monizm
monqol
OBASTAN VİKİ
Avropanın monqollar tərəfindən istilası
Avropanın monqollar tərəfindən istilası 1235-ci ildə başlayıb. == Tarixi == === Rusiya səfəri === 1235-ci ildə Monqol feodallarının xuralı (qurultayı) Qərbə hücum haqqında qərar qəbul etdi. Bu hücuma Cuçi xanın oğlu, Çingiz xanın nəvəsi Batı xan başçılıq edirdi. Onlar 1236-cı ildə Kama bulqarlarını məğlub edib 1237-ci ilin qışında Şimal-Şərqi Rusiya torpaqlarına soxuldular. Qısa müddət ərzində Ryazan (1237), Kolomna, Moskva, Vladimir, Suzdal, Yaroslavl, Tver, Kostroma, Kozelski və digər şəhərləri tutdular. 1238-ci il martın 4-də Siti çayı sahilindəki döyüşdə rus qoşunları məğlub oldu. Beləliklə, Şimal-Şərqi Rusiya torpaqları monqollar tərəfindən tutuldu. Monqollar Novqorodun 100 kilometrliyində dayandılar. Monqollar cənub çöllərinə çəkildilər, iki il burada dincəlib ordularını möhkəmləndirdilər. 1239-cu ildə Batı xan Cənubi Rusiyanı işğal etməyə başladı.
Azərbaycan–Monqolustan münasibətləri
Azərbaycan–Monqolustan münasibətləri — Azərbaycan Respublikası ilə Monqolustan arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === Sovet dövrü === 1967-ci ildə Monqolustan Xalq Respublikasında Azərbaycan, Azərbaycan SSR-də isə Monqolustan mədəniyyəti ongünlükləri keçirilmişdir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 16-da qurulmuşdur.
Bayatlar (monqollar)
Bayatlar (monq. Баяд) — Monqolların bir qolu. == Tarixi == "Camiüt-Təvarix" adlı ünlü əsərin müəllifi Fəzlullah Rəşidəddin, adı çəkilən əsərində zikr etdiyi bir çox tayfanın adları X əsrdən öncəki Monqolustana aid tarixi sənədlərdə görüldüyü ifadə edilməkdədir. Əhməd Zəki Vəlidi Toğan isə bu mövzuda belə deyir: “Şimaldan və şimali-şərqdən qalxıb gəlmiş və cənuba yerləşmiş olan “Uyrat-Uyğurlar”, “Kayat-Kayılar”, “Kanıklıyut-Bayaut-Bayatlar” adlarını daşıyan qəbilələr əslən Türk olub Çingiz xanın ortaya çıxışına qədər Monqollaşmış ancaq buna rəğmən Türk ənənələrini də tamamilə unutmamış olduqları məlum olur... Şərqi Oğuzlardan olan Bayatlar, Monqollar arasında Moğol, Oğuz və Kiməklər arasında Türk qəbiləsi sayılmışdılar. Türk və Monqol qaynaşmasının bu dövrdə sürətləndiyi, aralarındakı əlaqələrin artdığı asanlıqla görünür. Bayatların Çingiz xan ilə əlaqələri haqqında mənbələr müxtəlif məlumatlar verməktədir. Bunlardan bəziləri Çingiz xanın Bayatları qul olmağa məcbur etdiyini iddia edərkən, digərləri da əksini irəli sürərək Bayatların qul deyil; Çingiz xan tərəfindən xətiri sayılı bir müamələ gördüklərini ifadə etməkdədir. Şərqşünas Y. Vlamidirtsov “Monqolların ictimai təşkilatı” adlı əsərində bu bilgiyə yer verməkdədir: “Çingiz xan orduda bəzi kimsələrə mükafat dağıtmaq istəməkdədir. Bu mövzuda, yaxın adamı Bayatlı Vangurdan fikrini sorar.
Böyük Monqol imperiyası
Monqol imperiyası (monq. Их Монгол Улс), köhnə mənbələrdə Monqol feodal imperiyası — XIII əsrdə yaranmış monqol imperiyası. == Tarixi == XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207-1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219-1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
Daxili Monqolustan
Daxili Monqolustan Muxtar Rayonu (çin. sadə. 内蒙古自治区, pinyin: Nèiménggǔ Zìzhìqū) — Çin Xalq Respublikasında muxtar rayon. Ərazisi 1 milyon 183 min km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 24.706.291 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 24.898.500 nəfər, inzibati mərkəzi Xux-Xoto şəhəridir.
Daxili Monqolustan Muxtar Rayonu
Daxili Monqolustan Muxtar Rayonu (çin. sadə. 内蒙古自治区, pinyin: Nèiménggǔ Zìzhìqū) — Çin Xalq Respublikasında muxtar rayon. Ərazisi 1 milyon 183 min km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 24.706.291 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 24.898.500 nəfər, inzibati mərkəzi Xux-Xoto şəhəridir.
Futbol üzrə Monqolustan çempionatının qaliblərinin siyahısı
II Monqol qurultayı
II Monqol qurultayı — Ögedey xanın 1241-ci ildəki ölümündən sonra keçirilmişdir. Bu qurultay monqolların qərbə hücumunu dayandırmışdı. 1246-cı ildə keçirilən bu qurultayda əsas namizədlər Cuçi xanın oğlu Batı xan, Ögedey xanın oğlu Güyük xan və Çingiz xanın qardaşı Temüge idi. Batı xanın taxtdan imtina etməsi ilə Güyük xan seçilmişdi. Bu qurultayda İohan Karpini, VI David, VII David, II Yaroslav, Ermənistan çarı I Hetumun qardaşı Smbat, IV Qılınc Arslan və bir çox səfir iştirak edirdi. İohan Karpininin dediklərinə görə 4000dən çox xarici qonaq vardı. Bu qurultay Batı xanın gücünü artırmışdı.
I Monqol qurultayı
I Monqol qurultayı — Çingiz xanın ölümündən sonra keçirilmiş qurultaydır. Qurultay 1229-cu ildə Kerulen sahilində keçirilmişdir. Qurultayda əsas namizədlər Tuluy və Ögedey idi. Yaşayan ən böyük qardaş Cığatay xanın Ögedeyi dəstəkləməsi qurultayın nəticəsini təyin etdi və Ögedey xan elan olundu.
Monqolustan Demokratik Partiyası
Monqolustan Demokratik Partiyası (ing. Democratic Party;monq. Ардчилсан Нам) — Monqolustanın sağ milliyətçi siyasi partiyası. == Tarixi == 1990-cı ildə demokratik inqilabdan sonra Monqolustan çoxpartiyalı sistemə keçdi. Demokratik inqilabla Monqolustan kommunist rejimli ölkədən demokratik ölkəyə çevrilirdi. İnqilabdan sonra ölkədə ilk olaraq Demokratik Partiyası, Monqolustan Milli Mütərəqqi Partiyası və Monqolustan Sosial Demokrat Partiyası təsis edildi. 6 dekabr 2000-ci ildə Monqolustan Milli Demokrat Partiyası, Monqolustan Sosial Demokrat Partiyası və digər 5 partiya Monqolustan Demokratik Partiyasında birləşdilər. == Kadrları == 1 aprel 2006-cı ildə Partiyanın qurultayında Tsaxia Elbeqdorj partiyanın lideri seçildi. Seçkilərə 4 namizəd qatılmışdı. İlk turda Tsaxia Elbeqdorj 46% səs topladı.
Monqolustan Milli Futbol Çempionatı
Monqolustan Respublikası
Monqolustan (monq. Монгол Улс) — Şərqi Asiyada dövlət. Monqolustanın ərazisi Xarici Monqolustanın tarixi ərazisi ilə təxminən eynidir və bu termin bəzən mövcud vəziyyətə istinad etmək üçün istifadə olunur. Şimalda Rusiya, cənubda (Sincan-Uyğur Muxtar Rayonu, Qansu, Daxili Monqol Muxtar Rayonu) həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ulan-Bator şəhəri, ümumi sahəsi 1,566,000 kvadrat kilometrdir. Monqolustan Qazaxıstanla bir sərhədi bölüşmür, baxmayaraq ki, onları yalnız 37 kilometr (23 mil) ayırır. Çingiz xanın vətəni olan, Orxon abidələrinin yerləşdiyi Monqolustanda mədən sənayesi, kənd təsərrüfatı və turizm sahələri ciddi potensiala malikdir, təbii zənginlikləri ilə seçilir. Şimaldan Rusiya, cənubdan Çinlə həmsərhəddir, 3 milyon nəfər əhalisi, 1,5 milyon km² ərazisi var. Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması səbəbilə əhalisinin sayı üç milyon nəfərdir. Monqolustan, həmçinin dənizə çıxışı olmayan ölkələr arasında sahəsinə görə Qazaxıstandan sonra ikinci ən böyük ölkədir.
Monqolustan Respublikaçılar Partiyası
Monqolustan Respublikaçılar Partiyası (monq. Монголын Бүгд Найрамдах Нам) - Monqolustanda siyasi partiya. Sədrinin adına görə həmçinin Carqalsayxanın partiyası kimi də tanınır. 2004-ci ildə partiya Monqolustan parlamenti Böyük Xuralda 76 yer qazansa da, 2008-ci ildə bir yer belə əldə edə bilməmişdir.
Monqolustan Vətəndaş Müharibəsi (1260-1264)
Monqolustan vətəndaş müharibəsi — Məngu xanın ölümündən sonra iki qardaşı Arıq Buğa və Xubilay arasında baş vermiş müharibə (1260-1264). Müharibədə Bərkə xan Arıq Buğanın, Hülaku xan isə Xubilay xanın tərəfini tutmuşdur. == Arxa plan == 1258-ci ildə Məngu Xubilaya Şərqi Ordunun komandanlığını verdi və ona Siçuan üzərinə olan hücümu dəstəkləməyi əmr etdi. Xubilay podaqradan əziyyət çəkdiyi üçün ona evdə qalmağa icazə verildi, ancaq o, Mengünü dəstəkləmək üçün hərəkət etdi. 1259-cu ildə Xubilay gəlməzdən əvvəl Məngunun ölməsi xəbəri gəldi. Xubilay qardaşının ölümünü gizli saxlamağa qərar verdi və Yanszı çayı yaxınlığındakı Vuhana hücum elədi. Xubilayın qüvvələri Vuçanqı mühasirəyə alanda Uryanxaday ona qoşuldu. Sun sülaləsinin naziri Cia Sidoa sülh üçün şərtləri təklif elədi. O, Yanszı çayının dövlətlər arasında sərhəd olmasına monqolların razılaşması əvəzində illik xərac olaraq 200 min tael gümüş və 200 min top ipək təklif elədi. Xubilay əvvəlcə təklifi rədd etdi, ancaq sonra Cia Sidao ilə sülh razılaşmasına gəldi.
Monqolustan Xalq Respublikası
Monqolustan Xalq Respublikası (monq. Бугд Найрамдах Монгол Ард Улс) — 1924-cü ildən 1992-ci ilədək iqtidarda olmuş tarixi dövlət. == Yaranması == İkinci dünya müharibəsi və onun nəticələri Monqolustanın tarixində iki önəmli cəhətdən böyük əhəmiyyət kəsb edir. Bunlardan birincisi mövcud dövlət statusu-kvosunun saxlanılması və bu dövlətin dünya birliyi tərəfindən tanınması, ikincisi isə müharibədən sonra onun yenidən qeydsiz-şərtsiz Sovet nüfuz dairəsinə düşməsi və sözün həqiqi mənasında Sovet İttifaqının müstəmləkə əlavəsinə çevrilməsidir. Belə ki, Krım(Yalta) konfransında(fevral 1945-ci il) ABŞ, Böyük Britaniya və Sovet İttifaqının dövlət rəhbərləri qərara almışdılar ki, Sovetlərin Yaponiyaya qarşı hərbi əməliyyatlara başlamasının şərtləri sırasında MXR-in statusu-kvosunun saxlanılması da daxildir. Həm də buna Çinin razılığı da tələb olunurdu. Qeyd etmək lazımdır ki, 1945-ci ilin avqustunda Sovet ordusunun Şərqi Baykal cəbhəsi hərbi qüvvələri çox çətinliklə Böyük Xinqan və Qobi səhrasından keçərkən onun sıralarında monqol süvari dəstələri də var idi. Onlar Şimal-Şərqi Çinin azad edilməsində Sovet ordusu ilə birlikdə iştirak etdilər. 1945-ci ilin 14 avqustunda artıq Çin hökuməti də elan etdi ki, o, Xarici Monqolustanın(yəni MXR-in) mövcud sərhədlər daxilində istiqlaliyyətini tanıyır və ilkin şərt olaraq monqol xalqı özünün istiqlala olan istəyini ümumi rəy sorğusu yolu ilə bildirməlidir. 1945-ci ilin 20 oktyabrında belə bir rəy sorğusu keçirildi və bu zaman monqol xalqı yekdilliklə mövcud dövlətin istiqlaliyyətinə səs verdi.
Monqolustan Xarici İşlər Nazirliyi
Monqolustan Xarici İşlər Nazirliyi (monq. Монгол улсын Гадаад харилцааны яам) — Monqolustanın mərkəzi icra hakimiyyəti orqanı, Moqolustanın xarici dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri sahəsində dövlət idarəetməsini həyata keçirir. 2011-ci ildə - müasir tarixdə Monqolustan Xarici İşlər Nazirliyi 100 illiyini qeyd etdi. 1961-ci ildə Monqolustan BMT, ÜTT, BVF və ATƏT kimi təşkilatların üzvü olmuşdur. 1962-ci ildə YUNESKO-nun üzvülüyünə daxil olur. Monqolustan dünyanın 181 ölkəsi və Avropa İttifaqı ilə siyasi əlaqələri var . 1921-ci ilin noyabrında Rusiya ilə, 1949-cu ildə isə Çin Xalq Respublikası ilə diplomatik münasibətlər quruldu. Monqolustanın xaricdə 35 diplomatik nümayəndəliyi var.
Monqolustan Yaşıllar Partiyası
Monqolustan Yaşıllar Partiyası (monq. Монголын Ногоон Нам) - Monqolustanda siyasi partiya. Monqolustanda demokratiyanın bərqərar olmasından sonra - 1990-cı ildə yaradılmış bu təşkilat Asiyada ilk yaşıllar partiyasıdır. 1996-2000-ci illərdə o, Monqolustan Sosial-Demokrat Partiyası, Demokrat Partiyası və Monqolustan Demokratik Din Partiyası ilə birgə iqtidar koalisiyasında təmsil olunmuşdur. Təxminən 6 min üzvə malik olan partiya Monqolustanda insan hüquqları və demokratiya, həmçinin ətraf mühitin mühafizəsi uğrunda çalışır.
Monqolustan bayrağı
Monqolustan bayrağı — Monqolustanın Dövlət bayrağı 12 fevral 1992-ci ildə qəbul edilmiş olan qanun layihəsi ilə qəbul edilmişdir.1949-cu ildəki Monqolustan Xalq Respublikasının bayrağına olduqca oxşayan bayrağın köhnə bayraqdakından tək fərqi sosialist quruluşu göstərən Ulduz işarəsinin götürülmüş olmasıdır. Monqolustan bayrağının rəngləri müvafiq olaraq üç bərabər şaquli sütuna, qırmızı - mavi - qırmızıya bölünür. Bayrağa baxan şəxsin sağında qalacaq şəkildə qırmızı sütunun ortasında Soyombo adı verilən milli emblem vardır. Bu nişan alov, günəş, ay, yer, su və Taijitunun həndəsi təsvirlərindən ibarətdir.
Monqolustan coğrafiyası
Monqolustan Mərkəzi Asiyada yerləşən dövlətdir. Dövlətin sahəsi 1 564 116 km² təşkil edir. Bu isə Avropanın ən böyük dövləti olan Fransadan üç dəfə böyükdür. Sahəsinə görə dünya dövlətləri arasında 19-cu yerdə gedir. Şimaldan Rusiya, cənubdan isə Çinlə sərhədlənir. Sərhədlərinin ümumi uzunluğu 8 114 km təşkil edir. Çin Xalq Respublikası ilə 4 673 km, Rusiya Federasiyası ilə isə 3 441 km sərhədə malikdir. == Relyefi == Monqolustan ərazisinin böyük qismi Monqoludtan platosunda yerləşir. Burada hündürlül 900-1500 arasında dəyişir. Bura əsasən dağ silsilələri və massivlərdən ibarətdir.
Monqolustan gerbi
Monqolustan gerbi — Monqolustanın dövlət gerbi. 1992-ci ildə Kommunist rejim süquta uğradıqdan sonra qəbul edilmişdir. Monqolların millî Rüzgâr tayının (Monqolca: Hiimori) uçarkən təsvir edildiyi gerbdə Buddizm və Monqol mədəniyyətinə aid simvollar istifadə edilmişdir.
Monqolustan kinosu
Monqolustan kinosu — Monqolustanın kinematoqrafiya və film sənayesi. == Tarixi == 1935-ci ildə Ulan-Batorda kinostudiya yaradılmış, 1937-ci ildə "Dünyanın o başında" adlı ilk monqol bədii filmi çəkilmişdir. Milli kino sənətinin təşəkkülü və kino mütəxəssislərinin yetişməsində sovet kinematorqrafçılarının böyük rolu olmuşdur. "Monqolustanın oğlu" (1936, rejissor İ. Trauberq), "Onun adı Suxe-Batordur" (1942, rejissor A. Zarxi və İ. Xeyfits), "Səhra qəhrəmanları" (1945, rejissor Y. Tariç) və s. sovet filmlərində monqol aktyorları və operatorları iştirak etmişdir. "Bizə nə mane olur", "Ürəyin səsi ilə", "Şəffaf Tamir", "Uzaq Miraj" (1956, 1966, 1970, 1981, rejissor R. Dorjpalam), "Həyatın astanasında" (1952, rejissor S. Kenden), "Daşqın, "Kürəkən", "Həyat naminə", "Böyük ailə" (1966, 1971, 1976, 1980, rejissor D. Jizjid), "Nəticə" (1968, SSRİ ilə birgə; rejissor A. Bobrovski və J. Buntar), "Juvada" (1973), "Böyük yolun başlanğıcında" (1978), "Qobi və Xinqandan keçərək" (1981, SSRİ ilə birgə; hər üç filmin rejissoru B. Sumxuu) bədii filmləri monqol kinosunun nailiyyətləridir.
Monqolustan memarlığı
Monqolustan memarlığı — Monqolustan ərazisində formalaşmış memarlıq. == Tarixi == Monqolustan ərazisində eramızın əvvəllərinə aid yaşayış məskənlərinin, IX–XIII əsrlərə aid istehkamlı şəhərlərin xarabalıqları qalmışdır. XVI əsrin sonlarından XX əsrin əvvəllərinədək Çin-Tibet memarlığının təsiri ilə saray və məbəd tikililər inşa edilmişdir. Bunlara Ulan-Batorda Erdeni-dzu, Qandan monastırları və s. aiddir. Ən qədim incəsənət abidələri Tunc dövrünə aid qaya təsvirləri, daş heykəllər, tunc kimi məmulatlarla təmsil olunur. Monqolustan Xalq Respublikası 1924-cü ildə qurulduqdan sonra ölkə ərazisində geniş tikinti işləri aparılmışdır. Ulan-Bator kimi köhnə şəhərlər yenidən qurulmuş, Darxan, Nalayxa, Sayn-Şand kimi yeni şəhər və qəsəbələr salınmışdır. 1960–1970-ci illərdə inşaatda sənaye üsulları geniş tətbiq edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Щепетильников Н. М. Архитектура Монголии.
Monqolustan musiqisi
Monqolustan musiqisi — Monqolustan ərazisində formalaşmış musiqi. == Tarixi == Qədim ənənəyə malik Monqolustan musiqisi pentatonikaya əsaslanır. Mahnı, epik dastan və instrumental musiqiyə ayrılır. Mahnılar zəngin ornamentli, geniş diapazonlu, asta templi (urt duu) və sadə quruluşludur (bogino-duu). Epik dastanlar xurçi (xurçalan), uligerçi (dastançı), duu-çi (solist müğənni), xoqjimçilərin (instrumentalist) yaradıcılığında təmsil olunur. Musiqi alətləri: limba (fleyta növü), morinxur və xuçir, şanz (simli), yooçin (simbal növü) və s. Monqolustanda bir müğənninin eyni zamanda ikisəsli oxumasının xüsusi növü mövcuddur. Monqolustanda professional musiqi sənəti 1924-cü ildə Monqolustan Xalq Respublikası qurulduqdan sonra yaranmış və inkişaf etmişdir. İlk musiqili dramlar dastançıların mahnı dialoqları əsasında yazılmışdır. Bəstəkarlardan S. Qonçiksumla, B. Damdinsuren, D. Luvsanşarav, L. Murdorj və başqa kantata, opera, balet, kamera və simfonik əsərlər müəllifi kimi tanınmışlar.
Monqolustan mədəniyyəti
Monqolustan mədəniyyəti köçəri monqolların təsiri ilə yaranmışdır. == Ümumi məlumat == Monqolustan, əsasən dağlıq ölkə olub, ən böyük silsilələri -Monqol Altayı (4362 m), Qobi Altayı (3957 m), Xanqayı (3539 m) əhatə edir. Onun mərkəzi hissəsində Xentey yaylası yerləşir. Müasir Monqolustan ərazisi geoloji cəhətdən Ural-Monqolustan qırışıqlı geosinklinal qurşağının bir hissəsini təşkil edən Mərkəzi Asiya sisteminə daxildir. == Mədəniyyət tarixi == Monqolustanın tarixinə nəzər saldıqda Aşağı Paleolit dövründən məskunlaşdığı məlum olur. Yuxarı Paleolit dövründə Monqolustanın qədim əhalisi arasında matriarxal-qəbilə quruluşu mövcud idi. Neolit dövründə əhalinin əsas məşğuliyyətinin ovçuluq və balıqçılıq olduğu sübut edilir. Neolitdən Eneolitə keçiddə isə ölkənin cənub və şimal rayonlarında əkinçiliyə keçid başlandı. Tunc dövrünün sonu – Dəmir dövrünün əvvəlində (e.ə. I minillik) monqol tayfaları köçəri maldarlığa keçərək patriarxal-qəbilə quruluşunu formalaşdırır.
Monqolustan paytaxtı
Ulan-Bator (monq. Улаанбаатар) — Monqolustan dövlətinin paytaxtı. Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir. == Tarixi == Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır. == Coğrafiyası == Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir.
запла́тка педа́нтка попли́н ше́ртинг в один прекра́сный день заха́ять милитаризова́ться непрое́зжий пенёк растолка́ться скирдова́ться сма́зываться собо́й ссо́риться ту́фель убере́чь фрукто́за жибец столыпаться bladed lacquer occupational disease pinata zoomagnetism разуть