Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meandr
Meandr (yun. Μαίανδρος) — Hazırda Türkiyə ərazisində yerləşən Böyük Menderes çayının qədim adı. Çayın düzən relyefdə ziqzaqvari şəkildə axması nəzərdə tutulur. Xarici sahillərinə nisbətən daxili adətən sərt olur. Bəzən çay öz yatağını dəyişərək düz istiqamətdə axır. Çay daşqınlar zamanı öz yatağını dəyişdiyi zaman köhnə meandrlarda kiçik göllər əmələ gəlir. Azərbaycanda bu tip göllər Axmazlar adlanır. Azərbaycanda ən böyük meandrlar Kür çayında müşahidə edilir.
Menandr
Menandr Ellinizm dövrü yunan şairi və yeni attik komediyanın ən görkəmli nümayəndəsidir. Münsif məhkəməsi Kəsilmiş saç və Samoslu qız komediyaları dövrümüzə qədər gəlib çatmışdır. Onun bu əsərləri yeni komediyanın bütün xüsusiyyətlərini parlaq şəkildə əks etdirir. Bu əsərlərdə məişət mövzusu əsas yer tutur. Bunlar Aristofan dövrünün kəskin satirik və ifşaçı xarakter daşıyan komediyalarından tamamilə fərqlənir. Burada əvvəlki dövr əsərlərinə xas olmayan obrazlar işlənmişdir. Menandrın komediyaları öz dövründə çox geniş yayılmasa da Roma komediyasının yaranmasına ciddi təsir göstərmiş və dünya ədəbiyyatının klassik irsinə daxil olmuşdur.
Yarılmış meandr
Yarılmış mean­dr – (rus. прорванный меандр, ing. cut-off meander) adətən daşqın zamanı çay meandr boğazını daha qısa yol ilə kəsərək yeni yataq əmələ gətirir. Köhnə yataq quruyaraq onun yerində planda nal şəkilli axmaz yaranır.
Mətndar
Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzi (ing. Մատենադարան կամ Երևանի Մեսրոպ Մաշտոցի անվան ձեռագրերի և փաստաթղթերի պահպանման և ուսումնասիրման կենտրոն – Yerevani Mesrop Mashtots'i anvan dzeṙagreri yev pastatğteri pahbanman yev usumnasirman qentron) — İrəvan şəhərində bir sıra əlyazmaların saxlanıldığı, tədqiqi edildiyi, kitabxana, institut və muzey.
Oleandr
Oleander ( lat. Nérium) - Apocynaceae fəsiləsinin monotipik çiçəkli bitki cinsidir . Yeganə növ adi oleandr ( Nerium oleander ), planetin subtropik bölgələrində geniş yayılmış kol bitkisidir. Bir dekorativ bitki olaraq, oleander subtropik iqlimi olan bölgələrdə landşaft dizaynında geniş istifadə olunur. Çiçəkli otaq bitkisi kimi də becərilir. Oleander zəhərli bitkidir, buna görə onu becərərkən diqqətli olmaq lazımdır. Oleander şirəsi bir sıra ürək qlikozidlərini ehtiva edir, bəziləri dərman məqsədləri üçün istifadə olunur. == Adının mənşəyi == Ümumi adı Nerium q.yun. νερος ( neros ) - nəm, bitkinin yaşayış yeri ilə əlaqələndirilir. Oleander, ehtimal ki, lat.
Mende
Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir. O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir. Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir. Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.
Meodr
Meodr (fr. Méaudre) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Villar-de-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38225. Kommunanın 2007-ci il üçün əhalisi 1240 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 940 ilə 1 625 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 17 km cənub-qərbdə yerləşir.
Zandr
Zandr /isl. sandr- qum/ - (rus. зандры, ing. outwash, outwash plain) buzlağın axırında və kə­nar­larında morenlərin yuyulma mate­rialları /əsasən, qum/ ilə örtülü düzən səth. Buzlaqaltı axınların gətirmə konuslarının bir- birilə birləşməsindən əmələ gəlir. Bitki örtüyü ilə bərkidilməmiş qumlar materik dyunları sahəsinə çevrilir. Məs: Pripyatsk, Meşersk meşələri və s.
Adi oleandr
Adi oleandr (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin oleandr cinsinə aid bitki növü. == Təbii yayılması == Oleandrın vətəni — qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağıdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda yayılan 3 növü məlumdur. == Botaniki təsviri == Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
Leandro Andrade
Leandro Livramento Andrade (24 sentyabr 1999, Tavira[d]) — Kabo-Verdeli peşəkar futbolçusu. Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" klubunun və Kabo-Verde milli futbol komandasının vingeri. O, Portuqaliyada anadan olmuş, sonradan Kabo-Verdi millisinin şərəfini qorumuşdur. == Karyera == === Klub === Andrade "Olyanense"nin gənclər akademiyasında üç il çıxış etmiş, 2018-ci ildə əsas komandaya yüksəlmişdir. O, növbəti il "Fatima" FK -da çıxış etmiş, 2020-ci ilin iyulunda Bolqarıstanın "Çerno More" komandasına transfer olunmuşdur.Andrade 16 avqust 2020-ci ildə Bolqarıstan Birinci Liqasında, "Etar Veliko Tarnovo" səfərində 4:0 hesablı qələbədə əvəzedici kimi debüt etmişdir.Andrade 13 yanvar 2022-ci ildə "Qarabağ" FK-na transfer edilmişdir. O, klub ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlamışdır. === Beynəlxalq === Portuqaliyada anadan olan Andrade Kabo-Verde mənşəlidir. O, 2022-ci ilin martında bir sıra yoldaşlıq oyunlarında çıxış etməsi üçün Kabo-Verde millisinə dəvət olunmuşdur. Andrade 25 mart 2022-ci ildə Lixtenşteyn millisi ilə görüşdə debüt etmiş, oyun 6–0 hesablı qələbə ilə nəticələnmişdir.
Leandro Bassano
Leandro Bassano (doğum 10 iyun 1557-ci il, Venesiya - ölüm 15 aprel 1622-ci il, Venesiya) Leandro dal Ponte adı ilə də tanınan Bassano del Grappadan olan italyan rəssam. Adlarını şəhərlərinin adından götürən Yasopo Bassanonun üçüncü oğlu, Fransesko Bassanonun isə kiçik qardaşıdır. Leandro atasının emalatxanasında öz qardaşı ilə öyrənməyə başlamışdı, amma Fransesko Venesiyada sex açdıqdan sonra Leandro emalatxananı ələ keçirdi. Leandro atasının dini işlər ənənəsini davam etdirirdi, bununla yanaşı, o, yaxşı portret rəssamı kimi də tanınmışdı. 1575-ci ildə Leandro qardaşının Venesiyaya köçməsi ilə atasının əsas köməkçisi oldu. Leandronun emalatxanada işi davam etdirməsi atasının arzusu idi. Atasının ölümündən və qardaşı Franseskonun intiharından sonra Leanrdo Venesiyada emalatxananı ələ keçirdi. Orada o, Tintoretto üslubunda işləyərək uğurlu portretçi oldu. Leandro öz üslubunu təkmilləşdirirdi. Onun uğuru Venesiyada əhəmiyyətli dərəcədə artmışdı.
Leandro Blank
Leandro Blank (2 may 1993) — Argentinalı boksçu. Leandro Blank Argentinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Leandro Blank birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 49 kq çəkidə, 1/16 final mərhələsində Meksikanın nümayəndəsi Xoselito Velazkez ilə üz-üzə gəldi. Həmin görüşdə Leandro Blank rəqibinə 0:3 hesabı ilə uduzdu.
Lejandr çoxhədliləri
Riyaziyyatda, Lejandr funksiyaları aşağıdakı Lejandr differensial tənliyinin dəqiq həlli şəklində meydana çıxır: d d x [ ( 1 − x 2 ) d d x P n ( x ) ] + n ( n + 1 ) P n ( x ) = 0. {\displaystyle {d \over dx}\left[(1-x^{2}){d \over dx}P_{n}(x)\right]+n(n+1)P_{n}(x)=0.} Bu funksiyalara məşhur fransiz riyaziyyatçısı Adrien Mari Lejandrın şərəfinə Lejandr funksiyaları adı verilmişdir. Yuxarıda göstərilən adi diferensial tənlik fizika və bir çox digər təbiət və texniki elm sahələrinin müxtəlif məsələlərinin izah edilməsi zamanı meydana çıxır və uğurla tətbiq edilir. Məsələn, Laplas tənliyinin (və uyğun xüsusi törəməli differensial tənliklərin) sferik koordinatlarda dəqiq həlli məhz bu funksiyalara gətirib çıxarır. Lejandr diferensial tənliyi adi qüvvət sıraları üsulundan istifadə etməklə dəqiq həll edilə bilər. Bu tənlik x = ±1 qiymətlərində requlyar sinqulyar nöqtələrə malikdir. Bu səbəbdən də, ümumilkdə, qüvvət sıraları üsulu ilə tapilan həll əslində yalnız |x| < 1 şərti çərçivəsində doğrudur. n tam ədəd olduğu zaman isə, x = 1 qiymətində requlyar olan Pn(x) həlli, eyni zamanda, x = −1 qiymətində də requlyar olacaq ki, bu səbəbdən də bu həllin sonsuz sıra şəkli kəsilərək sonlu cəm şəklinə düşəcək (bağqa sözlə, çoxhədliyə çevriləcək).
Liza menada
Liza haematocheilus (lat. Liza haematocheilus) – liza cinsinə aid heyvan növü.
Nikolay Metner
Nikolay Karloviç Metner(rus. Никола́й Ка́рлович Ме́тнер, 5 yanvar 1880 - 13 noyabr 1951) — Rusiya bəstəkarı. == Həyatı == Nikolay Karloviç Metner 5 yanvar 1880 -ci ildə Moskva şəhərində anadan olmuşdu. Nikolay Metner 13 noyabr 1951-ci ildə Londonda vəfat edib.
Oleandr hafı
Oleandr hafı (lat. Daphnis nerii) — Pulcuqluqanadlılar dəstəsinə, haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür. == Qısa təsviri == İri gecə kəpənəyidir. Qanadları açıq halda 90 –125 mm-dir. Ön qanadın uzunluğu 45 – 52 mm-dir. Ön qanadlar üzərində qradient ləkələrdən, qırmızı, çəhrayı, yasəməni, boz, ağ rənglərin qarışığından ibarət səciyyəvi "mərməri" naxış vardır. Arxa qanadlar çəhrayımtıl-boz rəngdə olub, üzərində nazik dalğavari xətt vardır, xarici kənarları bozumtul – yaşıldır. Başı, döşü, qarıncığı bozumtul – yaşıl rənglidir. Bığcıqları ağımtıldır.
Pseudophoxinus maeandri
Pseudophoxinus maeandri (lat. Pseudophoxinus maeandri) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü. Türkiyə üçün endemik növdür.
Andr.
Qabor Andreanski (mac. Andreánszky Gábor; 1 avqust 1895 – 20 noyabr 1967, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Qabor Andreanski toxumlu bitkilər və fosillər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi takson === Voltziales == Əsərləri == Plantae ia Africa Boreali lectae II—III. Pécs: Dunántúl. 1937—1941. Az éghajlat megváltozásának hatása a növényzetre. Budapest: Stephaneum. 1939. Adatok Tunisz és Kelet-Algéria növényföldrajzához. Budapest: Bethlen Gábor.
Endr
Endr (fr. Indre) — Fransa mərkəz hissəsinin qərbində yerləşən departament . Sıra nömrəsi — 36. İnzibati mərkəzi — Şatoru. Əhalisi — 238.261 nəfər (departamentlər arasında 83-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 6791 km². Endr çayı departamentin ərazisində axır . Departamentə Endr və Luara, Luar və Şer , Şer, Kröz, Vyana kimi 2 rayon, 54 kanton və 293 kommuna daxildir. == Tarixi == Endr — 1790-cı ilin martında Böyük Fransız İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Berri əyalətinin ərazisində yerləşir.
Məad
İslam esxatologiyası və ya məad — lüğəti mənası qayıdış deməkdir. İslam inancına görə insanlar öldükdən sonra bir daha dirilib axirət aləminə qayıdacaqlar. Bu əqidə islam dininin zəruri məsələlərindən biridir. İnsan öləndən sonra bir daha dirilib, dünyada etdiyi əməlləri müqabilində hesab verəcək və nəhayət əbədi qalacağı cənnət və ya cəhənnəmə gedəcəkdir.
Benjamin Mendi
Benjamin Mendi (17 iyul 1994) — Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda müdafiənin sol cinahında çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Le Havr === 24 iyul 2011-ci ildə Mendi Le Havr klubu ilə üç illik müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi. Mendi öz peşəkar karyerasında debütünü Le Havr klubu ilə 9 avqust 2011-ci ildə etmişdir. Həmin görüşdə Le Havr Liqa Kuboku görüşündə Amiyen klubuna 1–2 hesabı ilə məğlub olmuşdur. === Marsel === 8 iyul 2013-cü ildə Mendi Liqa 1 təmsilçilərindən olan Olimpik Marsel klubu ilə müqavilə imzalamışdır. === Monako === 22 iyun 2016-cı ildə Mendi Olimpik Marsel klubundan ayrıldıqdan sonra Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == === Gənclik === Mendi Fransanın gənclər komandalarından U-16 və U-17 gənclər yığmalarında çıxış etmişdir. 2011-ci ildə U-17 millisi ilə FİFA U-17 Dünya Çempionatının 1/4 final mərhələsinin iştirakçısı olmuşdur. === Peşəkar === Mendi 2017-ci ilin mart ayında Lüksemburq və İspaniya komandası ilə oyunlar zamanı oynamaq üçün Fransa millisinə çağırılmışdır.
Ferland Mendi
Ferland Mendi (8 iyun 1995, Myölan-an-İvelin[d]) — sol cinah müdafiəçisi.
Mandi Ceyms
Mandi Ceyms (9 dekabr 1978) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Mandi Ceyms Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Mendi Mengjiqi
Mendi Mengjiqi (serb. Менди Менђићи; d. 3 iyun 1958, Lupç, Priştina, Kosovo və Metoxiya, YSFR) — Kosovo albanlarından olan bəstəkar; Kosovo himninin müəllifidir.
Sen-Mande
Sen-Mande (fr. Saint-Mandé) — Fransanın şəhər və kommunası. İl-de-Frans regionunun Val-de-Marn departamentində yerləşir. Sen-Mande kantonunun mərkəzi. Dairəsi — Nojan-sür-Marn. Kommunanın INSEE kodu 94067. Sen-Mande 1790-cı ildə kommuna olmuşdur. == Əhalisi == 2009-cu ildə kommuna əhalisinin sayı 22 627 nəfər təşkil edirdi. Sen-Mandenin əhali sıxlığı Avropada ən yüksək dərəcələrindən biridir. == Görməli yerləri == Notr-Dam kilsəsi (1883—1885 illər).