MAMMA

(Gədəbəy, Şəmkir)
meyvə (uşaq leksikonunda). – Uşağa mamma ver, səs salmasın (Gədəbəy); – Ala, qadan alım, mamma verim saηa (Şəmkir)
MAMIRRAMAX
MAMPAX
OBASTAN VİKİ
Hey, Mamma!
Hey, Mamma! (azərb. Hey, Ana!‎) — Moldovanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. SunStroke Project "Hey, Mamma!" mahnısı ilə Moldovanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmiş və finalda 3-cü yeri qazanmışdır. Bu Moldovanın müsabiqə tarixindəki ən yaxşı nəticəsi olaraq qalmaqdadır. Mahnı SunStroke Project qrupunun heyəti və eyni zamanda Alina Qaletskaya tərəfindən bəstələnmişdir.
Mamma Mia! (film)
Mamma Mia! — Fillida Lloydun rejissorluğu ilə 2008-ci ildə çəkilmiş musiqili film. == Film haqqında == Filmin çəkilişləri Londonda və Yunanıstanda aparılıb. Film İsveçin məşhur "ABBA" qrupunun mahnıları əsasında çəkilmiş eyniadlı müziklin ekranlaşdırılmış variantıdır. Film indiyədək teatr və televiziya tamaşaları üzərində çalışmış Fillida Lloydun böyük kinoda debütü idi. Ssenarini orijinal müziklin müəlliflərindən olan Katrin Conson yazmışdı. Filmin Stokholmda baş tutan premyerasına əfsanəvi kvartet üzvlərinin hər biri — Anni-Frid Linqstad, Aqneta Faltskoq, Benni Andersson və Byorn Ulveus da təşrif buyurmuşdular. Meril Strip hələ məktəb illərində mahnı oxumağı arzuladığı üçün təklifi düşünmədən qəbul edib. "ABBA" mahnılarının atmosferinə düşmək onun üçün ikinci gəncliyini yaşamaq demək idi. Filmin müzikldan yeganə fərqi "ABBA" mahnılarının sayıdır.
Mamma Mia! (film, 2008)

Mammalia
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid olan heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Mammalodontidae
Mammalodontidae (lat. Mammalodontidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Mammal Species of the World
Dünyanın Məməli Növləri: Taksonomik və Coğrafi İstinad — məməlilərin təsvirlərini və biblioqrafik məlumatlarını təqdim edən standart mammologiya istinad əsəridir. İndiyədək üçüncü nəşri mövcuddur və 2005-ci ilin sonunda nəşr edilmişdir. Bu nəşrin redaktorları Don E. Vilson və DeeAnn M. Reeder olmuşdur. Onlayn versiyası Buknell Universiteti tərəfindən yayımlanır və buradan növlərin adları xüsusi lüğət olaraq yüklənə bilər. Çox hissəsi Google Books platformasında da mövcuddur (aşağıda “Xarici keçidlər” bölməsinə baxın). Yoxlama Siyahısı Komitəsi MSW-nin hazırlanması və yenilənməsi ilə məşğuldur. Komitənin 2015-ci il illik hesabatında qeyd edilmişdir ki, Con Hopkins Press ilə MSW-nin DeeAnn M. Reeder və Kristofer M. Helgen tərəfindən redaktə ediləcək 4-cü nəşri üzrə müqavilə bağlanmışdır. Verilənlər bazası müəlliflər üçün redaktə oluna bilən vəziyyətə gətirilmiş və bununla da vebsaytın daha tez-tez yenilənməsi təmin edilmişdir. Nəşrin 2019-cu ildə çıxması planlaşdırılırdı.