Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Navate mağaza küçəsi
Navate mağaza küçəsi (縄手通り商店街, Navate Dori Şotenqay) – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən küçə. Qurbağa heykəlləri, qurbağa festivalı və qurbağalara həsr olunmuş məbədi səbəbi ilə Qurbağa küçəsi (かえる道, Kaeru miçi) kimi də tanınır. Metoba çayının sahilində yerləşən küçənin adı "nava no yoni naqay dote" (縄のように長い土手, azərb. "kəndir kimi uzun çay sahili"‎) sözlərinin qısaltmasından yaranmışdır. 2001-ci ildə küçədə yenidənqurma işləri aparılmışdır. Küçənin hekayəsinə görə Yapon Alp dağlarında yerləşən bu küçənin ərazisində Yaponiya üçün endemik qurbağa növü olan kacikaların böyük populyasiyası yaşayırdı. 1959-cu ildə baş verən tayfun mövsümü qeydə alınan ən pis tayfun mövsümlərindən biri olmuş, Yaponiyada bir çox yerdə daşqınlara səbəb olmuşdur. Bu daşqınlar nəticəsində Matsumoto şəhərinin yaxınlığında axan Metoba çayı daşmış, Navate və ətraf küçələri su basmışdır. Daşqından sonra kacika qurbağaları çayın yuxarı axınında yerləşən daha hündür yerə miqrasiya etmişdirlər. Yerli əhali daşqının fəsadlarını aradan qaldırsa da, qurbağalar bir daha qayıtmamışdır.