Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
MAU
Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə bir qrup ziyalı tərəfindən Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyət və demokratiyanın inkişafına töfhə məqsədilə yaradılmışdır. Universitetin kampusları Varşava və Budapeştdə yerləşir. Bu gün MAU – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin təsisçisi Corc Soros tərəfindən maliyyələşdirilən və 400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
Mau-Mau üsyanı
Mau-Mau üsyanı və ya Mau-Mau dirənişi - 1952-1960 illər arasında keniyalıların Britaniya müstəmləkəçilərinə qarşı azadlıq hərəkatı. Azadlıq mübarizəsində üsyançılar məğlub olsalar da, Britaniya müstəmləkəçiyinə böyük zərbə vurdu.
MAU BM
Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ing. Central European University Business School və ya qısaca CEU BS)- menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır. == Tarixi == MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi (BMM) adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub. Biznes Məktəb o vaxtdan (onun Beynəlxalq Menecment Mərkəzi (BMM) kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib: 1988-1995. BMM tələbələri təhsillərinin ilk illərini Budapeştdə başa vururdular və daha sonra Qərbi Avropada və Şimali Amerikada yerləşən partnyor məktəblərə keçərək orada təhsillərini bitirib MBA diplomlarını alırdılar. 1996-2001. BMM Klivlənddə (Ohayo) yerləşən Keyz Vestern Rezerv Universitetinin Vezerhed Menecment Məktəbinin françayzinqi kim fəaliyyət göstərib. 2002-indiyədək.
Rio Mau
Riu-Mau (liman. Rio Mau) — Portuqaliyada rayon (freqeziya). Porto dairəsinə daxil olur. Penafiel bələdiyyəsinin tərkib hissəsidir. Köhnə inzibati bölgü üzrə Doru-Litoral əyalətinə daxil olurdu. Şimal regionuna daxil olan Tameqanın iqtisadi-statistik subregionuna daxil olur, Əhalisi 1485 nəfərdir (2001). Sahəsi 5,64 km²-dır. == Tarixi == Rayon 1984-ci ildə qurulub.
Miu-Miu
Miu-Miu (fr. Miou-Miou əsl adı Silvet Erri - Sylvette Herry Silğvet Arri) (22 fevral 1950[…], XI arondisman (Paris)[d], Fransa) — tanınmış Fransa aktrisası. == Həyatı == Miu-Miu 22 fevral 1950-ci ildə anadan olub.
MAU Biznes Məktəbi
Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ing. Central European University Business School və ya qısaca CEU BS)- menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır. == Tarixi == MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi (BMM) adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub. Biznes Məktəb o vaxtdan (onun Beynəlxalq Menecment Mərkəzi (BMM) kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib: 1988-1995. BMM tələbələri təhsillərinin ilk illərini Budapeştdə başa vururdular və daha sonra Qərbi Avropada və Şimali Amerikada yerləşən partnyor məktəblərə keçərək orada təhsillərini bitirib MBA diplomlarını alırdılar. 1996-2001. BMM Klivlənddə (Ohayo) yerləşən Keyz Vestern Rezerv Universitetinin Vezerhed Menecment Məktəbinin françayzinqi kim fəaliyyət göstərib. 2002-indiyədək.
MAL
MyAnimeList (azərb. Mənim anime siyahım‎) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası. 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur.Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var. 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir. == Tarix == Qarret Qissler tərəfindən (istifadəçi adı Xinil) AnimeList adı ilə 2004-cü ildə şəxsi sayt kimi yaradılmışdır. O daha sonra Myspace sosial şəbəkəsindən ilhamlanaraq saytın adını MyAnimeList olaraq dəyişdirmiş və 2006-cı ildə saytın indiki domen adını əldə etmişdir. Qisslerin dediyinə görə sayt qurulanda cəmi 228 istifadəçisi var idi.Əvvəlcə saytda ancaq anime başlıqlarının məlumat bazası vardı. 2007-ci ildə Qissler manqa başlıqlarının da məlumat bazasına əldə edilməsini zəruri hesab etmiş və bir neçə ay sonra bu xüsusiyyət sayta əlavə edilmişdir. 2007-ci ilin fevralında personaj məlumat bazası da əlavə edilmişdir.
MAN
MAN — Alman avtomobil markası. == Tarixi == MAN avtomobil markası təməli 1908-ci ildə qoyulmuşdur. Onun yaranması 19-cu əsrlə 20-ci əsrin qovşağında Auqsburq və Nürnberq maşınqayırma müəssisələri birləşərək adlarını dəyişdikdən sonra baş vermişdir. Yeni ad, yəni MAN (Maschinen-fabrik Augsburg-Nurnberg) bu müəssisələrin ittifaqının rəmzi olmuşdur. Əslində konsernin tarixi bundan xeyli əvvəl 1758-ci ildə Rur vilayətində ilk ağır sənaye müəssisəsi olan St. Antony (Oberhauzen) metallurgiya zavodu istismara verildiyi vaxtdan başlanmışdır. 1915-ci ildən zavod yük avtomobilləri istehsalına başladı. Zavodun istehsal etdiyi ilk avtomaşınlar Avstiyanın Saurer firmasının lisenziyası ilə buraxılan, mühərriki benzinlə işləyən yük maşınları idi. Lakin tezliklə hər şey kökündən dəyişdi. Belə ki, məhz Auqsburq maşınqayırma zavodunda 1893–1897-ci illərdə Rudolf Dizel öz məşhur mühərrikini hazırladı.
MAR
Mərkəzi Afrika Respublikası (fr. République Centrafricaine) yerli dillərin birində (Ködörösêse tî Bêafrîka) — Mərkəzi Afrikada dövlət. 6 ölkə — Kamerun, Çad, Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Konqo Respublikası ilə həmsərhəddir. Dənizə çıxışı yoxdur. Paytaxtı Bangi şəhəridir. == Coğrafiyası == Ölkə dənizə yüksəkliyi 600 metr olan bir platonun üzərindədir. Xüsusilə ölkənin şimal bölgələrinin yerləşdiyi 216.000 km²-lik bir sahədə Çad hövzəsi içərisində yerləşir. Ölkənin şimal-şərq bölgəsində yerləşən Bongo sıradağlarında ən yüksək nöqtə 1.330 m olduğu halda, Kamerun sərhədinə yaxınlığında olan Yade sıradağlarıda ölkənin 1.420 m-lik ən yüksək nöqtəsi olaraqan Ngaoui Dağı var. Ən alçaq yeri isə 335 metr ilə Ubangi çayıdır. Ölkənin ümumilikdə sahib olduğu 5.203 km sərhədin 797 km-i Kamerun, 1.197 km-i Çad, 1.577 km-i Demokratik Konqo Respublikası, 467 km-i Konqo Respublikası, 483 km-i Sudan və 682 km-i isə Cənubi Sudan ilədir.
MMU
Milli Müdafiə Universiteti (Türkiyə)
Mae
Mae (fr. Mahé) — Seyşel arxipelaqına daxil olan ada. Hind okeanında yerləşən Seyşel adalatına məxsus adadır. == Coğrafiyası == Seyşel arxipelaqının ən böyük adasıdır. Adanın ölçüləri 25–8 km-dir. Ən hündür nöqtəsi 905 metrdir. Adanın sahəsi 155 km² təşkil edir. Adada 72 000 nəfər insan yaşayır ( 2009.), bu isə ölkə əhalisinin 80% təşkil edir. Adada ölkənin paytaxtı olan Viktoriya şəhəri yerləşir. Ticarət dəniz limanına və beynəlxalq hava limanına malikdir.
Maf
Maf — Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Gəncə-Qazax düzənliyində yerləşir. Əsli Maafdır. Ərəbcə maaf sözünün hərfi mənası “kənar edilmiş, çıxarılmış, azad” deməkdir. Maaf bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda mövcud olmuş kəndli kateqoriyası olmuşdur. Xanlıqlar dövründə ölkənin siyasi həyatında mühüm rol oynayan maaflar xanın hərbi dəstələrində xidmət etməli, xanlığın sərhəd rayonlarını basqınlardan qorumalı idilər. Bunun müqabilində onlar hər cür vergi və mükəlləfiyyətdən azad olurdular. Güman etmək olar ki, kənd vaxtilə maafların sərəncamında olduğu üçün belə adlandırılmışdır.
Mahu
Mahu — Gədəbəy və Şəmkir rayonları ərazisində çaydır. Şəmkir çayının sağ qoludur. Yerli əhali arasında Mahısuyu adlanır. Çay başlanğıcını Mahı dağından aldığına görə həmin dağın adını daşıyır. Dağın adı isə Mahı antroponimi ilə bağlıdır.
Maku
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. == Coğrafiyası == Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. == Tarixi == Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. == Təbiəti və abidələri == Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.
Maus
Siçan (ing. mouse) — kompüter cihazı. Siçan plastik qurğu olub kompüterlə istifadəçi arasında əlaqə yaratmaqla proqramların idarə olunmasında, mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində istifadə olunan giriş qurğusudur. Siçan qurğuları diyircəkli, optik və məsafədən idarə edən formalarda olur. Siçanın sol düyməsi əsas əmrləri, sag düyməsi isə seçilmiş obyekt üzərində əməliyyatlar aparmaq üçün xüsusi menyu açır. Siçanın göstəricisi ekranda standart qaydada “ox” simvolu ilə əks olunur. Hesablamada siçan səthə bağlı olan ikiölçülü hərəkəti müəyyən edən işarələmə qurğusudur. Bu hərəkət adətən qrafik istifadəçi biriminin yaxşı idarəsinə imkan verən, göstəricinin ekranda hərəkəti kimi ötürülür. Fiziki olaraq siçan əldə tutulan, bir və ya daha çox düyməsi olan qurğudan ibarətdir. Siçan həmçinin əlavə idarə və ölçülü girişi aktiv edən səthlər və "təkərlər" kimi başqa elementləri özündə saxlayır == Adlandırma == Kompüter işarə qurğusu kimi siçan termininin ən qədim bilinən nəşri Bill İngilisin 1965-ci il nəşri "Computer-Aided Display Control"dur.
Max
Max ədədi
May
May lat. Majus — Qriqorian təqviminin beşinci ayı . Adını qədim Roma tanrısı Mayyadan götürüb. 31 günü var. "May" sözü bəşəriyyətə Bizans İmperiyasından keçib. Maia yaz ilahəsi olan və yaşlı Romalı Faokugotnup və onun həyat yoldaşı Vulcanın qızı olduğu fərziyyə edilir. == Bayramlar == === Beynəlxalq === 1 may — Yaz və əmək bayramı 17 may — Beynəlxalq elektrorabitə günü 18 may — Beynəlxalq muzeylər günü 21 may — Beynəlxalq kosmos günü 31 may — Beynəlxalq tütünsüz həyat günü === Azərbaycan bayramları === 9 may — Qələbə Günü 28 may — Respublika günü.
10 may
10 may — Qriqorian təqvimində ilin 130-cu günü. (uzun ildə 131-ci) Bu tarixdə ilin sonuna 235 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 27 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1291 — Şotlandiya zadəganları kral seçilənə qədər İngiltərə kralı I Eduardın səlahiyyətlərini tanıyıblar. 1534 — Jak Kartye Nyufaundlenda səfər edib. === 1601–1900 === 1774 — XVI Lüdovik və Mariya Antuanetta Fransanın kralı və kraliçası olublar. 1824 — London Milli Qalereyası ictimaiyyətə açılıb. === 1901–cari === 1922 — ABŞ Kinqmen rifini ilhaq edib. 1940 — İkinci Dünya Müharibəsi: Almaniya bombardmanları səhvən Almaniyanın Frayburq şəhərini bombalayıblar. 1941 İkinci Dünya Müharibəsi: Londonda Böyük Britaniya İcmalar palatasına Lüftvaffe tərəfindən havadan zərbələr endirilmişdir.
11 may
11 may — Qriqorian təqvimində ilin 131-ci günü. (uzun ildə 132-ci) Bu tarixdə ilin sonuna 234 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 330 — Konstantinopol təqdis olunub. 1502 — Xristofor Kolumb dördüncü və son səyahətinə çıxıb. === 1601–1900 === 1858 — Minnesota ABŞ-nin 32-ci ştatı olub. === 1901–cari === 1949 — Braziliya milli futbol komandası Amerika Kubokunu qazanıb. 1997 — Şahmat oynayan superkompüter Deep Blue son oyununda Harri Kasparovu məğlub edərək dünya çempionu olan şahmatçını klassik matç formatında məğlub edən ilk kompüter oldu.2013 — Türkiyənin Reyhanlı şəhərində törədilən partlayışda 52 nəfər ölüb. === Azərbaycana aid hadisələr === 1974 — An-2 təyyarəsi Qax rayonunda qəzaya uğramışdır.
13 may
13 may — Qriqorian təqvimində ilin 133-cü günü. (uzun ildə 134-cü) Bu tarixdə ilin sonuna 232 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1989 — Böyük tələbə qrupları Tyananmen meydanına daxil olub, aclıq aksiyasına başlayırlar. 2020 — Lesoto və Madaqaskarda ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 2017 — 2017 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva "Skeletons" mahnısı ilə 14-cü yeri tutmuşdur.
14 may
14 may — Qriqorian təqvimində ilin 134-cü günü. (uzun ildə 135-ci) Bu tarixdə ilin sonuna 231 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 may tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1796 — Edvard Cenner təbii çiçək xəstəliyinin ilk peyvəndini həyata keçirib. 1900 — II Yay Olimpiya Oyunları Parisdə keçirilib. === 1901–cari === 1948 — İsrail müstəqil dövlət elan edilib və müvəqqəti hökumət qurulub. 1955 — Soyuq müharibə: Sovet İttifaqı daxil olmaqla, səkkiz kommunist bloku ölkəsi Varşava Müqaviləsi Təşkilatı adlı qarşılıqlı müdafiə müqaviləsi imzalayıb. 1970 — Andreas Baader Ulrike Maynhof, Qudrun Ensslin və başqaları tərəfindən həbsdən azad edildi. Bu Qırmızı Ordu Fraksiyasının formalaşmasında mühüm məqam oldu. 1973 — ABŞ-nin ilk kosmik stansiyası olan Skylab orbitə buraxılıb.
15 may
15 may — Qriqorian təqvimində ilin 135-ci günü. (uzun ildə 136-cı) Bu tarixdə ilin sonuna 230 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 may tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1905 — Las-Veqas şəhəri ABŞ-nin Nevada şəhərində yaradılmışdır. 1940 — Makdonald qardaşları ilk McDonald's restoranını açıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi Azərbaycan hakimiyyətinə qarşı uğurlu hərbi çevriliş edib. 2009 — Bakıda Bədii gimnastika üzrə 25-ci Avropa çempionatının açılışı olmuşdur. 2022 — 2022 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli "Fade to Black" mahnısı ilə 16-cı yeri tutmuşdur.
18 may
18 may — Qriqorian təqvimində ilin 138-ci günü. (uzun ildə 139-cu) Bu tarixdə ilin sonuna 227 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 may tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1804 — Fransa Senatı Napoleon Bonapartı Fransanın imperatoru elan edib. === 1901–cari === 2009 — Tamil İlamin Azadlıq Pələngləri Şri-Lanka hökuməti tərəfindən məğlub olaraq iki tərəf arasında təxminən 26 illik vətəndaş müharibəsinə son qoydu. 2020 — Kiribati və Mavrikidə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 Azərbaycan və Moldova arasında diplomatik əlaqələr qurulmuşdur. Qarabağ müharibəsi: Ermənistan Silahlı Qüvvələri Laçın rayonunu işğal edib. 2013 — 2013 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov "Hold Me" mahnısı ilə 2-ci yeri tutmuşdur. 2019 — 2019 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayev "Truth" mahnısı ilə 8-ci yeri tutmuşdur.
19 may
19 may — Qriqorian təqvimində ilin 139-cu günü. (uzun ildə 140-cı) Bu tarixdə ilin sonuna 226 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 may tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1900 — Böyük Britaniya Tonqa adasını ilhaq edib. === 1901–cari === 1919 — Mustafa Kamal Atatürk Samsunda enərək, Türkiyə İstiqlaliyyət müharibəsini başlatdı. 1968 — İran milli futbol komandası Asiya Kubokunu qazanıb. 1972 — İran milli futbol komandası Asiya Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 2007 — İsrafil Aşurlı Everest dağının zirvəsinə çıxan ilk azərbaycanlı olmuşdur. 2015 — Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın nəticəsində 15 nəfər həlak olmuş, 63 nəfər yaralnmışdır. 2019 — "Qəbələ" Azərbaycan Kubokunu qazanıb.
1 may
1 may — Qriqorian təqvimində ilin 121-ci günü. (uzun ildə 122-ci) Bu tarixdə ilin sonuna 244 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 18 aprel tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1840 — İlk rəsmi yapışqanlı poçt markası olan "Qara penni" Birləşmiş Krallıqda buraxılmışdır. === 1901–cari === 1931 — ABŞ-də Empayr Steyt Bildinqin açılışı olub. 1961 — Kubanın baş naziri Fidel Kastro Kubanı sosialist ölkəsi elan edir və seçkiləri ləğv edir. === Azərbaycana aid hadisələr === 1955 — Gəncə trolleybusu təsis edilib. 2016 — "Qarabağ" Azərbaycan Premyer Liqası çempionu olmuşdur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
Xəmsə əlyazması (М—156)
Xəmsə əlyazması М-156 — farsdilli epik ədəbiyyatın klassiklərindən biri olan Nizami Gəncəvinin poemalarının toplandığı tarixi əlyazma. Əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında "Xəmsə" poemalarından ikisinin ardıcıllığı pozulmuşdur. Belə ki, "Sirlər xəzinəsi"ndən (1b — 26b) sonra "Leyli və Məcnun" (128b — 77a), daha sonra isə "Xosrov və Şirin" (78b — 118a) gəlir.Əlyazmasında dördüncü poema olan "Yeddi gözəl", digər poemalardan daha əvvəl - XVI əsrin I yarısında yazılmışdır. Həmin poemanın mətni incə əl işi olan və qızıl suyu, açıq mavi və qara boyalarla işlənmiş nəbati naxışlarla bəzədilmiş ünvan səhifəsi ilə başlayır. Poemanın mətni noxud rəngli yüksək keyfiyyətli şərq kağızı üzərində dörd sütun şəklində kalliqrafik nəstəliq ilə yazılmış, səhifənin kənarı isə qızılı və mavi rəngli xətlərlə çərçivələnmiş, qızılı və qara çərçivələrə alınmışdır. Sütunlar iki incə qızılı xəttlə bir-birindən ayrılmışdır. Çərçivələr arasındakı boşluqlar qızıl suyu ilə çəkilmiş nəbati naxışlarla doldurulmuşdur. Səhifələrin bəzədilməsində də eyni formada, qızıl suyu ilə çəkilmiş nəbati naxışlardan istifadə olunmuşdur. Həmin poemaya Təbriz miniatür məktəbinə məxsus 27 miniatür (126b, 127b, 129а, 130а, 131а, 131b, 132b, 133b, 134b, 135а, 136b 137b, 138b, 139b, 140b, 142, 144а, 145а, 148а, 155b, 158b, 161b 165а, 167b, 169а, 170b, 171b) çəkilmişdir.
Xəmsə əlyazması (М—439)
Xəmsə əlyazması М-439 — Nizami Gəncəvi “Xəmsə”sinin iki poemasından ibrarət olan əlyazması nüsxəsi. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında “Xəmsə”yə daxil olan “Leyli və Məcnun” və “Yeddi gözəl” poemaları vardır. Əlyazmanın bir çox yerlərində tikmə zamanı düzülüşün pozulması müşahidə edilir. Mətnlər kalliqrafik nəstəliq ilə dörd sütun şəklində yazılmış və müxtəlif rəngli xətlərdən çərçivəyə alınmışdır. Əlyazmasının kağızı Orta Asiya mənşəlidir.Əlyazmasında Herat miniatür məktəbinə məxsus üç miniatür vardır. Əlyazma mətninin başlanğıcında rəngli divan vardır. Şərq mənşəli üzləməsi qəhvəyi rəngli dəridən hazırlanmış və romb formalı medalyonla bəzədilmişdir. Ölçüləri 14 × 24 sm olan 84 səhifəli əlyazması hicri 1110-cu ildə (1698/1699) hazırlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж.
Xəmsə əlyazması (М—500)
Xəmsə əlyazması М-500 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmanın siyahısı tam deyil və "İsgəndərnamə"nin "İqbalnamə" hissəsi yoxdur. Buna baxmayaraq, poemaların sıralanması ardıcıllığı ənənəvidir. Əlyazmasının səhifələrində dioqanal üzrə Əmir Xosrov Dəhləvinin "Xəmsə"si də yazılmışdır.Əlyazmasının mətni yüksək keyfiyyətli və krem rəngli parlaq şərq kağızı üzərində yaxşı keyfiyyətli nəstəliq xətti ilə iki sütun şəklində yazılmış və qızıl suyu ilə çəkilmiş iki xətlə çərçivəyə alınmışdır. Həmçinin səhifələrdəki yazı sütunları da oxşar iki sütunla bir-birindən ayrılmışdır. Başlıqlar isə qızıl suyu ilə süls xətti ilə yazılmışdır.Poemaların hər birinin başlanğıcında rəngarəng, çiçəkli bədii ünvan səhifəsi vardır. Ünvan səhifəsi qızıl suyu, lazur, kinovar və beyllərlə işlənmişdir. Əlyazmasının sonunda bir qəsidə də verilmişdir (699a−570b). Əlyazması müasir üzlənməyə malikdir.Paleoqrafik xüsusiyyətlərinə görə əlyazması XV əsrin I yarısına aid edilir.
МR 1
Makedoniya Radiosu 1 – qısa formada "MR 1", həmçinin "Skopye Radiosu" (mak. Skopye Radiosu) kimi də tatınır. Makedoniyanın ilk böyük radiostansiyası, 1944-cü ildən etibarən de-facto yayımlanır. == Tarixi == Makedoniyada ilk radioyayım 1944-cü ildə, eksperimental ötürücülərin quraşdırılmasından sonra başlayıb. Yuqoslaviya təslim olunduqdan sonra yayım dayandırılsa da, Alman əsirliyində olan Bolqar radiostansiyaları fəaliyyətə başladı. 1944-cü ilin avqustunda Makedoniyanın Milli Azadlıq Hərəkatına həsr olunmuş iclasında yazıçı Vlado Maleski gələcək Yuqoslaviya Respublikasında radiostansiya yaratmaq təklifini irəli sürdü. Bu səbəbdən Gorno-Vranovtsi kəndində canlı yayıma hazırlıq üçün texnik və jurnalistlər qrupu yiğılmışdı. Texniki avadanlıqlara Makedoniyada Yuqoslav Milli Azadlıq hərəkatı Ordusunun Baş Qərargahının zabiti Vasko Petkovski cavabdeh idi. 28 avqust 1944-cü ildə Makedoniyanın Milli Azadlıq Hərəkatına həsr olunmuş 2-ci Antifaşist konqresini yayımlayan "Skopye Radiosu" efirə buraxıldı. Yayım Amerikanın 20vatlı, SCR qısadalğalı ötürücüsü vasitəsilə həyata keçirildi.