Yeni Müsavat (dəqiqləşdirmə)
Müsavat Partiyası və ya sadə şəkildə Müsavat, bəzən Musavat — Azərbaycanda 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin göstərişi ilə qurulmuş siyasi partiya.
Müsavat və ya Musavat həmçinin bu mənaları ifadə edə bilər:
Müasir Müsavat Partiyası — 2001-ci ildə Hafiz Hacıyev liderliyində qurulmuş sol mərkəziyyətçi siyasi partiya.
Müsavat və bitərəflər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sayca ən çox millət vəkili olan, Məhəmməd Əmin Rəsulzadənin başçılığındakı Müsavat Partiyası üzvləri və bitərəf siyasətçilərdən ibarət fraksiya.
Yeni Müsavat (qəzet) və ya sadə şəkildə Müsavat — 1989-cu ilin noyabrın 7-də Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbuat orqanı kimi yaradılan, 1993-cü ildən İsa Qəmbər tərəfindən təsis olunan və Azərbaycanda nəşr olunan, hazırkı rəhbərinin Rauf Arifoğlunun olduğu gündəlik qəzet.
Yeni Müsavat (agentlik) və ya sadə şəkildə Müsavat — Azərbaycanda onlayn qəzet, xəbər və informasiya agentliyi, internet telekanalı.
Musavat (Qacar qəzeti) — 1907–1909-cu illərdə Qacarlar dövlətində nəşr olunan həftəlik fars qəzeti.
Müsavatçılıq — Müsavat Partiyasının siyasi və ümumi dəsti-xətti, partiyanın əsas ideologiyalarından biri.
Müsavat Dərvişoğlu — Türkiyə siyasətçisi, İYİ Partiyanın ikinci sədri (2024-cü ildən), Türkiyə Böyük Millət Məclisi XXVII və XXVIII çağırışlarının millət vəkili, TBMM İYİ Partiya fraksiyasının sədr müavini.