Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Blaşka Qurjibekov
Blaşka Qurjibekov (oset. Гурдзибети Майрӕнсауи фурт Бласка; 1 (13) mart 1868, Novoosetinskaya[d], Rusiya imperiyası – 18 iyun (1 iyul) 1905, Mancuriya) — Osetin dilinin Digor ləhcəsində şeirlər yazan şair. İlk digor şairi və Digor ədəbiyyatının qurucusu. == Bioqrafiya == 1868-ci il martın 1-də Mozdok dairəsi Novoosetinskaya kəndində, zabit kazak Mayransau (İvan) Qurjibekovun ailəsində anadan olmuşdur. Atası 1875-ci ildə o, 7 yaşında olarkək vəfat edir. Onun tərbiyəsi ilə anası məşğul olur. 1878-ci ildən Pavlodolsk ibtidai məktəbində oxuur, sonra Stavropol gimnaziyasına daxil olur. Ailənin çətin maddi vəziyyəti səbəbindən gimnaziyadakı təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. 1886-cı ildə, 18 yaşında Qızılyar-Qrebenski alayında hərbi xidmətə başlayır. Adi bir kazak kimi xidmət edir.