Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Musalan (Sərdəşt)
Musalan (fars. موسالان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 572 nəfər yaşayır (85 ailə).
Menalay
Menelay — Mikena kralı Aqamemnonun qardaşı və Helenin əri. Sparta şahzadəsi Helenlə evləndi və Helenin atasının istəyi ilə Sparta kralı oldu. Yaxşı bir döyüşçü olmağa layiq keyfiyyətlərə malik bir əsgər idi. Troya şahzadəsi Paris Heleni qaçırır. Əlbəttə Helen də buna etməyə razıdır. Menelay dəli olur və qardaşından kömək istəyir. Qardaşı bütün Yunan şəhər-dövlətlərini əvvəlcədən bir hakimiyyət altında toplamağı bacarmışdı. Buna görə, Yunanıstanın hamısı Troya üzərinə müharibəyə getmişdi. Müharibədən sonra Menelay Heleni geri alır və Spartaya qayıdır. Onlar birlikdə yaşlanır və ölürlər.
Miralay
Miralay (Osmanlı dili: ميرآلای), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən mirliva və kaymakam rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında polkovnik hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Miralay rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Musaköy
Xanlıqlar (əvvəlki adı: Musaköy) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Qazax rayonunun Musaköy kəndi Xanlıqlar kəndi, Musaköy kənd inzibati-ərazi vahidi Xanlıqlar kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kənd bir müddət Musaköy adlanmışdır. Yerli əhali kəndin adını Musa adlı türk sərkərdəsinin burada dəfn olunması və ya XVIII əsrdə qazaxlıların tərkibində olan musalı elatının burada məskunlaşması ilə bağlayır. 1994-cü ildən kənd öz qədim adını almışdır. Kəndin ərazisi Qazax xanlarına məxsus mülk yeri olduğundan belə adlandırılmışdır. Kənd Ağstafaçayın sahilində, dağətəyi ərazidə yerləşir. 2021-ci ilin siyahıyaalınmasına əsasən kənddə 6149 nəfər əhali yaşayır. Əhalinin 3082 nəfəri kişilər, 2967 nəfəri qadınlardan ibarətdir. Hacı Allahyar ağa Dilbazov (?-1866) — Azərbaycan nəqşibəndi.
Musavar
Musavar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 38 nəfərdir. Yerli əhali kəndin adını Musavo kimi tələffüz edir və oykonimi Musa (ş.a.) və talış dilindəki vo (kənd, yer) sözlərindən ibarət “Musanın kəndi” kimi izah edirlər. Əslində Musavar “musalılar”, “Musanın nəsli” mənası bildirən etnonim mənşəli toponimdir. Musavar kəndi Lerik rayonunun Kirəvud inzibati ərazi vahidi ərazisində yerləşir. Dağətəyində salınmış kənd Alaşa çayı ilə Şərətük çayı arasında çox gözəl mənzərəyə malikdir.
Musavat
Müsavat Partiyası (qısaca Müsavat kimi də tanınır) – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur. Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Musayal
Musayal — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Musayal oyk., miir. Gədəbəy r-nunun Dəyəqarabulaq i.ə.v.-də kənd. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Keçmiş adı Talakənd olmuşdur. Yaşayış məntəqəsi Yal Böyük Qarabulaq (indiki Rüstəm Əliyev) kəndindən olan Musa adlı bir şəxsə məxsus təsərrüfat sahəsində salındığı üçün belə adlandırılmışdır. Kənddə Daşkəsən r-nunun Qabaqtəpə kəndindən çıxmış bayramlı və Qarabağdan çıxmış möhsümlü nəsilləri məskunlaşmışlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 142 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Muzalar
Muzalar və ya müzlər (yun. Μοῦσα - düşüncəlilər) - qədim yunan mifologiyasına görə Zevs və Mnemosinain Parnasda yaşayan qızları olub, elm, poeziya və incəsənətin tanrıcaları sayılırdılar. "Musiqi" sözü bu sözdən törəmişdir. "İliada" və "Odisseya"da ilk dəfə söz açılan muzalar sayca doqquz olmuşlar. Əsasən Zevsin qızları kimi tanınsalar da, bəzən onları Harmoniyanın qızları kimi də qələmə verirlər. Muzalar öz Muzeyon (ondan "muzey" sözü meydana gəlmişdir) adlanan məbədlərinə malik olmuşlar.
Muşavaq
Muşavaq — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Muşavaq kənd inzibati ərazi dairəsində kənd. "Avak" sözü türk dillərində "yön, istiqamət, səmt, tərəf" mənalarını ifadə edir. Oykonim "muşlular, Muşdan gələnlər" mənasındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin dialektlərinda "yamaq, hörmə, közəmə" mənasında müşəbəx sözü də işlənməkdədir. Kəndin əsl adı Muşavakdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra Türkiyənin Muş əyalətindən gəlmiş Avak adlı bir nəfərin məskunlaşması nəticəsində yaranmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Başkənd-Dəstəfur çökəkliyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Muşavaq kənd kitabxana filialı, Muşavaq kənd Mədəniyyət Evi fəaliyyət göstərir.
Muşklar
Muşklar — Tunc və Dəmir dövrlərinin qovşağında Anadolu ərazisində yaşamış xalq. Assuriya mənbələrində qeyd olunan, het heroqlifləri ilə "muskai" kimi tanınır. Bir sıra tarixçilər onları yunan mənbələrindən mosxlar, eləcə də Gürcüstanda Mesxetiya adı ilə əlaqələndirirlər. İosif Flavi muşkları Bibliyada Meşex ilə eyniləşdirdi. Paleobalkan dillərində "muşk" termini atlar ilə əlaqələndirilir. Assuriya mənbələrində "muški" termini iki müxtəlif qrupa aiddir: e.ə. XII–IX əsrlərdə mövcud olmuş, Arsaniya ilə Fəratın qovuşduğu yerdə "şərq muşkları" yaşamışdır. e.ə. VIII–VII əsrlərdə Kilikiyada "qərb muşklarıƏ mövcud olmuşdur. Assuriya mənbələri qərbi muşkarı frigiyalılar ilə, yunan mənbələri isə frigiyalıları "Μόσχοι" ilə aydın şəkildə fərqləndirir.
Masala
Masala (Tamilcə: மசாலா hind. मसाला; benq. মশলা; urdu مصاله; nep. मसाला) — Cənubi Asiya mətbəxində (o cümlədən Hindistan, Pakistan, Nepal, Banqladeş, Miyanma, və Şri Lanka mətbəxlərində) ədviyyat qarışığını təsvir etmək üçün istifadə olunan termin.
Musalı
Musalı — Musa adından yaranan soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslər Yaşayış məntəqələri Musalı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Musalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Musalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. 1997-ci ildə ləğv olunmuşdur.
Muslax
Muslax — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd."Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik saxurlar təşkil edir.
Müşlan
İçəri Müşlan
Malay
Malay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Malay qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Gizli Müsavat
Müsavat Partiyası (qısaca Müsavat kimi də tanınır) – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur. Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Musavat partiyası

Muşabad (Urmiya)
Muşabad (fars. ‎‎موش اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Muşavaq bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müasir Müsavat
Müasir Müsavat Partiyası — Azərbaycanda mərkəz sol siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Müasir Müsavat Partiyasının üzvlərinin 67%-i kişi, 33%-i isə qadın olmuşdur. 20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alındı. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verildi. Əvvəlki ilə müqayisədə geri qalsa da, qərargahı normal hesab etmək olar.
Müsavat Firqəsi
Müsavat Partiyası (qısaca Müsavat kimi də tanınır) – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur. Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur. Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır. Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Məhəmməd Musalov
Məhəmməd Əhmədoviç Musalov (rus. Магомед Ахмедович Мусалов; 9 fevral 1994, Xustada[d], Dağıstan) — əslən azərbaycanlı olan Rusiyalı futbolçu. 2022-ci ildən Rusiyanın SKA Xabarovsk klubunda çıxış edir. Musalov Dağıstanın Xustada kəndində anadan olub. Əslən azərbaycanlıdır. Bir qardaşı var. Qardaşı Tahir Musalovda onun kimi futbolçudur. Peşəkar debütü 12 avqust 2014-cü il tarixində Anji Mahaçqala-2-in heyətində Alaniya Vladiqafqaz-a qarşı oyunda oldu. 2018-ci il iyunun 16-da Musalov 2018–19 mövsümünün sonuna qədər icarə əsasında Axmat Qroznı klubunda çıxış edib. 29 iyul 2020-ci ildə Musalov Axmat Qroznıdan ayrıldı.
Tahir Musalov
Tahir Əhmədoviç Musalov (rus. Тагир Ахмедович Мусалов; 9 fevral 1994) - Azərbaycan əsilli Rusiyalı futbolçu. Mahaçqala FK-un heyətində çıxış edən hücumçudur. Musalov Dağıstanın Xustada kəndində anadan olub. Əslən azərbaycanlıdır. Bir qardaşı var. Qardaşı Məhəmməd Musalovda onun kimi futbolçudur.
Xaybula Musalov
Xaybula Musalov (4 dekabr 1990; Qunib rayonu, Dağıstan MSSR) — Azərbaycanı təmsil edən boksçu. Xaybula Ənvərbəyoviç Musalov 1990-cı il dekabrın 4-də Rusiyanın Qunib rayonunda anadan olub. Xaybula Musalov 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Fransa nümayəndəsi Kristian M'Billiyə (3:0), 1/4 final mərhələsində Belarus təmsilçisi Vitali Bandarenhaya (3:0), 1/2 final mərhələsində isə Macarıstan nümayəndəsi Zoltan Harcsaya (3:0) qalib gələn Xaybula Musalov, final görüşündə İrlandiya təmsilçisi Mixael O'Reilli ilə üz-üzə gəldi. Həlledici görüşdə Xaybula Musalov rəqibinə 0:3 hesabı ilə məğlub oldu və I Avropa Oyunlarının gümüş medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Xaybula Ənvərbəyoviç Musalov "Tərəqqi" medalı ilə təltif edildi.
Müsavat (dəqiqləşdirmə)
Müsavat Partiyası və ya sadə şəkildə Müsavat, bəzən Musavat — Azərbaycanda 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin göstərişi ilə qurulmuş siyasi partiya. Müsavat və ya Musavat həmçinin bu mənaları ifadə edə bilər: Müasir Müsavat Partiyası — 2001-ci ildə Hafiz Hacıyev liderliyində qurulmuş sol mərkəziyyətçi siyasi partiya. Müsavat və bitərəflər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sayca ən çox millət vəkili olan, Məhəmməd Əmin Rəsulzadənin başçılığındakı Müsavat Partiyası üzvləri və bitərəf siyasətçilərdən ibarət fraksiya. Yeni Müsavat (qəzet) və ya sadə şəkildə Müsavat — 1989-cu ilin noyabrın 7-də Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbuat orqanı kimi yaradılan, 1993-cü ildən İsa Qəmbər tərəfindən təsis olunan və Azərbaycanda nəşr olunan, hazırkı rəhbərinin Rauf Arifoğlunun olduğu gündəlik qəzet. Yeni Müsavat (agentlik) və ya sadə şəkildə Müsavat — Azərbaycanda onlayn qəzet, xəbər və informasiya agentliyi, internet telekanalı. Musavat (Qacar qəzeti) — 1907–1909-cu illərdə Qacarlar dövlətində nəşr olunan həftəlik fars qəzeti. Müsavatçılıq — Müsavat Partiyasının siyasi və ümumi dəsti-xətti, partiyanın əsas ideologiyalarından biri. Müsavat Dərvişoğlu — Türkiyə siyasətçisi, İYİ Partiyanın ikinci sədri (2024-cü ildən), Türkiyə Böyük Millət Məclisi XXVII və XXVIII çağırışlarının millət vəkili, TBMM İYİ Partiya fraksiyasının sədr müavini.