Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərv
Mərv (türkm. Merw; rus. Мерв; fars. مرو‎, Marv, Çince: 木鹿, Mulu) — bir zamanlar Böyük Səlcuqlu dövlətinin (ərəb. السلاجقة‎ əl-Salācike, fars. سلجوقيان‎ Salcūkiyān), paytaxtı Mərv şəhəri Türkmənistan sərhədləri içində tarixi İpək yolu güzərgahı üzərində qurulmuş bir çöl şəhəridir. Bu şəhər bəzi qaynaqlarda Mərvi-Şahcəhan da adlanırdı. Bu qədim sivilizasiyanın paytaxtı isə Türkmənistanın Marı şəhərindən 30 kilometr şərqdə yerləşən Mərv şəhəri olub. Eramızdan əvvəl V–III əsrlərdə çiçəklənməyə başlayan Irani-Margian sivilizasiyası Orta Asiya, Cənub-Şərqi Asiya, indiki Əfqanıstan, İran, Ərəbistan yarımadası, Yaxın və Orta Şərqin mədəni inkişafında mühüm rol oynayaraq min illər boyu onlar üçün mədəni, mənəvi, elmi mərkəz rolunu oynayıb. Sonrakı dövrlərdə Parfiya və Oğuz-Səlcuq mədəniyyəti tarixində dərin izlər buraxan bu qədim sivilizasiya mərkəzi bölgədə islamın yayılması ilə bağı yeni bir inkişaf dövrü yaşayıb.
Nero
Neron (lat. NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS; 15 dekabr, 37–9 iyun, 68) — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru (54–68). Klavdi tərəfindən övladlığa götürülmüş və vəliəhd təyin olunmuşdur. Neron Klaudius, Sezar Drusus kimi, 13 oktyabr 54-cü ildə imperator Klaudiusun ölümündən sonra Roma taxtında oturmuşdur. 54-cü ildən 68-ci ilə qədər imperiyanı idarə edən Neron diqqəti diplomatiyaya, ticarətə və imperiyanın mədəni səviyyəsinin artırılmasına yönəltmişdir. Teatrlar tikilməsini əmr etmiş və atletika yarışları təşkil etmişdir. Onun hakimiyyəti dövründə Parfiya İmperiyası ilə uğurlu müharibə aparıldı, ardınca sülh danışıqları aparmış (58–63), 60–61-ci illərdəki İngilis üsyanı yatırılmış və Yunanıstanla diplomatik əlaqələri möhkəmləndirmişdir. 68-ci ildə hərbi çevrilişlə devrilən Neron, Roma Senatı tərəfindən edam təhlükəsi altında vəzir Epafroditosun köməyi ilə özünü öldürmək məcburiyyətində qalmışdır. Məşhur tarix Neronu şorgöz və zalım kimi xatırlayır. İmperatorların və xristianların ilk təqibçilərindən biri kimi tanınır.
Nerva
Mark Kokçey Nerva (lat. Marcus Cocceius Nerva; * 8 noyabr 30; † 27 yanvar 98) — Antoninlər sülaləsinin banisi, "Beş yaxşı imperator"dan birincisi. Nerva Vespasian kimi flavi sülaləsinə mənsub olub, əsilli nəcabətli ailəsi əslən Romadan bir qədər şimalda yerləşən Narnia şəhərindəndir. Babası və atası dövrünün seçilən hüquqşünas və aristokratlarından olmuşlar. Ata-baba sənətinin davamçısı olan Nervanın şairlik və artistlik qabiliyyəti onu imperator Neronun sevimlisinə çevirmişdir. Karyerasına konsul kimi 71-ci ildə imperator Vaspasianın dövründə başlamış və 90-cı illərdə Domisianın hakimiyyəti dövründə davam etmişdir. 96-cı ildə Domisian sui-qəsd nəticəsində öldürüldükdən sonra, artıq yaşlaşmış və sonsuz Nerva senatın dəstəyi ilə 18 sentyabr 96-cı ildə imperator elan edilir və Domisiana qarşı onu xatirədən silmək (lat. Damnatio memoriae) qərarı verir. Senatın bu tədbirli planı digər hakimiyyət iddiaçılarını geri çəkilməyə məcbur edir. Domisian zamanında sürgün edilənlərin geriyə dönməsinə və mülklərinə yenidən sahib olmasına izin verən Nerva, Pretorian qvardiyasının (latın dili|lat.
Nərd
Nərd — şərq masaüstü oyun növü. Nərd oyunu qədim tarixə malikdir. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Oyunun qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkələrində mövcud imiş. Nərd oyunu 24 xanalı lövhə – nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır. Nərdin 24 xanası günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin sayına işarədir.
Nərə
Nərə (lat. Acipenser) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Sərv
Sərv (lat. Cupressus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. Sərv cinsinə daxil olan bitkilər piramidaşəkilli və ya şaxlı-budaqlı çətirə malik həmişəyaşıl ağac və ya kollardır. Sərv qədimdən bəri Azərbaycanda becərdilir. Məhəmməd Hüseyn Xan (XVIII əsr) yazır: 9 q sərv ağacının iynəyarpağı 2,25 q ovxalanmış balzamik mirra ilə daxilə qəbul olunduqda, sidik kisəsi üçün xeyirlidir, sidik durğunluğunda kömək edir. Yuyulmuş iynəyarpağın külünü yanıq üzərinə, yuyulmamışı isə təzəcə əmələ gəlmiş yaranın üstünə tökmək faydalıdır. Sərvin yaşıl meyvəsinin şirəsini burun içərisindəki yaraya damızdırırlar. Çillər, dəmrov, ayaqda ağ ləkələri yox etmək üçün tərkibində aşağıdakı dərmanlar olan kompresslərdən istifadə edirlər: sirkədə bişmiş sərv iynəyarpağı və peyin. Bundan əlavə, sərvin iynəyarpağını xaricdən istfadə etdikdə zəifləmiş əl-ayağı möhkəmləndirir, qanaxmanın qarşısını alır, yaraları qurudur, şişləri sovurur. Ovxalanmış iynəyarpağın arpa unu ilə kompresi qanazlığında və yanıqlarda kömək edir.
Verv
Verv - Belçikanın Lyej əyalətində bir şəhərdir. Əhalisi 54 min nəfərdir (2006). Vesdre çayı sahilində yerləşir. XVII əsrdə Verv şəhər statusu alır. XIX əsrdə əsas parça istehsalı mərkəzinə çevrilir. Həmçinin şəhərdə ipək istehsal edilir və bir çox ipək zavodları fəaliyyət göstərir.
Xərv
Xərv — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Zeberxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,931 nəfər və 3,181 ailədən ibarət idi.
Adi sərv
Ağ nərə
Ağ nərə (lat. Acipenser transmontanus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Şimali AMerikanın qərb sahillərində Aleut adalarından Mərkəzi Kaliforniyaya kimi rast gəlinir. Şimali Amerikada nərəkimilərdən ağ balıq və kaluqadan sonra 3-cü böyük şirin su balığıdır. Bədəninin maksimal uzunluğu 6,1 m, maksimal kütləsi isə 816 kq-a çatır.
Həmişəyaşıl sərv
Həmişəyaşıl sərv (lat. Cupressus sempervirens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sərv cinsinə aid bitki növü. Yabanı halda Kiçik Asiya, İran, Kipr, Krit və Rodos adalarında yayılmşdır. Hündürlüyü 30 m olan düzqamətli gövdəyə malik, üfüqi formalı, enli-piramidal çətirli ağacdır. İynəyarpaqları xırda, uzunsov-rombşəkillidir, xaçşəkilli yerləşir və zoğlara sıx bitişmişdir. Boz-qonur, yumru qozaların diametri 3 sm-ə çatır, qısa budaqlardan sallanır. Toxumları qırmızı-qonur, ensiz qanadlıdır, hər qabıq altında 20 ədədə qədərdir. Xüsusilə cavan bitkilər tez böyüyür, 100 yaşında maksimum hündürlüyə çatır. Kölgəyə davamlıdır. Şəhərin əlverişsiz şəraitinə, uzunmüddətli quraqlığa dözür.
Kütburun nərə
Kütburun nərə (lat. Acipenser brevirostrum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Massimiliano Nəri
Massimiliano Nəri (14 iyun 1977, Neapol, İtaliya) — italiyalı model. == Həyatı == Massimiliano Nəri 14 iyun 1977-cu ildə İtaliyanın Neapol şəhərində anadan olub.
Mərv döyüşü
Mərv döyüşü — 2 dekabr 1510-cu ildə baş vermiş və Səfəvi dövlətinin Şeybani üzərində həlledici qələbəsi ilə tamamlanmış döyüş. Nəticədə, Səfəvilər Xorasanı nəzarət altına aldılar (şimal-şərqi və şərqi İran, qərbi və şimali Əfqanıstan, həmçinin indiki Türkmənistanın, Özbəkistanın, Tacikistanın müəyyən hissələri). Şeybanilər təxminən 1495-ci ildə Mavəraünnəhrdə möhkəmləndilər, 1507-ci ildə Herat Özbək xanının əlinə keçdi. Şah I İsmayıl, 1503-cü ildə İran üzərinə səfərə başladı və 1509-cu ilə qədər İranı (Xorasandan başqa) işğal etdi. Həmin vaxt Xorasan Şeybanilərin nəzarəti altında idi.
Nero (proqram)
Nero — köhnə adı Ahead Software. CD-dən CD-yə DVD-dən DVD-yə (diskdən disqə), faylı CD-yə və DVD-yə köçürməyə kömək edir. Bu proqramın Nero 6,7,8,9, və s. versiyaları vardır. Bu proqramla müxtəlif audio, video, animasiya və şəkilləri diskə köçürmək olur. Nero AG şirkəti tərəfindən istehsal edilmişdir.Microsoft Windows və Linux əməliyyat sistemləri üzərində işləyən bir disk yazma proqramıdır. Ümumiyətlə CD-yə və DVD-yə yazmaq üçün Nero Express varsiyası olur. CD-yə və DVD-yə fayl köçürmək ingilis dilində əsasən "Optical Disc Burning" deməkdir və bu azərbaycanca "Optik Disk Yandırmaq" mənasını daşıyır. Məşhur tarixə görə Roma İmperatoru Nero, Böyük Roma yanğınında lir çalıp,mahnı oxumuşdu. Almanca "Roma", "Rom" deməkdir.
Nerva-Antonin
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
Nərə balığı
Nərələr (lat. Acipenseridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Uzunsov, iynəşəkilli bədənləri və sifətləri (burnu) (seyrək hallarda konusvarı və ya kürəşəkilli) vardır. Ağzı hərəkətli, dişsizdir (körpələrdə zəif dişlər olur), başın alt tərəfində yerləşmiş, ətli dodaqlarla vardır. Döş üzgəcinin ön şüasıgüclü şəkildə qalınlaşmış və tikana çevrilmişdir. Bel üzgəci quyruğatərəf itələnmişdir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır.
Sallaq sərv
Əsasən Çin, Vyetnam, Yaponiya və Şimali Amerikada yayılmışdır. Bəzi alimlər bu bitkini Chamaecyparis funebris (Endl.) franco adı ilə Chamaecyparis cinsinə aid edirlər. Həmişəyaşıl, hündürlüyü 20–25 m-ə qədər olan, zoğlarının ucları sallaq ağacdır. Qabığı qonur, hamardır. Enli çətiri sıx deyil. Gövdənin rəngi qəhvəyi-qara və hamardır. Budaqları möhkəm, sallaqdır. Qısa budaqları qalındır. Yarpaqları qarşı-qarşıya yerləşir, göyümtül-mavidən boz-yaşıl rəngədək olur. Çiçəkləri birevlidir.
Sərv (Soyuqbulaq)
Sərv (fars. سرو‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (16 ailə).
Yaşıl nərə
Yaşıl nərə (lat. Acipenser medirostris) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
İrimeyvəli sərv
İrimeyvəli sərv — Bitkinin vətəni Kaliforniya və ABŞ-dır. əsasən Avropanın isti zolağında, Cənubi Amerika və Avstraliyanın mülayim vilayətlərində təbii halda bitir. Hündürlüyü 15–25 m-ə çatıb, düz dayanan iynəyarpaqlı ağacdır. Yaşlandıqda budaqları əyilir və şaxələnmiş çətir əmələ gətirir. Cavan bitkilərin çətiri sütunvarı, enli-konusvarı olub, diametri 1,5–2 m-dir. İynəyarpaqlar parlaq açıq və ya tünd həmişəyaşıl olub, qabıqşəkilli, limon qoxuludur, uzunluğu 0,1–0,2 sm-dir. May ayında çiçəkləyir. Çiçəklərin rəngi açıq sarıdır. Qozaları qonur, yumurtavarıdır, diametri 2–3,5 sm-dir. İsti sevəndir, torpağa az tələbkardır, nəmişliyə, küləyə orta davamlıdır, suyun dayanmasına dözmür.
İtiburun nərə
İtiburun nərə (lat. Acipenser oxyrinchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Nero gölü
Nero gölü (rus. Неро) — Rusiyanın Yaroslavl vilayətinin cənub-qərbindəki şirin sulu göl, bölgənin ən böyük gölü. Regional əhəmiyyətli təbiət abidəsi. Sahəsi 51,3 - 54,4 km², su toplama sahəsi 1220 km²-dir. Gölün səviyyəsinin illik dalğalanmaları orta hesabla 230 sm, uzunluğu 13 km, eni 8 km, maksimal dərinliyi 3,6−4 m-ə qədər (orta hesabla 1 metrə yaxın) olur. Yamaclar yumşaq, sahilləri alçaqdır. Dibi qalın sapropel təbəqəsi ilə örtülmüşdür (12 m-ə qədər; orta hesabla 1,5-2,5 m, digər mənbələrə görə 4-5 m). Suyun kənarı 93-95 m hündürlükdə yerləşir. Göl noyabrda donur, apreldə donu açılır. Qidalanması qarışıqdır, qar üstünlük təşkil edir.
Sərv südləyəni
Sərv südləyəni (lat. Euphorbia cyparissias) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Eduardo Neri
Eduardo Xose Neri da Oliveyra (port. Eduardo José Nery de Oliveira; 2 sentyabr 1938, Fiqeyra-da-Foş[d] – 2 mart 2013, Lissabon) – Portuqaliya rəssamı və sənətkarı. == Həyatı və karyerası == 1938-ci ildə Fiqeyra-da-Foş şəhərində doğulmuşdur. Anası yazıçı, atası isə mühəndis idi. 1939-cu ildə ailəsi ilə birlikdə Lissabona köçmüşdür. 1948–1954-cü illərdə Kamoeş liseyində oxumuşdur. Abstrakt illüzionizm və op-art hərəkatlarının nümayəndəsi olan Neri rəssamlıq, qravüra, boyakarlıq, fotoqrafiya, qobelen, kirəmit, mozaika, vitraj, divar relyefi kimi incəsənət sahələri ilə məşğul olmuşdur. Şəhərdə piyada yolların dizaynı və memarlıq komplekslərinin fasadları üçün rəng layihələrində işləmişdir. Onun əsas işlərindən biri Lissabon metrosunun Kampu-Qrandi stansiyası üçün 1993-cü ildə hazırladığı azuleju panelləri olmuşdur. Makao Beynəlxalq Hava Limanının terminalı üçün hazırladığı azuleju panelləri 1998-ci ildə Makaoda buraxılmış poçt markalarının üzərində təsvir olunmuşdur.