Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monjo
Monjo (fr. Montjaux, oks. Montjòus) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Bozeli kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12153. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 39 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 393 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Moeno Sakaquçi
Moeno Sakaquçi (d. 4 iyun 1992) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 10 oyun keçirib, 1 qol vurub.
Mono departamenti
Mono departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Mono departamentinin ərazisi 1 605 km2-dır. Mono departamentinə 6 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Mono departamentinin əhalisi 495 307 nəfərdir.
Qo Mojo
Qo Mojo (çin. 郭沫若) d.16 noyabr, 1892-ci il, Çin imperiyası, Sıçuan - 12 iyun, 1978, ÇXR, Pekin) - Çin tarixçisi, yazıçı və dövlət xadimi. == Həyatı == Qo Mojo 1892-ci il noyabr ayının 16-da Sıçuan əyalətində anadan olmuşdur. O, 1912-ci ildə orta məktəbi bitirib. 1923-cü ildə isə Yaponiyanın Kyuso Universitetində ali təhsil alır. 1927-ci ildə dövlət əleyhinə fəaliyyətinə görə Yaponiyaya köçməyə məcbur olmuşdur. 12 iyun, 1978-ci ildə Pekində vəfat edib. == Yaradıcılığı == Qo Mojo 1928-1932-ci illərdə "Çinin qədim tarixinə aid tədqiqatlar" adlı ilk əsərini çap etdirib tarixçi kimi məşhurluq qazanmışdır. Qo Mojo, 30-cu illərdə İn dövrünə aid sümük tapıntıları və tunc əşyaları ilə bağlı İn Çjou dövrünə aid çoxlu yazıların mətnini və onlara şərhlər çap etdirib, Çin tarixinin bir sıra qaranlıq səhifələrini işıqlandırmışdır. Bu əsərlər ona təkcə çində deyil, bütün dünyada şöhrət qazandırmışdır.
Mono qraflığı (Kaliforniya)
Mono — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 14,202 nəfər olmuşdur. Mərkəzi Bricport şəhəridir.
Chip Chrome & the Mono-Tones
Chip Chrome & the Mono-Tones — amerikan rok qrupu The Neighbourhood-un dördüncü studiya albomu. 25 sentyabr 2020-ci ildə Columbia Records tərəfindən buraxılıb.
Mojang
Mojang AB — 2009-cu ilin mayında İsveçdə qorulmuş videooyun şirkəti. "Minecraft", "Scrolls" və başqa oyunlar yaratmışdır. 2014-cü ildə Microsoft tərəfindən alınmışdır. Mojang AB şirkəti Markus Aleksey Persson tərəfindən qurulmuşdur.
Mojqa
Mojqa (rus. Можга́, udm. Можга) — Rusiyanın Udmurtiya Respublikasında şəhər. Şəhərdə dəmiryol stansiyası yerləşir. Şüşə, aşılayıcı ekstrakt və maşınqayırma detalları, kətan zavodları, taxta-şanbal, mebel kombinatı, baytarlıq texnikumu, tibb və pedaqoji məktəbi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Государственный Совет Удмуртской Республики. Закон №46-РЗ от 19 октября 2006 г. «Об административно-территориальном устройстве Удмуртской Республики», в ред. Закона №60-РЗ от 12 октября 2012 г. «О внесении изменений в отдельные Законы Удмуртской Республики».
Monlo
Monlo (fr. Montlaux, oks. Montlaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye . INSEE kodu — 04130. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 79 yaşında (15-64 yaş arasında) 49 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 62.0%, 1999-cu ildə - 68.8%). Fəal olan 49 nəfərdən 44 nəfər (25 kişi və 19 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Monom
Birhədli - ədəd, dəyişənlər və ya onların müəyyən natural üstlü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə deyilir. Məsələn, 7 {\displaystyle 7} , a {\displaystyle a} , 3 x {\displaystyle 3x} , − 2 a 2 {\displaystyle -2a^{2}} , 1 3 x ∗ ( − 2 x y ) {\displaystyle {\frac {1}{3}}x*(-2xy)} , − 7 a 2 ∗ 0 , 4 b 3 c {\displaystyle -7a^{2}*0,4b^{3}c} ifadələri birhədlilərdir. Tərifə görə ədəd də, dəyişən də ayrılıqda birhədlidir. Məsələn, − 2 {\displaystyle -2} , 0 {\displaystyle 0} , a {\displaystyle a} , x {\displaystyle x} , y {\displaystyle y} , m {\displaystyle m} və s. də birhədlidir. Birinci vuruğu ədəd olmaqla, müxtəlif dəyişənlərin müəyyən qüvvətlərinin hasili şəklində yazılmış birhədliyə onun standart şəkli deyilir. 7 x 3 {\displaystyle 7x^{3}} , 0 , 3 a 4 b {\displaystyle 0,3a^{4}b} , 7 a b 4 c 2 {\displaystyle 7ab^{4}c^{2}} , 3 m 6 n 4 {\displaystyle 3m^{6}n^{4}} ifadələri standart şəkildə yazılmış birhədlilərdir. Vurmanın və qüvvətin xassələrindən istifadə etməklə istənilən birhədlini standart şəkildə yazmaq olar. Məsələn, ( 3 a 2 b ) 2 ∗ 5 a b 7 = 9 a 4 b 2 ∗ 5 a b 7 = ( 9 ∗ 5 ) ∗ ( a 4 ∗ a ) ∗ ( b 2 ∗ b 7 ) = 45 a 5 b 9 {\displaystyle (3a^{2}b)^{2}*5ab^{7}=9a^{4}b^{2}*5ab^{7}=(9*5)*(a^{4}*a)*(b^{2}*b^{7})=45a^{5}b^{9}} , ( a 3 b 4 ) 7 ∗ ( 2 c 9 b 3 ) 2 = a 21 b 28 ∗ 4 c 18 b 6 = 4 a 21 b 34 c 18 {\displaystyle (a^{3}b^{4})^{7}*(2c^{9}b^{3})^{2}=a^{21}b^{28}*4c^{18}b^{6}=4a^{21}b^{34}c^{18}} , ( 3 a 4 b 2 ) 3 ∗ 1 3 a b 4 c 3 = 27 a 12 b 6 ∗ 1 3 a b 4 c 3 = 9 a 13 b 10 c 3 {\displaystyle (3a^{4}b^{2})^{3}*{\frac {1}{3}}ab^{4}c^{3}=27a^{12}b^{6}*{\frac {1}{3}}ab^{4}c^{3}=9a^{13}b^{10}c^{3}} və s. Standart şəkildə yazılmış birhədlinin ədədi vuruğu birhədlinin əmsalı, birhədlinin dəyişənlərinin qüvvət üstlərinin cəminə birhədlinin qüvvəti(dərəcəsi) deyilir: 45 a 5 b 9 {\displaystyle 45a^{5}b^{9}} birhədlisinin əmsalı 45, dərəcəsi 5+9=14; 4 a 21 b 34 c 18 {\displaystyle 4a^{21}b^{34}c^{18}} birhədlisinin əmsalı 4, dərəcəsi 21+34+18=73; 9 a 13 b 10 c 3 {\displaystyle 9a^{13}b^{10}c^{3}} birhədlisinin əmsalı 9, dərəcəsi 13+10+3=26; − 0 , 7 a 8 b {\displaystyle -0,7a^{8}b} birhədlisinin əmsalı -0,7, dərəcəsi 8+1=9-dur.Dəyişən iştirak etməyən, məsələn, − 7 {\displaystyle -7} , 1 7 {\displaystyle {\frac {1}{7}}} , 5 {\displaystyle 5} kimi birhədlilərin dərəcəsi 0 {\displaystyle 0} -ra bərabərdir.
Moreno
Cekob Levi Moreno (18 may 1889, Buxarest- 14 may 1974, Nyu-York) — rumın mənşəli amerikalı sosioloq və psixoloq, sosiometriyanın və sosioterapevtik vasitə olan qrup psixoterapiyasının (psixodram metodu) yaradıcısı. == Həyatı == O, Buxarestdə anadan olmuş , beş yaşı olanda ailəsi ilə Vyanaya köçmüş və burada oxumağa başlamış , orta təhsilini isə Almaniyada bitirmişdir. Ali təhsilini Vyana universitetində almış, əvvəlcə fəlsəfəni, sonra isə tibbi öyrənmişdir.1915-ci-ildən 1917-ci-ilə qədər o, Mittendorfda (Avstriya) qaçqınlar düşərgəsinin həkimi və komendantı olmuşdur. Məhz burada o, sağlam cəmiyyətdə şəxsiyyətlərarası münasibətlərin əhəmiyyətli olması barədə özünün ilkin müşahidələrini aparmışdır.1918-ci ildən 1925-ci ilədək Moreno psixiatriya təcrübəsi ilə məşğul olmuşdur. Bu müddətdə onun ilk elmi işləri alman dilində yazılmış və dərc edilmişdir. Elə bu dövrdə o, gənc müəlliflərin , xüsusilə Martin Buberin çap olunduğu "Daymon" jurnalını nəşr etdirir. 1925-ci ildə Moreno Nyu York şəhərinə köçdü. Burada psixiatr kimi işləyirdi və psixodramatika ilə davam etdirdi. O, Sİng Sing kimi məktəblərdə ə cəzaçəkmə müəssələrində qrup terapiyası təqdim etdi və onun tədqiqatlarının nəticələrini 1934-cü ildə nəşr olunan "Who Shall Survive?: Foundations of Sociometry, Group Psychotherapy, and Sociodrama" adlı kitabını tərtib etdi. 1936–1968-ci illər arasında tam vəzifəli həkim olaraq işlədi.
Morna
Waitzia (lat. Waitzia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == Leptorhynchos sect. Viraya (Gaudich.) DC. ex Pfeiff. Helichrysum sect. Waitzia (J.C.Wendl.) Baill. Aphanorrhynchus sect. Morna' (Lindl.) Rchb. ex Pfeiff. Leptorhynchos sect.
Morso
Morso — Laqunanın yerli adı olub Xəzər dənizinin Lənkəran ovalığı sahilboyunda qum tirələri ilə dənizdən ayrılmış qapalı dayaz su sahəsinə deyilir. Adətən Morsoya çay töküldüyündən suyu çox da şor olmur. Məsələn, Lənkəran şəhərindən şimalda yerləşən Gamışovan gölü Morsodur.
Rovno
Rovno və ya Rivne, (ukr. Рівне, Riwne) — Ukraynada, Rovno vilayətinin mərkəzi şəhəri. Ustye çayının sahilində yerləşir. == Tanınmış şəxsləri == Yaroslav Yevdokimov (Євдокимов Ярослав Олександрович (uk.) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Vodno
Vodno—(mak. Водно) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. == Coğrafiyası == Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Mormo
Mormo (lat. Mormo) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid heyvan cinsi.
Anacamptis morio
Anacamptis morio (lat. Anacamptis morio) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü.
Bayron Moreno
Bayron Moreno (isp. Byron Aldemar Moreno Ruales) (d. 23 noyabr 1969) — ekvadorlu keçmiş futbol hakimi. 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilmiş dünya çempionatlnda verdiyi qərarlarla uzun müddət gündəmdə olmuşdur. == İtaliya-Cənubi Koreya matçı == Bayron Moreno 2002-ci il dünya çempionatının 1/8 final mərhələsində İtaliyanın meydah sahibi Cənubi Koreyaya məğlub olaraq yarışı tərk etməsindən sonra bir çox futbol mütəxəssisləri və azarkeşləri tərəfindən tənqidlərə məruz almışdır. İtaliyalı futbolçu Françesko Totti və komandanın məşqçisi Covanni Trapattoni İtaliyanın yarışdan kənarlaşdırılmasını əvvəldən qurulmuş plan adlandırmışdır. Trapattoni daha irəli gedərək iki ev sahibindən birinin turnirdə qalması üçün hakimin FİFA-dan tapşırıq aldığını iddia etmişdir. Morenonun oyun zamanı ən çox tənqidlərə məruz qalan qərarları Cənubi Koreyanın xeyrinə erkən penaltinin verilməsi, Damiano Tommazi tərəfindən əlavə vaxtda vurulan qızıl qolun ofsayd səbəbindən hesaba alınmaması və Françesko Tottiyə simulyasiyaya səbəbindən ikinci sarı vərəqənin göstərilməsi idi. === FİFA-nın reaksiyası === FİFA prezidenti Zepp Blatter yan hakimi "fəlakət" adlandırmış və İtaliyanı hələ qrup oyunları zamanı səhv ofsayd qərarlarından əziyyət çəkdiyini etiraf etmişdir. Bununla belə, o, İtaliyaya qarşı hər hansı planın olması fikirlərini inkar etmişdir.
Borno ştatı
Borno ştatı (ing. Borno State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Berberlərin evi mənasını daşıyır. Keçmişdə o Bornu adını daşıyırdı. Bu ad Bornu İmperiyasından qalıb.
Calophyllum mooni
Calophyllum mooni (lat. Calophyllum mooni) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Cekob Moreno
Cekob Levi Moreno (18 may 1889, Buxarest- 14 may 1974, Nyu-York) — rumın mənşəli amerikalı sosioloq və psixoloq, sosiometriyanın və sosioterapevtik vasitə olan qrup psixoterapiyasının (psixodram metodu) yaradıcısı. == Həyatı == O, Buxarestdə anadan olmuş , beş yaşı olanda ailəsi ilə Vyanaya köçmüş və burada oxumağa başlamış , orta təhsilini isə Almaniyada bitirmişdir. Ali təhsilini Vyana universitetində almış, əvvəlcə fəlsəfəni, sonra isə tibbi öyrənmişdir.1915-ci-ildən 1917-ci-ilə qədər o, Mittendorfda (Avstriya) qaçqınlar düşərgəsinin həkimi və komendantı olmuşdur. Məhz burada o, sağlam cəmiyyətdə şəxsiyyətlərarası münasibətlərin əhəmiyyətli olması barədə özünün ilkin müşahidələrini aparmışdır.1918-ci ildən 1925-ci ilədək Moreno psixiatriya təcrübəsi ilə məşğul olmuşdur. Bu müddətdə onun ilk elmi işləri alman dilində yazılmış və dərc edilmişdir. Elə bu dövrdə o, gənc müəlliflərin , xüsusilə Martin Buberin çap olunduğu "Daymon" jurnalını nəşr etdirir. 1925-ci ildə Moreno Nyu York şəhərinə köçdü. Burada psixiatr kimi işləyirdi və psixodramatika ilə davam etdirdi. O, Sİng Sing kimi məktəblərdə ə cəzaçəkmə müəssələrində qrup terapiyası təqdim etdi və onun tədqiqatlarının nəticələrini 1934-cü ildə nəşr olunan "Who Shall Survive?: Foundations of Sociometry, Group Psychotherapy, and Sociodrama" adlı kitabını tərtib etdi. 1936–1968-ci illər arasında tam vəzifəli həkim olaraq işlədi.
Ceyms Monro
Ceyms Monro (ing. James Monroe; 28 aprel 1758[…] – 4 iyul 1831[…], Nyu-York, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 5-ci prezidenti (1817-1825) və 7-ci Dövlət katibi (1811-1814, 1815-1817). ABŞ və Fransa arasında 1803-cü il Luiziana sövdələşməsinin təşkilatçılarından biri və prezidentliyi dövründə qəbul olunan ABŞ-nin Avropanın daxili işlərinə qarışmaması və Amerika qitəsinin ABŞ-nin maraq dairəsində olmasının elan edildiyi Monro doktrinasının müəllifidir. == Erkən həyatı == ABŞ-nin 5-ci prezidenti Ceyms Monro 1758-ci il aprelin 28-də Virciniyanın Vestmorlend dairəsindəki Vaşinqton-Periş şəhərciyində anadan olmuşdur. Virciniyanın digər siyasətçilərindən fərqli olaraq, atası Spens Monro yalnız 500 akr torpaq sahəsinə malik fermer idi. Ceyms Monro ilk ibtidai təhsilini keşiş Arçibald Kempbellin yanında alır. 16 yaşında Virciniyanın paytaxtı Vilyamsburqa gələrək «Vilyam ənd Meri» kollecində təhsilini davam etdirir. İstiqlaliyyət müharibəsi başladıqda Kontinental ordunun Virciniya alayına daxil olur və 18 yaşında zabitlik şəhadətnaməsi alır, 1778-ci ildə podpolkovnik rütbəsi verilir. Qeyd edək ki, Medisonun göstərdiyi hərbi xidmət rəhbərlik tərəfindən yüksək qiymətləndirilmiş, ona Qərb ərazisində böyük torpaq sahələri verilmişdir. 1780-83-cü illərdə Tomas Ceffersonun rəhbərliyi altında hüquq elmlərini öyrənərək, onunla uzun müddət dostluq əlaqələri saxlamışdır.
Chino Moreno
Kamillo "Çino" Vonq Moreno (20 iyun 1973, Sakramento) — ABŞ musiqiçisi. Deftones metal qrupunun müğənnisi və mahnı yazarıdır. O, həmçinin digər layihələri, Team Sleep, Crosses və Palms-ın üzvüdür. == Şəxsi həyatı == Moreno Kaliforniyanın Sakramento şəhərində anadan olub. Beş uşaqdan ikincisidir. Anası meksikalı və çinli əsilli, atası isə meksikalıdır. Onun ləqəbi "Çino" ispanca çinli deməkdir və o, meksikalıdan çox asiyalıya oxşadığı üçün ona bu ləqəbi veriblər.
Elizabet Monro
Elizabet Monro (ing. Elizabeth Monroe; 30 iyun 1768, Nyu-York, Nyu-York ştatı – 23 sentyabr 1830, Riçmond) — ABŞ siyasətçisi, 5-ci Prezidenti Ceyms Monroun həyat yoldaşı.
Emma Morano
Emma Morano (it. Emma Martina Luigia Morano) — Dünyanın ən uzunömürlü insanlarından biri. 2016-cı ilin 13 mayından, 2017-ci ilin 15 aprel tarixlərinə qədər dünyanın ən uzunömürlü insanı kimi qəbul olunmuşdur. Emma Morano eyni zamanda 2017-ci ildə yaşamış yeganə XIX əsrdə anadan olmuş şəxs kimi də tarixə düşüb. İtalyan Jan Kalmentdən sonra ən uzunömürlü avropalı olaraq tanınır. == Həyatı == Emma Morano 1899-cu ilin 11 noyabr tarixində İtaliyanın Verbaniya şəhərində Covanni Morano və Matilda Breşiyananın ailəsində anadan olmuşdur. 8 övladın ən böyüyü olan Emma Moraonun 5 bacısı, 3 qardaşı vardı. Ailəsində anası, xalası və bacısı 90 yaşına qədər yaşamışdır. Bacısı Angela Morano 1908-ci ildə anadan olmuş və 2011-ci ildə 102 yaşında vəfat etmişdir. Ailə başçısı Covanni Moranonun işi səbəbindən ailə bir müddət sonra Ossola şəhərinə köçür.Bölgənin ekologiyasında problemlərin olması səbəbindən Covanni Moranonun fizik tanışı ona ailəsini daha münasib bir bölgədə yaşamasını məsləhət görür.
Helena Moreno
Helena Moreno (d. 2 yanvar 2001) — Kosta-Rikalı üzgüçü. Helena Moreno Kosta-Rikanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Helena Moreno birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:03.58 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 32-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.