Şəfiqə Musaxanova
Şəfiqə Mahmud qızı Əliyeva (qızlıq soyadı: Musaxanova; 23 iyun 1935, Bakı) — Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatı. Texnika elmləri namizədi (28.12.1973).
== Həyatı ==
Musaxanova Şəfiqə Mahmud qızı 23 iyun 1935-ci ildə Bakı şəhərində anadan olub. 190 saylı orta məktəbi bitirib. 1952–1957-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisasında oxumuş, "Dağ mühəndisi, geoloq" ixtisası almışdır.
1957–1962-ci illərdə "Buzovnaneft"də neftçıxarma operatoru, neftçıxarma üzrə mühəndis, baş geoloq vəzifələrində işləmişdir.
1959–1963-cü illərdə Əzizbəyov rayonu Buzovna seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatı olub.
1973-cü ildə "Temperaturun neft və suyun nisbi faza keçiriciliyinə və neftveriminə təsiri" adlı dissertasiya müdafiə etmiş, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
10.01.1962–17.10.2017-ci illərdə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu və Geologiya və Geofizika İnstitutunda elmi işçi və baş elmi işçi (25.02.1988–17.10.2017) vəzifələrində çalışmışdır.
70 məqalə, 5 ixtira, 2 monoqrafiyanin muəllifidir.