Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neto
Neto (Tam adı: Norberto Murara Neto, (port. Norberto Murara Neto) — "Barselona" klubunun braziliyalı qapıçısı, Braziliya yığmasının üzvü. == Klub karyerası == Neto karyerasına Kruzeyro gənclər komandasında başladı, lakin bir il sonra ilk peşəkar müqaviləsini imzaladığı Atletiko Paranenseyə keçdi. Birinci komanda üçün Neto 17 Avqust 2009-cu ildə Gremio Barueri ilə debüt etdi və ilk matçındda gənc qapıçı qol buraxmadı, komandası isə qalib gəldi (3:0). 2009-cu ildə Neto, Botafoqoya qarşı Atletiko bazasında başqa bir oyun keçirdi və yenə də gənc braziliyalı qapısını toxunulmaz saxlaya bildi. 2010-cu ildə Neto Atletiko Paranensenin əsas qapıçısı oldu və onun üçün 34 matç keçirdi.
Têtu
Têtu (fr. inadkar) — fransız aylıq, homoseksual auditoriyaya nəzərdə tutulmuş brend jurnal. Fransada buraxılan jurnallar içərisində ən oxunulan və ən populyarlardan biridir. Aylıq tiraj 2009-cu ildə 40 000 nüsxə oldu. Jurnal, 1995-ci ildə, iyul ayında Paskal Lube və Didye Leystreyd tərəfindən təsis edilmişdi. 2009-cu ildə jurnalın rəsmi 2 veb saytı açılmışdı: tetu.com homoseksuallar üçün və tetue.com lesbiyanlar üçün. 2013-cü ilin yanvar ayında, Têtu jurnalını Prezident Fransua Ollandın yaxın dostu Jan-Jak Ojye adlı biznesmen 1 avroya almışdı. «Haffinqton Post»un məlumatına əsasən jurnal 2013-cü ilə əsasən ildə yarım milyon avro itki gətirir.
.net
.net — internet şəbəkəsində ümumi domen adıdır (gTLD). Adını "network (şəbəkə)" sözünün qısaltmasından götürür və ilkin təyinatını şəbəkə texnologiyaları xidmətini göstərən təşkilatların qeydiyyat adıdır (internet-provayderlər və başqa bu növ xidmət edən şirkətlər). Ancaq, heç bir sərti məhdudiyyətlər mövcud deyildir, hal-hazırda domen ümumi təyinatlı ad sahəsidir. O əvvəlki kimi şəbəkə operatorlarının arasında məşhurdur.
Nət
Nət - qəsidənin bir növü. Peyğəmbərin tərifinə, vəsfinə yönəlmiş qəsidə nət adlanır. Orta əsrlərdə yazılan bədii əsərlər adətən minacatla başlayırdı. Minacatdan sonra peyğəmbərin qüdrəti və qüdsiyyətindən söhbət açır, onu tərifləyirdi. Belə qəsidələrə nət deyilir. Nət məsnəvi şəklində yazılır.
Aqostinyo Neto
Aqostinyo Neto (Antonio Aqostinho Neto; 17 sentyabr 1922[…] – 10 sentyabr 1979[…], Moskva, SSRİ) — Anqolanın məşhur şairi, Afrika milli azadlıq hərakatı xadimi, Anqolanın ilk dövlət başçısı (1975-1979). Ölkəsinin qurtuluş savaşına öndərlik edən lider. Ad günü Anqolada Milli Qəhrəmanlar Günü olaraq qeyd edilir. == Həyatı == Aqostinyo Neto 17 sentyabr 1922-ci ildə Anqolanın Luanda əyalətinin Kakikan kəndində anadan olub. Luandada lisey təhsili almışdır. 1954-cü ildə Portuqaliyada Lissabon Coimbra Universitetinin tibb fakültəsinə daxil olmuş, təhsilini 1958-ci ildə bitirmişdir. 1959-cu ildə ölkəsinə dönərək bir müddət doğulduğu şəhərdə həkimlik etmişdir. Anqola xalqının milli azadlıq mübarizəsində fəal iştirakına görə dəfələrlə həbs edilmişdir. 1955-ci ildə həbsxanada olarkən Anqolanın Azadlığı Uğrunda Xalq Hərakatı (MPLA, 1956) partiyasının yaradılmasına rəhbərlik etmişdir. 1959-cu ildə ölkəsinə qayıtmış lakin 1960-cı ildə yenidən iki il müddətinə həbs edilmişdir.
Brooklyn Nets
Bruklin Nets Nyu-York ştarının Nyu-York şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır.
Bruklin Nets
Bruklin Nets Nyu-York ştarının Nyu-York şəhərini təmsil edən peşəkar basketbol klubudur. NBA-də Şərq Konfransında, Atlantik Grupunda yer alır.
Eetu Pellikka
Eetu Pellikka (23 fevral 2000-ci ildə Finlandiyada anadan olub) — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan KuPS klubunda hücumçu kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === KuPS === Pellikka KuPS akademiyası vasitəsilə inkişaf etmişdir. Mastokanqas öz peşəkar karyerasında debütünü 14 iyun 2017-ci ildə VPS klubuna qarşı oyunda etmişdir. O, 92-ci dəqiqədə Yoni Makelanı əvəz etmişdir. Həmin görüşdə KuPS kubok görüşündə rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 9 yanvar 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Finlandiya Superkuboku görüşləri daxildir.
Neta Rivkin
Neta Rivkin — 19 iyun 1991-ci ildə İsrailin Petah Tikva şəhərində anadan olmuşdur. İsrailli bədii gimnastdır. 2011 Dünya Çempionatının bürünc, 2011 Avropa Çempionatının isə gümüş medalçısıdır. İsraili 2015-i ildə Avropa Oyunlarında təmsil etmişdir. 2015 Avropa Oyunlarının bürünc medalçısıdır. İsraili 2012 Yay Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Neta Rivkin 19 iyun 1991-ci ildə İsrailin Petah Tikva şəhərində anadan olmuşdur. == Karyerası == Neta Rivkinin ən böyük uğurları 2011-ci ilə təsadüf edir. O həmin il Dünya 3-cüsü və Avropa 2-cisi olmuşdur. Bu uğurdan 1 il sonra Neta İsraili 2012 Yay Olimpiya Oyunlarında təmsil etmişdir.
Yinpaçi Nezu
Yinpaçi Nezu (根津 甚八, Nezu Jinpachi) (1 Dekabr 1947 – 29 Dekabr 2016) — Yaponiyalı film aktyoru. O, 1974-cü il ilə 2010-cu il arasında 56-dan çox film və televiziya şousunda rol oynamışdır. Film yaradıcılığına 1982-ci ildə çəkilən Əlvida torpaqlar filmi ilə başlamışdır. Film 32-ci Beynəlxalq Berlin Film Festivalında iştirak etmişdir.
Musiqi notu
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. == Tarixçə == Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Antonio di Soza Netu
Antonio di Soza Netu (port. Antônio de Sousa Neto, 11 fevral 1801, Riu-Qrandi, Riu-Qrandi-du-Sul, Braziliya koloniyası — 2 iyul 1866, Korrientes, Argentina) — Braziliyalı hərbi və siyası xadim, general, Farrapus müharibəsinin əsas fiqurlarından biri (1835–1845), Bentu Qonsalvisin silahdaşı. == Bioqrafiyası == Farrapus müharibəsi zamanı Antoniu Netu üsyançıların ordusunu birinci briqadasına rəhbərlik etmişdir. 10 sentyabr 1836-cı ildə Seyval döyüşündə Netu imperiya üzərində qalibiyyət əldə edir. Növbəti gün isə Riu-Qrandi Respublikasının yaradıldığını elan edir. Üsyançıların Farrapus müharibəsidə məğlub olduqdan sonra Netu Uruqvaya getməli olur. Sonradan o, Paraqvay müharibəsində iştirak edir. Şəxsən özü briqadaya rəhbərlik etdir. 1866-cı ildə Tuyati döyüşündə ağır yaralanır və Korrientesə, qosbitala çatdırılsada orada vəfat edir.
.NET Framework
.NET Framework — Microsoft tərəfindən inkişaf etdirilən, açıq İnternet protokolları və standartları üzərinə qurulmuş bütöv bir "tətbiq" inkişaf etdirmə platformasıdır. Daha əvvəl Microsystems tərəfindən inkişaf etdirilmiş olan Java Platformasına əhəmiyyətli bənzərliklər göstərməkdədir. Buradakı tətbiq anlayışının əhatəsi çox genişdir. Bir masaüstü tətbiqindən bir veb skaner tətbiqinə qədər hər şey bu platforma içində düşünülmüşdür və dəstəklənilmişdir. Bu tətbiqlərin bir-birləriylə və inkişaf etdirildiyi mühit fərqinə varmadan dünyadakı bütün tətbiqlərlə ünsiyyəti üçün asanca veb xidmətləri yaradılmasına imkan verilmişdir. Bu platforma, əməliyyat sistemindən və təchizatdan daha üst səviyyədə daşına bilər olaraq hazırlanmışdır. .Net arxitekturası, ortaq bir icra etmə mühiti (runtime environment), ortaq bir dəyişən növ sistemi, və portativ əlaqəli kitabxanalardan meydana gələr. .Net kitabxanası köhnə visual basic üçün hazırlanmış API (proqramçılar üçün bir çox funksiya) lərin təsnif edilmiş halıdır. Çünki API təsnif edilməmiş və bu səbəblər proqramçılar üçün bir kabus halını almaqda idi. .Net kitabxanası proqramın əməliyyat sistemi ilə asanca uyğunlaşma içində işini təmin etmişdir.
Airliners.net
Airliners.net — 1997-ci ildə Johan Lundgren (Johan Lundgren) tərəfindən təsis edilən Aviasiya haqqında Sayt. Böyük foto qalereya, forumlar, təyyarələr haqqında məqalələr və aviasiya tarixi daxildir. == Qalereya == Saytın foto qalereyası 2006-cı ildə bir milyon, 2012-ci ilin iyun ayında isə iki milyona çatdı. Fotolarda təyyarə, aviaşirkət, yerləşmə yeri və s. barədə müxtəlif məlumatlar var. Bu məlumatlar şəkilləri axtararkən istifadə edilə bilər. Sayta göndərilən şəkillər dərcə qəbul olunmazdan əvvəl saytın redaktorları tərəfindən təsdiqlənməlidir ki, bu da materialın yüksək keyfiyyətini təmin etməyə kömək edir . Bir qayda olaraq, saytdakı fotoşəkillər spotters-dən gəlir. == Forumlar == Airliners.net-dəki forumlar mülki və hərbi təyyarələr, həmçinin texniki hissələrə bölünür. 2013-cü ilin fevral ayına olan məlumata görə, forumlarda 160 minə yaxın insan qeydiyyata alındı və mülki aviasiya forumundakı yazıların sayı 5 milyonu keçdi.
Battle.net
Battle.net oyun qurucu Blizzard Entertainment tərəfindən 1996-da Bllizard oyunlarını yayımlamaq və onlayn dəstək vermək üçün açılan videooyun saytıdır. Funksiya olaraq Bllizard Entertainment tərəfindən onlayn olaraq yayımlanan oyunların oyunçu qeydiyyat əməliyyatı edilir. Edilən qeydiyyatlar yayımlanan oyunların girişi üçün istənilir. İlk olaraq 1996-cı ildə Diablo oyununda bu sistem istifadə edilmiş, daha sonra şirkətin digər oyunları izləmişdir. Sayt ən son olaraq Overwatch videooyunun onlayn oyunçu qeydiyyat sistemini və dəstəyini təmin etməkdədir. == Dəstək verdiyi oyunlar == Diablo StarCraft Warcraft II Diablo II Warcraft III StarCraft II: Wings of Liberty Hearthstone: Heroes of Warcraft World of Warcraft Diablo III Overwatch == Söhbət sistemi == Saytın dəstək verdiyi oyunlar içində xüsusi olaraq hazırlanmış bir söhbət sistemi vardır. Bu sistem battle.net vasitəsilə yayımlanan bütün oyunlarda oyunçuların bir-biriylə söhbət etməsini və eyni vaxtda fərqli Blizzard oyunları oynayan adamların bir-biriylə əlaqə qurmasını təmin edir.
Lernu.net
Lernu! (və ya lernu.net) — esperanto dilini öyrənmək üçün beynəlxalq, pulsuz sayt. Saytda esperanto dili uzrə informasiya, çoxlu sayda kitab və dərsliklər var. Bundan başqa interaktiv təlimlər və imtahanlar, fleş-oyunlar, esperanto dilində hekayələr, qısa filmlərlə tanış olmaq, forumda müzakirələrə qoşulmaq olar. "Lernu" sözu esperanto dilindən "öyrən" kimi tərcümə olunur. Saytın Azərbaycan dilində versiyası da fəaliyyət göstərir. == Xarici keçidlər == (ru) Lernu!
Milli Net
Milli İnternet Mükafatı (qısaca Milli Net) — Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir. == Tarixi == Müsabiqənin 2009-cu ildən bu yana ənənəvi olaraq hər il təşkil olunur. 2018-ci il Milli İnternet Mükafatının 10 illik yubileyi kimi qeyd edildi. Lakin, 2019-cu ildə rəhbərlik tərəfindən AİF, MilliNet TK və MilliNet münsiflərinin qarşıdakı dövrlərdə MilliNet-in tam yeni konsepsiyada fəaliyyətə başlamasını nəzərdə tutduğunu və müasir çağırışlar baxımından Azərbaycan İnternetinin inkişafı, milli internet resursların yaradılmasının stimullaşdırılması və qiymətləndirilməsinə yeni yanaşmalar, MilliNet –in məqsəd və vəzifələrinin yenilənməsi üzərində işlər aparıldığı barədə məlumat verilərək AİF və MilliNet komandasının 2019-cu ildə MilliNet yarışmasını təşkil etməyəcəyinini təsdiq etmiş oldu. Lakin, MilliNet2020-nin yeni konsepsiyada fəaliyyətə başlaması nəzərdə tutulduğu bildirilsə də koronavirus pandemiyası və digər səbəblərə görə layihə təxirə salınmalı oldu. 2021-ci ildə layihənin keçirilib, keçirilməyəcəyi barədə hələki rəsmi açıqlama verilməyib. == Əsas məqsədi == Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək; Ən yaxşı milli internet resurslarımızın Azərbaycanda və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq; İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək; Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək. == Qiymətləndirmə meyarları == Müsabiqə Komissiyası saytların qiymətləndirmə prosesində aşağıdakı meyarları rəhbər tutulur: Məzmun (informasiya tutumu); Dizayn (vizual görünüş); Funksionallıq (naviqasiya funksiyaları).
Net Lofthaus
Nathaniel "Net" Lofthaus (d. 27 Avqust 1925 - ö. 15 Yanvar 2011), İngilis köhnə milli futbolçu olub Bolton Wanderersdə oynamışdır. İngiltərə milli futbol komandasında 1950-1958-ci illər arasında 30 qol atmışdır.
Net Nəsil
Z nəsli (həmçinin Nəsil Z, Nəsil M, Net Nəsil və ya İnternet Nəsil də adlanır) — 1990-cı illərin əvvəllərindən 2000-ci illərin əvvəllərinədək dünyaya gəlmiş insanların ümümi adıdır.Ümumiyyətlə desək, bu insanlar Sovet İttifaqının dağılması və Ümumdünya hörümçək torunun yayılması dövründə anadan olmuş insanlardır. E-nəslin əsas xüsusiyyəti qeyri-aktiv həyat tərzi və əsas işlərin internet, mobil telefon və kompüter texnologiyası vasitəsilə həyata keçirilməsidir. Məsələn, elektron seçki (e-seçki), elektron hökumət (e-hökumət), elektron ticarət (e-ticarət), elektron bələdiyyə (e-bələdiyyə) bu nəslin həyatında baş vermiş əsas dəyişikliklərdir.
Antonio Aqostinho Neto
Aqostinyo Neto (Antonio Aqostinho Neto; 17 sentyabr 1922[…] – 10 sentyabr 1979[…], Moskva, SSRİ) — Anqolanın məşhur şairi, Afrika milli azadlıq hərakatı xadimi, Anqolanın ilk dövlət başçısı (1975-1979). Ölkəsinin qurtuluş savaşına öndərlik edən lider. Ad günü Anqolada Milli Qəhrəmanlar Günü olaraq qeyd edilir. == Həyatı == Aqostinyo Neto 17 sentyabr 1922-ci ildə Anqolanın Luanda əyalətinin Kakikan kəndində anadan olub. Luandada lisey təhsili almışdır. 1954-cü ildə Portuqaliyada Lissabon Coimbra Universitetinin tibb fakültəsinə daxil olmuş, təhsilini 1958-ci ildə bitirmişdir. 1959-cu ildə ölkəsinə dönərək bir müddət doğulduğu şəhərdə həkimlik etmişdir. Anqola xalqının milli azadlıq mübarizəsində fəal iştirakına görə dəfələrlə həbs edilmişdir. 1955-ci ildə həbsxanada olarkən Anqolanın Azadlığı Uğrunda Xalq Hərakatı (MPLA, 1956) partiyasının yaradılmasına rəhbərlik etmişdir. 1959-cu ildə ölkəsinə qayıtmış lakin 1960-cı ildə yenidən iki il müddətinə həbs edilmişdir.
A Sharp (.NET)
A Sharp və ya A# Microsoft.NET platformasına Ada proqramlaşdırma dilinin bir portudur. Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri Akademiyasının Kompüter Elmləri Bölməsi tərəfindən GNU Ümumi İctimai Lisenziyasının şərtlərinə əsasən Ada cəmiyyətinə xidmət olaraq sərbəst şəkildə paylanır. AdaCore bu inkişafı öz üzərinə götürdü və tam dəstəklənən .NET məhsulu A # və daha çox xüsusiyyətləri olan "GNAT for." elan etdi.
Net als toen
Net als toen (azərb. Deyərkən‎) — Niderlandı 1957 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Kori Brokkenin ifa etdiyi mahnı. Mahnının bəstəkarı Quus Yansen, sözlərinin müəllifi isə Uilli ven Hemertdir. Müsabiqənin nəticələrinə görə bu mahnı 10 mahnı arasında 31 xal toplayaraq birinci olmuşdur. Bu, Niderlandın Avroviziya Mahnı Müsabiqəsindəki ilk qələbəsi idi. Mahnı klassik şanson mahnısıdır, ifaçı öz həyat yoldaşına müraciət edir və cütlük kimi ilk vaxtlarını xatırlamasını xahiş edir. Mahnının sözləri həmişə belə olmasa da, romantikanın evlilikdən kənara çıxdığını ifadə edir. Brokken həmçinin bu mahnını alman və fransız dillərində də ifa etmişdi. Alman və fransız dillərində mahnının adı müvafiq olaraq "Tout comme avant" və "Damals war alles so schön" kimi adlandırılmışdı.
Visual Basic .NET
Visual Basic (VB), əsasən Visual Basic . NET (VB. NET) — .NET, Mono və .NET Framework-də yerinə yetirilən multi paradiqmalı, obyekt yönümlü proqramlaşdırma dili. Microsoft son versiyası Visual Basic 6.0 olan orijinal Visual Basic dilinin varisi kimi 2002-ci ildə VB. NET-i yayımladı. Adın ". NET" hissəsi 2005-ci ildə ləğv edilsə də bu məqalə klassik Visual Basic dilini ayırd etmək üçün 2002-ci ildən bəri buraxılmış bütün Visual Basic dillərinə istinad etmək üçün "Visual Basic [. NET]" istifadə edir. C# və F# ilə yanaşı .NET ekosistemini hədəf alan üç əsas dildən biridir. Microsoft 6 fevral 2023-cü ildə VB dil strategiyasını yeniləyərək VB-nin hazırda stabil bir dil olduğunu və Microsoft-un onu inkişaf etdirməyə davam edəcəyini bildirdi.Microsoft-un Visual Basic-də yazmaq üçün olan IDE-si Visual Studio-dur. Visual Studio versiyalarının əksəriyyəti kommersiya məqsədlidir. Yeganə istisnalar pulsuz proqram təminatı olan Visual Studio Express və Visual Studio Community-dir.
Visual Basic (.NET)
Visual Basic (VB), əsasən Visual Basic . NET (VB. NET) — .NET, Mono və .NET Framework-də yerinə yetirilən multi paradiqmalı, obyekt yönümlü proqramlaşdırma dili. Microsoft son versiyası Visual Basic 6.0 olan orijinal Visual Basic dilinin varisi kimi 2002-ci ildə VB. NET-i yayımladı. Adın ". NET" hissəsi 2005-ci ildə ləğv edilsə də bu məqalə klassik Visual Basic dilini ayırd etmək üçün 2002-ci ildən bəri buraxılmış bütün Visual Basic dillərinə istinad etmək üçün "Visual Basic [. NET]" istifadə edir. C# və F# ilə yanaşı .NET ekosistemini hədəf alan üç əsas dildən biridir. Microsoft 6 fevral 2023-cü ildə VB dil strategiyasını yeniləyərək VB-nin hazırda stabil bir dil olduğunu və Microsoft-un onu inkişaf etdirməyə davam edəcəyini bildirdi.Microsoft-un Visual Basic-də yazmaq üçün olan IDE-si Visual Studio-dur. Visual Studio versiyalarının əksəriyyəti kommersiya məqsədlidir. Yeganə istisnalar pulsuz proqram təminatı olan Visual Studio Express və Visual Studio Community-dir.
Net als toen (mahnı)
Net als toen (azərb. Deyərkən‎) — Niderlandı 1957 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Kori Brokkenin ifa etdiyi mahnı. Mahnının bəstəkarı Quus Yansen, sözlərinin müəllifi isə Uilli ven Hemertdir. Müsabiqənin nəticələrinə görə bu mahnı 10 mahnı arasında 31 xal toplayaraq birinci olmuşdur. Bu, Niderlandın Avroviziya Mahnı Müsabiqəsindəki ilk qələbəsi idi. Mahnı klassik şanson mahnısıdır, ifaçı öz həyat yoldaşına müraciət edir və cütlük kimi ilk vaxtlarını xatırlamasını xahiş edir. Mahnının sözləri həmişə belə olmasa da, romantikanın evlilikdən kənara çıxdığını ifadə edir. Brokken həmçinin bu mahnını alman və fransız dillərində də ifa etmişdi. Alman və fransız dillərində mahnının adı müvafiq olaraq "Tout comme avant" və "Damals war alles so schön" kimi adlandırılmışdı.
Abtu və Anet
Abtu və Anet — == Ümumi məlumat == Misir mifologiyasının 2 az tanınan personajı Abtu və Anet real ölçülərdən bir qədər uzaq, bir-birinə yoldaş və müqəddəs iki balıqdır.Əsas vəzifələri baş tanrı Amon Ranın gəmisi qarşısında ona yarana biləcək hər cür təhlükəyə qarşı diqqətlə hazır olub onu müdafiə etməkdir.Gəzdikləri və səyahət etdikləri ərazilərin sərhədi yoxdur.Gəmi gündüzlər səmada Şərqdən Qərbə-gündoğandan günbatana yelkən açar və gecələri qayıdıb yeraltına doğru əks istiqamətdə hərəkət edərmiş. == İstinadlar == == Ədəbiyyat == X.L.Borxes.
Aktu
AzTU
Azərbaycan Texniki Universiteti və ya qısaca AzTU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Haqqında == Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir. Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-nin, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər. == Maddi-texniki bazası == Azərbaycan, rus və xarici dillərdə 700 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxana, kifayət qədər müasir kompüterlərlə təchiz olunmuş hesablama mərkəzi, müasir idman kompleksi, poliklinika, yeməkxana və Nabranda istirahət zonası onların tələblərinin ödənilməsinə xidmət edir. Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan elmi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir. Universitetdə Müşfiq Borçalının Baş redaktorluğu ilə rəngli "Ziya" qəzeti çap olunur.
Beta
Beta (ß) — yunan əlifbasının ikinci hərfi, elektron şüalanmasının adı. Alfadan sonra, qammadan əvvəl gələn hərfdir.
Cetus
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.