Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Naşatır
Nişadır — mineral, - NH4Cl. Nişadır - Kubik. Habitus tetraqon-trioktaedrik. Ayrılması qeyri-mükəmməl. Aqreqat: dendritlər, qabıqcıqlar, stalaktitlər, lifli, torpaqvari, ovuntu. Rəngi rəngsiz, ağ, qonur. Sərtliyi 1,5-2. Xüsusi çəkisi 1,53. Olduğca plastik. Suda həll olur.
Natalie Hermann
Natalie Hermann (27 avqust 1999, Bremen) — Almaniyanı təmsil edən bədii gimnast. Natalie Hermann, 2016-cı ildə Almaniyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Natalie Hermann 2016-cı ildə Almaniya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Xmelnitska, Daniela Potapova, Yuliya Staviçkaya və Sina Tkaltşeviş ilə birgə təsnifat mərhələsində 32.400 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Natalie McQiffert
Natalie McQiffert (d. 14 mart 1997) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Natalie McQiffert, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. McQiffert həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. Natalie McQiffert 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Alisa Kano, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Tajarie Arturton
Najavə (Sərdəşt)
Najavə (fars. نژاوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (4 ailə).
Natalie Mc Qiffert
Natalie McQiffert (d. 14 mart 1997) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Natalie McQiffert, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. McQiffert həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. Natalie McQiffert 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Alisa Kano, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Navate mağaza küçəsi
Navate mağaza küçəsi (縄手通り商店街, Navate Dori Şotenqay) – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən küçə. Qurbağa heykəlləri, qurbağa festivalı və qurbağalara həsr olunmuş məbədi səbəbi ilə Qurbağa küçəsi (かえる道, Kaeru miçi) kimi də tanınır. Metoba çayının sahilində yerləşən küçənin adı "nava no yoni naqay dote" (縄のように長い土手, azərb. "kəndir kimi uzun çay sahili"‎) sözlərinin qısaltmasından yaranmışdır. 2001-ci ildə küçədə yenidənqurma işləri aparılmışdır. Küçənin hekayəsinə görə Yapon Alp dağlarında yerləşən bu küçənin ərazisində Yaponiya üçün endemik qurbağa növü olan kacikaların böyük populyasiyası yaşayırdı. 1959-cu ildə baş verən tayfun mövsümü qeydə alınan ən pis tayfun mövsümlərindən biri olmuş, Yaponiyada bir çox yerdə daşqınlara səbəb olmuşdur. Bu daşqınlar nəticəsində Matsumoto şəhərinin yaxınlığında axan Metoba çayı daşmış, Navate və ətraf küçələri su basmışdır. Daşqından sonra kacika qurbağaları çayın yuxarı axınında yerləşən daha hündür yerə miqrasiya etmişdirlər. Yerli əhali daşqının fəsadlarını aradan qaldırsa da, qurbağalar bir daha qayıtmamışdır.