Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konstantin Moskoviç
Konstantin Moskoviç (d.
Mostovski rayonu
Mostovski rayonu (rus. Мостовский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi şəhər tipli Mostovskaya qəsəbəsidir. Mostovski rayonu Adıgey Respublikası ilə - 197.5 km, Labinski rayonu ilə - 40 km, Qaraçay-Çərkəz Respublikası ilə - 87.5 km, müstəqil Abxaziya Respublikası ilə - 8.5 km, kurort şəhəri Soçi ilə - 42.5 km sərhədə malikdir. Qafqaz Biosfer Qoruğunun böyük bir hissəsi Mostovski rayonunun ərazisində yerləşir. Coğrafi cəhətdən alp kəməridir. Bölgədə Krasnodar ərazisinin ən yüksək nöqtəsi Tsaxvoa dağı (3345 m) yerləşir. Rayon 2 iyun 1924-cü ildə Mostovoye kəndi mərkəz olmaqla Cənub-şərq vilayətinin Maukop dairəsinin tərkibində Mostovskaya adı ilə qurulur. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Maykop bölməsi ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayonun tərkibinə 15 kənd məclisi daxil idi: Andryukovski, Baqovski, Barakaevski, Benokovski, Buqunca, Qubski, Kostromskoy, Mostovskoy, Perepravnenski, Psebayski, Solennoy, Xamketinski, Çernoreçenski, Şedokski.