m), Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.
Qulyelmo Markoni Universiteti
Qulyelmo Markoni Universiteti (it. Università degli Studi Guglielmo Marconi) — İtalyanın Roma şəhərində yerləşir.
Martuni müdafiə rayonu
Martuni müdafiə rayonu (erm. Մարտունու պաշտպանական շրջան) — Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu bölməsi. 1992-ci ilin sentyabrında Qondarma Dağlıq Qarabağ Respublikası Özünümüdafiə Komitəsi sədrinin 14 avqust 1992-ci il tarixli fərmanı ilə regionda fəaliyyət göstərən özünümüdafiə dəstələri və batareyaları əsasında yaradılmışdır. 21-ci (Qırmızı Bazar, komandir N. Babayan), 22-ci (Cütcü, komandir A. Melkumyan), 23-cü (Quzeyçartar, komandir M. Akopyan), 24-cü (Güneyçartar, komandir K. Tovmasyan), 25-ci (Xocavənd, komandir S. Ohanyan), 26-cı (Xocavənd, komandir M. Mosiyan) motoatıcı batalyonlarının birləşməsi əsasında yaradılmışdır. 1992–1994-cü illərdə Martuni müdafiə rayonu Qaradağlı, Aşağı Veysəlli, Muğanlı, Əmiranlar, Kuropatkino, Çərəkdar, Narınclar, Umudlu, Yarımca, Qızıloba, Ağdam, Xocavənd, Ağdərə, Ağcabədi, Füzuli, Qərvənd, Kəlbəcər və s. məntəqələr uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Martuni müdafiə rayonu komandiri postunu 2 ilə yaxın Monte Melkonyan tutmuşdur. Bölmənin çoxlu sayda döyüşçüləri Ermənistan dövlət mükafatlarına layiq görülmüşdülər. Döyüş əməliyyatları zamanı Martuni müdafiə rayonundan 350 döyüşçü öldürülmüşdür.
Phaethornis longirostris baroni
Phaethornis baroni (lat. Phaethornis baroni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Yelena Şoltesova-Maroti
Yelena Şoltesova-Maroti (slovak. Elena Maróthy-Šoltésov) — slovak yazıçısı və redaktoru; Slovakiyada qadın hərəkatının aparıcı siması. == Bioqrafiya == 1880-ci ildə Yelena Şoltesova-Maroti 1869-cu ildə qurulmuş «Živena» cəmiyyəti komitəsinin üzvü olur və 1894-1927-ci illərdə onun daimi sədri olur. Hazırda bu cəmiyyət vətəndaş birliyi kimi fəaliyyət göstərir, məqsədi siyasi, iqtisadi, sosial və özəl sferalarda qadın yanaşmasının xüsusiyyətlərini və “zəif cinsin” özünü həyata keçirmə və şəxsi yüksəliş imkanlarını öyrənməkdir. 2013-cü ildən Maqda Vaşariova Živena-nın rəhbəri olur. 1875-ci ildə Maroti tacir Ludovita Mixal Şoltes ilə evlənir. Cütlüyün iki övladı olur, lakin qızı səkkiz, oğlu isə 33 yaşında dunyasını dəyişir. 1912-ci ildə Şoltesova-Maroti «Živena» jurnalının qurulmasına kömək edir və 1922-ci ilə qədər onun baş redaktoru olur. yelena Maroti-Şoltesova bütün qadınlara ali təhsil almaq və cəmiyyətdə öz layiqli yerlərini tutmaq üçün hər cür köməklik edib. Brokhauz və Efronun ensiklopedik lüğətinin məlumatına görə, Maroti-Şoltesovanın ən məşhur romanları və hekayələri bunlardır: "Na dedine" (1881); Pripravy ku svadbe (1882); "Umierajúce diet'a" (1885); "V čiernickiej škole" (1891); "Prve previnenie" (1896); "Popelka" (1898); "Za letného vecera" (1902); "Proti prúdu" (1904).
Marni (film, 1964)
"Marni" (ing. Marnie) — rejissor Alfred Hiçkokun filmi. == Məzmun == Filmin baş qəhrəmanı Marni Edqar yaşayış tərzini bir şey təmin edir: qondarma adla və sənədlə ayrı-ayrı şirkətlərdə işə girmək və orada bir müddət işlədikdən sonra yoxa çıxmaq. Özü də şirkətin pullarını oğurlamaqla aradan çıxmaq və öz arxasınca heç bir iz buraxmamaqla. Marni uzun müddət ələ keçməməyə nail olur. Lakin onun keçmiş qurbanlarından biri olmuş Mark Ratlend, Marnini onun yanında işə düzəldikdə ifşa edir. Mark Marnini polisə vermir, təkcə şantaj edir. Şantaj isə bundan ibarət idi ki, Marni ya Marka ərə getməli idi, ya da o, Marnini polisə verəcəkdi. Tezliklə Mark qadının komplekslərindən xəbər tutur. O, Marninin kişilərlə əlaqəyə, ildırıma və qırmızı güllərə fobiyası olduğunu bilir.