Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sasunik
Sasunik - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.
Nashik
İlya Çaşnik
İlya Qriqoreviç Çaşnik (1902–1929) — rus rəssamı. İlya Çaşnik 1902-ci ildə Rusiya İmperiyasında, Lucynda (hazırda Ludza, Latviya) yəhudi ailəsində anadan olub. İlya Çaşnik səkkiz qardaş və bacıları arasında ən kiçik olan idi və son uşağın doğulmasından sonra ailə Vitebskə köçdü. O, 1919-cu ildə Vitebsk İncəsənət Məktəbində oxudu. Onun müəllimləri arasında Mark Şaqal, Kazimir Maleviç və El Lisiçkiy var idi. 1920-ci ildə "UNOVİS" ("Утвердители нового искусства") rəssamlar qrupuna üzv oldu. 1919–1922-ci ildə Vitebsk və Smolenskdəki Oktyabr İnqilabının ildönümündə şəhərin dizayn işlərinə qatıldı. 1921–1922-ci ildə Moskvada keçirilən sərgilərdə iştirak etdi. 1922-ci ildə o, İnstitutu bitirib və Petroqrada getdi. 1922–1923-cü illərdə dizayn, reklam və afişa işləri yaratmağa başladı.
Nowy Casnik
Nowy Casnik (a.sorb Новая газета; alm. Deutsche Sprache‎) — Aşağı sorb və Alman dillərində nəşr olunan həftəlik qəzet. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. Nowy Casnik qəzeti katolik keşiş Mata Novekin təşəbbüsü ilə 5 iyul 1848-ci ildə ilk nömrəsi çapdan çıxmış aşağı sorb dilində olan " Bramborski Serbski Casnik" jurnalının varisidir. 1852-ci ildən Kito Panka qəzetin redaktoru idi. 1863-cü ildə Kito Şvjela baş redaktor oldu. 1880-ci ildə nəşr Bramborske Nowiny adlandırıldı. 1885-1915-ci illərdə nəşr "Bramborske Casnik" adı ilə nəşr edilmişdir. Kito Şvela 1915-ci ilə qədər qəzetin baş redaktoru olub. 1880-1883-cü illərdə qəzetin həmredaktoru Aşağı sorb şairi Mato Kosyk idi.