NƏRİ

(Şəki)
dəmirçi çəkici. – Nərinnən vur
NƏRGİZAVA
NƏRMADA
OBASTAN VİKİ
Massimiliano Nəri
Massimiliano Nəri (14 iyun 1977, Neapol, İtaliya) — italiyalı model. == Həyatı == Massimiliano Nəri 14 iyun 1977-cu ildə İtaliyanın Neapol şəhərində anadan olub.
Fərman bəy Nərimanbəyli
Nərimanbəyli Fərman bəy Əmir bəy oğlu (1898, Şuşa – 1977, Mingəçevir) — Cümhuriyyət tələbəsi, mühəndis. == Həyatı == Fərman bəy Nərimanbəyli 1898-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Orta təhsil aldıqdan sonra 1920-ci ilin yanvarında ADR hökuməti onu Fransaya ali təhsil almağa göndərmişdir. Kann şəhərindəki Politexnik Universitetini bitirdikdən sonra Azərbaycana dönmüşdür. İxtisasca energetik idi. Azərbaycan Dövlət Plan Komitəsində elektrikləşdirmə bölməsinin rəisi işləmişdir. 1937-ci ildə həbs olunmuş və sürgünə göndərilmişdir. Sürgündən qayıtdıqdan sonra Mingəçevirdə yaşamış və işləmiş, 1977-ci ildə orada vəfat etmişdir. == Ailəsi == Fərman bəy Fransada oxuyarkən fransız qızı İrma Lyarude ilə ailə həyatı qurmuşdur. Vidadi və Toğrul adlı oğulları var.
Gülsüm Nərimanova
Gülsüm Nərimanova (Əliyeva) — İctimai-siyasi, dövlət xadimi, yazıçı, publisist Nəriman Nərimanovun həyat yoldaşı. == Həyatı == 1898-ci ildə Bakı şəhərində əslən Şamaxıdan olan tacir Mirkazım Əliyevin ailəsində anadan olmuşdur. Ev təhsili almışdı və rus dilini yaxşı bilirdi. 1915-ci ildə o, böyük mütəfəkkir, görkəmli dövlət xadimi Nəriman Nərimanovla ailə həyatı qurur və həmin zamandan onun həyatında sözün əsl mənasında yeni dövr başlayır. Gülsüm xanım 1941-ci ildən Sovet qadınları antifaşist komitəsinin üzvü kimi radio ilə ingilis qadınlarına müraciətində öz taleyi haqqında danışarkən deyirdi: "…Mənim bəxtimə elə bir ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram. Mən Nərimanov kimi böyük bir şəxsiyyətin simasında mehriban, həssas, qayğıkeş ömür yoldaşı, xalqın azadlığı, səadəti uğrunda yorulmaq bilmədən çalışan alovlu bir mübariz insanı gördüm. O, həyatının son dəqiqəsinə kimi öz amalından, xeyirxah işindən dönmədi. Bizim birgə ailə həyatımızın son anına kimi o, mənim üçün ən əziz dost və müəllim oldu…" N. Nərimanovun təsiri ilə ictimai həyata qoşulan Gülsüm xanım öz tərcümeyi-halında yazır ki, o, müsəlman qadınlar arasında siyasi iş aparmış, gizli ədəbiyyat yaymış, onları yeni həyata səsləmişdir. Getdikcə fəallığını artıraraq Bakıda əlillər evi, uşaq baxçası və körpələr evlərinin yaradılması işində böyük səy göstərmişdir. Təhsilini daim artırmağa çalışan Gülsüm xanım 1921-ci ildə Azərbaycan Xalq Maarif Komisarlığmin məktəbəqədər tərbiyə şöbəsinin müsəlman qadınlar üçün açdığı ilk kursu bitirmişdir.1925-ci ildə N. Nərimanovun vəfatından sonra oğlu Nəcəfin təlim-tərbiyəsi ilə məşğul olmaqla bərabər yenə də təhsilini davam etdirmiş, Moskva Pokrovski adına məktəbin fəhlə fakültəsində oxumuşdur.
Kamil Vəli Nərimanoğlu
Kamil Vəli Nərimanoğlu (azərb. Kamil Nəriman oğlu Vəliyev‎; 18 avqust 1946, Cəbrayıl – 16 dekabr 2023) — tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. == Həyatı == Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə burada orta təhsilini başa çatdırmışdır. 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Kamil Vəli Nərimanoğlu universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə elə həmin il universitetdə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılır. Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi almış, 1988–1998-ci illər arasında Bakı Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmiş, Böyük Elmi Şuranın üzvü olmuşdur. Kamil Vəli Nərimanoğlu 1974-cü ildə "Azərbaycan dilində — ki şəkilçisi" mövzusunda namizədlik, 1988-ci ildə isə "Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1977-ci ildən "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü olmuş, 1983-cü ildən isə Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Türkiyə Folklor Araşdırmaları Vaqfının nümayəndəsi, 1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını almışdır.
Mikayıl Nərimanoğlu
Quliyev Mikayıl Nəriman oğlu (9 mart 1965, Zəngilan) — əməkdar jurnalist. 1965-ci ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Zavod həyatı", "7 gün" "İki sahil", "Sərhəd", "Aydınlıq", "Qarabağ", "Olimpiya dünyası", "525-ci qəzet", "Səs", "Yeni Azərbaycan", "Azərbaycan", "Respublika", "Xalq qəzeti", və digər mətbuat orqanlarında, lent.az, publika.az, 1news.az, sportnews.az saytlarında və UEFAdirect, "Neft və Qaz" jurnallarında müxtəlif səpkili yazıları dərc olunub. 1988-ci ildən mətbuatda çalışır. İlk öncə "Zavod həyatı" qəzetində, 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan "İki sahil" qəzetində müxbir və şöbə müdiri vəzifələrində işləyib. 2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi və eyni zamanda 2006-cı ildə AFFA-nın təsis etdiyi "Futbol dünyası" qəzetinin baş redaktoru vəzifəsində işləyib. "Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq onun rəhbərliyi altında AFFA-nın rəsmi saytı (www.affa.az) saytı 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) operativ fəaliyyət göstərir. Azərbaycanın idman həyatında ilk dəfə olaraq idman video portalı (www.affavideo.az) və internet TV (www.affatv.az) yaradılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və video materiallarını araşdıraraq ictimaiyyətə çatdırılmasında müstəsna xidməti olub.
Müzəffər Nərimanov
Nərimanov Müzəffər Əliəkbər oğlu (28 iyul 1897, Tiflis – 21 aprel 1938, Moskva) — Azərbaycan SSR dövlət xadimi, Nəriman Nərimanovun əmisi nəvəsi. Nərimanov Müzəffər ilk təhsilini rus-tatar məktəbində almışdır. Bakı realni məktəbində oxuyarkən inqilabi hərəkata qoşulmuşdur. Fevral-burjua demokratik inqilabından (1917) sonra Bakı quberniya ərzaq komitəsinin müvəkkili, Azərbaycanda Sovet hakimiyəti qurulduqdan sonra isə Nuxa qəza və Zaqatala mahal fövqəladə komissarının müavini olmuşdur. 1921-ci ildə AK (b) P Fabrik və Zavod Rayon Komitəsinin katibi seçilmişdir. 1925-ci ildə G.V.Plexanov ad. Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, AK (b) P MK təşkilat şöbəsinin müdiri (1925-1927), Azərbaycan SSR Xalq FKM komissarını müavini (1927-1928), ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi (1929-1930), AK (b) P MK katibi, Ural Vil.İstehlak İttifaqının sədr müavini (1930-1933), AK (b) P MK kütləvi təşkilat şöbəsinin müdiri, Orconikidze Rayon Komitəsinin katibi, Bakı Komitəsinin katibi, sonra II katibi (1933-1937) vəzifələrində çalışmışdır. ÜİK (b) P-nın 16 və 17-ci qurultaylarının, AKP və Zaqafqaziya kommunist təşkilatlarının bir sıra qurultaylarının nümayəndəsi olmuşdur. Dəfələrlə AK (b) P MK, ÜİK (b) P Zaqafqaziya Ölkəvə Sverdlovsk Vil.Komitələrinə, Azərbaycan SSR MİK və SSR MİK-nə üzv seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
Məhəmməd Nərimanoğlu
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu
Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəsi. Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. 1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir. Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova. 1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.
N. Nərimanov adına NQÇİ-də estakada qəzası
N. Nərimanov adına NQÇİ-də estakada qəzası — "Azneft" İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçması nəticəsində baş vermiş qəza. Hadisə 2016-cı ilin 15 dekabr tarixində yerli vaxtla saat 05:00-də baş vermiş, səbəb kimi isə Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək göstərilib. 41 metr/saniyə sürəti ilə əsən güclü külək Azneft İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurmuşdur. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Estakadada bütün əlavə işlər dayandırılsa da, zərurətə görə Neft Yığım Məntəqəsində növbədə olan 10 nəfər neftçi itkin düşmüşdür. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunmuşdur. Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azneft İB-nin rəhbərliyi qəzadan sonra hadisə yerinə yollanmışdır. Həmin gün baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılmışdır.
Nəriman
Nəriman — Azərbaycanda daha çox işlədilən kişi adı. Nəriman Nərimanov — ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycanın dövlət xadimi Nəriman İmranov — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri Nəriman Həsənzadə — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965) Nəriman bəy Nərimanbəyli — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Nəriman Şıxəliyev — Operator. Rejissor. Nəriman Məmmədov Nəriman Məmmədov (bəstəkar) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti. Nəriman Məmmədov (professor) — Azərbaycanlı texnika elmləri doktoru, professor.
Nəriman (Germi)
Nəriman (fars. نريمان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (26 ailə).
Nəriman Abbasov
Nəriman Ağaxan oğlu Abbasov (1 fevral 1994, Bakı) — azərbaycanlı MMA döyüşçüsü, yüngül çəki dərəcəsinin nümayəndəsi. 2013-cü ildən peşəkar səviyyədə çıxış edir və AMCFight Nights Global turnirlərində iştirakı ilə tanınır. Nəriman Abbasov yüngül çəkidə hal-hazırkı AMC Fight Nights Global (AMC FNG) çempionudur. 2022-ci ildən etibarən Azərbaycanı UFC idman turnirində təmsil edir. Nəriman Abbasov 1 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycanı təmsil edən qarışıq döyüş sənəti (MMA) üzrə peşəkar döyüşçü Nəriman Şəhriyar Abbasovun rəhbərliyi altında məşq edir. "GabalaSportClub", "TTFightClub", "AzerbaijanFightClub" u təmsil edir. Qarışıq döyüş sənəti üzrə peşəkar döyüşçü kimi karyerasına 2013-cü ildə başlamışdır. "GEFC-Azərbaycan" turnirində debüt etmiş, hakimlər heyətinin qərarı ilə qələbə qazanmışdı. ACB, NomadMMAN1 PRO, AMC FightNightsGlobal turnirlərində çıxış etmiş, Kuat Xamitov, Artur Zaynukov, Mixail Gogitidze kimi döyüşçülər üzərində qələbə qazanmışdır.
Nəriman Allahverdiyev
Nəriman Cavadov
Nəriman Əhməd oğlu Cavadov (10 sentyabr 1956, Bəylik, Saatlı rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, publisist. YAP-ın üzvü. Nəriman Cavadov 1956-cı il sentyabr ayının 10-da Azərbaycan SSR-nin Saatlı rayonunun Bəylik kəndində anadan olmuşdur. N.Cavadov 1975-ci ildə Saatlı şəhər S.Vurğun adına 1 saylı tam orta məktəbini bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olmuşdur. 1980-ci ildə ali təhsilini başa vuran N.Cavadov təyinatla Saatlı rayonuna qayıtmış və həmin rayonda çıxan "Dönüş" qəzetində zəhmətkeş məktubları şöbəsinin müdiri (1980-1987), qəzetin redaktor müavini (1987-1998) vəzifələrində çalışmışdır. Saatlı rayonunun "Dönüş" qəzeti redaksiyasında çalışdığı dövrdə Sov.İKP-nin və SSRİ Jurnalistlər İttifaqının üzvü, rayon Xalq Nəzarəti Komitəsinin büro üzvü və Saatlı şəhər Sovetinin (bir çağırış) deputatı olmuşdur. Universiteti bitirdikdən sonra hərbi kurs (3 ay) keçmiş və dövlət imtahanı verərək ehtiyatda olan leytenant rütbəsinə yiyələnmişdir. Daha sonralar isə ona baş leytenant rütbəsi verilmişdir. N.Cavadov 1998-ci ilin sonlarında öz ərizəsi ilə rayonda redaktor müavini vəzifəsindən çıxaraq Bakıya köçmüşdür. 1 yanvar 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının təsis etdiyi "Respublika" qəzetində müxbir, 2003-cü ildə isə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur və hal hazıradək bu vəzifədə çalışır.
Nəriman Dadaşov
Nəriman Məmməd oğlu Dadaşov (15 fevral 1938, Naxçıvan) — Naxçıvan Meliorasiya və Su təsərrüfatı nazirliyinin keçmiş nazir müavini, "Dövlət qulluğu" təqaüdçüsü, "Qırmızı əmək bayrağı" ordeni laureatı.[mənbə göstərin] Nəriman Dadaşov 15 fevral 1938-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur. 1946-cı ildə Naxçıvan şəhər 2№-li orta məktəbə daxil olmuş və 1956-cı ildə məktəbi bitirmişdir. 1956-cı ildə Naxçıvan Kənd Təsərrüfatı texnikomunun zootexnik şöbəsinə daxil olmuş və 1959-cu ildə zootexnik ixtisası üzrə bitirmişdir. 1963-cü ildə Azərbaycan Kənd Təsərrüfatı inistitutuna daxil olmuş və 1968-ci ildə kənd təsərrüfatının elektrikləşdirilməsi ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirmişdir. Mühəndis elektrik ixtisası verilmişdir. 1973-cü ildə Azərbaycan Ali Partiya məktəbinə daxil olmuş və 1975-ci ildə bitirmişdir. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan xalq təsərrüfatını idarəetmə inistitutunda müasir idarəetmə üsulları, istehsalın təşkili və planlaşdırılması sahəsində inistitutunun diplomunu almışdır. 1968–1969-cu illərdə Naxçıvan kənd təsərrüfatı texnikomunda müəllim işləmişdir. 1970–1975-ci illərdə Naxçıvan şəhər partiya komitəsində təlimatçı işləmişdir. 1975–1977-ci illərdə Naxçıvan şəhəri vilayət partiya komitəsində təlimatçı işləmişdir.
Nəriman Hüseynov
Nəriman Hüseynov (şəhid)
Nəriman Həsənov
Nəriman Həsənzadə
Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017), "İlin şairi" makafatı laureatı (2010), "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin İnstitutu bitirmişdir. 1954–1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur.
Nəriman Mövsümov
Nəriman Mövsümov (Mövsümov Nəriman Tofiq oğlu) — Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının professoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri 1 №-li Tibb kollecinin direktoru, tibb üzrə elmlər doktoru, professor. Nəriman Mövsümov 1957-ci il avqust ayının 22-də Azərbaycan SSR-nin Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olub, 1974-cü ildə Bakı şəhərindəki 225 №-li orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub. 1980-ci ildə ATİ-nin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirən N.Mövsümovun təyinatı Azərbaycan Elmlər Akademiyasının akademik A.Qarayev adına ET Fiziologiya İnstitutuna verilib və orada o, elmi işçi vəzifəsində ilk əmək fəaliyyətinə başlayaraq, 1982-1986-cı illərdə həmin institutun aspirantı olub. Elmi işlərə böyük həvəs göstərən gənc 1987-ci ildə “7-14 yaşlı uşaq və yeniyetmələrdə norma və nevroz zamanı ayıqlıq və yuxu dövrlərində vegetativ sinir sisteminin funksiyası“ mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib. O, Fiziologiya İnstitutunda çalışdığı dövrdə Gənc Alimlər Şurasının sədri seçilib, eyni zamanda Bakı şəhərində keçirilən Zaqafqaziya Gənc Alim-Fizioloqlarının Konfransı üzrə Təşkilat Komitəsinin sədri, XIV Ümumittifaq Fizioloqlar Cəmiyyəti Qurultayının Təşkilat Komitəsinin üzvü olub. O, 1996-cı ildə kafedranın dosenti vəzifəsinə seçilib, 10 il kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb və 2003-cü ildən indiyə qədər ATU-nun nəzdində fəaliyyət göstərən FD 03.013 Dissertasiya şurasının üzvüdür. Gənc və perspektivli alim 2004-cü ildə “Normada insanda və eksperimentdə bəzi balneoloji təsirlər zamanı qırtlaq vəzilərinin morfogenezi” mövzusunda Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb, 2009-cu ildə kafedranın professoru vəzifəsinə seçilib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı təsdiq edilib. N.Mövsümov 150-dən çox elmi əsərin, o cümlədən çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin, Şərqdə ilk dəfə çap olunan orijinal “Anatomiya atlası” kitabının müəllifi və həmmüəlliflərindəndir. Onun rəhbərliyi altında 3 nəfər tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib və təsdiqini alıb. N.Mövsümov 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər 1 №-li Tibb kollecinin direktoru vəzifəsinə təyin edilib və ona tapşırılan yüksək etimadı doğruldaraq indiyə qədər həmin vəzifəni müvəffəqiyyətlə yerinə yetirir.
Nəriman Məmmədov
Nəriman Məmmədov (bəstəkar) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti. Nəriman Məmmədov (professor) — Azərbaycanlı texnika elmləri doktoru, professor. Nəriman Məmmədov (prodüser) — Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi.“Nərimanfilm” kinostudiyasının rəhbəri,Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi.
Nəriman Məmmədov (bəstəkar)
Nəriman Məmmədov (tam adı: Məmmədov Nəriman Həbib oğlu; 28 dekabr 1927, Naxçıvan – 6 aprel 2015, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru. Nəriman Məmmədov 1927-ci il dekabr ayının 28-də Naxçıvan şəhərində doğulub. Kiçik yaşlarından musiqinin vurğunu olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri və musiqi nəzəriyyəsi şöbələrini bitirən Nəriman bu illər xalq çalğı alətləri üçün "Suita"sını bəstələyir. Suita görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib. O, təhsilini davam etdirərək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyə, sonralar isə bəstəkarlıq şöbələrini uğurla bitirmişdir. O, yeddi simfoniyanın müəllifidir. Bunlardan ikisi proqramlı əsərlərindəndir. 3-cü simfoniya orqan üçün yazılmış və Riqada müvəffəqiyətlə səslənmişdir. Dördüncü simfoniya Hüseyn Cavidə, 7-ci simfoniya Xocalı faciəsinə həsr olunmuşdur.
Nəriman Məmmədov (prodüser)
Nəriman Kamileviç Məmmədov (10 iyul 1969, Moskva) — Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi. "Narimanfilm" kinostudiyasının rəhbəri, "Azərbaycan Respublikası İstehsalçılar Gildiyası"nın sabiq sədri (2021–2023), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2018), "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının təsisçisi. Nəriman Məmmədov 1969-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Ali hüquq və hərbi-siyasi təhsil almışdır. Müxtəlif yerli və beynəlxalq şirkətlərdə idarəetmə vəzifələrində 25 ildən artıq təcrübəyə malikdir. 1994-cü ildə "Narimanfilm" kinostudiyasının əsasını qoymuşdur. Şirkətin əsas fəaliyyətləri, qısametrajlı, sənədli və bədii filmlərin istehsalı, texniki dəstək və Azərbaycan filmlərinin dünyada tanıdılmasıdır. O, bir neçə qısametrajlı, sənədli və bədii filmlərin prodüseri olmuşdur. 2005-ci ilin sentyabr ayında "Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Transmilli Assosiasiyası"– nın (İFA-SC) təsisçilərindən biri olmuşdur. Həmin ilin oktyabr ayında isə Assosiasiyasının İdarə Heyətinin sədri seçilmişdir.
Nəriman Məmmədov (professor)
Nəriman Məmmədov (tam adı: Nəriman Rəhim oğlu Məmmədov, 10 may 1936, Miskinli, Şəmkir rayonu, AzSSR) — Azərbaycanlı texnika elmləri doktoru, professor. 10 may 1936-cı ildə Şəmkir rayonunun Miskinli kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Kənd təssərüfatı proseslərinin mexanikləşdirilməsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və 1964-cü ilədək Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində çalışmışdır. 1965–1968-ci illərdə Moskva şəhərində yerləşən Dövlət Ümumittifaq Elmi-Tədqiqat Maşın-Traktor parkının Təmiri və İstismarı İnstitutunda aspiranturada oxumuş və oranı müvəffəqiyyətlə bitirərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ilin mart ayında ümumittifaq bölgüsü əsasında Minsk şəhərində yerləşən Ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq və Quşçuluq Ferma və Komplekslərinin Maşın və Avadanlıqlarının Quraşdırılması, İstismarı və Təmiri İnstitutunda şöbə müdiri vəzifəsinə göndərilmiş və həmin vəzifədə 1980-ci ilin mart ayına qədər işləmişdir. 1972–1980-ci illərdə SSRİ "Dövlətkəndtexnika" Komitəsinin kənd təsərrüfatı obyektlərinin maşın və avadanlıqlarının yığılması və quraşdırılması üzrə Baş texnoloqu vəzifəsini icra etmişdir. Bu dövrdə doktorluq dissertasiyasını başa çatdırmış və müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almişdır. 1980–1981-ci illərdə Azərbaycana dəvət olunmuş və "Azərkəndtexlayihə" İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1982-ci ilin yanvar ayından 1986-cı ilin yanvar ayınadək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Kənd təsərrüfatı və yeyinti sənayesi şöbəsində bölmə müdiri, şöbə müdirinin müavini, 1986–1987-ci illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi Sədrinin müavini, 1988–1990-ci illərdə Azərbaycan KP Yevlax şəhər komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Aqrar-Sənaye Komitəsinin Elektromexanikləşdirmə Tresti müdirinin müavini vəzifələrində çalışmışdır. 1993–1996-ci illərdə Azərbaycan Texniki Universitetinin "Metrologiya və standartlaşdırma" kafedrasının professoru işləmiş, 1996-cı ilin sentyabr ayından Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Standartlaşdırma və sertifikasiya kafedrasında, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetində çalışıb.
Nəriman Nağıyev