Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nekrasov
Nekrasov (pyes)
Marina Nekrasova
Marina Nekrasova (19 aprel 1995, Voronej) — Rusiyanı və Azərbaycanı təmsil edən idman gimnastı. == Karyerası == Marina Nekrasova 1998-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Olqa Barlalavadır. Rusiyada ciddi rəqabətə görə Marina Nekrasova yığmanın əsas heyətində yer almağı bacarmırdı və buna görə də Dünya və Avropa Çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə çıxış edə bilmirdi. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) Marina Nekrasovanı Azərbaycan yığmasının heyətinə cəlb elədi. Həmin ildə Marina Nekrasova Azərbaycan Çempionatının qalibi oldu. Marina Nekrasova 2015 və 2019-cu illərdə Azərbaycanı Avropa Oyunlarında təmsil elədi. 2016-cı ildə AGF Trophy beynəlxalq turnirinin bürünc medalına sahib olan Marina Nekrasova 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. 2019-cu ilin iyulunda İtaliyanın Neapol şəhərində Universiada Oyunlarının qalibi olan Marina Nekrasova daha sonra Almaniyanın Ştutqart şəhərində baş tutan Dünya Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Marina Nekrasova 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.
Nekrasov (pyes)
Nekrasov — Jan Pol Sartr tərfindən qələmə alınmış səkkiz şəkildən ibarət pyesdir. Əsər 1955-ci ildə SSRİ ilə Qərb arasında Soyuq müharibənin qızışdığı dövrdə yazılıb. Pyesdə adları çəkilən Adenauer, Makkarti, Molotov, Dalles, Franko ("Madriddəki general") həmin soyuq müharibə dövrünün məşhur tarixi simalarıdılar. Yazıçı əsəri ilə Qərbin mediasının Rusiyaya qarşı qara piar aparmasını tənqid edir . İkinci Dünya Müharibəsindən sonra iki keçmiş müttəfiq güc arasındakı bu söz savaşlarına Rusiya yazıçılarından fərqli olaraq Qərblilər öz fikirlərini bildirə bilirdilər. İki bomj intihar etmək istəyən kişini ölümdən qurtarır, bu dəfə də onun polis tərəfindən axtarıldığı aydınlaşır. Polisdən qaçmaq üçün bir evə soxulan Georges Valera peşəcə jurnalist olan ev sahibi tərəfindən aşkarlanır. İşdən qovulmamaq üçün anti-kommunist xəbər tapmalı olan jurnalistin ağlına Georgesi Rusiya Daxili İşlər Naziri kimi tanıtmaq qərarına gəlir və əsas hadisələr də bundan sonra baş verir. Əsəri Azərbaycan dilinə Elçin tərcümə edib.
Nikolay Nekrasov
Nikolay Alakseyeviç Nekrasov (rus. Никола́й Алексе́евич Некра́сов; 28 noyabr (10 dekabr) 1821, Nemirov[d], Podolsk quberniyası[d] – 27 dekabr 1877 (8 yanvar 1878), Sankt-Peterburq) — rus yazıçısı, şairi. Nikolay Nekrasov 1821-ci il dekabr ayının 10-da (bəzi mənbələrdə bu tarix 28 noyabr olaraq göstərilir) Kaments-Podolsk quberniyasının Yüzvin (Nemirov) adlanan kiçik bir kəndində, mülkədar ailəsində anadan olmuşdur. Şairin atası Alaksey Sergeyeviç hərbi xidmətdən mayor rütbəsində istefaya çıxmış, qədim dədə-baba yurdu, şəxsi mülkü sayılan Yaroslavsk quberniyasının Qreşnev kəndinə köçmüşdür. Nikolay Nekrasov 1832-ci ildə gimnaziyaya qəbul olunmuş, ilk şeirini də burada qələmə almışdı. Şairin atası onu hərbçi-zabit kimi yetişdirməyə çalışırdı. Oğlunun hərbi məktəbdə təhsil görməyini istəyən Alaksey Sergeyeviç onu Peterburqa göndərir. Lakin 17 yaşlı Nikolay 1838-ci ildə Peterburqa gələrkən universitetə daxil olmaq fikrinə düşür. Cəhdinin uğursuz olmasına baxmayaraq o, Sank-Peterburq Universiitetində yalnız azad dinləyici qismində iştirak edə bilir. Bundan qəzəblənən atası oğluna maddi köməklik göstərmir, həmçinin onu övlad kimi tanımaq istəmir.
Nikolay Vladimiroviç Nekrasov
Nikolay Vladimiroviç Nekrasov (rus. Николай Владимирович Некрасов; ) — rus esperantisti və esperanto tərcüməçisi, yazıçı, şair, jurnalist və tənqidçi. 1900-cü ildə Moskvada anadan olmuşdur. 15 yaşında Esperanto dilini öyrəndi. 1918-1919-cu illərdə Juna Mondo ("Gənc dünya") adlı şəxsi nəşrinin redaktoru olmuşdur. 1922-ci ildə La Nova Epoko ("Yeni dövr") rəy təşkilatının həmtəsisçisi oldu və 1930-cu ilə qədər oranın redaktoru olmuşdur. "Yeni dövr" fəaliyyəti arasında, 1922-ci ilin iyun ayında fransız müəssisələrində esperanto tədrisinin "potensial təhlükə" səbəbi ilə qadağan edən Fransa təhsil naziri Leon Berarda açıq məktubun göndərilməsi idi (məktubda kinayə ilə nazirə esperantonun populyarlığını artırdığına görə təşəkkür olunmuşdur və daha da inqilabi əsərlər yazılan fransız dilinə də qadağa qoyulmasını tövsiyə edilmişdir). 1933-cü ildə "Dilçiliyin yeni problemləri" məqalələr toplusunu redaktə edirdi. 1920-ci illərdə rus dilində iki orijinal şeir kitabı çap etdirdi. Daha çox rus poeziya klassiklərinin əsərlərini esperanto dilinə tərcümə etməsi ilə tanınır.