Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Andradit
Andradit (Portuqaliya mineraloqu J. B. di’Andra-i-Silvanın şərəfinə adlandırılmışdır) – qranatlar qrupuna aid geniş yayılmış mineral. Kimyəvi tərkibi Ca3Fe2(SiO4)3. Çox vaxt titan qarışıqlı olur. Kubik sinqoniyada kristallaşır. Süxurlarda möhtəvilər şəklində və dənəvər formasında rast gəlinir. Rəngi sarı, qonur, qonuru-qırmızı, qara və s. Yaşıl, yaxud qızılı-yaşıl növü (demantoid) qiymətli daşdır. Güclü şüşə parıltısına malikdir. Sərtliyi – 6,5–7, sıxlığı 3800–3900 kq/m³. Skarnlar üçün tipik mineraldır.