Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kosistıy adası
Kosistıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəxi hissəsində, Oktyabr İnqilabı adasının şimalında yerləşir. Kosistıy adasından 2 km qərbdə Blijnıy adasında yerləşir. Bu iki ada arasında Ostyovnaya buxtası əmələ gəlir. Adada yerləşən Sapoq Dalnı burnundan 3,5 km boyunca Razdole buxtası yerləşir. Uzunsov formaya malikdir. Uzunluğu 2,1 km, eni 700 m təşkil edir. Adanın səthi hamardır. Adada göl və çay yoxdur.
Qrammatika nasisti
Qrammatika nasisti (ing. grammar Nazi) — qrammatika səhvlərinə son dərəcə pedant münasibət bəsləyən İnternet icmalarının ironik adı və internet memi. İcma üzvləri bəzən Nasist Almaniyasının bayrağına bənzəyən, stilizə edilmiş böyük "G" hərfi olan emblemlərdən istifadə edirlər. Gerbdə Rusiyada qadağan edilmiş nasist simvollarının imitasiya əlamətləri var ki, bu da bir neçə dəfə hüquq-mühafizə orqanlarının reaksiyasına səbəb olub. Rus dilçi Maksim Kronqauz qrammatika nasisti fenomeninin tərifini aşağıdakı kimi verir: Söz 1990-cı illərin əvvəllərində ingilis dilində feminasist, "gym Nazi" (trenajor nasisti), "stroller Nazi" (uşaq arabası nasisti), "breastfeeding Nazi" (süd verən nasist) kimi ifadələr arasında yaranıb. Хайдарова В. Граммар-наци // Краткий словарь интернет-языка. LitRes. 2015. 79–80. ISBN 9785457545281.
Mokvetsi Masisi
Mokvetsi Erik Kibetsve Masisi (ing. Mokgweetsi Eric Keabetswe Masisi; 21 iyul 1962, Moşupa[d], Cənub bölgəsi[d]) — Botsvana Respublikasının hazırkı Prezidenti. Mokvetsi Masisi Moşupadan uzun müddət millət vəkili və kabinet üzvü olan Edison Masisinin oğludur. Kiçik Masisi Qaboronedə yerləşən Tornhil İbtidai Məktəbi və Maru A Pula Məktəbində təhsil aldı. Qardaşı Tşelanq uzun illər Qərbi Fransistaundan millət vəkili seçilib, digər qardaşı isə hazırda pensiyaya çıxmış ordu generalıdır. Onun Fadi adlı bir bacısı var. Masisi məktəbdə futbol və tennis yarışlarında iştirak etdi, lakin aktyor olmağı özü üçün önəmli gördü. 1984-cü ildə Qaborone istehsalı olan "Ağla, sevimli Vətən" filminin baş rolunu canlandıraraq xalq sevgisi qazandı. Bir neçə Cənubi Afrika istehsalı olan filmində rol alıb. Masisi 1984-cü ildə Botsvana Universitetini ingilis dili və tarixi ixtisası üzrə bitirdikdən sonra orta məktəbdə sosial elmlər müəllimi oldu.