Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
MİMTA
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və ya qısaca MİMTA — Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. Fond qədim tarixə, yüksək mədəniyyətə malik Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq və inkişaf etdirməyə kömək məqsədilə təsis edilmişdir.31 yanvar 2005-ci ildən fəaliyyət göstərən fondun icraçı direktoru Pərviz Əmirovdur. == Məqsədlər == Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycanın milli irsi, mədəni, tarixi dəyərlərini tədqiq edib həm ölkədə, həm də ölkədən kənarda təbliğ etmək, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlər təşkil etmək, istedadlı gənclərə, yaşlı ziyalılara maddi və mənəvi kömək göstərmək, təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirmək və ayrı-ayrı şəxsləri Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli olan uğurlara görə mükafatlandırmaqdan ibarətdir. == Fəaliyyət == === Nəşrlər === ==== Jurnallar ==== ===== Füyuzat jurnalı ===== 1906-cı il noyabrın 1-i Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə nəşrə başlayan, amma mütərəqqi və milli fikirləri təbliğ etdiyindən 1907-ci ilin noyabrında çar hökuməti tərəfindən çapı dayandırılan “Füyuzat” jurnalı 100 il sonra – 2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən bərpa edilmiş və “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirilməyə başlanmışdır.MİMTA fondunun mətbu orqanı olan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Jurnal milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlılıq və bununla da dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalmışdır. Jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur. ===== İşıq jurnalı ===== 1911-ci il yanvarın 22-də maarifpərvər ziyalı Xədicə Əlibəyovanın baş redaktorluğu və Mustafa bəy Əlibəyovun naşirliyi ilə çap olunan və milli mətbuatımızın ilk qadın mətbu orqanı kimi tarixə düşən “İşıq” qəzeti 68 nömrədən sonra – 1912-ci ildə fəaliyyətini dayandırsa da, 2012-ci ilin yanvar ayından etibarən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə “İşıq-qadın” jurnalı kimi bərpa edilmişdir. MİMTA fondunun mətbu orqanı olan “İşıq-qadın” jurnalı, tarixi “İşıq” qəzetinin varisidir. Nəfis şəkildə çap edilən bu jurnal ailə tərbiyəsi, qadın problemləri və bir sıra tarixi, mədəni-əxlaqi mövzulardan bəhs edən məqalələri ilə oxucuların dərin rəğbətini qazanmışdır.Jurnalın baş redaktoru Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovadır.
Mira
Mira — bu günkü Türkiyədə Antalya vilayətinin Qala (Demre) mahalının yer aldığı bölgədə olan antik bir Likiya şəhəridir. Alacadağ, Akdağ (Massikytos) sırası və Egey dənizi arasında Demre çayı (Myros) tərəfindən daşınan torpaqla meydana gəlmiş məhsuldar allüvial düzənliyində qurulmuşdur. == Tarixi == Mirada qazıntılar 2009-ci ildə Nevzat Çevikin başçılığında başlanmış və davam etməkdədir. 2010-ci ildə qazıntı qrupu tərəfindən əhatəli bir kitab nəşr olunmuşdur. Çevikiyə görə Miranın erkən adı Muridir. Bəzi araşdırmaçılar Miranı Arzawanın Mirası ilə eyni yaşayış yeri olduğunu düşünsə də sübut üçün belə bir əlaqə yoxdur. Mira Likiya ittifaqının (e.ə. 168 - 43) bir üzvü olmaqdan əvvəl Mira ilə əlaqədar ələ geçirilməsi barədə yazılı bir qaynaq yoxdur. Strabona görə ittifaqın ən böyük şəhərlərindən biri idi. Yunan xalqı şəhərin qoruyucu tanrıçası olan Artemis Eleutheriaya tapınmışdılar.
Atsuhiro Miura
Atsuhiro Miura (d. 24 iyul 1974) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib, 1 qol vurub.
Kakuyçi Mimura
Kakuyçi Mimura (16 avqust 1931, Tokio[d] – 19 fevral 2022) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kazuyoşi Miura
Kazuyoşi Miura (26 fevral 1967, Şizuoka) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 89 oyun keçirib, 55 qol vurub. == İstinadlar == == Xarici keçidlər == Dünyanın ən yaşlı futbolçusu – "Kral Kazu" hələ də qol vurur.
Miura Ancin
Vilyam Adams (ing. William Adams; 24 sentyabr 1564, Cillinhem[d], Kent qraflığı – 16 may 1620[…], Hirado[d], Naqasaki prefekturası) – XVII əsrdə Yaponiyada yaşamış ingilis dənizçi və tacir. Tokuqava İeyasu tərəfindən ona Miura yarımadasında torpaq verildiyi üçün Yaponiyada Miura Ancin (三浦按針, azərb. "Miura şturmanı"‎) adı ilə tanınmışdır. O, Yaponiyaya çata bilən ilk ingilis şəxs hesab olunur. == Həyatı == Vilyam Adams 1564-cü ildə İngiltərənin Kent qraflığının Cillinhem şəhərində doğulmuş, gəmiqayırma sahəsində işləməyə başlamışdır. 1598-ci ildə bir holland flotuna şturman kimi qatılmış, bir neçə bədbəxt hadisədən sonra qəzalı vəziyyətdə olan gəmisi "Liefde" ilə 1600-cü ilin aprelində Yaponiyanın Kyuşu adasına çatmışdır.Tokuqava İeyasu onunla dostluq əlaqələri qurmuş, onu maliyyə nümayəndəsi, xəbərverən, şturman, gəmiqayıran və tərcüməçi kimi vəzifələrə təyin etmişdir. Bunun sayəsində Adams Yaponiyada varlı şəxsə çevrilmiş, 80-ə yaxın xidmətçiyə və öz mülkünə sahib olmuşdur. Rəsmi iş çərçivəsində bütün Yaponiyanı gəzmişdir. İeyasunun dəstəyi ilə ingislərə və hollandlara məktublar yazmış, onları Yaponiya ilə ticarət etməyə dəvət etmişdir.
Miura Kinnosuke
Miura Kinnosuke (三浦謹之助, 21 mart 1864, Mutsu əyaləti[d], Tosando[d] – 11 oktyabr 1950) – Yaponiya internoloqu. Yaponiyada neyrodaxili tibbin qurucusudur. == Həyatı == Miura Kinnosuke 1864-cü ildə Yaponiyanın Mutsu əyalətində doğulmuşdur. 1887-ci ildə Tokio Universitetindən məzun olmuş, 2 il Tokioda alman internoloq Ervin Belzdən dərslər almışdır. 1889-cu ildə Şahzadə Arisuqavanın şəxsi həkimi kimi Avropaya səyahət etmək şansı qazanmışdır. 1889–90-cı illərdə Parisdə yaşamışdır. Şahzadə Arisuqava ilə işi bitdikdən sonra 1891–1892-ci illərdə Parisdə yerləşən Salpetrier xəstəxanasında Jan-Martin Şarkonun klinikasında işləmiş və onun tələbəsi olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur.Miura Honşunun şimal-qərbində yayılmış Jerlye xəstəliyi və Ascaris ovis adlı bağırsaq paraziti növü haqqında araşdırmalar aparmışdır. O, Yaponiya Daxili Tibb Cəmiyyətinin və Yaponiya Neyrologiya Cəmiyyətinin yaradılmasında vacib rol oynamışdır. O, həmçinin Fransa ilə Yaponiya arasında tibb mübadilələrinin aparılmasında iştirak etmişdir.
Miura yarımadası
Miura yarımadası (yap. 三浦半島) — Yaponiyanın Kanaqava prefekturası ərazisində yerləşir. Tokio və İokoqama şəhərlərindən cənubda qərar tutur. Tokio və Saqami körfəzlərini ayırır. Yarımadada Yokosuka, Miura, Hayama, Dzusi və Kamakura şəhərləri vardır. Yarımada turisləri özünə cəlb edir. Şərqində ABŞ hərbi-dəniz bazası yerləşir. Hansı ki, Yaponiya özünü müdafiə qüvvələri təmərküzləşmişdir.
Narumi Miura
Narumi Miura (d. 3 iyul 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Qenta Miura
Qenta Miura (1 mart 1995, Toyohaşi, Ayçi prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Yasutoşi Miura
Yasutoşi Miura (d. 15 iyul 1965) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kentaro Miura
Kentaro Miura (三浦 建太郎, Miura Kentarō, 11 iyul 1966[…], Çiba – 6 may 2021[…]) — Yaponiya manqakası. O, daha çox məşhur "Berserk" adlı qaranlıq fantaziya seriyası ilə tanınırdı. Bu, 1989-cu ildə seriallaşdırılmağa başlamış və onun ölümünə qədər davam etmişdir. 2021-ci ilə qədər "Berserk"in tirajı 50 milyon kopyadan çox idi və bu, onu bütün zamanların ən çox satılan manqa seriyalarından birinə çevirmişdir. Miura 2002-ci ildə 6-cı Tezuka Osamu Mədəniyyət Mükafatlarında Mükəmməllik üzrə mükafata layiq görülmüşdür. == Erkən illəri == Kentaro Miura 11 iyul 1966-cı ildə Yaponiyanın Çiba prefekturasının Çiba şəhərində anadan olub. O, 1976-cı ildə, 10 yaşında "Miuranger" adlı ilk manqasını yaratmışdır. Bu, Miuranın sinif yoldaşları üçün məktəb nəşrində dərc edilmişdir və nəticədə 40 cilddən ibarət olmuşdur. 1977-ci ildə Miura Ken e no Miçi (剣への道, Ken e no Michi, azərb. Qılıncın yolu‎) adında ikinci manqası yaratmışdır.
Rona Mitra
Rhona Mitra (9 avqust 1976, Paddinqton, Böyük London) — ingilis aktrisa, model və müğənni.
Mira Avad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. == Həyatı == Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Mira Awad
Mira Ənvər Avad (Ərəbcə:ميرا عوض, İvrit: מירה עווד; 11 iyun 1975) — Fələstin müğənnisi, aktrisası. == Həyatı == Mira Avad 11 iyun 1975-ci ildə anadan olmuşdur. Təl-Əviv-də yaşayır. Achinoam Nini ilə birlikdə İsraili 2009 Avroviziya Mahnı Müsabiqəsində "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Mira Bimperlinq
Mira Bimperlinq (d. 31 mart 1994) — Almaniyanı təmsil edən bədii gimnast. Mira Bimperlinq 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mira Bimperlinq 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Mira Qoluboviç
Mira Qoluboviç (15 oktyabr 1976, Mеtkоviç, Dubrovnik-Neretva jupaniyası[d]) — Serbiya voleybolçusu.
Kampo-de-Mirra
Kampo-de-Mirra (isp. Campo de Mirra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Alto-Vinalopa ərazisinin 21,8 km² hissəsini əhatə edir.2010-cu ildə hesablamalara görə əhali 420 nəfərə çatmışdır.
Mira prospekti (Vladiqafqaz)
Mira (Oset. Сабырдзинады prospekti) - Rusiya, Şimali Osetiya, Vladiqafqaz şəhərinin mərkəzi prospektidir. Şəhərin tarixi və mədəni mərkəzidir. İriston Bələdiyyə Mahalında, Azadlıq Meydanından başlayır və şimaldan Kirov küçəsinə keçir. Mira prospekti, Qorki, Djanaev, Mayakovski və Nikitin küçələri ilə kəsişir. Mira prospekti qərb tərəfdən , Lenin meydanı ilə kəsişir və Stanislavski zolağı və Nekrasov küçəsində başa çatır. Mira prospektindən şərqə Sereteli, Butırina, Kuybışeva və Petrovski küçələri başlayır. == Tarixi == Prospekt 19-cu əsrin birinci yarısında hərbi Vladiqafqaz bölgəsinin ilk rəisi və qalanın komendantı general-leytenant Pyotr Nesterovun səyləri ilə qurulmağa başladı. XIX əsrin 40-cı illərində, onun təşəbbüsü ilə Monplezir parkı təşkil edildi - bu gün prospektə bitişik olan Kosta Xetaqurov Mərkəzi Mədəniyyət və İstirahət Parkının bir hissəsidir. Sonradan küçə onun adını daşıyırdı - Nesterovski Bulvarı.
Spilanthes grisea var. micra
Acmella bellidioides (lat. Acmella bellidioides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Ceratocephalus arnicodes (DC.) Kuntze Ceratocephalus decumbens var. doronicoides (DC.) Kuntze Rudbeckia bellidioides Sm. Spilanthes arnicoides DC. Spilanthes arnicoides f. arnicoides Spilanthes arnicoides var. arnicoides Spilanthes arnicoides var. intermedia Chodat Spilanthes arnicoides f. setosa Chodat Spilanthes arnicoides var. setosa Chodat Spilanthes bellidioides (Sm.
Rübab binti İmra əl-Qeys
Rübab binti İmra əl-Qeys (və yaxud Ümm Rübab) (ərəb. رباب بنت امرئ القيس بن عدى بن أوس‎) ‏ İmam Hüseynin (ə) həyat yoldaşlarından biri, İmam Hüseynin ən kiçik övladı olan Əli Əsğərin anası.
Amira
Amira (fr. Amirat) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 12.95 km², əhalisi 26 nəfərdir (2006) artım tendensiyası ilə: 63 nəfər (2012), əhalinin sıxlığı 4.9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 57 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 63 nəfər.
Birma
Myanma, rəsmi adı: Myanma İttifaqı Respublikası (1989-cu ilədək Birma İttifaqı, 1989–2010-cu illərdə Myanma Birliyi) — Cənub-şərqi Asiyada dövlət. Paytaxtı — Naypyida. "Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq Myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Birmalılar tərəfindən öz seçdikləri ad "Bama" istifadə olunur. 1989 cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialistik Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün ölkə daxilində populyar deyil. 2010-cu ilin Oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi. Myanmanın paytaxtı — Naypyida şəhəri(Mandalay inzibati dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır.
Domra
Domra (rus. До́мра) — Belarus, Ukrayna və Rusiya xalq simli musiqi aləti. Domranın yarımdairəvi bir bədəni var. Musiqi alətinin simlərindən səslər mizrab vasitəsilə çıxardırılır. Musiqi alətindən səs çıxarmaq üçün istifadə olunan xarakteristik texnika tremolodur. Domranın iki növü var – ənənəvi şəkildə Rusiyada istifadə olunan üçsimli domra və əsasən Belarus və Ukraynada istifadə olunan dördsimli domra. Domra fərdi çıxışlar üçün, eləcə də Rusiya xalq çalğı alətləri ansambllarında və orkestrlarında istifadə olunur. Domra XVI–XVII əsrlərdə Rusiya skomoroxları tərəfindən fərdi və ya ansambl çıxışlarında istifadə olunurdu, ancaq XVII əsrdə kilsə və dövlət tərəfindən bir sıra qanunlar qəbul edilmişdir ki, bu qanunlar skomoroxların fəaliyyətini qadağan edirdi. Skomoroxların dövrünün sona çatması ilə domradan da istifadə sona çatmışdır. Domranın müasir xarici görünşü 1896-cı ildə Vasili Vasiliyeviç Andreyevin balalayka musiqi aləti üzərində apardığı bərpa fəaliyyəti nəticəsində formalaşmışdır.
Gimri
Gimry (rus. Гимры, avar. Генуб) — Dağıstan Untsukulsky rayonunda bir kənd.
Kimbra
Kimbra Li Conson (ing. Kimbra Lee Johnson; 27 mart 1990, Hamilton, Yeni Zelandiya) — Yeni Zelandiya musiqiçisi.
Kimrı
Kimrı — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Kimya
Kimya – maddənin tərkibini, quruluşunu, xassələrini ,çevrilməsini və bu çevrilmələr zamanı baş verən hadisələri öyrənən təbiət elmidir. Kimyanın mühüm vəzifələrinə zəruri maddələrin alınması, maddələrin çevrilməsini və bu çevrilmələri müşahidə edən hadisələri öyrənmək, ətraf mühtin mühafizəsi və s. kimi vəzifələr aiddir. == Etimologiyası == Kimya sözünün nə vaxt meydana gəlməsi və ilk olaraq hansı mənanı ifadə etməsini dəqiq müəyyənləşdirmək mümkün deyil. Bir çox kimya tarixçiləri öz hipotezlərini təklif etsələr də, vahid bir fikir formalaşmadı. XVII əsrin başlanğıcından "kimya", "kimyaçı" məfhumları elmi ədəbiyyata, monoqrafiyalara və dərsliklərə möhkəm surətdə daxil oldu. Müxtəlif avropa dillərində "kimya" sözü oxşar səslənməyə malikdir: ing. chemistry, alm. chemie, çex və hollandca chemic, fransızca və rumın dilində chimie, italyanca chimica, polyak, slovak və latın dillərində chemia, litva dilində chemija, ispan və portuqal dillərində quimica, İsveç dilində kemi, eson dilində keemia, xorvat və sloven dillərində kemija, latış dilində kimija, Norveç dilində kjeıııi adlanır. Əgər fikir versək, bütün sözlərdə "kem" və ya "kim" kökləri vardır.