Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlona Çakova
İlona Çakova (çex. Ilona Csáková, 1 oktyabr 1970-ci ildə Heb) — 1998-ci ildə 10 solo albom çıxararaq və Çexiya Respublikasının ən çox albom satan pop-müğənnisi oldu. Česko hledá SuperStar musiqi şousunda münsiflər heyətinin üzvüdür. Xebe şəhərində anadan olmuşdur. Atası macar, anası isə rumındır. Hələ uşaq olarkən «Kəpənəklər» musiqi ansamblında ifa edirdi. Gitarada ifaçılığı belə oyrənmişdir. Səhnədə ilk debutunu 1985-ci ildə «Alotriop» qızlar qrupunda etmişdir. 1980-ci illərdə məktəb imtahanlarını verir və «Laura A Její Tygři» qrupuna daxil olur. Bu qrup Bolqarıstan, Almaniya və Fransaya qastrol səfərləri təşkil etmişdir.
Mova nanova
Mova nanova (belar. Мова Нанова, hərfi tərcüməsi – "Yenidən dil") — 13 yanvar 2014-cü ildən Belarusun paytaxtı Minskdə keçirilən belarusca kurs. Bu qeyri-kommersiya QHT Belarusun rus dili ilə yanaşı iki rəsmi dilindən biri olan belarus dilinin gündəlik istifadəsini genişləndirmək məqsədi daşıyan mədəni və linqvistik təşəbbüsdür. Dərslər "Ў" müasir incəsənət qalereyasında keçirilir. Təşəbbüs populyarlıq qazanmış və yerli səviyyədə digər regionlardakı şəhərlər tərəfindən bəyənilmişdir. İndiki dövrdə bu kurslar Baranoviçi, Qrodno, Bobruysk, Nesvij, Brest, Molodeçno, Mogilyov, Vitebsk və Qomel şəhərlərində də fəaliyyət göstərir. Müəssisə Belarusdan kənarda da genişlənmişdir və Krakovda filial qrupu var. 23 iyul 2021-ci ildə "Mova nanova" Minsk rayon icraiyyə komitəsi tərəfindən məcburi şəkildə ləğv edilmişdir. Ləğvetmə üçün formal səbəb olaraq təşəbbüsün vebsaytında Belarusda rəsmi qeyduyyatda olmayan "BelSat" telekanalının loqotipinin istifadə edilməsi göstərilmişdir. "Mova nanova" dil kursları fəaliyyətə ilk növbədə Minskdə başlaymışdır.
Violeta Yakova
Violeta Yakova (bolq. Виолета Якова; 2 iyun 1923 – 18 iyun 1944) — partizan və Bolqarıstan Kommunist Partiyasının üzvü. Partizan kimi kod adı "İvanka" olan Yakova Bolqarıstan Polisinin rəisi Atanas Pantevin və general-leytenant Xristo Lukovun qətli də daxil olmaqla əməliyyatda olan bir neçə alman və bolqar hərbi zabitinin qətlində iştirak edib. O, Bolqarıstan hökumətinin polisi tərəfindən həbs edilmiş və 1944-cü ilin iyununda Radomir şəhərində polislə toqquşma zamanı yaralandıqdan sonra Bolqarıstan hökuməti tərəfindən dövlətə xəyanətə görə edam edilmişdir. Violeta Yosifovna Yakova Bolqarıstanın Dupnitsa şəhərində, səfərad yəhudisi ailəsində anadan olub. Onun atası, kiçik bir tacir olan Yosef Yakov o dünyaya gəlməzdən əvvəl ölüb. Birinci Dünya müharibəsindən sonra Bolqarıstanda yaranmış ağır iqtisadi vəziyyət bir çox yəhudi ailəsinin nisbətən kiçik şəhərlərdən daha böyük əhali mərkəzlərinə köç etməsinə səbəb olmuş və bu şəraitdə onun ailəsi də paytaxt Sofiyaya köçmüşdür. Violeta tikiş tikməyi öyrənmiş və dərzi şagirdi kimi işə götürülmüşdür. 1930-cu illərin sonlarında və İkinci Dünya müharibəsi zamanı faşizmin və antisemitizmin yüksəlişi ilə birlikdə Bolqarıstan rejiminin də Berlin-Roma-Tokio xətti ilə tərəfdaşlığı bir çox gənc bolqar yəhudisi üçün sol və antifaşist təşkilatlara bağlılığı artırmışdı. Yakova da 1939-cu ildə Bolqarıstan Kommunist Partiyasının gənclər təşkilatına qoşulmuşdu.