Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Naxodka
Naxodka — Rusiyanın Primorsk diyarında şəhər.
Naotaka Nobori
Şomu Nobori (昇 曙夢, Nobori Şomu, 17 iyul 1878, Oşima adası, Ryukyu adaları – 22 noyabr 1958, Tokio[d]) və ya doğum adı ilə Naotaka Nobori (昇 直隆, Nobori Naotaka) – Yaponiya tərcüməçisi və pedaqoqu. O, rus dilinin mütəxəssisi olmuş və rus ədəbiyyatının bir çox əsərini yapon dilinə tərcümə etmişdir. Nobori 1878-ci ildə Kaqoşima prefekturasının Amami Oşima adasında doğulmuşdur. Yaponiyalı Nikolay tərəfindən açılmış ilahiyyat seminariyasında rus dilini öyrənmişdir. 1903-cü ildə Yunan Ortodoks Seminariyasından məzun olmuş və burada təlimçi kimi işləməyə başlamışdır. Daha sonra Hərbi Akademiyada rus dili üzrə professor olmuşdur. Vaseda və Nihon universitetlərində də müəllimlik etmişdir. Fyodr Dostoyevski, Lev Tolstoy, Aleksandr Kuprin, Leonid Andreyev və Fyodr Soloqub kimi bir çox rus ədibinin əsərlərini yapon dilinə tərcümə etmişdir. Mixail Artsibaşevin "Sanin" romanını, eləcə də, "Qorxu" və "Gecə" hekayələrini yapon dilinə qazandırmışdır. Nobori Rusiya ilə əlaqələr üzrə Yaponiya kabinetinin xüsusi məsləhətçisi olmuşdur.
Kluj-Napoka
Kluj-Napoka (rum. Cluj-Napoca), 1974-ci ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar (mac. Kolozsvár) və Klauzenburq (alm. Klausenburg‎) adlandırılmışdır — Rumıniyanın şimal-qərbində şəhər, Kluj judetsinin inzibati mərkəzi. Bu, paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəridir. == Əhalisi == 2011-ci ildə keçirilən əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 309,1 min nəfərdir. Milli tərkibi: rumınlar — 247,548 nəfər (80,07 %); macarlar — 49,375 nəfər (15,97 %); qaraçılar — 3274 nəfər (1,05 %); almanlar — 520 nəfər (0,16 %); yəhudilər — 152 nəfər (0,05 %); ukraynalılar — 130 nəfər (0,04 %).
Naxodka buxtası (Kara dənizi)
Naxodka — Ob estuarisinin qərb hissəsində, Yamal yarımadasının sahilində yerləşir. Materikin daxilinə 9 km məsafədə uzanır. Dayazlığı ilə seçilir. Qabarma zamanı suyunun səviyyəsi 2-3 metr qalxır. Buxta kapitan Serqeevin rəhbərliyi altında 1897-cu ildə tətqiq edilmişdir. Bundan sonra isə Sibir ilə İngiltərə arasında dəniz naviqasiyası təşkil edilmişdir. Hazırda sahilində Buxta-Naxodka qəsəbəsi yerləşir.
Luan Namta Muzeyi
Luan Namta Muzeyi — Louan Namta Əyaləti Muzeyi kimi də tanınan, Laosun Luan Namta şəhərində yerləşən muzeydir. Daha çox antropoloji muzey kimi tanınan muzeydə yerli əhali ilə bağlı və etnik geyimlə bağlı çoxlu əşya toplanmışdır. Xamu bürünc təbillər, toxuculuq, keramika, əmək alətləri, məişət əşyaları, əl silahları və Buddizm ilə əlaqəli əşyalar muzeydə sərgilənir.
Herero və Namaka qətliamı
Herero və Namaka qətliamı ya genosidi — 1904-cü ildə Herero və Namakalılara qarşı Almaniyanın törətdiyi qətliam. 1904-1905-ci illərdə Kayzer Almaniyasının müstəmləkə ordusu tərəfindən Almaniyanın Cənub-qərbi Afrika müstəmləkəsində 65000 (80%) Herero və 10000 (50%) Namakalı qəddarcasına məhv edilmişdir. 1985-ci il də BMT məruzəsində bu qətliam nasistlərin törətmiş olduqları yəhudi qətliamına oxşar genosid aktı kimi qiymətləndirilmişdir. 2004-cü ildə Almaniya Namibiyada törətdiyi genosidi tanımağa məcbur olmuşdur. 1884 cö ildə Britaniya Namibiyadan geri çəkildikdən sonra, Almaniya ərazini öz protektoratına götürdükdən sonra, yerli əhalini qul kimi istismar edərək, bütün resursları xüsusilə almaz yataqlarını öz əlinə keçirmişdir. Bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilmişdi. Bu qətliama da bütün dünya susmuşdur. == Mənbə == Tarixin qəssabları kimlərdir?
Herero və Namaka soyqırımı