Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minimalizm
Minimalizm (ing. minimalism) və ya minimal-art (ing. minimal art), ABC incəsənəti (ing. ABC art) — 1960-cı illərdə Nyu-Yorkda yaranmış bədii cərəyan. Minimalizm fəlsəfəsini ən gözəl izah edən fikirlərdən biri Platona məxsusdur: Bir çox insan tərəfindən ümumiyyətlə bilinməyən bu fəlsəfi baxışın formalaşma tarixi XIX əsr kimi göstərilsə də, əslində bundan daha əvvəlki dövr fəlsəfəsində də minimalist fikirlərə, ideyalara rast gəlinir (Platonun fikrindən də göründüyü kimi). Məşhur filosof Diogeni ilk minimalistlərdən biri hesab etmək olar. Bundan başqa, Buddizm, Stoisizm, Taoizm, Xristianlıq və digər bir çox din və cərəyanlarda minimalist həyat tərzinin elementlərinə rast gəlmək mümkündür. XIX əsrdə ilk növbədə sənət sahələrində özünü göstərən minimalizm, daha sonralar həyat tərzinə çevrilməyə başlamışdır. Bu fəlsəfi baxışın əsas ideyaları “Az çoxdur” şüarına əsaslanır. Minimalizm fəlsəfəsinin tərəfdarları sadəliyi tərənnüm edirlər.