Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oksbric
Oksbric (ing. Oxbridge) — Böyük Britaniyanın ən qədim ali məktəbləri olan Oksford və Kembric universitetləri, qədim universitetlərin ən vacibləri. Termin Oksford və Kembric sözlərinin birləşməsindən yaranıb. Bu termin bu iki universitetin kollektiv şəkildə digərilərindən fərqini göstərmək, sosial və intellektual statuslarını göstərmək və onların ümumi xaraktüeristikasını qabartmaq üçün istifadə edilir. Birləşdirici termin kimi işlədilməkdən başqa Oksbric termini aşağıdakı xarakteristikada işlənir: Onlar XIX əsrdə yaranmış universitetlərdən fərqli olaraq fasiləsiz olararaq 800 ildir fəaliyyət göstərirlər. Onlar çox sayda alim, yazıçı və siyasətçilər yetişdiriblər. Onlar universitet olmaqla yanaşı bir sıra tanınımış digər müəssisələr yaradıblar. Məsələn, ( Oxford University Press и Cambridge University Press ) nəşriyyatı, Oksford botanik bağı və Kembric botanik bağı, muzeylər, kitabxanalar və debat mərkəzləri. Universitetlər arasında rəqabətin 800 illik tarixi var. Hər iki universitet kollegial xarakterə malikdir, ona görə də universitetlər çox saylı kolleclərdən ibarətdir.
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.