Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Molosiya
Molossiya, rəsmən Molossiya Respublikası (Republic of Molossia) — ABŞ-nin Nevada ştatının Deyton şəhəri yaxınlığında 1977-ci ildə Ceyms Spilman (Kral I Ceyms) və Kevin Bo (baş nazir) tərəfindən müstəqilliyi elan olunmuş virtual-dövlət.
Molodi müharibəsi
Molodi müharibəsi — (Rus dilində: Молодинская битва) 1572-ci ilin iyul-avqust aylarında olmuşdur. Bu müharibə, İvan Qroznının ən əhəmiyyətli döyüşlərindən biridir. Öz ordusundan iki dəfə böyük bir orduya qalib gəlmişdir. İvan Qroznı Moskva şəhərinin 40 mil yaxınlığında Krım xanı I Dövlət Gəray xana qarşı vuruşmuşdur. Rusiya çarlığının Livoniya müharibəsini aparmasını fürsət bilən Dövlət Gəray, bir illik fasilədən sonra Moskvaya yenidən hücuma keçdi. Osmanlı tərəfindən artilleriya və yeniçəri qüvvələri ilə dəstəklənərək, 3 kəşfiyyat dəstəsi göndərdi. Sonra da (26 iyulda) Oka çayının qarşı sahilinə keçdi. Amma çayın o biri tərəfində Rus ordusunun yerləşdiyini bilmirdi (həmin dövrdə Rusiya Livoniya müharibəsində müvəqqəti atəşkəs imzalamışdı). Rus ordusu 23 min əsgərdən ibarət bir gücə malik idi. Baş komandaları Knyaz Mixail Vorotynsky idi.
Molodaya qvardiya (jurnal)
Molodaya qvardiya (rus. Молодая гвардия; mənası – gənc qvardiya) — Rusiya aylıq jurnalı. Jurnalın məzmunu ədəbiyyat və siyasətə yönəlmişdir. "Molodaya qvardiya" 1922-ci ilin mayında Moskvada Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olaraq təsis edilmişdir. 1922-ci ildən çıxır. Buna baxmayaraq, 1942–1947-ci illərdə çıxmamış, 1947–1956-cı illərdə isə gənc yazıçıların almanaxı kimi fəaliyyət göstərmişdir. Yerli və xarici ölkə yazıçılarının əsərlərini (mövzusu əsasən, gənclərin həyatından götürülmüş), publisistik, ədəbi-tənqid məqalələri nəşr edir. Jurnalda Azərbaycan yazıçılarının da əsərləri çap olunmuşdur. "Molodaya qvardiya" jurnalı 1972-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1982-ci ildə tirajı 652 min nüsxə idi.
Molodaya qvardiya (nəşriyyat)
Molodaya qvardiya (rus. Молодая гвардия; mənası – gənc qvardiya) — Rusiya nəşriyyatı. açıq səhmdar cəmiyyəti. Sovet dövründə, 1922-ci ildə qurulan "Molodaya qvardiya" Rusiyanın ən köhnə nəşriyyatlarından biridir. "Molodaya qvardiya" 1922-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin kitab jurnal nəşriyyatı kimi yaradılmışdır. Sovet dövründə "Molodoy kommunist", "Vojatı", "Vokruq sveta", "Rovesnik" kimi 14 jurnal nəşr edirdi. N. Ostrovskinin "Polad necə bərkidi", A. Fadeyevin "Gənc qvardiya" romanları ilk dəfə "Molodaya qvardiya"da nəşr olunmuşdur. "Molodaya qvardiya"nın buraxdığı 100-dən çox əsər (L. Leonun "Rus meşəsi", S. Smirnovun "Brest qalası" və s.) Lenin və SSRİ Dövlət mükafatlarına, Ümumittfaq Lenin komsomolu və SSRİ Jurnalistlər İttifaqının mükafatlarına layiq görülmüşdür. "Molodaya qvardiya" sosialist ölkələrinin nəşriyyatları ilə sıx əlaqə saxlamışdır. Azərbaycan yazıçılarının (Süleyman Rəhimovun "Mehman", Elçinin "Baladadaşın ilk məhəbbəti", Anarın "Dantenin yubileyi", Maqsud İbrahimbəyovun "Hekayə və povestlər"i və s.) da əsərlərini nəşr etmişdir.
Molodıye boytsı vostoka
Molodıye boytsı vostoka (azərb-kiril. Молодыје бојтсы востока, rus. Молодые бойцы востока; mənası – Şərqin gənc döyüşçüləri) — Azərbaycanda jurnal, Şərq Gəncləri Şurasının orqanı. Yeganə nömrəsi 1921-ci ilin yanvarında, Azərbaycan, rus və fars dillərində, Bakı şəhərində çıxmışıdır. Jurnalda Şərq gənclərinin həyatı və inqilabi mübarizəsini əks etdirən yazılarla yanaşı, Şərq gənclərinin 1920-ci ilin sentyabrında Bakıda keçirilmiş I qurultayı haqqında məlumat, qurultayın Manifesti, nizamnaməsi və b. materiallar da dərc olunmuşdur.
Azərbaycanın melodiya və ritmləri (film)
Azərbaycanın melodiya və ritmləri sənədli filmi "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın melodiya və ritm zənginliyindən, kökləri əsrlərin dərinliklərinə gedib çıxan Azərbaycan musiqisindən bəhs edir. == Məzmun == Film Azərbaycanın melodiya və ritm zənginliyindən, kökləri əsrlərin dərinliklərinə gedib çıxan Azərbaycan musiqisindən bəhs edir. Filmdə Polad Bülbüloğlunun, tarzən Həmid Vəkilovun, kamança ustası Habil Əliyevin ifaları da yer almışdır.