1. Bir şəhər və ya ölkəni silah gücü ilə zəbt etmə, alma.
// Qələbə, zəfər, qalibiyyət.
[Mustafa xan:] Ümidini Allaha bağla, inşallah, fəth biz ilə olar.
□ Fəth etmək – 1) zorla, silah gücü ilə almaq, tutmaq, zəbt etmək, işğal etmək. Düşmən qalasını fəth etmək.
– [Faşist başçıları] hərbi qüvvələrini bütün Avropanı fəth etməyə hazırlayırdı(lar). ;
2) məc. özünə tabe etmək, yiyələnmək, öz xeyrinə işlətmək. Təbiəti fəth etmək.
- Bir oxun səngəri dağ olsa əgər; Uçar, yer üzünü bütün fəth edər.
Göyləri fəth edən bir ana tərlan; Kim deyir balaykən yıxılmamışdır. ;
3) məc. tutmaq, qaplamaq, basmaq. Yanğın ətrafı fəth etdi;
4) məc. məftun etmək, valeh etmək, əsir etmək.
Könüllər yolçusu o munis gözəl; Min ürək fəth edir hər keçən anda.
// məc. İradəsini əlindən almaq, özünə ram etmək.
Murtuzun xoş danışığı Gülnazı tədricən fəth etməyə başlayırdı.
Dünyanı fəth etsə ana hörməti; Yaradar dünyada əsil cənnəti.