Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Noraşenik
Noraşenik — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Xalac çayının sol sahilində yerləşir. Toponim türk dilində «sıldırım qayalıq, dərin dərə, uçurum» mənasında işlənən nori sözünün fonetik forması olan nora sözü ilə türk dilində «kənd, yaşayış yeri, yaşayış məntəqəsi» mənasında işlənən şenik (əsli «şenlik»dir) sözünün qoşulması yolu ilə əmələ gəlmişdir. Şenik (şenlik) sözü Azərbaycan aşığı Aşıq Şenlik şəxs adında özünü qoruyub saxlamışdır. Noraşenik relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 8 nəfər, 1873 - cü ildə 55 nəfər, 1886-cı ildə 60 nəfər, 1897-ci ildə 179 nəfər azərbaycanlı yaşamışdır. 1905-1906-cı illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olumuşdur. İndi burada yalnız ermənilər yaşayır.