Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fakolit
Fakolit — linzavari, kökü olmayan və çox vaxt antiklinal, nadir hallarda sinklinal strukturaların şarnir hissəsində yerləşən kiçik intruziv massiv. Az həcmli maqmanın yuxarı qalxaraq qırışıqlıq prosesində iştiraki nəticəsində yaranır. Əsasən ultraəsasi (alp tipli) ofiolit intruzivlərinə xasdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Niklot
Niklot — Obodritlərin tayfa başçısı. Meklenburq sülaləsinin banisi.
Aleksandar Nikolov
Aleksandar Nikolov (18 iyun 1992) — Bolqarıstanlı üzgüçü. Aleksandar Nikolov Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etmişdir. == Karyerası == Aleksandar Nikolov birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.08 saniyəlik nəticəsi ilə 41-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Asen Nikolov
Asen Nikolov (bolq. Асен Николов 5 avqust 1976, Plovdiv) — Bolqarıstan futbolçusu. == Həyatı == Asen Nikolov 5 avqust 1976-cı ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Maritsa Plovdiv, Levski Sofiya, Slaviya Sofiya, Turan Tovuz, Partizan, Bakı, Qəbələ. 2009-cu ildən Slaviya Sofiyada çıxış edir. == Uğurları == Üçqat Bolqarıstan çempionu (Levski Sofiya — 2001, 2002, 2003) Bolqarıstan kubokunun ikiqat qalibi (Levski Sofiya — 2002, 2003) Azərbaycanın ən yaxşı futbolçusu (Turan Tovuz — 2005).
Daniel Nikolov
Daniel Laçezarov Nikolov (26 avqust 1998-ci ildə anadan olub) — Bolqarıstanı təmsil edən kişi badmintonçu.
Nikoloz Barataşvili
Nikoloz Melitonoviç Barataşvili (gürc. ნიკოლოზ მელიტონის ძე ბართაშვილი; 27 dekabr, 1817, Tiflis −21 oktyabr, 1845, Gəncə) — gürcü şairi. Nikoloz Barataşvili 27 dekabr 1817-ci ildə Tiflisdə anadan olmuşdu. Anası adlı-sanlı gürcü knyazı Zurab Orbelianinin qızı idi. Dayısı Qriqol Orbeliani də gürcü romantik ədəbiyyatının əsas simalarındandır. Maraq üçün deyək ki, Q. Orbeliani də 1829-cu ildə bir müddət Naxçıvanda ezamiyyətdə olmuşdur. Nikoloz rus, fransız və alman dillərini təhsil aldığı pansionda əla öyrənmişdi. Ən çox sevdiyi müəllimi Solomon Dodaşvili Gürcüstanın tanınmış maarifçilərindən idi. Sankt-Peterburq Universitetini bitirmiş Solomon 1832-ci ildə yaradılmış gizli cəmiyyətin üzvü idi. O da istəyirdi ki, Gürcüstan azad, müstəqil ölkə olsun.
Nikoloz Lekişvili
Nikoloz "Niko" Lekişvili (gürc. ნიკოლოზ [ნიკო] ლეკიშვილი; 20 aprel 1947, Tbilisi) — gürcü siyasətçi, keçmiş dövlət naziri (Gürcüstan) və Tbilisi meri, Gürcüstan parlamentinin üzvüdür. Lekişvili 20 aprel 1947-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olub. 1971-ci ildə Gürcüstan Politexnik İnstitutunu İstilik və Enerji Mühəndisliyi (Yüksək Temperatur Fiziki) ixtisasını bitirib. 1971-ci ildən 1972-ci ilə qədər Yüksək Temperatur Fizikası falültəsində elmi işçi və böyük elmi işçi kimi eyni institutda işləməyə başlamışdır. 1972–1973-cü illərdə Tbilisi şəhər komsomol komitəsinin təlimatçısı olmuşdur. 1973–1974-cü illərdə Tiflisdə Pervomayski rayon komsomol komitəsinin katibi, daha sonra birinci katibi olmuşdur. 1974-cü ildən 1977-ci ilə qədər Tbilisi Şəhər Komsomol Komitəsinin katibi və birinci katibi vəzifələrində çalışmışdır. 1977-ci ildən 1990-cı ilə qədər Gürcüstan Kommunist Partiyası və Sovet hökumət orqanlarında rəhbər vəzifələr tutmuş, Pervomayski Rayon Partiya Komitəsinin ikinci və birinci katibi, daha sonra 1977–1989-cu illərdə rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1989-cu ildən 1990-cı ilədək Partiya Komitəsinin ikinci və birinci katibi vəzifəsini tutmuşdur.
Uxt-Navolok
Uxt-Navolok burnu (rus. Ухт-Наволок) — Rusiya, Arxangelsk vilayəti, Primorsk rayonu, Petrominsk kənd sovetliyinə daxildir. Oneqa yarımadasıənın şimalında, Qorbolukski burnundan isə 4.5 km qərb-cənub-qərb istiqamətində yerləşir. Oneqa və Letnı sahilləri arasında yerləşir. Uxt-Navolok burnunda dağlar sahilə yaxın ərazidə yerləşir. Cənuba doğru isə sahildən uzaqdadırlar. Uxt-Navolok burnu ilə Letnaya Zolotisa körfəzi arasındakı sahil sıldırımlıdır. Burunun sonucunda qum və daşdan təşkil olunmuş dil vardır. Burundan cənubda hündürlüyü 50 m olan dairəvi təpə mövcuddur. Uxt-Navolok burnundan 2,5 mil şimal-qərbdən şimalda Jijqinski adası yerləşir.