Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nazaret
Nazaret (ivr. ‏נָצְרַת‏‎, Nasaret və ya Nasrat; ərəb. الناصرة‎, ən-Nasıra) — İsraildə tarixi şəhər. Bibliya, Əhdi-Cədidə görə İsa məhz burada doğulmuşdur.
Nature
Nature (azərb. təbiət‎) — Britaniyada çap olunan, çağdaş dəqiq elmlərin bir çox sahəsini əhatə edən elmi jurnal. Science jurnalı ilə birlikdə dünyanın ən önəmli və vurucu elmi nəticələrinin nəşr edildiyi bir neçə jurnaldan biri sayılır. Çağdaş elmin bir çox böyük inqilabi elmi kəşf və araşdırmaları ilk dəfə Nature jurnalında dərc olunmuşdur: Watson və Crick tərəfindən 1953-də DNT quruluşunun kəşfi J. D. Watson and F. H. C. Crick (1953). "Molecular structure of Nucleic Acids: A structure for deoxyribose nucleic acid". Nature. 171 (4356): 737–738. İnsan DNT ardıcıllığının ilk dəfə çıxarılması - International Human Genome Sequencing Consortium (2001). "Initial sequencing and analysis of the human genome" İlk dəfə bir protein (miyoqlobin) strukturunun fəza quruluşunun çıxarılması - J. C. Kendrew, G. Bodo, H. M. Dintzis, R. G. Parrish, H. Wyckoff and D. C. Phillips (1958). "A three-dimensional model of the myoglobin molecule obtained by X-ray analysis".
Atsuşi Natori
Atsuşi Natori (d. 12 noyabr 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Human Nature
Human Nature — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Takeşi Natori
Takeşi Natori — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib, 1 qol vurub.
Nazaret Gürcü yazıları
Nazaret Gürcü yazıları — 1955–1960-cı illərdə, arxeoloq Belarmino Baqatinin rəhbərlik etdiyi arxeoloji qazıntılar nəticəsində, Nazaretdə tapılan divar yazıları. Yazılar Nazaret şəhərinin kilsəsi altında yerlaşən köhnə kilsənin qalıntılarında tapılıb. Arxeoloji üsulla təsdiqlənmişdir ki yazılar 427-ci ildən gec olmayaraq yazılmışdır, çünki 427-ci ildə çıxarılan fərman ilə köhnə kilsənin döşəmə rəsmində istifadə edilən xaçlar sonradan qadağan edilmişdir. Tarixi mənbələrə görə, Gürcü yazıları Nazaret Kilsəsində 330–427 illər ərzində yazıla bilərdi. Nazaret kilsəsinin Gürcü yazıları Zaza Aleksidze tərəfindən araşdırılmışdır. Bu gün Nazaret kilsəsinin yazıları divardan çıxarılmış və dünyanın müxtəlif muzeylərində saxlanılır. Gürcüstanın ənənəvi mədəniyyətinin tarixi, Tbilisi, 2017. Z. Aleksidze, "Luvr, Sina dağı, Nazaret: Epiqrafik Etud", Tbilisi, 2000. B. Bagatti, Excavations in Nazareth.
European Nature Information System
Avropa ətraf mühit agentliyi (ing. European Environment Agency; qısaca: EEA) - ətraf mühit haqqında müstəqil məlumat verən Avropa İttifaqının (Aİ) agentliyidir. == Tərifi == Avropa Ətraf Mühit Agentliyi (EEA) ətraf mühit haqqında müstəqil məlumat verən Avropa İttifaqının (Aİ) agentliyidir. Onun məqsədi ekoloji siyasətin işlənib hazırlanmasında, həyata keçirilməsində və qiymətləndirilməsində iştirak edənlərə kömək etmək və geniş ictimaiyyəti məlumatlandırmaqdır. == Üzv ölkələr == Təşkilata əsasən Avropa İttifaqına üzv dövlətlər üzvdürlər; lakin digər dövlətlər də onlarla Aİ arasında bağlanmış müqavilələr vasitəsilə onun üzvü ola bilərlər. O, üzvlüyünü 13 namizəd ölkəyə açan ilk Aİ orqanı olmuşdur (2004-cü ildən əvvəlki genişlənmə dövründə). EEA-ya 32 üzv və altı əməkdaşlıq edən ölkə daxildir. Üzvlər İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə və Türkiyə ilə birlikdə Avropa İttifaqının 27 üzvüdür. 2020-ci ildəki Brexitdən bəri Böyük Britaniya artıq Aİ-nin üzvü deyil və buna görə də EEA-nın üzvü deyil. Altı Qərbi Balkan ölkəsi əməkdaşlıq edən ölkələrdir: Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya, həmçinin BMT Təhlükəsizlik Şurasının 1244/99 saylı qətnaməsinə əsasən Kosovo.
Nazaret və Sinayda gürcü dilində yazılar
Nazaret Gürcü yazıları — 1955–1960-cı illərdə, arxeoloq Belarmino Baqatinin rəhbərlik etdiyi arxeoloji qazıntılar nəticəsində, Nazaretdə tapılan divar yazıları. Yazılar Nazaret şəhərinin kilsəsi altında yerlaşən köhnə kilsənin qalıntılarında tapılıb. Arxeoloji üsulla təsdiqlənmişdir ki yazılar 427-ci ildən gec olmayaraq yazılmışdır, çünki 427-ci ildə çıxarılan fərman ilə köhnə kilsənin döşəmə rəsmində istifadə edilən xaçlar sonradan qadağan edilmişdir. Tarixi mənbələrə görə, Gürcü yazıları Nazaret Kilsəsində 330–427 illər ərzində yazıla bilərdi. Nazaret kilsəsinin Gürcü yazıları Zaza Aleksidze tərəfindən araşdırılmışdır. Bu gün Nazaret kilsəsinin yazıları divardan çıxarılmış və dünyanın müxtəlif muzeylərində saxlanılır. Gürcüstanın ənənəvi mədəniyyətinin tarixi, Tbilisi, 2017. Z. Aleksidze, "Luvr, Sina dağı, Nazaret: Epiqrafik Etud", Tbilisi, 2000. B. Bagatti, Excavations in Nazareth.
International Union for Conservation of Nature
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir. 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi.