majino 2021

majino
mais 2021
major
OBASTAN VİKİ
Majino xətti
Majino xətti — 1929–1932-ci illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində tikilən fransız uzunmüddətli fortifikasiya qurğuları sistemi. Majino xətti 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilib. Lonqüyondan(Lonqvi yaxınlığında) Belfora qədər keçən əsas müdafiə zolağına, uzunmüddətli qurğular daxil idi və cəbhə boyu 400 km yaxın, dərinliyə isə 6–8 km idi. Onun qarşısında 4–14 km dərinlikdə təchizat zolağı yerləşirdi. Qoşunların idarəsinin asanlığı və müdafiənin yüksək dayanıqlığı üçün Majino xətti istehkam rayonlara və sektorlara bölünmüşdü. Ən güclü müdafiə istehkamları Şyer və Reyn çayları arasında yerləşirdi. Burada Mets (Lotarinq) və Lauters(Elzas) istehkam rayonları, onların arasında uzunmüddətli atəş qurğularından(UAQ) ibarət Saar istehkam sektoru və ərazidə sünyi sel sistemi yerləşirdi. Strasburqdan Belfora qədər olan müdafiə zolağı təbii əngəllərə -Reyn çayı və Rona-Reyn kanalına dayanırdı və xüsusi ilə güclü istehkamlara malik deyildi. Xəttin sol cinahında (qərbi Arlon) istehkam sektoru vardı. Belçika ilə sərhədində Majino xəttindən şimal-qərbə sarı müdafiə istehkamlarının tikintisi ancaq 1936-cı ildə və ikinci dünya müharibəsinin əvvəlinə yaxın başlandı.