Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəyazid Bəstami
Bəyazid Bəstami ərəb. أبو يزيد البسطامي‎ Əbu Yəzid əl-Bəstami), (fars. بایزید بسطامی‎) — IX əsrdə yaşamış sufi. == Həyatı == İranın Simnan ostanında olan Bəstam şəhərinde 804-cü ildə doğulmuşdur. Künyəsi, Əbu Yeziddir. Adı Tayfur, atasının adı Isadır. Qəbri yenə Bəstamdadır. Babası İslamiyəti sonradan qəbul etmiş olan bir Zərdüşt idi. Babasının Adam, Tayfur ve Ali isminde üç oğlu vardı. Hamısı da zöhd (zahid) həyatı yaşamağı seçmiş adamlar olaraq tanınıyorlardı.
Beştalı
Beştalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Beştalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd.
Bəstam
Bəstam — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,382 nəfər və 1,997 ailədən ibarət idi.
Meyami
Meyami — İranın Simnan ostanının Şahrud şəhristanının Meyami bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,057 nəfər və 1,116 ailədən ibarət idi.
Meşari
Meşari (alb. Meshari) - alban dilində çap edilmiş ilk kitab. Hal-hazırda tək bir nüsxəsi mövcuddur. Kitab 188 səhifədən ibarət olmuşdur və yazılar səhifələrdə iki sütunla yazılmışdır. == Tarixi == Kitab təxminən 1555-ci ildə Venesiyada katolik yepiskopu Gön Buzuku tərəfindən nəşr edilmişdir. Meshari 1740-cı ildə Skopyedə aşkar edildi, bir müddət sonra isə onun haqqında məlumatlar itdi. 1910-cu ildə kitabın bir nüsxəsi Katolik Yepiskopu Luzi Skiroi tərəfindən yenidən aşkar edildi. 1930-cu ildə kitabın fotonüsxəsi, 1968-ci ildə isə elm adamlarının rəyləri ilə kitab yeni formada nəşr olundu. Hal-hazırda orijinal kitab Vatikan Kitabxanasındadır. Vatikan nüsxəsində kitabın titul vərəqi və ilk 16 səhifəsi yoxdur.
Beştalı (Neftçala)
Beştalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Neftçala rayonunun Cəngan inzibati ərazi vahidində kənd. Kür çayının sol sahilində, düzənlikdədir. Tam adı Ərəb Beştalıdır. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Kürün sağ sahilindəki Beştalı kəndindən köçüb gəlmiş ərəbbaloğlan tayfasının ərəbbeştalı qoluna məxsus ailələr tərəfindən salınmışdır. 1933-cu ildə Beştalı Salyan və Beştalı Şirvan variantlarında qeydə alınmışdır. Etnotoponimdir.
Beştalı (Salyan)
Beştalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yerli əhali arasında Yaxa (sahil) Beştəli də adlandırılır. XIX əsrə aid sənədlərdə Ərəb Beştalu və ya Beştalu kimi qeydə alınan bu yaşayış məntəqəsinin Ərəb Balaoğlan və Ərəb Qardaşbəyli kəndlərinin camaatı tərəfindən salınması haqqında məlumat vardır. 1933-cü ildə Beştalı Salyan kimi qeydə alınmışdır. Oykonimin beş və talı ("tala" sözünün variantı) sözlərindən düzəldiyi və "beş tala" mənasını ifadə etdiyi ehtimal olunur. Türk dillərində tal və tala sözlərinin "düz", "kəndir", "qat, lay, mərtəbə" mənalarında işlənməsi də məlumdur. == Coğrafiyası və iqlimi == Kür çayının sağ sahilində düzənlikdə yerləşir. Çayın sahilində Tuğay meşəsi vardır. Qonşu kəndlər Cəngan və Kür Qaraqaşlı kəndləridir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Bəyazid Bistami
Bəyazid Bəstami ərəb. أبو يزيد البسطامي‎ Əbu Yəzid əl-Bəstami), (fars. بایزید بسطامی‎) — IX əsrdə yaşamış sufi. == Həyatı == İranın Simnan ostanında olan Bəstam şəhərinde 804-cü ildə doğulmuşdur. Künyəsi, Əbu Yeziddir. Adı Tayfur, atasının adı Isadır. Qəbri yenə Bəstamdadır. Babası İslamiyəti sonradan qəbul etmiş olan bir Zərdüşt idi. Babasının Adam, Tayfur ve Ali isminde üç oğlu vardı. Hamısı da zöhd (zahid) həyatı yaşamağı seçmiş adamlar olaraq tanınıyorlardı.
Dəştabi bəxşi
Dəştabi bəxşi (fars. بخش دشتابی‎) , (az.-əbcəd دشتابی بؤلومو‎) iranın Qəzvin ostanının Buyinzəhra şəhristanının ərazisinə daxil olan bəxş.
Fərşid Rostami
Fərşid Rüstəmi (7 iyul 1985, Zəncan) – Peşəkar boksda WBCA dünya kəmərinin sahibidir. == Həyatı == Fərşid Rüstəmi 7 iyul 1985-ci ildə İranın Zəncan şəhərində anadan olub. Rio Olimpiyadasına Dünya Boks Federasiyasının (AIBA) prezidenti tərəfindən dünyanın tanınmış peşəkar bokusçular sırasında dəvət olunmuşdur. İdmana uşaqlıq illərində giminastika idman növü ilə başlamışdır. Sonradan atasının idman növü olan boksa üzv gətirilmişdir. Az vaxt ərzində İranın yeni yetmə və sonra gənclər yığmasına dahil olunmuşdur. Müxtəlif nailiyyətlər qazandıqdan sonra kişilər arasında Pakistan ölkəsində keçirilən Asiya çemiyonatının 1-ci fəxri kürsüsünə nail olunmuşdur. Azərbaycana sevgisi olduğu üçün bu ölkəyə gəlmiş və uğurlarını burada davam etdirmişdir. Yığma komandanın baş məşqçisi Nəriman Abdullayevin keçirdiyi telim,meşq toplantılarında müxtəlif beynəlxalq turinirlərdə (Türkiyyə cumhuriyyəti ve Ənvər Çodri) yaxsi nəticələr əldə etmişdir. Fərşid Azərbaycan boks yığmasında 64kq çəki dərəcəsində London Olimpiyadasına vəsiqə qazanan favoritlərdən 1-i sayılırdı.Lakin qəza nəticəsində bu şansı əldən verdi və onun çəkisində Heybətulla Hacıəliyev bu vəsiqəni qazandı.
Teatr rəssamı
Rəssam (ərəb. رسام‎) — təsviri incəsənət sahəsində yaradıcı işçi. == Təbiət və rəssam == Bizi əhatə edən ətraf aləmin gözəlliyi şair və yazıçını, bəstəkarı və rəssamı yaratmağa ruhlandırır. Ətrafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı müşahidəçi olmaq lazımdır. Müşahidəçi — ətrafa tamaşa edən insana deyilir. Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır. == Rəssam hansı materiallarla işləyir == Təsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan istifadə edir. Akvarel — incə, şəffaf boyadır. Bu boya ilə i- Quaşın şəffaflığı yoxdur, qatıdır. İş zamanı boyadan çox, sudan isə az istifadə olunur.Palitra — boyanı qarışdırmaq üçün nəzərdə tutulub.Fırça — Boyalarla işləyərkən fırçadan istifadə edilir.
Xalq rəssamı
Xalq rəssamı — SSRİ-yə daxil olan bəzi müttəfiq respublikalarda, hal-hazırda isə bəzi keçmiş sovet respublikaları ilə yanaşı, Azərbaycan Respublikasında verilən fəxri ad. "Xalq rəssamı" fəxri adı əvvəllər əməkdar rəssam fəxri adına layiq görülmüş rəngkarlara, heykəltaraşlara, qrafiklərə, dekorativ-tətbiqi sənət rəssamlarına, müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli sənət əsərləri yaratmağa, Azərbaycan təsviri sənətinin inkişafında, kadrların hazırlanmasında və tərbiyə edilməsində böyük xidmətlərinə görə verilir.
Şkodran Mustafi
Şkodran Mustafi (alm. Shkodran Mustafi‎; 17 aprel 1992) —Alban mənşəli Almaniya futbolçusu. Şkordan Mustafi Arsenal FK və Almaniya milli futbol komandasının oyunçusudur.
Messali Hacı
Əhməd ibn Messali Hacı (ərəb. مصالي الحاج‎; fr. Ahmed Messali; 16 may 1898 – 30 iyun 1974 və ya 3 iyun 1974) — Əlcəzair milliyətçi siyasətçisi, Əlcəzairin müstəqilliyi uğrunda hərəkatların tərəfdarı. O, adətən Əlcəzair milliyətçiliyinin "atası" adlanır. Türk əsillidir. O, 1954-cü ildə müstəqillik uğrunda silahlı mübarizədən uzaqlaşmadan əvvəl Şimali Afrika Ulduzu (ŞAU), Əlcəzair Xalq Partiyası (PPA) və Demokratik Azadlıqların Zəfəri Hərəkatının həmtəsisçisi olmuşdur. Messali həmçinin, Milli Qurtuluş Cəbhəsinin (MQC) davam edən səylərinə qarşı çıxmaq üçün Əlcəzair Milli Hərəkatını (ƏMH) qurmuşdu. == İstinadlar == == Əlavə ədəbiyyat == Adamson, Fiona, The Constitutive Power of Political Ideology: Nationalism and the Emergence of Corporate Agency in World Politics, University College London, 2006 Goebel, Michael. Anti-Imperial Metropolis: Interwar Paris and the Seeds of Third World Nationalism (Cambridge University Press, 2015) excerpts Jacques, Simon, Algérie: le passé, l'Algérie française, la révolution, 1954-1958, Harmattan, 2007, ISBN 978-2296028586 Malley, Robert, The Call From Algeria: Third Worldism, Revolution, and the Turn to Islam, University of California Press, 1996, ISBN 0520917022 McDougall, James, A History of Algeria, Cambridge University Press, 2017, ISBN 978-0521851640 Moreau, Odile, Echoes of National Liberation: Turkey Viewed from the Maghrib in the 1920s // McDougall, James (redaktor), Nation, Society and Culture in North Africa, Routledge, 2004, ISBN 1135761051 Naylor, Phillip C., Historical Dictionary of Algeria, Rowman & Littlefield, 2004, ISBN 0810879190 Ness, Immanuel; Cope, Zak, The Palgrave Encyclopedia of Imperialism and Anti-Imperialism, Springer, 2016, ISBN 978-0230392786 Ruedy, John Douglas, Modern Algeria: The Origins and Development of a Nation, Indiana University Press, 2005, ISBN 0253217822.
Arecibo mesajı
Aresibo mesajı – tezlik modulyasiya radio dalğaları yolu ilə, Aresibo radio teleskopunun yenilənməsini qeyd etmək üçün 16 noyabr 1974 tarixindəki mərasimdə, yalnız bir dəfə (təkrarlı deyil) kosmosa göndərilmişdir. Mərasimin qeyd edildiyi tarixdə və yerdə, səmada görülə bilən ən yaxın və geniş bir ulduz toplusu olması səbəbiylə, 25000 işıq ili uzaqlıqdakı M13 kürəşəkilli ulduz bölgəsinə doğru göndərilmişdir. Mesaj 1679 ikilik ədəd sistemi rəqəmindən ibarətdir və təxmini olaraq 210 bayttır. Mesaj 2380 MHz tezlikdə, "sıfırlar" və "birlər" arasındakı fərq 1000 kW gücündəki 10 Hz'lik dəyişikliklərlə nizamlanmışdır. Məlumat saniyədə 10 bit olacaq şəkildə nümayiş olunmuşdur. Yayının ümumi müddəti üç dəqiqədən daha qısa olmuşdur. Mesajdakı bit sayı olan 1679, bir yarı sadə (iki sadə ədədin hasili) olduğu üçün seçilmişdir. Bu rəqəm, mesaj məzmunundakı hər bir bit 23 sütun və 73 sətir olacaq şəkildə ard arda düzüldüyündə, içində müxtəlif naxışlar saxlayan bir düzbucaqlı meydana gətirir. 73 sütun və 23 sətir olaraq yazılması halında ortaya mənasız və kompleks bir model çıxar. Şəkildəki bitlər qrafik xarakterlərə ya da boşluqlara çevirildiyinde sağdakı şəkildə görülən naxış (rəng məlumatı daşımadığı üçün rəngsiz olaraq) meydana gəlir.
Aresibo mesajı
Aresibo mesajı – tezlik modulyasiya radio dalğaları yolu ilə, Aresibo radio teleskopunun yenilənməsini qeyd etmək üçün 16 noyabr 1974 tarixindəki mərasimdə, yalnız bir dəfə (təkrarlı deyil) kosmosa göndərilmişdir. Mərasimin qeyd edildiyi tarixdə və yerdə, səmada görülə bilən ən yaxın və geniş bir ulduz toplusu olması səbəbiylə, 25000 işıq ili uzaqlıqdakı M13 kürəşəkilli ulduz bölgəsinə doğru göndərilmişdir. Mesaj 1679 ikilik ədəd sistemi rəqəmindən ibarətdir və təxmini olaraq 210 bayttır. Mesaj 2380 MHz tezlikdə, "sıfırlar" və "birlər" arasındakı fərq 1000 kW gücündəki 10 Hz'lik dəyişikliklərlə nizamlanmışdır. Məlumat saniyədə 10 bit olacaq şəkildə nümayiş olunmuşdur. Yayının ümumi müddəti üç dəqiqədən daha qısa olmuşdur. Mesajdakı bit sayı olan 1679, bir yarı sadə (iki sadə ədədin hasili) olduğu üçün seçilmişdir. Bu rəqəm, mesaj məzmunundakı hər bir bit 23 sütun və 73 sətir olacaq şəkildə ard arda düzüldüyündə, içində müxtəlif naxışlar saxlayan bir düzbucaqlı meydana gətirir. 73 sütun və 23 sətir olaraq yazılması halında ortaya mənasız və kompleks bir model çıxar. Şəkildəki bitlər qrafik xarakterlərə ya da boşluqlara çevirildiyinde sağdakı şəkildə görülən naxış (rəng məlumatı daşımadığı üçün rəngsiz olaraq) meydana gəlir.
Bəhaullahın məqamı
Bəhaullahın məqamı - Bəhai dinin banisi olan Hz. Bəhaullahın dəfn olunduğu yer və bəhailər üçün qiblə rolunu oynayan məkan. İsrailin Əkka şəhərində yerləşən bu məkan ümumi olaraq Behçi köşkü kimi tanınır. Bəhaullahın məqamının ətrafı İran xalçaları ilə əhatələnmiş kiçik ağac və güllərdən ibarət baxçadan ibarətdir.
Bəstam (Çaypara)
Bəstam (fars. بسطام‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Bəstam (Başdam) kəndi Qaraziyaəddindən 6 km, Xoydan isə 60 km arada yerləşərk, şimal-qərbdən Gözdəyən kəndi və Bəstam qalasıilə,cənubdan ağçayilə,qərbdən şorik kəndiilə və şərqdən çobraq ərazisilə həmsərhəddir. Kəndin yüksəliyi dəniz səviyyəsindən 1150m olaraq,yayları mötədil qışları isə soyuq keçir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (155 ailə). Əhalisi şiə inanclı azərbaycan türklərindən ibarətdir və daha çox burada əkinçilik, maldarlıq və əl işləri istehsalına önəm verilir.
Masami Nakata
Masami Nakata (28 may 1981) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Masami Nakata Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Masami İhara
Masami İhara (d. 18 sentyabr 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 122 oyun keçirib, 5 qol vurub.
Meyami şəhristanı
Meyami şəhristanı — İranın Simnan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Meyami şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 36,824 nəfər və 9,583 ailədən ibarət idi.
Məstan Günər
Məstan Günər (tam adı: Əliyev Məstan Rəsul oğlu) — şair, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü (1976), Azərbaycan komsomolu mükafatı laureatı (1976), Azərbaycan Dövlət mükafatı laureatı (1980). == Həyatı == Məstan Günər 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1953-1957). İlk şerləri "Sosializm kəndi" rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şerləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlamışdır. Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şerləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum" təxəllüsü ilə çap edilmişdir. İlk kitabları "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan" imzaları ilə dərc olunmuşdur. Son üç kitabı "Məstan Günər" təxəllüsü ilə nəşr edilmişdir.
Məstan Əliyev
Əliyev Məstan Aslan oğlu (1918, Əsrik Cırdaxan – 23 aprel 1945, Berlin) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olmuş və kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cu ildə orduya xidmətə getmişdir. Müharibə başlandığı zamandan 47-ci ordunun tərkibində cəbhələrdə olmuş, Berlin ətrafında döyüşlərdə iştirak etmişdir. 1944-cü ildə 143-cü atıcı diviziyasına göndərilmişdir. Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən biri 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilində oldu. Bu döyüşdə onun bölməsi 72 əsgər və zabitini əsir götürdü, şəxsən özü isə 20 nəfərə qədərə faşist məhv etdi. Məstan Əliyev aprelin 23-də Berlin uğrunda döyüşlərin birində həlak oldu. Ona Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci il mayın 31-də verildi. Almaniyada dəfn edilmişdir. Doğma kəndinin məktəbi onun adını daşıyır.
Nou Estadi
Nou Estadi İspaniyanın Tarraqona şəhərində çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın Gimnastik Tarraqona komandasının matçlarını oynadığı stadion, 17.500 tamaşaçı tutumuna malikdir.
Qatar məğamı
Qatar məğamı - Şərur rayonunun Yengicə kəndində yayılaraq rəqs həvəskarları tərəfindən bu günümüzə çatdırılan bu yallını ancaq qadınlar ifa edirlər. Dəstəyə düzülən qadınların sayı 30-40 nəfərə yaxın olur. Onlar bir-birinin yanında duraraq gövdələrinin yuxarı hissələrini sağa döndərirlər və barmaqlarını yanındakı iştirakçının barmaqlarına birləşdirirlər. Orta tempdən və bir az artıq cəld ifadan ibarət yallıda I takta sağ ayaqla qarşıya addım atılır, elə buradaca da sol ayağı sağ ayağın yanına qoyurlar. Sağ ayaqla yenə qarşıya addım atılır. II takta sol ayaqla qarşıya addım atılır, sağ ayaq sol ayağın yanına qoyulur. Sol ayaqla yenə də qarşıya addım atılır.