mitozarası
mitraizm
OBASTAN VİKİ
Rona Mitra
Rhona Mitra (9 avqust 1976, Paddinqton, Böyük London) — ingilis aktrisa, model və müğənni.
Lichanotus mitratus
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Mitradat
Mitridat və ya Mitradat (q.yun. Μιθριδάτης, q.fars Miθradāta adından; mənası – "Mitra tərəfindən bəxş edilmiş") — Kiçik Asiyanın müxtəlif dövlətlərində bir sıra qədim padşahların, sərkərdələrin və siyasətçilərin adı.
Mitraizm
Mitraizm — qnostik inanca yaxın, Roma imperiyasında xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran mənşəli din. Qnostik inanca yaxın olan dinlərdən biri də Mitraizm olmuşdur. Mitraizm Roma imperiyasında Xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran məşəli bir din idi. İran mənşəli qnostik təlimlər dünyanı Zülmətlə Nurun mübarizəsi kontekstində görür və izah edirdilər. Mitra arilərin panteonunun tanrılarından biri idi. Yaxın Şərqdə bir çox xalqlar ona ibadət edirdi. Qədim arilər onu "Səhər işığının tanrısı" adlandırırdılar. Onların inanclarına görə, Mitranın qüdrəti dünyada həyatın mövcudluğunu təmin edir. Daha sonra iranlılar inanırdılar ki, Mitranı xeyir tanrısı olan Hörmüzd yaradıb və ona ibadət etmək vacibdir. Bu barədə "Avesta" da Mitr-Yaşt babının əvvəlində verilir.
Mitral qapaq
Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat. valva atrioventricularis sinistra s. bicuspidalis (s. mitralis)) ilə və aorta dəliyi aorta qapağı — (lat. valva aortae) ilə tutulmuşdur. İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan (lat. anulus fibrosus) başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay — (lat.cuspis anterior) və arxa tay — (lat.cuspis posterior). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur.
Mitral qapaq çatışmazlığı
Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq — anadangəlmə və əsasən qazanılma ürək qüsuru olub, ikitaylı qapaqların iltihabi proseslərlə: revmatizma, sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, arteriit və s.-lərlə zədələnməsi ilə meydana çıxmış olur. Mitral çatışmazlıq qapaq həlqəsinin, qapaq qanadcıqlarının, qapaq vətər tellərinin və məməyəbənzər əzələnin hər hansı patoloji dəyişikliyə məruz qalmasından meydana çıxmış olur. Həlqə dilatasiyasına ürəyin sol mədəciyinin genişlənməsi, həlqə kirəcləşməsinə isə arterial hipertoniya, aorta daralması, şəkərli diabet, Marfan sindromu və s. səbəb ola bilir. Vətər tellərinin qırılmasına və ya cırılmasına infeksion endokardit, revmatik hərarət və travma səbəb ola bilər. Səbəblərinə görə mitral çatışmazlıq aşağıdakı kimi ola bilər: revmatik mitral çatışmazlığı — revmatizm nəticəsində qapaq qanadcıqları yeyilərək qısalır, sərtləşərək deformasiyaya uğrayır işemik mitral çatışmazlığı (bura daxildir postinfarkt) — ürək əzələlərinin qan təchizatının pozulması nəticəsində. Məməyəbənzər əzələlər tac damarların terminal şaxələri vasitəsilə qidalandığından xroniki ürəyin işemik xəstəliyi zamanı onda qan təchizatının pozulması nəticəsində baş verən dəyişiklər mitral çatışmazlığa gətirib çıxara bilir. nisbi mitral çatışmazlığı — sol mədəciyin böyüməsi və qapaq həlqəsinin genişlənmisi nəticəsində mitral prolaps sindromu zamanı mitral çatışmazlığı — Marfan sindromunun simptomu ola bilər. infeksion və ya qeyri-infeksion endokardit nəticəsində qapaqlar patoloji dəyişikliyə uğrayır İnkişafda olan ölkələrdə mitral qapaq qanadcıqlarının patoloji dəyişikləri (qapaq qanadcıqlarının yeyilməsi) revmatik mənşəli olur. İnkişaf etmiş ölkələrdə revmatizmə və revmatik mitral qüsuruna nadir rast gəlinir.
Mitralyoz
Mitralyoz (Fransızca: mitrailleuse), Fransızcada çoxlüləli silah mənasındadır. Fransızların düzəltmiş olduğu çoxlüləli mərmi atan toplara verilmiş olan bir addır. Fransızlar, xüsusilə bu silah ilə diqqət çəkdikləri üçün bu ad başqa ölkələrdə də istifadə edilmişdir. Fransızların çoxlüləli silahının fərqi, silahın arxasında fırladıla bilən bir qol ilə atəşin nəzarət altında saxlanılması idi. Hal-hazırda müasir fransızcada tam avtomatik pulemyot mənasında istifadə edilir. Buna oxşar silahlar Osmanlı İmperiyası tərəfindən ən azı 200 il əvvəl istifadə edilmişdir. Lakin onların fərqi fırlatma qolunun olmamasında idi.

Digər lüğətlərdə