Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Melanin
Melanin — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır. Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır.Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazliğı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır. Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir.
Melanix
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Dil məkanı
Dil məkanı, sprachraum (ing. spraaʊm) — bir dilin, müxtəlif dialektləri ilə birlikdə əhatə etdiyi coğrafi məkan. == Ümumi məlumat == Bir sıra dil məkanlarının milli sərhədləri yoxdur. Məsələn, Cənubi Amerika ispan dil məkanının aeralıdır, ancaq ərazicə kiçik İsveçrə dörd dil məkanının kəsişdiyi yerdə yerləşir. Dil məkanı bəzən ayrı-ayrı qitələrdə yerləşir. Dörd iri Qərb dil məkanına ingilis, ispan, portuqal və fransız dilləri daxildir. İngilis dil məkanı bütün dünyanı əhatə edir, o bir çox keçmiş müstəmləkələrində rəsmi dil statusuna malikdir. Fransız dil məkanı frankofoniya adlanır. Portuqal sprachraumu özündə sərhədləri ümumi olmayan ölkələri birləşdirir. Lusosphere və ya Lusophony özündə təkcə portuqal dilli ölkələri deyil, həmçinin portuqal dilli diasporanı da birləşdirir.
Melani Kleyn
Melani Raysez Kleyn (30 mart 1882[…], Vyana – 22 sentyabr 1960[…], London) — avstraliya əsilli Britaniyalı psixonalistdir. Müasir psixonaliz ve uşaq psixologiyası sahəsində yeni terapevtik metodların icad olunması M. R. Kleynin adı ilə bağlıdır. Eyni zamanda "Obyekt münasibətləri məktəbini"nin də qurucusu qəbul edilir. Melani Rayzes Kleyn, 1882-ci ildə Vyanada Moriz və Libussa Rayzesin dördüncü övladı olaraq dünyaya gəlmişdir. Anası Libussa ilə arasında iyirmi dörd yaş fərq olan atası polyak Moriz Rayzes yəhudi əsilli bir ümumi cərrah idi. Melani Kleyn atası kimi tibb öyrənmək istəsə də, gənc yaşında ailə qurduğu və uşaqları olduğu üçün bu istəyi yerinə yetirə bilmədi. Melani Kleyn atasının sevimli qardaşı Emiliyeni qısqanır, özünə çox yaxın və bağlı hiss etdiyi qardaşı Emanueldən dahi biri kimi bəhs edir. Melaniya hələ dörd yaşında ikən anasının ən sevimlisi olan Sidoniye səkkiz yaşında vərəm xəstəliyindən vəfat edir. Melani Kleyn, 1899-cu ildə anasının kiçik əmisi oğlu, eyni zamanda qardaşı Emanuelin dostu olan Artur Steven Kleyn ilə tanış olanda cəmi on yeddi yaşında idi. 1900-cü ildə atası Moriz Rayzes ​​sətəlcəm xəstəliyi səbəbi ilə vəfat edir.
Melani Loran
Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983-cü il, Paris, Fransa) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006). Melani Loran yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir. 1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü.
Melani Martines
Melani Adel Martines (ing. Melanie Adele Martinez; 28 aprel 1995, Astoriya, Kuins) — amerikalı müğənni-mahnı yazarı. O, 2012-ci ildə ABŞ-də yayımlanan "The Voice" müsabiqəsindəki uğurlu iştirakından sonra, Atlantic Records ilə müqaviə bağlamış və ilk sinqlı "Dollhouse", ardınca eyniadlı mini-albomunu yayımlamışdır. Melaninin 2014-cü ildə buraxdığı ilk studiya albomu "Cry Baby" Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görüldü. Onun "Sippy Cup", "Mad Hatter", "Mrs. Potato Head", "Cry Baby", "Pacify Her" və "Soap" mahnılarının hamısı ABŞ-də qızıl sertifikata layiq görülmüşdür, həmçinin onun "Dollhouse" və "Pity Party" mahnıları RIAA tərəfindən platin sertifikatı almışdır. Melani ikinci studiya albomu "K-12" ilə birlikdə Cry Baby hekayə xəttini davam etdirdi. Onun 2020-ci ildə dördüncü mini-albomu "After School" buraxıldı. Melaninin üçüncü studiya albomu "Portals" 31 mart 2023-cü ildə işıq üzü gördü. Melani Adel Martines 28 aprel 1995-ci ildə Kuinsin Astoriya məhəlləsində Puerto-Riko və Dominikan kökənli Meri və Xose Martinesin ailəsində dünyaya gəlib.
Melani Qarcía
Melani Qarcia — İspaniya müğənnisi. O İspaniyanın 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi La Voz Kids 2018 müsabiqəsinə qatılmış və məşhur müğənni Adreani ilə birlikdə ifa etdiyi mahnıdan sonra qalib gəlmişdir. 24 noyabr 2019 tarixində baş tutacaq 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.
Melani Qarsiya
Melani Qarcia — İspaniya müğənnisi. O İspaniyanın 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi La Voz Kids 2018 müsabiqəsinə qatılmış və məşhur müğənni Adreani ilə birlikdə ifa etdiyi mahnıdan sonra qalib gəlmişdir. 24 noyabr 2019 tarixində baş tutacaq 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.
Melani Qriffit
Melanie Griffith (d. 9 Avqust 1957, New York) - "Qızıl Qlobus" mükafatlı və "Oskar" mükafatına namizəd göstərilmiş ABŞ-lı aktrisa.
Musiqi məkanı
Musiqi məkanı — konsert və ya musiqi şouları üçün istifadə olunan istənilən məkandır. Musiqi məkanları, xalq musiqisi ifaları üçün nəzərdə tutulmuş kiçik qəhvəxana, qapalı idman zalı, açıq səma altında orkestr, konsert zalı, stadion, açıq hava məkanı və s. ola bilər. Tipik olaraq, müxtəlif növ məkanlar müxtəlif musiqi növlərinə ev sahibliyi edirlər. Opera salonları və konsert salonlarında klassik musiqi tamaşaları keçirilir. Pablar, barlar, gecə klubları və diskotekler rok, rəqs, kantri və pop kimi müasir musiqi növlərini təklif edirlər.
Postsovet məkanı
Postsovet ölkələri (rus. Постсоветское пространство) — SSRİ-nin tərkibinə daxil olan respublikalar.
Degəh (Məlkari dehistanı)
Degəh (fars. دگه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (30 ailə).
Dövləhtu (Məlkari dehistanı)
Dövləhtu (fars. دوله تو‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı, Məlkari dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 255 nəfər yaşayır (39 ailə).
Mazanabad (Məlkari dehistanı)
Mazanabad (fars. مزن اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (5 ailə).
Zivə (Məlkari dehistanı)
Zivə (fars. زيوه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 386 nəfər yaşayır (75 ailə).
Melani Martinesin diskoqrafiyası
Amerikalı müğənni-mahnı yazarı Melani Martines üç studiya albomu, dörd mini-albom, on bir sinql, iki tanıtım sinqlı və iyirmi yeddi musiqi videosu buraxmışdır. "The Voice" müsabiqəsindəki iştirakından sonra Martines 2014-cü ildə Atlantic Records şirkəti ilə müqavilə bağladı. Onun ilk mini-albomu olan "Dollhouse" eyniadlı sinql və "Carousel" ilə birlikdə buraxıldı. Onun ilk studiya albomu "Cry Baby" 2015-ci ildə işıq üzü gördü. Albom ABŞ Billboard 200 hit-paradında altıncı pilləyə yüksəldi və RIAA tərəfindən platin sertifikata layiq görüldü. Albomu tanıtmaq üçün üç sinql "Pity Party", "Soap" və "Sippy Cup" buraxıldı. Martinesin ikinci studiya albomu "K-12" 2019-cu ildə işıq üzü gördü. Albom Billboard 200 hit-paradında 3-cü yerə yüksəldi və Avstraliya, Kanada, İrlandiya, Yeni Zelandiya və Birləşmiş Krallıq daxil olmaqla bir çox ölkədə ilk onluğa daxil oldu. Martines 2020-ci ilin sentyabrında "The Bakery" sinqlının daxil olduğu "After School" mini-albomunu buraxdı. Martinesin üçüncü studiya albomu "Portals" 2023-cü ilin martında yayımlandı.
Məkanın melodiyası (film, 2004)
80 yaşlı violençelist — Murad(Ələddin Abbasov) özünün ad günündə, ömrünün boş və hədər keçdiyini hiss edib sarsılır. Gəncliyindən bəri ürəyində gəzdirdiyi melodiyanı heç cür tamamlaya bilməyən qəhrəmanın fikrindən hətta intihar da keçir. Amma parkda təsadüfən rastlaşdığı Rəna(Ayan Mirqasımova) ilə tanışlığı onu bu fikirdən daşındırır. Çünki özünün xərçəng xəstələyinə tutulduğundan şübhələnən rəqqasə Rəna da, az qala intihar ərəfəsindədir. Bunu bilən Murad o cavan qadının xilaskarına çevrilir. Rəna isə bu xeyirxah qocanın haçansa gənclik illərində ilk baxışdan görüb sevdiyi, amma iradəsizlik göstərib həmişəlik itirdiyi Minanın axtarışına çıxır. Bu, həm də o nakam sevginin ifadəsi olan itirilmiş melodiyanın axtarışıdır. Tamaşaçının bir çox dramatik məqamlarıyla rastlaşdığı bu film qəhrəmanın uzun ömrünün cəmi iki gününü göstərsə də, əslində onun bütün həyatını əhatə edir. Filmdə söhbət idealların məhv olmasından gedir. Və idealların məhv olması fonunda insanların arasında olan münasibətlərin dəyişməsi, eləcə də onların psixoloji məqamları diqqət mərkəzindədir.
Zamanın və məkanın fəlsəfəsi
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.
"YARAT" Müasir İncəsənət Məkanı
YARAT Müasir İncəsənət Mərkəzi və ya qısaca YARAT — 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmişdir. YARAT öz fəaliyyətini daimi sərgi, təhsil tədbirləri və festival proqramları vasitəsilə həyata keçirir. Təşkilatın binası yeni Dənizkənarı Bulvarda, Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşir. == Bina == YARAT Müasir İncəsənət Mərkəzi Sovet dövründə Hərbi Dəniz Qüvvələrinin binası olmuş və 1960-cı illərdə hərbi gəmilərə texniki xidmət bazası rolunu oynayan Xəzər dənizinə açılan binada yerləşir. Binanın təyinatının dəyişməsi nəticəsində iki mərtəbəni əhatə edən, 2000 m² sahəsi olan sərgi məkanı yaradılmışdır. Binada aparıcı beynəlxalq rəssamların müvəqqəti sərgiləri, yeni yaranan istiqamətlər, eləcə də YARAT Kolleksiyasının sərgi ekspozisiyaları və kitabxana təqdim olunur. Rəsmi olaraq 24 mart 2015-ci il tarixində təşkilat bu binaya köçüb. == Struktur == YARAT təşkilatının tərkibinə YARAT Müasir İncəsənət Mərkəzi, XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ARTIM Layihə Məkanı daxildir. XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, milli muzeylər və qalereyalar kolleksiyalarından götürülmüş əsərlərdən sərgilər təqdim edərək, ekspozisiyanın ictimai-maarifləndirici proqramlarını həyata keçirir. Həmçinin muzey tədris müəssisələri ilə sıx əməkdaşlıq quraraq, şagird və tələbələr üçün interaktiv ekskursiyalar təşkil edir, onlara incəsənəti dərk etməyi və interpretasiya etməyi öyrədir.
YARAT Müasir İncəsənət Məkanı
YARAT Müasir İncəsənət Mərkəzi və ya qısaca YARAT — 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmişdir. YARAT öz fəaliyyətini daimi sərgi, təhsil tədbirləri və festival proqramları vasitəsilə həyata keçirir. Təşkilatın binası yeni Dənizkənarı Bulvarda, Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşir. YARAT Müasir İncəsənət Mərkəzi Sovet dövründə Hərbi Dəniz Qüvvələrinin binası olmuş və 1960-cı illərdə hərbi gəmilərə texniki xidmət bazası rolunu oynayan Xəzər dənizinə açılan binada yerləşir. Binanın təyinatının dəyişməsi nəticəsində iki mərtəbəni əhatə edən, 2000 m² sahəsi olan sərgi məkanı yaradılmışdır. Binada aparıcı beynəlxalq rəssamların müvəqqəti sərgiləri, yeni yaranan istiqamətlər, eləcə də YARAT Kolleksiyasının sərgi ekspozisiyaları və kitabxana təqdim olunur. Rəsmi olaraq 24 mart 2015-ci il tarixində təşkilat bu binaya köçüb. YARAT təşkilatının tərkibinə YARAT Müasir İncəsənət Mərkəzi, XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ARTIM Layihə Məkanı daxildir. XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, milli muzeylər və qalereyalar kolleksiyalarından götürülmüş əsərlərdən sərgilər təqdim edərək, ekspozisiyanın ictimai-maarifləndirici proqramlarını həyata keçirir. Həmçinin muzey tədris müəssisələri ilə sıx əməkdaşlıq quraraq, şagird və tələbələr üçün interaktiv ekskursiyalar təşkil edir, onlara incəsənəti dərk etməyi və interpretasiya etməyi öyrədir.
Portals (Melani Martines albomu)
Portals — ABŞ müğənnisi Melani Martinesin 31 mart 2023-cü ildə Atlantic Records tərəfindən buraxılan üçüncü studiya albomu. Sənətçi üç ilə yaxın fasilədən sonra yeni alter eqosu “çəhrayı pəri” ilə səhnələrə qayıdıb. Melani Martines əvvəlki iki albomunun baş qəhrəmanı olan “Cry Baby”nin artıq öldüyünü bildirib. Müğənni 2023-cü ildə yeni çıxan albomu üçün konsert turları həyata keçirib (“Portals Tour”). Melani Martines “Portals”dan üç sinql buraxıb: “Death”, “Void” və “Evil”. İlk ikisi Billboard Hot 100 musiqi cərgəsinə daxil olub. Albom ilk həftəsində 142,000 ədəd sataraq komersiya baxımından uğurlu nəticə göstərib. Melani Martines 2019-cu ildə “K-12” albomunu özünün baş rol oynadığı eyniadlı filmlə birlikdə buraxıb. Bundan bir il sonra o, 2020-ci ildə “After School” adlı mini-albomunu təqdim edib. Sənətçi elə həmin il bu yeni buraxılışını “K-12” albomuna daxil edərək delüks versiyası ortaya qoyub.
Melani Martines tərəfindən yazılmış mahnıların siyahısı
Melani Martines amerikalı müğənni-mahnı yazarıdır. Martines 2012-ci ildə ABŞ televiziya şousu The Voice istedad yarışmasına qatılmış və Adam komandasının üzvü olmuşdur. Yarışmanın beşinci həftəsində kənaraşdırıldıqdan sonra o, müstəqil şəkildə öz orijinal musiqisi üzərində işləməyə başlayıb. O, 2014-cü ildə "Dollhouse" mini-albomunu buraxıb. Mini-albomda yer alan "Carousel" treki "American Horror Story: Freak Show" serialının treylerində nümayiş edilib. Martines 2015-ci ildə buraxdığı ilk albomu olan "Cry Baby" ilə daha çox uğur qazanmışdır.
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi (ing. United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)), 1959-cu ildə (Sputnikin buraxılmasından qısa müddət sonra) Birləşmiş Millətlər Təşkilatının 1472 (XIV) saylı qətnaməsi ilə Ad hoc komitə kimi yaradılmış və 1962-ci ildə daimi komitəyə çevrilmiş katibliyini Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosunun etdiyi komitədir. Komitə, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatları kimi beynəlxalq bir müqavilə ilə müstəqil bir beynəlxalq təşkilat olaraq deyil, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin bir institutu olaraq yaradılmışdır. Komitənin 2016-cı il tarixində 83 üzvü olmuşdur. COPUOS-un missiyası “kosmosun dinc istifadəsində beynəlxalq əməkdaşlığın əhatə dairəsini öyrənmək, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu sahədəki proqramları planlaşdırmaq, kosmos haqqında davamlı tədqiqatları və məlumatların yayılmasını təşviq etmək və kosmosun kəşfindən yaranan hüquqi problemləri öyrənmək” kimi müəyyənləşdirilmişdir. == Tarix == Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin kosmosa dair 18 dekabr 1958-ci il tarixli və 1348 (XIII) saylı ilk qətnaməsində kosmosun dinc məqsədlər üçün istifadəsinin vacibliyi vurğulanmış və bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin yaradılmasına qərar verilmişdir. Bu komitə 1959-cu ildə fəaliyyətə başlamışdır. 1962-ci ildə “hüquq alt komitəsi” və “elm və texnologiya alt komitəsi” adlı iki alt komitəyə ayrılmışdır. Komitə, kosmosla əlaqəli hüquqi və texniki məsələlərin Birləşmiş Millətlər Təşkilatı qarşısında müzakirə edilərək qərar veriləcəyi ilk platforma olaraq yaradılmışdır.