Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atsuşi Nakacima
Atsuşi Nakacima (中島敦, 5 may 1909 – 4 dekabr 1942) – Yaponiya yazıçısı. == Həyatı == Atsuşi Nakacima Yaponiyanın paytaxtı Tokio şəhərində 5 may 1909-cu ildə anadan olmuşdur. Atası klassik Çin dilində ixtisaslaşmış mütəxəssis idi və həvəsini oğluna da ötürmüşdü. Nakacima uzaq tarixdə baş verən poetik qısa hekayələrə görə tanınır. Nakacima 1941-ci ildə yapon dili müəllimi kimi Palauya göndərilmiş, lakin şiddətli bronxial astmadan əziyyət çəkdiyi üçün 1942-ci ildə Yaponiyaya dönmüşdür. 4 dekabr 1942-ci ildə pnevmoniyadan vəfat etmişdir. Əsas əsərləri Robert Stevensonun həyatından bəhs edən "İşıq, külək və arzular" romanı və Mikroneziya haqqında mübahisəli qısa hekayələrdir. Qısa hekayələrindən ibarət olan "Dağlar üzərində ay" əsəri Pol Makkarti və Nobuko Oçner tərəfindən ingilis dilinə tərcümə edilmişdir.
Emi Nakacima
Emi Nakacima (d. 27 sentyabr 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 65 oyun keçirib, 13 qol vurub.
Çikuhey Nakacima
Çikuhey Nakacima (中島 知久平, Nakacima Çikuhey, 1 yanvar 1884, Nitta[d], Qunma prefekturası – 29 oktyabr 1949 və ya 10 oktyabr 1949, Mitaka) – Yaponiya mühəndisi və siyasətçisi. Yaponiyada aviasiya sənayesinin qabaqcılı olmuşdur. Çikuhey Nakacima 1884-cü ildə Yaponiyanın Qunma prefekturasında doğulmuş, Donanma Mühəndislik Məktəbindən məzun olmuş, Avropa və ABŞ-də təhsil almışdır. O, donanmada xidmət edərkən təyyarələrin donanma üçün potensialını dərk etmiş və 1917-ci ildə donanmanı tərk edərək Təyyarə Tədqiqat İnstitutunu yaratmışdır. Bu institut daha sonra "Nakajima Aircraft" şirkətinə çevrilərək Nakajima Model 5 kimi bir çox hərbi təyyarə və mühərrik istehsal etmişdir. Nakacima 1930-cu ildə Yaponiya parlamentinin Nümayəndələr Palatasına seçilmiş və 1939-cu ildə Riken Seyyukay partiyasının liderlərindən biri olmuşdur. 1937–39-cu illərdə dəmiryolu naziri, 1945-ci ildə ticarət və sənaye naziri olmuşdur. İkinci dünya müharibəsindən sonra – 1950-ci ildə "Nakajima Aircraft" şirkəti 12 müstəqil şirkətə bölünmüşdür. Bu şirkətlərdən beşi birləşərək "Subaru" avtomobil şirkətinin əsasını qoymuşdur. The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II).
Şoya Nakacima
'Shōya Nakajima' (中島 翔哉, Nakajima Shōya, 23 avqust 1994) Şoya Nakacima — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 13 oyun keçirib, 4 qol vurub.